XX yüzil bədii fikrimizin mərdlik və əyilməzlik simvoluna çevrilən
şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin
və bənzərsiz yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb
etməkdədir.
Şair və ədiblərimiz içərisində ən müstəsna, ən zərif və narın bir dillə
yazan Cavid yaradıcılığa poeziya ilə başlasa da, Azərbaycan ədəbiyyatı tari-
xində daha çox dramaturq kimi şöhrət tapmış, dramatik janrın bir çox təkrar-
sız nümunələrini yaratmışdır. Cavidin get-gedə dramatik növün ağırlığı ilə
müşayiət olunan ədəbi fəaliyyətində fəlsəfi ruhun hakim kəsildiyi poeziya-
sından gələn çalarların aparıcı olduğu aşkar duyulmaqdadır; onun dram əsər-
lərinin mühüm bir qisminin mənzum forma daşıması bununla şərtlənir.
Ədibin “Əsərləri”nin II cildinə “Ana”, “Maral” və “Şeyda” pyesləri ilə
yanaşı, Azərbaycan ədəbiyyatının ilk mənzum dramlarından “Şeyx Sənan”,
“Uçurum” faciələri daxil edilmişdir.
Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi “İmlasına toxunmamalı!”
qeydinə əməl olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışıl-
mışdır.
Format | Size | |
---|---|---|
615.5 KB | Download |