Azerbaycan free ebook management system www.kitablar.com www.kitablar.org ------------------------------------------------------------------------------------------------------------------ Ebook Title: Qasım bəy Zakir əsərləri Ebook Author: Qasım bəy Zakir Ebook Translator: Qoşmalar Təcnislər Qəraylılar Qəzəllər Müstəzadlar Müxəmməslər Tərcibəndlər və tərkibəndlər Mənzum hekayələr Məlikzadə və Şahsənəm Aşiq və məşuq haqqında Həyasız dərvişlər haqqında Dəvəsi itən kəs Tərlanlar və elçilər Tülkü və qurd Təmsillər (Aslan, qurd və çaqqal) Dəvə və eşşək Xain yoldaşlar haqqında Tülkü və şir Hüseyn bəyi həcv Diyanbəyiləri həcv Qəzəli - münasib Müxtəlif şerlər Üsuli və Şeyxi təriqət mollaların həcvi Zəmanənin tənqidi Vəsfi - hal Maddeyi tarix Bərdə xərabələri Müşairə Məktublar (Vilayətin məğşuşluğu haqqında) Fərzəndi - əziz Mixail Petroviç Kalyubakinə Cəfərqulu xana Qarabağ Qazisi Təbibləri həcv Xurşudbanuya Kövhər Ağaya Car müqəddiməsi Əli bəy Fuladova İbrahim bəy Azərə Knyaz İlikoya Rus vəliəhdinə Mirzə Mehdiyə Mehdi Bəyə Əta xana Salarə Baharlı Mirzə İsmailə Bəylər bəyə Baytılar Əlavələr Hacı böyük bəyə Baba bəyin vəfatına Əmirzadeyi - məşuq və cavan aşiq Hüseyn bəyi həcv Knyaz Xasay Usmiyev haqqında həcv Məhəmməd bəyə Mirzə Mehdiyə Hüseyn bəyi həcv Böyük bəyə Şuşa mollaları haqqında Sədaqətli dostlar haqqında Mirzə Fətəliyə İsmayılbəy Qutqaşınlı İsmayılbəy Qutqaşınlı 2 Mirzə Fətəliyə Həyasız dərviş və ismətli qadın Həcv Mirze Feteliye Qoşmalar Bu bahar fəslində, gül mövsümündə Hər kimin ki, ola јarı јanında, Bürci-Əsəddədir kövkəbi-bəxti, Bil ki, bəxtəvərdi tarı јanında. Dolanım başına, eј sərvqamət, Qonaq kafir olsa, lazımdır hörmət. -Bir kimsəsi јoxdur, eјlə məhəbbət, Qoјub getdim dili-zarı јanında, Baxma firibinə hərzəguların, Aralıq vurmaqdı işi buların. Adətdir ki, olur xubruların Sevgisinin yadigarı yanında. Onun kimi baş aşağı, üftadə, Tapılmaz, gəzəsən dari-dünyadə. Gümanım budur ki, ola ziyadə Günbəgündən etibarı yanında. Gətirmişdi saf Zakiri amanə, Derdi gedəcəyəm kuyi-cananə, Xeyir görsün, istər düşsün ziyanə, Yaman-yaxşı saxla, barı yanında. Yalvardım səbayə: şərh et halımı, Yolun düşsə, çeşmi-xumar yanında. Dedi: sənin dərdin yen ziyadədir, Çox danışmaq olmaz bimar yanında. Can quşu mayildi daneyi-xalə, Təmənnası budur yetə vüsalə; Mən bilirəm gedəcəkdir zəvalə. Zənəxdan dövründə, üzar yanında. Gəl fərağət otur, dili-bədəməl, Gəncineyi-hüsnə tapmaq olmaz əl, Əfi kimi daim zülfi-müsəlsəl Qıvrım-qıvrım olub yatar yanında. Bilir ləli-ləbə çoxlardı mayil, Bəlkə təmə edə bir əqli zayil, Peyvəstə ox-yayın ğəmzeyi-qatil Çilləyə mindirib asar yanında. Ol keçən dəmləri hanı Zakirin, İtkin olub adı-sanı Zakirin, Qürbətdə çıxacaq canı Zakirin, Yoxdu xeyrxahı o yar yanında. Yar demişdi: gələn bayrama gəlləm, Ömür başa yetdi il arasında. Tutub səri-zülfün, dönüb başına, Şanə tək gəzəsən tel arasında. Qaydasıdır, qara çarqat bürünür, Siyah zülfün ucu yerdən sürünür. Nə göyçək yaraşır, nə xoş görünür Mina, inci kəmər bel arasında. Gözümün yaşına ğərq oldu tənim, Bu hal ilə işim müşküldür mənim. Səndən ayrılandan, ey gülbədənim, Həq bilir, qalmışam sel arasında. Piranəsər könül hər kimə yetər, Uşaqtəbiətdir, gördüyün istər. Onun sözlərinə qatışma, dilbər, Dəli yola gedər el arasında. Zakir, etibarı yoxdu dünyanın, Aldanma xeyrinə, şərrinə anın. Qoygilən başını bəyaz püstanın Can ver şirin-şirin, öl arasında. Bil ki, bədəsildən yoxdu fayidə, Üzəsən canını yüz qabağında. O ki, hal əhlidir, unutmaz yarın, Əyri dolan istər düz, qabağında. Çox dedim, kuyinə rəqib dolmasın, Qapını, bacanı bədxah almasın. Müşküldür götürmək, yarəb, olmasın Heç kimin yarası göz qabağında. Dərdü ğəmü möhnət kəsib yanımı, Qoyma yerə düşə, içər qanımı. Ğürbətdə alınca hicran canımı, Öləydim dilbərin öz qabağında. Mən çox dedim: ey gün, olma rubəru, Zalımdır, sən deyən dilbər deyil bu. Tutmayıb pəndimi, etdin cüstçu, Hünərin var isə dez qabağında. Dəyibdir Zakirə eşqin əsəri, Kimi dəli deyir, kimi sərsəri, Lal olmuşdur onu sevəndən bəri, Yoxsa qalmaz idi söz qabağında. Sən gedəndən bəri, ey üzü dönmüş, Gözlərəm oturub yol qabağında; Soruşdum zülfünü səbadən, dedi: Baş çəkər kəmərə bel qabağında. Dad eylərəm, yetişməzsən harayə, Neçün rəhmin gəlməz mən binəvayə; Eşqin çox aşiqi verib fənayə, Çör-çöp dayanarmı sel qabağında? Müddətdi könlümü ğəmzən alıbdı, Gəlmədi, gözlərim yolda qalıbdı; İndi deyirlər ki, çahə salıbdı, Zənəx kənarında, tel qabağında. Çin leşkərin çəkib zülfi-çəlipa, Həstimi-nistimi eylədi yəğma. Kimsə qınamasın, mən təkü tənha Necə durum ağır el qabağında! Olubdu vətəndən avarə Zakir, Düşüb səhralərə, dağlarə Zakir. Hicranın yanında biçarə Zakir Geyitkən koludu yel qabağında. Qadir allah səbəb sala araya, Genə dost kuyinə yollar açıla. Sərəndaz pozula, bəzək dağıla, Əfşan ola siyah tellər, açıla. Diyari-ğürbətdə qalmışam həsrət, Bir zaman olmadı didarın qismət, Mürüvvətdir el şad ola, bimürvət, Mənim gözlərimdən sellər açıla?! Sən ol öz allahın, dinmənəm mən də, İnsafa layiq iş hansıdır səndə? Sevgi gərək sevgisinə yetəndə Qucaqlaşa, qulac qollar açıla. Sən gedəndən bəri hərgiz gülmənəm, Nə yaxşı ki, bu hal ilə ölmənəm; Qış, üzün ğəmindən belə ki, mənəm, Vay odur yaz ola, güllər açıla. Yüz ilin xidməti gəlmədi karə, Təqdiri-qəzayə olmadı çarə; Zakir, yarın yar olmağın əğyarə Gələ gör eşidə ellər, açıla. Közüm yolda qaldı, könül intizar, Gəlmədi canandan bir xəbər mana. Ğəm tutub yaxamı, Hər yana dartar, Nə həmdəm tapılır, nə yavər, mana. Qəhbə fələk xub susayıb qanıma, Bir kimsənə yoxdur gələ yanıma. Eşq atəşi bir od salıb canıma, Yanmaqda yetişməz səməndər mana. Necə ki, onunla həmzəban idim, Xəlq içində sultan idim, xan idim, Bir müddət yar ilə mehriban idim, Gör nə oyun tutdu bədnəzər mana. Hərcayi sözünə etibar olmaz, Bihəyadə namus olmaz, ar olmaz. Cəfa çəkmə, məndən sana yar olmaz Dönə-dönə dedi o dilbər mana. Zakirəm, sızlaram misli-əndəlib, Tapmayıb dərdimi, çəkildi təbib. Bəxtəvər başına sənin, ey rəqib, Xeyir sana qismət oldu, şər mana! Aralıqda meyü məhbub olmasa, Bahar zimistandan bətərdir mana. Gül görmək dəxi də dərdim artırır, Tamaşayi-gülşən zərərdir mana. Saqi, xoş hekayət istərsən əgər, Bir cam ilə eylə damağımı tər. Keyfiyyəti-badə, nəşəyi-sağər, O Cəmşidi-Cəmdən xəbərdir mana. Bu qədər ki, vardı dildə iztirab, Ləli-ləbdən özgə söyləmə cavab; Mən özüm bilirəm şərbəti-innab Dəfi-hərarəti-cigərdir, mana. Ruzi-qiyamətdə var çox əlamət, Ehtiyatım yoxdu ondan nəhayət. Görməsəm, başıma qopar qiyamət, Sərvi-qədin məddi-nəzərdir mana. Ey Nəbiyyi-Mürsəl, ey kani-kərəm, Zakirəm, şəfaət səndən istərəm. Bir əməlim yoxdur, onda neylərəm Deyələr tuşeyi-səfərdir mana. Dur sallan, dur sallan, boyun qurbanı, Tamaşalər etsin sənəmlər sana. Doğrasın əllərin turunc yerinə, Baxa-baxa qalsın hərəmlər sana. Kimin ki, güzarı düşsə kuyinə, İlişir yüz yerdən tari-muyinə, Qoymazsan doyunça baxa ruyinə, Aşiq olan adam vərəmlər, sana. Bari-möhnət əyib qəddi-dalımı, Xəzanə döndərib rəngi-alımı; Sifariş