kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Türkoloji dilçilik

Türkoloji dilçilik


TÜRK dünyasının geniş və dərindən tədqiqata cəlb
olunması müasir elmin ən aktual problemlərindəndir. Mə-
lum həqiqətdir ki, indiyə qədər çoxsaylı qədim türk qəbilə
və tayfalarının, inkişaf etmiş sivilizasiyalı və tərəqqi tarixi,
onların yayılıb məskunlaşdıqları ərazilər, bunların səbəb-
ləri, yolları hələ ətraflı öyrənilməmişdir. Bu böyük prob-
lemlə əlaqəli yüzlərlə irili-xırdalı xüsusi mövzular öz baca-
rıqlı tədqiqatçılarını və elmi şərhini gözləyir.
TÜRKOLOJİ DİLÇİLİK adlanan bu kitabda əvvəl-
cə ümumi türkologiyada türkoloji dilçiliyin yeri və onun
vəzifələri müəyyənləşdirilir. Bundan sonra türk dillərinin
dünya dilləri arasında mövqeyi məsələsinə toxunulur;
türk dillərinə dair uzaq keçmişdən tutmuş hazırkı dövrə
kimi irəli sürülən təsniflərin təhlili verilir və canlı türk dil-
ləri qruplaşdırılır. Əsərdə müasir türk dillərinin tədqiqi
istiqamətləri də nəzərdən keçirilir, qədim türk yazılı abi-
dələri və onların tarixinə, öyrənilmə vəziyyətinə münasi-
bət bildirilir. Kitabın sonunda bir sıra müasir zəruri türko-
loji problemlər şərh olunur, elmi mülahizələr irəli sürülür.
KİTABIN başlıca məqsədi türkoloji dilçiliyin nailiy-
yətləri haqqında ümumiləşmiş yığcam elmi informasiya
yaratmaq və gələcəkdə tədqiqinə zəruri ehtiyac duyulan
sahələrin istiqamətlərinin müəyyənləşdirilməsinə kömək
etməkdən ibarətdir.

Dil Dilçilik
Format Size
PDF 8.8 MB Download