kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Məhəmməd Füzuli əsərləri birinci cild

Məhəmməd Füzuli əsərləri birinci cild

Tərtib edəni: Həmid Araslı
Redaktoru: Teymur Kərimli

Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının
ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami,
Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə
dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkə-
lərinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir.
Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər
hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar.
Füzulinin adı da ilahi haləyə bürünən və İslamda müqəddəs sayılan imza-
dan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziya-
rət ünvanlarından biridir – Kərbəla. Qəbri də İmam Hüseyn türbəsindədi...
Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət
və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və
şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir...
“Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta
Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu
böyük müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində
yaratmış olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır,
böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır...

Klassik ədəbiyyat
Format Size
PDF 733.4 KB Download