eylərəm keçən halımı, Bir gedən olmadı bu dəmlər, sana. Hər sənəm ki verə yarına zəhmət, Oxunur elünçə zatına lənət; Dolanım başına, olma bimürvət, Yaraşır ehsanü kərəmlər sana. Səbəb nədir əl çəkibsən vəfadən, Usanmazsan bir dəm cövrü cəfadən; Zakirin naləsi keçdi səmadən, Məgər əsər etməz bu ğəmlər sana? A ləbləri badə, ağzı piyalə! Bir söz desəm olma bidəmaq, sana. Yetişibsən, indən belə yaraşmaz Yadlar ilə deyib-danışmaq sana. Əcəb bihəyadır çərxi-kəcrəftar, hər ayda bir hilal eylər aşikar; Şəksiz sənin ilə ədavəti var, Göstərir düşəndə qaş-qabaq sana. Mədənisən felin, nazü ğəmzənin, Bərabərin yoxdu aləmdə sənin; Təhrik eyləməsə səba, ğönçənin Ağzı nədir aça dil-dodaq sana?! Cəvahir qolbaqlar bəyaz biləyi Gahi qucar, gahi eylər hənəyi, Behiştin hurisi, göyün mələyi Yetişməz, yüz çala əl-ayaq, sana. Zakirəm, eylədin əqlimi zayil, Olmaz belə surət, belə şəmayil; Elə mən deyiləm hüsnünə mayil, Göz dikibdir tamam Qarabağ sana. Ey qönçədəhanım, tazə-tərlikdə Nə kül həmta olub, nə lalə sana. Gərək közlərinə millər çəkilə Hər kim desə vəhşi ğəzalə sana. Məclisi-şahanə edəndə bərpa, Düşər əl-ayağa sağərü səhba, Dərgahına saqi eylər iltica, Baş əyər sürahi, piyalə sana. Qan tökər sübhü şam gözüm mərdümi, Al .eylər dəmbədəm ruyi-zərdimi, Yalvarıb yapışa, deyə dərdimi, Tapşırmışam badi-şimalə, sana. Açanda zülfündən bəndü bağı sən, Pərişan eylərsən ittifaqı sən. Can alansan, həramisən, yağısan, Heç kafər olmasın həvalə sana. Zakir, nə çəkirsən munca intizar, Yad eyləyə səni mümkün deyil yar; Nə qədər ki, sağdır qoyarmı əğyar Yetişə ol şahdan nəvalə sana? Dilbər, sən gedəli xəstə düşmüşəm, Gələ gör ki, intizardı can sana. Ruzigarım qara keçdiyin məgər Söyləməyib zülfi-pərişan sana? Müjganların salıb bağrıma zədə Dözmək olmaz munca dərdi-bihədə. Çəkibsən özünü bürci-Əsədə, Nə nalə yetişir, nə fəğan sana. Həsrətin çəkməkdən qan olub cigər, Tərk eylə cəfanı, allahı sevər! Ahi-səHərimdən asibü zərər, Qorxuram yetişə, növcavan, sana. Görməseydim əgər mehrü məhəbbət, Haşa eylər idim səninlə ülfət! Varə-varə oldun, zalim, bimürvət, Əzəldən yox idi bu güman sana. Götürüb xublardan dəstəbədəstə, Barı gəl öləndə qəbrinin üstə, Çünki sağlığında Zakiri-xəstə Qulluq edib axşam sana, dan sana. Kilki-qüdrət ilə katibi-qəza Lövhi-cəbinində iki tağ çəkib. Elə ki, yetişib ala gözlərə, Hər birisin qaynar bir bulaq çəkib. Olan səyin verib ləbü dəndana, Onun üçün munca nəfi var cana. Əzib ləli, qatıb abi-heyvana, Qənd ilə yoğurub dil-dodaq çəkib. Xubları çəkibdir şəhbazi-qəşəng, Cilvəsində afət, ğəmzəsində cəng, Qaşü kgzü xəttü xalı siyəhrəng, Gərdəni, sinəni, üzü ağ çəkib. Düzübdü səfheyi-rüxsarına dən, Dami-keysulərə ilişir görən. Xubları çoxbilən, məkkarü pürfən, Aşiqi-miskini sadə-saq çəkib. Zakirinəm, ey bivəfa dilbərim, İntizar çəkməkdən yanıb cigərim; Qoy baxsın üzünə həsrət gözlərim, Müddətdir yolunda iştiyaq çəkib. Kilki-qüdrət ilə katibi-ğəza, Maşallah, əcəb közü qaş çəkib! Xəttü xalə verib xeyli nəzakət, Siyəh zülfü hamısından baş çəkib. Gərdənin, qamətin qiyaməti var, Hərami ğəmzənin yüz afəti var, Həqdi, tər buxağın lətafəti var, Amma rüxi-alı çox qumaş çakib. Tərhi bir özgədir incə miyanın, O mərmər sinənin, bəyaz püstanın, Ədən dəryasında dürci-dəhanın İçində dürləri xoş təraş çəkib. Məşuqun işidir cənk ilə cədəl, Bilir rəsmü rahı, eyləməz əməl, Çəkəndə aşiqi nəqqaşi-əzəl, Dilində ah, gözlərində yaş çəkib. Ol zalimü bədxu, şuxü sitəmkar Zakirin halından deyil xəbərdar. Eşq əhlini edən dərdə giriftar, Heyf ki, xubları bağrı daş çəkib. Soruşdum dilbərdən: yoxsa bərki-gül Lətafəti gül bədəndən öyrənib? Dedi: təqərrübü yoxdur o qədər, Varsa da, eşidib gendən, öyrənib. Məhəbbət damını yırtıb çıxmağı, Səyyadının xanimanın yıxmağı, Yeriyib-yeriyib, durub baxmağı Ahu bu rəvişi səndən öyrənib. Zahirdi ğəmzənin cigər sökməyi, Can almağı, nahaq qanlar tökməyi; Gözündə ox atıb, kaman çəkməyi, Belə billəm, o pürfəndən öyrənib. Ay, gün camalını görəndən bəri Sənsən dillərinin zikri, əzbəri. Naqisdi vəsfində Zöhrə, Müştəri, Çünki onlar özgəsindən öyrənib. Görəndə Zakirdən istər yaşına, Bimürüvvət qoymaz dönəm başına, Deməz ki, pərvanə eşq ataşına Yanmağı binadən məndən öyrənib. Dost yolunda cəfa çəkdim, can üzdüm, Yetişmədim bir məkanə, ay mədəd! . Sərasər əndamım mum tək əridi, Eşq atəşi duşüb canə, ay mədəd! Muradımız şükufəsi bitmədi, Bəlalı sərimdən sövda getmədi, Yetər oldu emür başə, yetmədi Əlim zülfi-pərişanə, ay mədəd! Qalmışam göz yolda, könül intizar, Ğəm tutub yaxamı hər yana dartar, Mən bilmənəm necə bağlanıb yollar, Bir gələn yox bu viranə, ay mədəd! Ayrı düşmək vətənindən yamandı, Diyari-ğürbətdə öldüm, amandı! İtirmişəm yarı xeyli zamandı, Axtarıram yanə-yanə, ay mədəd! Bir kimsənin yoxdu məndən xəbəri O qaşları yayı sevəndən bəri, Şikəstə Zakirəm, ahım əsəri Od salıbdı asimanə, ay mədəd! Ey sevdiyim, ləli-ləbinə nisbət, Meyxanələr içrə badə tapılmaz. Çox ali-şan nazəninlər görmüşəm, Sənin kimi şahizadə tapılmaz. Müştəridir sana Zöhrə fələkdə Gecə-gündüz övsafını deməkdə. Bərabərin olsa olsun mələkdə, Amma bizim bu aradə tapılmaz. Tamam adın eşitdiyin gözəllər Gecədəndən durub sürtük edəllər, Cəm olsa xəlayiq, yığılsa ellər Sənin tək dilbəri-sadə tapılmaz. İnsaf olmaq gərək gədadə, bayda, heç omlazsa yarın yoxlaya ayda, Vilayətdə gözəl çoxdu, nə fayda, Dərd bilən, yetişən dadə tapılmaz. Sərf eyləyib həyatına həyatın, Tərk edib vəhdətin, eyşü nişatın; Əgər verməlisən hüsnün zəkatın, Zakir kimi bir üftadə tapılmaz. Günəş rüxsarına tökər zülflərin, Yalvarıram-yapışıram yüz olmaz. Heç bilməzəm mənim bəxti-siyahım Nə şami-tirədir ki, gündüz olmaz. Aralıqda bədxah olmasa əgər, Sevgi sevgisindən olmaz mükəddər; Rəqib nə qədər ki sağdır, o dilbər, Bilirəm ki, bizim ilə düz olmaz. Bir qul sultanına etsə xəyanət, Yaşınır görəndə, çəkib xəcalət, Gün səri-kuyinə düşər, nəhayət, Dayanıb bir saat üzbəüz olmaz. Siyah zülfü dal gərdəndə bir qulac, Sona cıqqası tək ucları qıyqac, Belə türrə, belə keysu, belə saç, Belə işvə, belə qaşü göz olmaz. Ayağına düşüb sərvi-qamətin, Gərdəni minanın, boyu afətin, Dedim: Zakir ilə varmı ülfətin? Dedi: gözəllərdə doğru söz olmaz. Müəttər zülfünün həsrətin çəkən Gül iyləməz, müşkü ənbər istəməz. Camalın müştaqı baxmaz günəşə, Üzün sevən bədri-ənvər istəməz. Canü dili bəslər idim, sevərdim, Tapşırıb cananə azala dərdim; Qoşub bir-birində bu gün göndərdim, Bilməzəm, o bədxu istər, istəməz. O şahibaz gözlərini görəndə Uçar mürği-ruhum, durmaz bədəndə; Dilin soran baxmaz nabatə, qəndə, Ləbin əmən şəhdü şəkkər istəməz. Əlhəzər yay qışın şux peykanından, Vurar, yıxar, ötmək olmaz yanından; Gözəl sevən gərək keçə canından, Canını istəyən dilbər istəməz. Həddi yoxdur məndə cürmü künahın, Həm müqəssirinəm, həmi güvahın, Zakirin qətlinə bəsdir nikahın, Əl vurma, qəbzeyi-xəncər istəməz. Gül üzün həmdəmdi müəttər zülfə, Öz nəkhəti bəsdir, gülab istəməz Annı sevən gedər həşt-behiştə, Divanədən kimsə hesab istəməz. Hərami qaşların fitnədir karı, Anı pənahında saxlaya