Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin yeni əlifba uğrunda müba-
rizəsi milli maarifin və mədəniyyətin yüksəlişi uğrunda aparılan bir mübarizə
idi. Müəllifin öz qeydlərindən də bəlli olur ki, “Kəmalüddövlə məktub-
ları”nın yazılması yeni əlifba uğrunda mübarizə ilə bilavasitə bağlıydı.
Əsərlərinin üçüncü cildinə ölməz ədibin yeni əlifba layihəsi və “Kəma-
lüddövlə məktubları”nın nəşri ilə əlaqədar bir sıra məktubu daxil edilmişdir.
Bu cilddə habelə tanınmış fikir adamının dövlət xadimlərinə, İranın maarifçi
yazıçılarına, din xadimlərinə, naşirlərə yazdığı bir sıra məktublar toplan-
mışdır.
| Format | Size | |
|---|---|---|
| 931.4 KB | Download | |