kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Mirzə Fətəli Axundov səsərləri birinci cild

Mirzə Fətəli Axundov səsərləri birinci cild

Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demokratik fəlsəfi və
estetik fikrin, ilk əlifba inqilabının, bütövlükdə mənəvi mədəniyyətimizin
bütün sahələrində “yeni dövr”ün banisi olan böyük ədib, alim və filosof Mirzə
Fətəli Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığı ümumşərq və ümum-
bəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir.
Milli ədəbiyyatın taleyinə və tarixinə təsir baxımından məhz bir maarifçi
olaraq onun gördüyü işin hüdudları XII əsrdə Nizami, XVI əsrdə Füzuli düha-
sının miqyasları ilə müqayisə oluna bilər. Lakin tarixi inkişafın yeni mərhə-
ləsinə uyğun olaraq Axundzadə doğma ədəbiyyatın qarşısında duran vəzifələrə
böyük bəşəri vüsətlə yanaşı daha fərdi və milli bir konkretlik də gətiribdir.
Əsərlərinin I cildinə mütəfəkkir sənətkarın bədii irsi – 1850-1855-ci illər
arasında yazdığı altı komediya, həmçinin 1856-cı ildə qələmə aldığı “Aldan-
mış kəvakib” povesti və eləcə də şeirləri daxil edilmişdir.

Klassik ədəbiyyat
Format Size
PDF 777.3 KB Download