tarı, Ləblərin sərməsti, gözün xumarı Sağər tələb etməz, şərab istəməz. Dözə bilməm tənhalığın qəhrinə, Saqiyi-dövranın cami-zəhrinə; Dərdü ğəmin göndər könül şəhrinə, Heç sultan mülkünü xərab istəməz. hər yerdə aşiqi-binəva tapar, Əqlini, huşunu çalıban çapar, Nə kami-dil verər, nə könül yapar? Məkər xubirulər səvab istəməz? Zakirəm mən sana, ey padişahım, Yetirmə fələyə naləvü ahım; Vur boynumu, kər var isə günahım, Sevdiyim, bu qədər əzab istəməz. Sevdiyim, bir yerə. cəm eyləsələr, Məhvəşi-dövranı sana yetişməz. Çıxarıban gətirsələr Misirdən Yusifi-Kənanı, sana yetişməz. Sanasan içində gül pirəhənin Bir bərki-səməndir cəsədin sənin. Quzu quyruğundan tərdir bədənin, Şərayi-Yəmani sana yetişməz. Həqdi, gözəl çoxdu bu vilayətdə, Hərkiz ola bilməz sən məlahətdə; Ey dürri-nasüftə, qədrü qiymətdə Yaquti-rummani sana yetişməz. Müştəridir sana Zöhrə fələkdə, Gecə-gündüz ovsafini deməkdə; Bərabərin yoxdu köydə, mələkdə, Behiştin ğilmani sana yetişməz. Vəsfin demək üçün sənin tək şahın, O çöhreyi-alın, zülfi-siyahın, Firdovsi, Cami tək gərək məddahın, Zakirin hədyanı sana yetişməz. Kəman əbrulərin, ox kipriklərin Mən olmuşam rövzən-rövzən içində, O qədər ha peykan vurub sinəmə, İtibdir bədənim ahən içində. Badi-səba gətdi könüldən xəbər, Sölər nəşiməni zülfi-müəttər; Əlbəttə ki, bir kün zəvalə gedər, O əfi yatağı məskən içində. Müsəlsəl keysunun xətadır işi, Sübhün tüluinə bənzər gülüşi, Sədəf dəhanında sərasər dişi Dürri-bihəmtadır mədən içində. Təəçcüb eylərəm, allahü əkbər! Limu yetiribdir sərvü sənubər; Qorxuram inciyə bəyaz məmələr, Pirahən altında, çəkbən içində. Bu nə mürüvvətdi, ey şahi-xuban! Əl-ələ tutuşub xürrəmü xəndan, Edəsən ğeyr ilə seyri-külüstan, Xəstə Zakir qala gülxən içində, Gəzmişəm cahanı mən, görməmişəm Sənin kimi gözəl ellər içində, Bərabərin yoxdu hurü pəridə, Tək düşübsən mələk-mənzər içində. Fətilə-fətilə tökülüb telin, Aparır ləzzətin o incə belin. Sədəf dəhanında nisbətdir dilin Müqəşşər badama şəkkər içində. Zərrəcə eyib yox al yanağında, Qaşında, gözündə, tər buxağında; Sənəmlər oturmuş solü sağında, Sən məhi-tabansan ülkər içində. Şuai-şəmsdir cəsədin, canın, Aparıbsan əqlin şahü gədanın; Tər sinədə guya bəyaz püstanın Hübabdır eyni kövsər içində. EY səxa mədəni, eyY kərəm kanı! Neçün tanımazsan yaxşı-yamanı! Bu qədər qulun var dərində, Hanı Zakir tək vəfalı çakər, içində? Ey sevdiyim, səndən cüda düşəli, Mənəm gecə-gündüz əzab içində. Qan-yaş töküb sızıldaram, yanaram, Necə ki, atəşin kəbab içində. Tək yaradıb- səni vahidi-yekta, Şəhdi-müsəffadır cismin sərapa; Tər sinədə bəyaz püstanın kgya Çeşmeyi-kafurun hübab içində. Çeşmin keyfiyyəti, ey qədri ali, Salıb meyxanəyə yüz qiylü qali; Qara çarqat içrə rüxsari-ali Görən der: günəşdir səhab içində. Görməmişəm sənin kimi məhvəşi, Gözləri afəti, hüsni dilkeşi. Bənzər ləbin üzrə xali-həbəşi Daneyi-ənkurə şərab içində. Kuyindi Zakirin Darüssəlamı, Heç kimsənin yoxdu belə məqamı. Kakilin hədisi, zülfün gəlamı Şərhi-Mütəvvəldi kitab içində. Ey əndəlib, səndə bu nə qanundu- Fəğan çəkmək növbaharı görəndə? Əgər ki, mətləbin gül görmək isə, Kirisənə gülüzarı görəndə. Bu necə adətdir, bu necə ərkan, Əyyami-vəsldə çeşmin tökər qan; Firqətdə lazımdır aşiqə əfğan, Sakit olmaq gərək yarı görəndə. Pərvanə də sən tək şəmə maildi, Hər necə ki, zülm eyləsə qaildi; Nalən bihudədi, əqlin zaildi, Günah yoxdu səni karı görəndə. Nalə çəkib bülbül dedi: ey pesər, Ərkani-eşqdən olan bixəbər; Mümkündür aşiqə dincəlmək məgər Gül ilə həmsöhbət xarı görəndə? Ey dilbəri-sadə, şuxi-novrəstə, Başın üçün, gəzmə ğeyri həvəsdə; Qədimi qulundur Zakiri-xəstə, Məhəbbət et ona, barı, görəndə. Nə yaraşır sana, divanə könül, Həmdəm olmaq yarə bu gündən belə? Vədə yaxınlaşıb, köçmək çağıdır Bir özgə diyarə bu gündən belə. Sərvqamətlərə su kimi axma, İnani-məqsədi əldən buraxma; Mürüvvət eylə, bax tarıya, baxma Çöhrəvü rüxsarə bu kündən belə. Sal yadına kəşa-kəşin məhşərin, Qafilsən, özündən yoxdur xəbərin; Ənqəribdir ola cismi-pərvərin Qömə murü marə bu gündən belə. Yüyürüb, yortmaqdan abü ələfə, Ovqati-əzizi verdin tələfə; Yıx özünü xaki-dəri-Nəcəfə, Çox gəzmə avarə bu gündən belə. Şərm eylə nəbidən, utan xudadən, Usan təmaşadən, zövqü səfadən; Dəxi bəsdir, bu vərtəyi-bəladən Çəkil bir kənara bu gündən belə. Zəbt edə bilmədin çıxmış gözünü, Xəlq içində rüsva etdin özünü; Bu rahi-xətadən döndər üzünü Qadirü qəffarə bu gündən belə. Ömür keçib, az qalıbdır həyatın, Ləhvü ləəb ilə keçdi ovqatın; Dosta layiq yoxdu, Zakir, sövqatın, Gör başına çarə bu gündən belə. Sevdiyim, gələ-gör bahar fəslidir, Könül istər kgzə bağı səninlə. Keçə qucaqlaşıb yataq qolboyun, Bir də duraq səhər çağı səninlə. Nə xoş səadətdir dodaq-dodaqda, Məzə müqabildə, badə qabaqda. Vermənəm aləmə xəlvət otaqda Deyib, gülüb, danışmağı səninlə. Xahi aqil olam, xahi divanə, Yoxdur ehtiyacım hurü ğılmanə. Gedərəm duzəxə mərdü mərdanə, Əsli budur sözün sağı səninlə. Aşiqlər bağrını şan-şan elərsən, Gündə birin kəsib qurban elərsən; Hər qiya baxanda yüz qan elərsən, Müşküldür dolanmaq, yağı, səninlə! Ləbindir Zakirin abi-həyatı, Dirildir ölünü hər ixtilatı; Neylərəm şəkkəri, qəndi, nəbatı, Xoşdur mana içmək ağu səninlə. Əsib badi-səba, nümayan oldu Çaki-giribandan bir bəyaz məmə; Şüai iəms tək göz qamaşdırır, Mən görmüşəm bunun kimi az məmə. Hər ikisi biri-birindən göyçək, Nə öpmək mümkündü, nə də dişləmək; Təxt üstündə qoşa şahzadələr tək Şəkləşib, oturub şahibaz məmə. Gül qönçəsi kimi gülşən içində, Behişti-bərin tək məskən içində, Pirahən altında, çəpkən içində Hər dəm edər bir-birinə naz məmə. Könül nə çəkərsən munca intizar? Sev bir ala gözlü, tər buxaqlı yar! Ömri-dübarədir, xoş səfası var, Gərəkdir kişiyə qışü yaz, məmə. Aşiqlik cahilin ağzına kəndi, O kəsə meyl et ki, qədir biləndi. Nə qaim sorandı, nə dişləyəndi, Eyləmə Zakirdən etiraz, məmə! Lövhi-cəbinində katibi-ğəza İki "nun" çəkibdir ağın üstünə; Müjkanın sayəsi yırtıb üzünü, Qan tökülüb gül yanağın üstünə. Müsəlsəl keysulər ruxi-al üzrə, Bir buluda bənzər məhcəmal üzrə, Pərtövi-hüsnündür xəttü xal üzrə, Yoxsa gün düşübdür dağın üstünə? Ey dil, həzər eylə, zənəx çahından, Keçmək olmaz zülfün güzərgahından, İqdi-şəbnəm deyil, bülbül-ahından Şərarələr yağmış bağın üstünə. Hicran ləşkərinə könül divarı Olubdur bir möhkəm qələvü barı, Hüsnün sər-əsgəri, vəslin sərdarı Haçan gələ bu sığnağın üstünə. Nə qədər var idi təndə ixtiyar, Gəlmədin, ta oldum zarü biqərar, Bari ölən dəmdə, ey lalə-üzar, Gəl Zakiri-sinədağın üstünə! Sən sadə gözəlsən, qoyma, sevdiyim, Məşşatələr bəzək taxa üzünə, Bərgi-gülə bənzər üzari-alın, Nə lazımdı ənlik yaxa üzünə. İşləri xətadır çeşmi-məstanın, Çalar, çapar, xərab elər dörd yanın; Əmanət, əmanət, növki-müjkanın Toxunmasın, qanar, yuxa üzünə. Çıxıb aralıqdan küdurətü ğəm, İxtilat yapışıb qızışanda dəm, Bəyaz cəbinindən gül kimi şəbnəm Dumurcuq-dumurcuq axa üzünə. Gözlərindi nərgiz, qaşlarındı yay, Heç nevcavan ola bilməz sana tay; Camalın görəndə daldalanır ay, Günün nə həddi var çıxa