Şərq İslam ölkələrinin bədii-fəlsəfi fikri tarixində yeni mərhələni
başlayan Mirzə Fətəli Axundzadə 1860-cı illərdən ömrünün sonuna qədər bir
mütəfəkkir kimi tənqid, fəlsəfə və sosiologiya sahəsində çalışmışdır.
Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini bütöv, vəhdət halında
nəzərdən keçirən böyük mütəfəkkir qədim Şərq, Yunanıstan və müsəlman
Şərqi arasında bağlılıq, varislik əlaqələrini görmüşdür.
Əsərlərinin təqdim olunan cildi Mirzə Fətəli Axundzadənin fəlsəfi irsini
əhatə edir. Cilddə məşhur “Kəmalüddövlə məktubları” traktatı, “Həkimi-
ingilis Yuma cavab”, “Molla Ələkbərlə mübahisə”, “Con Stüart Mill azadlıq
haqqında”, “Kritika”, “Yek kəlmə” haqqında” və s. fəlsəfi, ədəbi-tənqidi və
tarixi məqalələri toplanmışdır.
Format | Size | |
---|---|---|
1.3 MB | Download |