kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Dastani-Əhməd Hərami

Dastani-Əhməd Hərami

Tərtib edəni, ön sözün və lüğətin müəllifi: Əlyar Səfərli

XIII əsr Azərbaycan poeziyasının ən gözəl nümunələri sırasına daxil olan “Dastani-Əhməd Hərami” doğma dilimizdə qələmə alınmış ilk məsnəvi kimi qiymətlidir. Dastan öz qidasını xalq ədəbiyyatından almışdır və xalq yaradıcılığına məxsus xoşbəxt sonluqla bitir.
Müəllifi bəlli olmayan bu əsər əruz vəznində, sadə və aydın dildə yazılmışdır, lakin bu vəzn şeri tam özünə tabe edə bilməmiş, Azərbaycan şerinin milli bədii-poetik əsasını dəyişdirməmişdir. Ona görə heca vəznli şeir kimi də oxunur.

Format Size
PDF 222.9 KB Download