üzünə? Gələ-gör Zakirin özün üstünə, Sənin payəndazın közün üstünə. Götür qoy başımı dizin üstünə, Can verəyim baxa-baxa üzünə. Yenə bizdən küsüb bivəfa dilbər, Kəsibdi ülfətin neçə müddətdi. Sək rəqib sözünə etibar etmək,- Bilməzəm,-xublarda bu nə adətdi. Gədasını şah nəzərdən salınca, Qəriblikdə hicran canın alınca, Gözü yolda, boynu buruq qalınca, Ölüm aşiqlərə xoş səadətdi. Deyirlər ki, sabah gələcək yarım, Şərməndəyəm, artıb dərdü ğubarım; Candan ğeyri yoxdur özgə nisarım, O da ki, ziyadə biləyaqətdi. Yadlar ilə sürdün zövqü səfanı, Tərk etdin iqrarı, əhdi, vəfanı; Bari bizdən əsirkgmə cəfanı, Nə qədər çox olsa canə minnətdi. Mən demənəm dərdü ğəmim az eylə, Daim meylin meylim ilə saz eylə, Düşəndə gah, gah sərəfraz eylə, Saf unutma bu Zakiri, mürvətdi! Badi-səba, mənim dərdi-dilimi Ol büti-zibayə dedin, nə dedi? Ahü naləm asimana yetdiyin Gərdəni minayə dedin, nə dedi? Düşüb ayağına sən o zalımın, Söylədinmi necəliyin halımın? Onun həsrətindən rəngi-alımın Döndüyün heyvayə dedin, nə dedi? Görsə idin varmı məni-bimarə Nüsxeyi-hüsnündə onun bir çarə; Dildə iztirabə, təndə buxarə. Sərimdə sevdayə dedin, nə dedi? Ğəm əlindən payi-bəstə olduğum, Halpərişan, dilşikəstə olduğum, Bəstəri-möhnətdə xəstə olduğum, Gözləri şəhlayə dedin, nə dedi? Sərasər fələyin şəmsü mahına, Tamam yer üzünün qibləkahına, Zakirin əhvalın xublar şahına Ağlaya-ağlaya dedin, nə dedi? Sən gedəndən bəri, ey çeşmi xumar, Əzəl gözlərimin xabı çəkildi. Nə dil qərar tutdu iştiyaqından, Nə könlümün iztirabı çəkildi. Səri-kuyin məhşər, qəddin qiyamət, Qiyamət edərsən saətbəsaət; Hüsnün günəşindən çəkib xəcalət, Çərxin məhi, afitabı çəkildi. Dün naz ilə qədəm basanda bağa, Şümşadü sənubər düşdü ayağa, Süsən, sünbül, lalə üz qoydu dağa, Bərgi-gülün rəngü abı çəkildi. hHrda düşsə ləli-ləbin sözündən, Camü badə çox deyərdi özündən. Axır elə düşdü xəlqin gözündən, Saqi götdü meyi-nabı, çəkildi. Zakirəm, sinəmi sipər bəlayə Tikmişəm, at oxun, pənah xudayə! Fərhad ilə Məcnun cövrü cəfayə Beş gün gətirməyib tabı, çəkildi. Düşmüşəm çöllərə, ey Leylicəmal, Məcnun kimi səni sevəndən bəri. Cəm olmaz sərimə əqlü kəmalım, Könlümü zülfünə verəndən bəri. Şirin köftarından ayrı lalam mən, Ümid yoxdu gələn ilə qalam mən; And olsun Kəbəyə, xəstəhalam mən Kəbeyi-kuyindən gələndən bəri Bir aşiq can verə canana əgər, Bişübhə behişti-bərinə gedər. Nə könlüm açılar, nə üzüm gülər Sək rəqib dərində olandan bəri. Mən deyirdim desəm dildarə ğəmi, Əlbət mana olur lütfü kərəmi; Birə yüz artıbdır cövrü sitəmi Dəxi də dərdimi biləndən bəri. Zakirəm, kəmana dönüb qamətim, Nə xurdü nə xabım, nə də rahətim. Gələ gör ki, kəsilibdi taqətim, Yay qaşın taqini görəndən bəri. Təğafül eyləmə, ey badi-səba, Tezlik ilə yetir yarə dərdimi. Tutub səri-zülfün, dolan başına, Söylə şuxi-sitəmkarə dərdimi. Alıbdır sinəmi möhnətü vərəm, Sübhü şam allahdan ölüm istərəm. Nə yar yazı bilir, yazam göndərəm, Nə deyən var o dildarə dərdimi. Sək rəqib bilməsin, düşərik qana, Sərzəniş yetişər bəlkə canana. Qorxuram cismü can alışıb yana, Tapşırmışam dili-zarə dərdimi. Üz qoyub üstümə küdurətü ğəm, Yaş tökülür gözlərimdən dəmbədəm; Alov tutar kağız, alışar qələm Səbt etsələr hər tumarə dərdimi. Mən Zakirəm, bu fələyə neylədim, Vermədi muradım, dedim, söylədim. Nə qədər ki, fikrü xəyal eylədim, Çıxartmadım bir kənarə dərdimi. Sifariş eyləsən badi-səbadən, Görən, dərdim o cananə deyərmi? Dolanıb başına misli-pərvanə, Od tutuban yanə-yanə deyərmi? Bu sitəmlər dili-zarə keçdiyin, Əl çəkməyib varə-varə keçdiyin, Uzun illər günüm qarə keçdiyin, Siyah zülfi-pərişanə deyərmi? Sək rəqibdən məclis olanda xali, Çəkib bir kənara çeşmi-ğəzali, zün təmənnası, ləbin xəyalı Salıb binəvanı qanə, deyərmi? Səbadən olmasa əgər bir çarə, Cürət eyləməs deməyə yarə, Bu əhvalı o türreyi-tərrarə, Məhrəmdi, görəsən, şanə deyərmi? Zakirəm, kuyindən avarəyəm mən, Karü şüğlüm olub naləvü şiyvən. Yad eyləyib bir yol, yarəb, görəsən, Harda qaldı o divanə, deyərmi? Gecə-gündüz canan deyib ağlaram, Yarəb, belə bilirmola yar məni? Mən ki, anı çıxarmazam yadımdan, Yadına salırmı ol nigar məni? Sevgi sevgisinə halın bildürür, Həsrətin çəkdiyim neçə ildürür, Ənqəribdir, bu gün, sabah öldürür, Deyin bimürvətə intizar, məni. Hazır olsa bir məclisə yüz adəm, Derlərdi filani burdadır, əbsəm! Axır elə oldum rüsvayi-aləm, Düşmən tənə eylər, dost qınar məni. Əhd ilə iqrarı qoyub kənara, Eşitdim ki, həmdəm olub əğyara, Eyləməsin,-deyin o sitəmkara,- Tay-tuş arasında şərmsar məni. Zakirəm, od tutdu, alışdı cigər, Təğafül etməsin, allahı sevər; Mundan sonra danmaq nə yana yetər, Ğəmi-hicran aldı aşikar məni. Gecə-gündüz həsrət çəkən gözlərim! Səbr eylə, yetirrəm dildarə səni. Necolsa sürtərəm xaki-payinə O şuxun, yalvara-yalvarə səni. Müddətdi görünməz ol çəmalı gün, Çəkilib köksümə yüz dağü dügün, Ya ölərəm, ya da yetirrəm bu gün O iki nərkgsi-bimarə səni. Qan tökərsən birdən ayrı düşəndə, Xəlq içrə abi-ru qoymadın məndə; Dəxi bir də gətirmərəm gələndə, Tapşırram türreyi-tərrarə səni. Hər yerdə ki, görsən bir səhi gərdən, Əqlini, huşunu aparır sərdən; Bir adam yoxdu ki, bu bəlalərdən Çıxarıb bir kərrə qurtarə səni. Baxa-baxa xalü xəttə, üzarə, Zakirin gününü eylədin qarə; Bir dərdə salıbsan, tapılmaz çarə, Görüm ki, olasan biçarə səni. Piranəsərlikdə hərcayi könül Bir tazə cavanın bəndivanıdı. Tərk eləyib olan şüğlü karını, Kəbeyi-kuyinin pasibanıdı. Fərar eyləmişdi dili-sərsəri, Bu gün badi-səba gətdi xəbəri; Söylər ki, məskəni gedəndən bəri, Bir pərinin zülfi-pərişanıdı. Sərasər sinəmi oxları dəlib, Bugün-sabah köçməliyəm, ənqərib, Cəfa çəkmə, dur üstümdən, ey təbib, Tökülən didəmdən çigər qanıdı. Müddətdi düşmüşəm qürbət diyarə, Kimsədən olmadı dərdimə çarə, Gecə-gündüz baxar gözüm yollarə, Bir laçın közlünün nikaranıdı. Demə ki, çıxıbdır xeyirdən, şərdən, Bədöv at ölüncə qalmaz hünərdən; Sevdiyim, Zakiri salma nəzərdən, Qədr eylə ki, ləlü gühər kanıdı. Bir laçın gözlünün sultani-eşqi Könül şəhrin alıb xeyli zamandı. Səri kuyi Kəbəm, qaşı mehrabım, Müshəfi-hüsnüdür dilimin andı. Nə üz ilə əl çəkməyim vətəndən, Biganələr kimi baxaram gendən, Ədavət yolilə sək rəqib məndən Bimürvətə hər nə dedi, inandı. Əmanətim budur, ey bədi-səhər Dolanıb seyr elə aləmi yeksər, O üzü dönmüşdən mana bir xəbər Tezlik ilə yetir, cigərim yandı. Hər yerdə bir təbib eşitdim, vardım, Tapmadım dərdimə dərman, axtardım; Nə mən öldüm bu mehnətdən qurtardım, Nə cövrü çəfadan dilbər usandı. Cünun olur görən məstanə gözün, Nəməki söhbətin, məzəli sözün; Zakir neçə gündür itirib özün, Əvvəldən bir müddət yaxşı dayandı. Qadir allah səbəb salıb arayə, Sevdiyim, ixtilat qatmaq çağıdı. Dur qolboyun olaq, fürsət var ikən, Nə ğəmə, ğüssəyə batmaq çağıdı? Götür qoy bir səmtə bəzəyin, sərin, Qorxuram dağıla zərü zivərin. Başın qüllabəsin, belin kəmərin Hər birin bir yana atmaq çağıdı. Üz bürüməz yar yarını görəndə, Bu xasiyyət nədir bilməzəm səndə? Biganələr kimi oturma gendə, Gəl sarmaşaq, alıb-satmaq çağıdı. Qul xətasız olmaz, ey çeşmi xumar Öldürsən də sonra ixtiyarın nar. Bu gündən sabaha yoxdur etibar, Soyun, gecə keçdi, yatmaq çağıdı. Canım qurban qaşlarının tağına, Pərvanə tək dolan solü sağına. Zakir, dön başına, düş ayağına, Nə danışıb söz uzatmaq çağıdı?! Mən öləndən sonra, deyin dildara, Yadlar ilə deyib gülməsin, barı! Xəstəliyim görməyə ki, gəlmədi, Dəxi məzarıma gəlməsin barı! İqrarının üstə möhkəm olmadı, Dövründə könlümüz xürrəm olmadı, Çünki bizim ilən həmdəm olmadı, Canımızı oda salmasın barı! O gözləri nərgiz, zülfləri sünbül Xətti tər-bənövşə, yanaqları gül,, Dərdimə ki, dərman eyləyən dögül, Əhvalımı xəbər almasın barı! Nə müddətdən bəri ol padişahım, Üz döndərib məndən ümmidkghım; Ya öldürsün, ya da cürmü günahım Gündə bir üzümə çalmasın barı! Adəm idi məkanında, yerində, Əqlü huşu qalmayıbdır sərində, Kəminə çakərdi Zakir dərində, Onun təqsirinə qalmasın barı! Könül, əbəs yerə üzmə canını, Xubların əhdinə olmaz vəfası. Avarə qoyarlar aşinalərin, Yadlar ilə olur zövqü səfası. Əqlü huşum gedib bir Leylivəşdə, Məcnuni-şeyda tək düşmüşəm dəştə, Gecə-gündüz dolanıram sərgəştə, Vurubdur başıma kakil həvası. Müddətdir dərindən avarəyəm mən, Karü şüğlüm olub naləvü şiyvən; Rəhmə gəlib, padişahim, deməzsən, harda qalıb bu dərgəhin gədası, Hicrində geçələr kəsilib xabım, Günbəgün artırır cövrü əzabım. Nə fəraqə səbrim, nə vəslə tabım, Bilməzəm bu dərdin nədir dəvası. Zakirəm kuyində eylərəm fəryad, Məkər eşitməzsən, ey sərvi-azad? Bidar eylər idi çalanda Fərhad Şirini yuxudan, tişə sədası. Həqdi, gözəl çoxdu cahan içində, Gözəldə bir neçə nişanə gərək. Əvvəl, aşiqinə mehriban ola, Ondan, ğeyrilərə biganə gərək. Gözəlin büllur tək gərək bədəni, Eyləyə özünə heyran görəni, Yarlı-yaraşıqlı boyu, gərdəni, Nə uzun, nə ködək, miyanə gərək. Ənbər xəcil ola zülfü buyindən, Qəmər-rüxsarından, şəms-ruyindən; Canlar təzələnə göftü guyindən. Sözünün hər biri dürdanə gərək. Mərifətdə kamil, sinndə uşaq, Qədir bilən, özü doğru, sözü saq. Quzu quyruğu tək nazikü yumşaq, Lərzə verə cismi hər yanə gərək. Zakir, nə yamandır halı dünyanın, Əksik olmaz qalmaqalı dünyanın, Dərdü sərdi mülkü malı dünyanın, Can üçün bir belə cananə gərək. Həqdi, gözəl çoxdu cahan içində, Ola bilməz sana nisbət hər gözəl. Zərrəcə eybin yox başdan ayağa, Ola bilməz sən tək sərasər gözəl. Müdrik ola, aqil ola, əhli-hal Bilməyə ki, nədir hərgiz məkrü al, Dişi gövhər, ağzı şəkkər, dili bal, Dodaqları qəndi-mükərrər gözəl. Gözəlin bəzisi bədniyyət olur, Qədrbilməz olur, bihörmət olur, O ki, bir parası kəmcürət olur, Çətin ələ düşər dilavər gözəl. Gözəl olan gərək biar olmasın Təmiz-tariq olsun, yassar olmasın, Heç kafər bəndəyə düçar olmasın Ev-eşiyi murdar, bihünər gözəl. Şikəstə Zakirin varı var idi, Öz boynuna şüğlü karı var idi, Xəlq içində etibarı var idi; Əbəs-əbəs saldı dərbədər gözəl. İllər ayrısıyam, gəl qucaqlaşaq, Sevdiyim, şikayət zamanı deyil. Sənin gileyin çox, mənim günahım, Onların nəhayət zamanı deyil. Acı söz yaraşmaz belə bazara, Şirin-şirin gəl danışaq bir para; Keçən sərgüzəşti tulla kənara, Bihudə hekayət zamanı deyil. Qonum-qonşu gəlib şənlik olmamış, Bizim üçün qara günlük olmamış, Əngəl yığılmamış, tünlük olmamış Oturmaq, fərağət zamanı deyil. Sevgi sevgisinin ləbindən əmə,- Bir ləzzəti dəyər iki aləmə. Aç giriban bəndin, görünsün məmə, Gizləmə, xəyanət zamanı deyil. Hikimiz girək bir pirahənə, Təfavüt qoymasın görən kimsənə; Gəl sarmaşaq, Zakir mehmandır sənə, Yaşınma, xəcalət zamanı deyil. Dərdbilməzlər qınar məni, heç deməz Dərd ilən doludur döşüm, ağlaram. Çərxin sitəmindən, dövrün zülmündən Tökülür dəmbədəm yaşım, ağlaram. Nə qədər könlümə verrəm nəsihət, Bir zaman eşqdən olmaz fərağət; Nə onda mürvət var, nə məndə taqət, Yaman yerə yetib işim, ağlaram. Hər kimsənin olsa bir xeyrü şəri, Gəlib məndən alır idi xəbəri; O qaşları yayı görəndən bəri Dağılıbdır əqlü huşum, ağlaram. Diyari-ğürbətdə binamü nişan Qalmışam, tapılmaz halım soruşan; Nə bir gələn, nə bir əhval danışan; Yollardadı gözüm, kuşum, ağlaram. Düşəndə yadıma vəfalı dilbər Sərasər od tutub alışır cigər. Ğəm tünlük, mən yalqız, yüz yana çəkər, Zakirəm, böyüyüb başım, ağlaram. Piranəsərlikdə bir növcavanın Piyalə çeşminin məstanəsiyəm. Dolannam başına şam ta səhər, Şəmi-camalının pərvanəsiyəm. Eşq əhlinin işin məndən al xəbər, Hər aşiq olurmu sahibi-hünər? Yanmağa kahildir odda-səməndər, Mən özüm bu yolun mərdanəsiyəm. Sərasər sövdayi-eşqi tərsanın Apardı əqlini Şeyx Sənanın, Fərhad-Şirinin, Qeys-Leylanın, Mən də bir pərinin divanəsiyəm. Qurbanam özünə, həm yoldaşına, O xumar gözünə, hilal qaşına. Nə olur pinhani bir sirdaşına Deyə: "filaninin cananəsiyəm". Mən Zakirəm, budur sözüm, söhbətim, Nadan ilə yoxdur hərgz ülfətim. Hanı bir xiridar, bilə qiymətim? Mərifət bəhrinin dürdanəsiyəm. Səri-zülfün kimi titrər ürəyim, Gələ-gör ki, səri-muyin istərəm. Duzlu hekayətin, nəməki sözün, Pəsəndidə xülqü xuyin istərəm. Bir otaqda oturuban biz ilən, Könlümü aldığın şirin söz ilən, Eyhamü işarə, qaşü göz ilən, Kahi həzin göftüguyin istərəm. Səndən ayrılandan bəri lalam mən, Ümid yoxdu gələn ilə qalam mən; And olsun Kəbəyə, xəstəhalam mən, Can verməyə səri-kuyin istərəm. Kəsibsən bizimlə aranı nədən, Nə müddətdən bəri yox gəlib-gedən. İntizar çəkərəm ta ki, sübhədən Ol badi-səbadan buyin istərəm. Mən Zakirəm, səni görəndən bəri Düşmüşəm çöllərə dəli, sərsəri; Neylərəm künəşi, mahi-ənvəri, Üzarın anaram, ruyin istərəm. Nə müddətdi iştiyağın çəkirdim, Şükür həqqə, pərizadə gedirəm. Çərxin sitəmindən, dövrün zülmündən, Gözəllər şahına dadə gedirəm. Mən ona çakərəm, o mana sultan, Hər nə hökm eyləsə-bəndeyi-fərman. Möhnətimə çarə, dərdimə dərman Edən yoxdu bu aradə, gedirəm. Gecə-gündüz qan tökülür didəmdən, Yarımadım hərgiz yarü həmdəmdən; Ya öldürsün məni, qurtarsın ğəmdən, Versin muradımı ya da, gedirəm. Baş ağardı, ömür keçdi yarıdan, Qurtarmadıq hərgiz ahü zarıdan. Bu gün neçə gündü canan sarıdan Yetibdi guşuma səda, gedirəm. Zakirəm, sızlaram misli-əndəlib, Görüm, ya görməyim üzün, ya nəsib! Hal-pərişan, dil-nigaran, müztərib, Sərdarıma bir muradə gedirəm. Ömür keçdi, insaf elə, sevdiyim, Nə müddətdi dərdü möhnət çəkərəm. Hər kəs öz yarını çəkib yanına, O ki, mənəm, elə həsrət çəkərəm. Bahar fəsli el şad olur sərasər, Hərgiz məndən özgə yoxdu mükəddər. Nəkhəti-zülfünü nəsimi-səhər Gətirsə, ziyadə minnət çəkərəm. Gül ilə həmzəban olubdu bülbül, Açılıb bənövşə, yasəmən, sünbül. Dolanım başına, mürüvvət dögül Bu qədər ki, sənsiz xiffət çəkərəm. Mey içir gülşəndə məşuqü aşiq, Mən qalmışam təkü tənha, nə layiq? Bir para dərdimi bilir xəlayiq, O ki, bir parasın xəlvət çəkərəm. Qoyubsan könlümü cövrü cəfadə, Gözüm yollardadı, əlim duadə. Şikəstə Zakirəm, ruzi-cəzadə Bu qisası səndən, əlbət, çəkərəm. Qadir allah bir də səbəb salaydı, Bəyaz cəbinində tağı görəydim. Sürtəydim üzümü gülgəz yanağa, Siyah zülfü, tər buxağı görəydim. Səs-səsə verəydi həzarə, bülbül, Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman, əllərində gül, Gəzəydin hər tərəf bağı, görəydim. Bu dövran dolanıb, zəmanə dönə, Tarının kərəmi olaydı mənə, Oturub səninlə dizbədiz kenə Deyib, gülüb, danışmağı görəydim. Dərdü ğəm çəkməkdən qan olub cigər, Gətirən yox nazlı yardan bir xəbər. O qədər mən ölməyəydim, müxtəsər, Genə o gördüyüm çağı görəydim. Zakirəm, çəkərəm cövrü cəfanı, Yadlar ilə sürər zeöqü səfanı; Nə gərək sevəydim ol bivəfanı, Nə də belə hicran dağı görəydim. Tökər səndən ayrı, ey çeşmi xumar, Gecə-gündüz əşki-alı gözlərim. Nə deyir-dincəlir, nə qərar tapır, Dəmbədəm yadına salı gözlərim. Başadən olmadı didarın qismət, Qorxuram ki, ala canımı həsrət; O qədər çıxmadı, gördü aqibət Sən gəzən yerləri xali gözlərim. Firqət odu məni yandırıb yaxar, Sübhü şam didəmdən qanlı yaş axar; Viran olmuş bağda dolanıb baxar Gah irəli, gahi dalı gözlərim. Nə bilsin düşəcək ğürbət diyarə, Sanırdı mümkündür daim nəzarə; Baxmaz idi zülfə, xalə, üzarə, Belə bilsə idi halı gözlərim. Mən Zakirəm, nələr düşər xaşıma, Çərxi-fələk ağu qatdı aşıma. Bilirdim ki, əvvəl-axır başıma Gətirəcək qalmaqalı gözlərim. Dün düşdü güzarım yarın kuyinə, Dərdü ğəm çevrəsin alıbdı, gördüm. Soruşdum əhvalın, cavab vermədi, Gözləri yaş ilə dolubdu, gördüm. Ahü zar çəkməkdən yox olub varı, Ayinəsin tutmuş möhnət rubarı. Əyyami-xəzana dönüb baharı, Saralıb gül rəngi solubdu gördüm. Kamana dönübdü qaməti-mövzun, Əhvalını fələk edib digərgun. Gecə-gündüz ağlamaqdan əşki-xun Almas kiprikləri yolubdu gördüm. Hanı mən gördüyüm əhmər yanaqlar, Müsəlsəl keysulər, nəsrin buxaqlar? Təravətdən düşüb ğönçə dodaqlar, Deyib-danışmaqdan qalıbdı, gördüm. Zakir, xərab olsun belə zəmanə, Həmişə yaxşılıq verib yamanə, Yar ilə qolboyun gəzdiyim xanə Dağılıbdı, bərbad olubdu, gördüm. Müddətdir həsrətəm, bir gəz bəri bax, O xan gözlərinin sədqəsi canım. Könül şikarına şahibaz kimi Çıxan gözlərinin sədqəsi canım. Rüxsarına qoşa xallar düzülüb, Yoluna baxmaqdan canım üzülüb; Yuxusuz maral tək hərdəm süzülüb, Axan gözlərinin sədqəsi canım. Eşq əhlini qoymaz gələ yaxına, Göz işləyən yerdən istər toxuna. Sərasər bağrımı müjkan oxuna Taxan közlərinin sədqəsi canım. Təsəlli verirdim mən öz-özümə; Nazlı dilbər inanacaq sözümə; Niqab altdan oğrun-oğrun üzümə Baxan gözlərinin sədqəsi canım. Şikəstə Zakiri gah şad eyləyib, Gahi- bəndə, gahi azad eyləyib, Könül xanimanın bərbad eyləyib, Yıxan gözlərinin sədqəsi canım. Əsib badi-səba, gül pirəhənin Çak edəndə, bəyaz sinəndən öpüm. "Səlli əla" deyim, sürtüm üzümü, Kəbə qəndili tək məməndən öpüm. Gəzib-gəzib gəlib oturub gendə, Kin, küdurət ortalıqdan gedəndə, Təgəllümə gəlib söhbət edəndə "Bəri bax, bəri bax" deməndən öpüm. I İşim yoxdur sultan ilə, xan ilə, Yolunda qoymuşam başı can ilə; Oturub bir neçə növcavan ilə Şirin-şirin içib-yeməndən öpüm. Müddətdi həsrətəm, eyləmə haşa, Ay qabağa, xumar gözə, yay qaşa, Durub pərvanə tək dolanıb başa, Siyah zülfün tutum, çənəndən öpüm. Kəsilib könlümün səbrü qərarı, Al canımı qurtar barı, sən tarı. Öldürən zamanda Zakiri-zarı, Əl saxla bir, qanlı qəməndən öpüm. Ey cismimin çanı, gözümün nuru, Eylədiyin əhdü vəfadən utan! Gecə-gündüz çakər kimi dərində Çəkdiyim cövr ilə cəfadən utan! Əbəs yerdə xəcil oldum arada, Əqlü huşu verdim fənayə, bada... Gözü yaşlı məni qoyub burada, Reyr ilə sürdüyün səfadən utan! Eylədin həvalə eşq odun cana, Gördün ki, yanıram, çəkildin yana; Canın kisar edən Şeyx Sənana, Vəfadə düxtəri-tərsadən utan! Ey bimürvət, neyləmişdim sana mən, Rahi-ümmidimə döşədin tikən. Məhəbbət yolunda bəlalər çəkən Züleyxadən, Şirin, Leyladən utan! Şikəstə Zakirəm, sevmişdim səni, Atəşi-fəraqə yandırdın məni; Həq dost tutmaz iqrarından dönəni, Bəndeyi-xudasən, xudadən utan! Ləli-ləbin kimi sağəri-səhba Bulunmaz, sormuşam meyxanələrdən. Sədəf dəhanından çıxan sözlərin Qiyməti artıqdır dürdanələrdən. Həsrətinəm, görmək istərəm səni, Dolanım başına, incitmə məni! Günəş camalından götür bürqəni, Xublər yaşınmaz divanələrdən. Həq bilir, bilməzəm eşqi danmağı, Bülbül tək yaz sevib, qış usanmağı; Məndən öyrəniblər oda yanmağı, Düşəndə xəbər al pərvanələrdən. Xədənkin cismimi covşən eyləmiş, Dəlik-dəlik, rövzən-rövzən eyləmiş. Can quşu zülfündə məskən eyləmiş, Onunçün qorxuram mən şanələrdən. Zakir-həzər eylə, bu çərxi-fani Yola salmış Vamiq ilə Sənani; Fərhadü Məciunun keçib dövrani, Sənsən ancaq qalan mərdanələrdən. Dost yolu bağlandı, ümid kəsildi Qasidin dəmbədəm kitabətindən. Çərxi-sitəmkərin, dövri-zalımın Ölüb qurtarmadıq ədavətindən. O mehrabü minbər qaşlara mail Olmayanın olmaz imanı kamil; Yüz il başın yerə deyə, nə hasil, Zahidin bihudə ibadətindən. Saxladığım bəsdi canı bədəndə, Mundan artıq yoxdu təvanə məndə. Sizi tarı, deyin yara düşəndə, Məgər əl götürüb əmanətindən? Nə xoşdur cananə canı yetirmək, Doyunca nəzarə eyləyib ölmək. Aşiqə məşuqun didarın görmək Ziyadədir Kəbə ziyarətindən. Qoyubdur Zakiri ğəm məkanında, İntizar gözündə, ğüssə canında; Gözəllər içində, xublar yanında Üzə çıxa bilməz xəcalətindən! İstərəm ki, varım yarın kuyinə, Şikvə edəm ğəmi-pünhan əlindən. Bilirəm ki, mana fürsət tapılmaz Dərində aşiqi-nalan əlindən. Badi-səba, söylə ol sitəmkarə, Ölürəm, eyləsin dərdimə çarə. Yoxsa məhşər künü pərvərdigarə Dad edib, çəkərəm aman əlindən. Salıbdır könlümü zülfün əzabə Gecələr sübhədən yüz piçü tabə; Bir kimsə tapılmaz yetə səvabə, Qurtara fəqiri ilan əlindən. Atarsan, yıxarsan xeyli zamandı, Usanmazsan, elə haman-hamandı; Gözün mərdümünün işləri qandı, Nə ox düşər, nə də kaman əlindən. Kimsənin Zakirdən yoxdu xəbəri, Qalmayıbdır hərgiz şənlik əsəri. Hüsnünə xiridar olandan bəri, Saf cana yetişib ziyan əlindən. Nə zülmlər qaldı mənim həqqimdə Eyləməmiş o bivəfa, görəsən? Yandığına görə alovlarına, Hələ, barı beş gün səfa görəsən. Yaslandım dərində bir neçə müddət, Bir zaman müyəssər olmadı xəlvət; Vüsalında mümkün olsa fərağət Səhldir hicrində cəfa görəsən. Ğəm evində paybəstə olduğum, Halpərişan, dilşikəstə olduğum; Bəstəri-möhnətdə xəstə olduğum, Deyən varmı biinsafa, görəsən? Nazlı dilbər özgələrə ad olsa, İşim, kücüm nalə olsa, dad olsa, Dəli könül dost kuyindən yad olsa, Kəsilərmi bu qafqafa, görəsən? Zakir, hər yetənə özün uduzma, Dərdü qəm çərisin dövrənə düzmə, Əbəs yerə cəfa çəkmə, can üzmə, İnanma, xublardan vəfa görəsən. Təğafül eyləmə, ey badi-səba, Bəlkə o kül üzlü yarı görəsən. Şərh edəsən ona dərdi-dilimi, Bir vəsilə sala tarı görəsən. Dolanıb başına sərvi-rəvanın, Döşən ayağına qaşı kəmanın, Xəbər alsa səndən: o binəvanın Necə keçir ruzigarı, görəsən? Söylə ki, köz yolda, könül intizar, Şəm tək oturub sübhədən ağlar, Bu gün-sabah ölər, ixtiyarın var, Nə olur gedəsən, barı, görəsən. Əmanətim budur, bir kənarə çək, Yalvarıb, yapışıb, eylə əl-ətək; Gəlməkdə təğafül eyləsə, gərək Məzəmmət edəsən, karı görəsən. Zakir der: eybi yox xülqü xuyində, Şirin söhbətində göftüguyində. Biz yad olduq, indi səri-kuyində Kimin vardır etibarı görəsən? Sevdiyim, didəmdən sellər açılır, hər zaman düşəndə iraq kezlərin. Gəlmədi sendürə cikər atəşin, hər biri bir qaynar bulaq közlərin. Kimin yolu düşsə xaki-dərinə, Ox vurar köksünə mərhəm yerinə. Belə kafər olmaz, aşiqlərinə Qan uddurur çanaq-çanaq közlərin. Bir zaman var idi, kerəndə məndən, Ahuyi-xütən tək qaçardı kendən. Bildi xərabədi, ey ğönçədəhən, Elədi könlümü yataq, közlərin. Yığılıb bir yerə el qınar səni, Deyər çox incitdi kedib-gələni. Təəccüb eylərəm, neçin mücəni Piltə tək yandırmaz çıraq közlərin. Salıbsan Zakiri cövrü cəfayə, Yolunda canını verdi fənayə; Ömür başa yetdi, ol binəvayə Olmadı bir gecə qonaq közlərin. Dilbər, neyləmişəm, nədir günahım, Baxar mana özgə sayaq gözlərin. Bir quru qəfəsəm, yetişən kimi Alıbdı canımı bayaq gözlərin. Dəlik-dəlik eyləmişdi sinəmi, Dedilər ki, gəlir sala mərhəmi; Dəxi də artırdı ğəm üstən ğəmi, Nə yaxşı yoxladı naçaq gözlərin. Ğəmzən həramidi, qəddin qiyamət, Aşiqlər içində salıbdır afət. Yay tutmaqda, ox atmaqda, nəhayət, Hamıdan mahirdi qoçaq gözlərin. Hər kim yana onun iştiyağına, Gərəkdir əl qata cigər yağına; Gördü ki, əyilib qaşın tağına, Tez verdi müjədən dayaq gözlərin. Həzər eylə, bir bax pərvərdigarə, İncitmə aşiqi bir də dübarə; Ver hüsnün zəkatın Zakiri-zarə, Olsun bəlalərdən iraq gözlərin. Heç bilirsən nə cəfalər çəkmişəm, Uzun müddət yollarında, yar, sənin? Nə olur danmaqdan, daldalamaqdan, Düşgününəm aləm-aşikar sənin. Nə qədər ki, gəlir təndə nəfasim, Bülbüli-şeyda tək kəsilməz səsim; Mənim səndən özgə yoxdur bir kəsim, Yüz kimin-kimsənən o ki var, sənin. Ayırmışdı məni bəxti-siyahım, Gəlmişəm dərinə, ey padişahım; Çək tiğini, kər var isə günahım, Öldür, gərdən mənim, ixtiyar sənin. Tutmuş idim səri-kuyində mənzil, Gecə-gündüz danışardım dilbədil; İndi ğəm evində sədparə könül Əzəlki lütfünü arzular sənin. Ayrı düşüb obasından, elindən, Yenə əl götürməz xublar telindən; Zakir, məgər usanmazsan, əlindən Saf canə yetişdi dili-zar, sənin. Badi-səba, seylə mənim yarıma Gözəllər çıxıbdı seyranə, gəlsin! Təğafül etməsin, işrət çağıdır, İçilir hər yerdə peymanə, gəlsin! Bənövşələr salsın başın aşağa, Nərgiz olsun gözlərinə sadağa, Gül camalıg əfğanə, gəlsin! Siyah zülfü tər buxaqda dənlənib, Sonalar yerişi ondan öyrənib. Ovçu görmüş maral kimi səksənib, Oğrun baxa-baxa hər yanə, gəlsin! Barmağında xatəm, belində kəmər, Telində güşvarə, düymə tamam zər, Ğərq olsun yaşıla, ala sərasər, Naz ilə sallana-sallanə gəlsin! Sürmə çəksin gözlərinə, qaşına, Gündə yüz yol mən dolanım başına. Zakir tək yanmağa eşq ataşına, Cürəti var isə pərvanə gəlsin! O qədər gəlmədi intizar öldüm, Deyin, indən belə yara gəlməsin. Gözü yolda natəvanım var,-deyib, Zəhmət çəkib bu diyara gəlməsin. Əkər ağlamağa olsa həvəsi, Səd əmanət, uca çıxmasın səsi, Deməsinlər yoxdu bir kimsənəsi, Xəlq üzünə geysin qara, gəlməsin. Biganələr sarayına varmasın, Dırnaq çalıb gül üzarı yarmasın, Amandı, baş açıb, əl aparmasın Siyah zülfi-tabdarə, gəlməsin, Yar olan gərəkdir yana yarına, Ğəmü möhnət çəkə ğəmküsarına. Səbr etməkdən ğeyri qəza karına, Yoxdu dəxi özkə çarə, gəlməsin, Həsrət ilə getdi Zakiri-xəstə, Badi-səba, yetir ol çeşmi məstə, İşdir, yolu düşsə məzarım üstə, Pünhan gəlsin, aşikarə gəlsin. Ey yığılan canlar, minnət eyləyin, Dursun, o gözəllər şahı oynasın. Dəst tutsun Ütarid, Zöhrə, Müştəri, Fələkin şəms ilə mahı oynasın. Sərasər əlvanə batsın gül bədən, Siyah zülfün töksün qamətilə tən. Demənəm oynasın ta axşamadən, Gah otursun, gah-gahi oynasın. Salıban piləkduz cuna başına, Sürmə çəksin həm közünə, qaşına; Can nəqdini verək biz şabaşına, Eşq əhlinin qibləgahı oynasın. Odur bizim sultanımız, xanımız, Yolunda qoymuşuq din-imanımız; , İntizar çəkməkdən çıxdı canımız, Bəsdir bu nəzakət, dahı oynasın. Şikəstə Zakirəm, görüb karımı, Yolunda dağıtdım yoxü varımı; Aparıb əqlimi, ixtiyarımı, Xahi oynamasın, xahi oynasın. Ey yığılan canlar, siz olun tarı, Amandı, qoymayın, yar oynamasın. Bir belə adamın içində, yəqin, Əlbəttə, bədnəzər var, oynamasın. Vüqarla otursun o gülbədənim, Bu yığnağa çoxdur gəlib-gedənim; O, oynasa olur, bilsin ki, mənim Gen dünya başıma dar, oynamasın. Xəlq içində xəcil etməsin bizi, Müştaqdır gözünə aləmin gözü; Yel atar çarqatın, açılar üzü, Badə gedər namus-ar, oynamasın. Oynamağa həvəs eyləsə, barı, Oynasın gecə saf olanda yarı; Günün hərarəti, yerin buxarı Tər bədənə eylər kar, oynamasın. İltimas eyləsə qızlar, gəlinlər, Dabanı çatlaqlar, ayaqyalınlar, Oynasa oynasın könüqalınlar, Zakir, ol məməsi nar oynamasın. Bu bahar fəslində, mürüvvətdirmi, Sevgili yarından göz iraq olsun? Baxıb hər tərəfə, gülüzarını Görməyib, sənəti ağlamaq olsun? O gedəndən bəri bir məhrəmim yox, Ləzzətim yox, söhbətim yox, dəmim yox; Tamam aləm viran olsa ğəmim yox, Tək canan mənimlə ittifaq olsun. Ey könül, səbr eylə, allahı sevər, Gəzib dolanacaq aləmi yeksər; Bəlkə yardan bizə verə bir xəbər, Demişəm səbayə göz-qulaq olsun. Fələk qoymadı ki, görəm rüxsarı, Unutma gahbəgah, yar, səni tarı; Qasid pəyamilə, düşəndə barı, Aralıqda deyib danışmaq olsun. Dərdü mehnət hüçum edibdir mənə, Yetirə gör özün, qulunam genə. Qorxuram tən edib deyələr sənə Zakirin ölübdür, başın sağ olsun! Dilbər, səni tarı, günəş camalın, At bürqəni, al yanağı görünsün. Bəyaz cəbinində qövsi-qüzeh tək, Hərami qaşların tağı görünsün. Gizləmə gəncini süni-xudanın, Qoy olsun aşikar, sən ol öz canın; Sal ağızdan yamşaq, şəkər dəhanın Şirin-şirin danışmağı görünsün. Susayıb qanıma bimar gözlərin, Xəstədir, gördüyün umar gözlərin, Eşq əhlinə iki xumar kgzlərin . Kaman çəkib, ox atmağı görünsün. Çəkibsən sədrinə qara çarqatı, Bulud kimi alan ara çarqatı. Götür, tulla bir kənara çarqatı, Giribandan sinən ağı görünsün. Sevgi gərək ola sevgisilə düz, Əylənə bir yerdə gecəvü gündüz; Bir dəm Zakir ilə otur üzbəüz, Üzarının solu, sağı görünsün. Dilbər, sən gedəndən bəri könlümün Nə səbri, sükunu, nə qərarı var. Kimdir mənim kimi ellar dəlisi? Hər kimsənin öz boyuna karı var. Yar məgər yarını yadına salmaz? Arayıb axtarmaz, ğəminə qalmaz? Haçan can dilədin, mən dedim:-olmaz? Yalan demə, üstümüzdə tarı var! Həmdəmi olmayan pərişan gəzər, Əlləri qoynunda, bu nişan gəzər, Əkər gəda olsa, alişan gəzər Hər kimin ki, bir vəfalı yarı var. Gəzəsən aləmi, cümlə-cahanı, Mənim tək tapılmaz binəva, hanı? Vamiqin Əzra tək canı yananı, Məcnunun Leyla tək ğəmküsarı var. Zakir, başdan bəxtin qaradır sənin, Göz tikmə yollara, kimdir gələnin? Bəxtəvər başına o kimsənənin, Gözəllər yanında etibarı var. Ey sevdiyim, səndən cüda düşəli, Nə səbrü sükünum, nə taqətim var. Sənsən sözüm, fikrim, zikrim, xəyalım, Sanma ki, bir özgə hekayətim var. İkisi birləşib zülm edib mana, Güvah yox arada, qorxuram dana; Üz görmə, sultanım, gəlmişəm, sana Mərdümi-çeşmindən şikayətim var. Eyib yoxdur ətvarında, xuyində, Şirin söhbətində, göftükuyində, Qoyuban getmədim canı kuyində, Şərməndəyəm, səndən xəcalətim var. Badi-səba, dəymə yarın zülfünə , Pərişan eyləmə xatirim yenə. Bəlkə nəsib ola yetişə mənə , Onda könül adlı əmanətim var. Tab etməyib keşa-keşi-sevdayə, Fərhad dağa qaçdı, Məcnun səhrayə, Şikəstə Zakirəm, cövrü cəfayə, Onlar tək deyiləm, dəyanətim var. Bir saat havada qanad saxlayın, Nizam ilən gedən qoşa durnalar! Qatarlanıb nə diyardan gəlirsiz Qaqqıldaşa-qaqqıldaşa, durnalar? Mən sevmişəm onun ala gözünü, Nəsib ola bir dəm görəm üzünü; Yoxsa danışırsız dilbər sözünü, Veribsiniz nə baş-başa, durnalar?! Diyari-ğürbətdə müddətdi varam, Gecə-gündüz canan deyib ağlaram; Mən də sizin kimi ğəribü zaram, Eyləməyin məndən haşa, durnalar! Laçın yatağıdı bizim məkanlar, Yavaş-yavaş gedin, səsiniz anlar, Qorxuram toxuna ötən zamanlar, Sürbəniz dağılıb çaşa, durnalar! Zakirəm, od tutub, alışıb cigər, Var isə canandan sizdə bir xəbər, Təğafül etməyin, allahı sevər, Dönməsin bağrınız daşa, durnalar! Can üzüldü, gələ-gör ki, sevdiyim, Gülgəz yanağını könlüm arzular. Bəyaz püstanını, mərmər sinəni, Nəsrin buxağını könlüm arzular. Gah küsüb özümü sana satdığım, Gah barışıb ixtilatı qatdığım, Öpüb, qucub, o qolboyun yatdığım Xəlvət otağını könlüm arzular. Əmib-əmib ləblərindən doyduğum, Mürgüləyib kənarında uyduğum, Tutub, sıxıb qucağıma qoyduğum Şümşad ayağını könlüm arzular. Ayrılıqda keçən karı dediyin, Yarı gizlətdiyin, yarı dediyin, "Ahəstə sor, səni tarı",-dediyin Şəkkər dodağını könlüm arzular. Yox idi Zakirdən haşa etməkin, Nə bir yaşınmağın, nə üz tutmağın, Kəsilibdi indi gəlib-getməgin. Əzəlki çağını könlüm arzular. Ləbin şərabından məst olan aşiq, İnanma, sarərü səhbayə baxar. Rüxsari-alının həsrətin çəkən Nə günə göz açar, nə ayə baxar. Rövnəqi pozulub otağımızın, Ziyası qalmayıb çırağımızın; Nəkhəti-zülfündən dimağımızın Müəttər olmarı səbayə baxar. Əvvəl aldın əqlü huşü kəmalım, Quru nəfəs qalıb, əyandı halım. Dəxi nə istərsən, bimürvət, zalım, Şah olan əhvali-gədayə baxar. Səngdil sənəmin nə binası var, Deməz aşiqimdi, müddəası var, Cəfanın da həddi, intəhası var, Bəndeyi-xuda bir xudayə baxar. Eşq ucundan oldum günü qarə mən, Dönə-dönə yandım alovlarə mən. Zakir deyər, nedim o nigarə mən, Nə dadə, nə ahü sədayə baxar? Piranəsərlikdə hərcayi könül Hər zaman bir çeşmi-məstanə sevər. Məgər heç düşünməz qəbahətini, Gedib növrəsidə cavanə sevər. Ğəm deyildi sevsə idi əzəllər, Eşidən tən edib indi bəzəllər; Deməz, mənə qədr eyləməz gözəllər, Əbəs yerə olub divanə, sevər. Aşiqlik işində xeyli pürfənəm, Fərhada, Vamiqə, Məcnunə tənəm; Hhər gözəl sevənə aşiq demənəm, Sevən mənim kimi mərdanə sevər. O gündən ki, göz evindən gedibsən, Gülüstana güzər etməmişəm mən. Ləblərin sərməsti, ey qönçədəhən, Nə mey istər, nə də meyxanə sevər. Müddətdir çəkərəm qalmaqalını, Heyf ki, görmədim gül cəmalını. Zakirəm, sevmişəm rüxi-alını, Necə ki, atəşi pərvanə sevər. Xuraman-xuraman seyri-gülşənə Al geyinib çıxma, allahı sevər; Sən bəşər deyilsən, süni-xudasan, Yıxarlar evimi, çoxdu bədnəzər. Tək yaradıb səni xaliqi-əşya, Mahi-bədrə bənzər rüxsari-ziba; Arasında bini-siminin guya Əngüşti-nəbidən şəqq olub qəmər. Hər kəs kedib öz şüğlünə, karına, Mənəm düşən eşqin girü darına; Bilməzəm əbrudur, can şikarına, Ya şahbaz gözlərin açıb balü pər. Diyari-ğürbətdə dili-divanə, Necə tab edərdi ğəmi-hicranə; Nəkhəti-zülfünü məşami-canə Gətirməsə gündə nəsimi-səhər. Zakirəm, mən sana olmuşam mail, Danışığım hədyan, kəlamım zail; Divanə sözünə qatışmaz aqil, Dolanım başına, olma mükəddər. Adətdir xublara başdan, binadan, Bir müddət aşiqə hələ yağ çəkər. Eylə ki, yandırdı dürüst ayağın, Görərsən ki, yavaş-yavaş dağ çəkər. Beş kün, üç gün duzlar tərəsin əvvəl, Aralıqda olur filçümlə get-gəl, Sonra deyər çoxdur yanımda əngəl, Biçarə eşikdə iştiyaq çəkər. Aldadıban alar əlindən varın, Elə ki, keyfincə, saf gördü karın, Xəlvətdə öyrədər motalçıların, Kimi qapaz salar, kim çomaq çəkər. Əzəldən deyər ki, bəri dur, bəri, İrəli gedərsən o durar geri. Səni görcək özün soxar içəri, Tünd olub, qapını bidamağ çəkər. Lənət olsun bədəsilə, gövdənə, İstəmə, əgərki can verə sənə; Şikəstə Zakirəm, gərəkməz mənə, Bu xiffəti hansı qurumsaq çəkər! Məşşatə gözünə sürmə çəkəndə Sanasan, gözümə bıçağı çəkər. Sərasər üzülür rişteyi-canım, Eylə ki, zülfünə darağı çəkər. Bilmədim qədrini günəş camalın, Sürahi gərdənin, çöhreyi-alın O aşiq bilir ki, qədrin vüsalın, Bir müddət möhnəti-fərağı çəkər. Xumar-xumar o baxmağı gözlərin, Yəğmaləyib solu, sağı gözlərin. Hərami qaşların, yağı gözlərin Yay silkər, ox atar, sədağı çəkər. Xubların yaxşısı olmaz kəmməhəl, İşarə edən tək gəlir əlbəəl; Bir para əhli-hal olmayan gözəl Zənəxdanı gizlər, qabağı çəkər. Mənsur tək çəgələr darə Zakiri, Yandıralar alovlarə Zakiri, Eyləsələr parə-parə Zakiri Necə dost kuyindən ayağı çəkər?! Dilbər, tər sinədən götür çarqatı, Qoy bir də görünsün göyçək məmələr. Həsrətin çəkməkdən canə yetmişəm, Açsın könlümüzü çiçək məmələr. Örtüb basdırırsan gül pirəhəndə, Bu xasiyyət nədir, bilməzəm, səndə? Qar deyil əriyə nəfəs dəyəndə, Bir şey deyil yeyək, içək, məmələr. Eşq əhlinə olsa xoş iltifatın, Gətirmə adını abi-həyatın; Şirinlikdə balın, qəndü nəbatın Tamamı yalandı, görcək-məmələr. Püstanı boşalan bənzər gəlinə, İstər……, istər………. Vermə səd əmanət nadan əlinə, Əzilməsin o gəmirçək məmələr… Zakir, hamı dərddən bu dərddi yaman- Bir kəs ahıl ola sevə növcavan; Qorxuram diş düşə, tökülə dəndan, Durmaya ağzımda sürçək məmələr Yeri, ey bivəfa, həq varsın işin, Ömrümüzə xələl qatdığın yetər. Yadlar ilə xəlvət aşina olub, Aşikar boynundan atdığın yetər. Dərdü ğəm çəkməkdən cana yetdim mən, İnsafü mürüvvət eyləmədin sən: Yandırıb şəm tək bizi sübhədən, Özün rahət ilə yatdığın yetər. Gah küsülü olub, gahi barışıb, Bir saat keçməmiş ara qarışıb, Tənəli-tənəli sözlər danışıb, Əlini dizinə çatdığın yetər. Nə cəfa çəkərik, nə can üzərik, Bu gündən belə də yarsız gəzərik; Daş basarıq bağrımıza, dözərik, Bu qədər özünü satdığın yetər. Adam gərək bir üz qoya aradə, İqrarı, imanı verməyə badə; İncitmə Zakiri bundan ziyadə, Bir usan, günaha batdığın yetər. Bağrım şan-şan olur zənbur evi tək, Gözüm ki, sən gəzən otağə düşər. Necə ağlamayım, bəs ağlamazmı Bir kəs ki, yarından irağə düşər? Əyyami-xəzanə dönüb baharım, Kəsilməz sübhədən naləvü zarım. Sən gedəndən bəri bir yol güzarım Nə suyi-gülşənə, nə bağə düşər. Qəsdin aşiq canı almaqdı əgər, Göz ucilə qıya baxmağın yetər. Dəxi nə lazımdı tiri-mücələr Səf çəkib, yay qaşın qabağə düşər. Üzünü görməyə məh avarədi, Gahi müdəvvərdi, gahi parədi; Gün sənin əlindən günüqarədi, Zülfün kimi daim ayağə düşər. Nə müddətdi bizdən kəsibdi ara, Bir deyən yox o, zalimü xunxara: Ver hüsnün zəkatın Zaxiri-zara, Binəvadır, ona sədağə düşər. Dost kuyindən bir gələn yox soruşaq, Görək həmdəm indi o yarə kimdi? Oturub üzbəüz edən tamaşa Doyunca çöhrəvü üzarə kimdi? Adətdir, baxarlar qaşları yayə, Nəzzarə edərlər rüxi-zibayə. Mən düşmüşəm nahaq dami-bəlayə, Baxmayan türreyi-tərrarə kimdi? Yanaram şəm tək gecə sübhədən, Karü şüğlüm olub- naləvü şiyvən. Bu qədər dərində sızıldaram mən, Bir yol deməz; "görün biçarə kimdi?" Gizlədim bir müddət, infial etdim, Nə bir söz danışdım, nə də qal etdim. Qan olmadı bu gün şərhi-hal etdim, Deməyən dərdini dildarə kimdi? Kuhkənin ev tikməkdi binası, Həyat verir Qeysə seyri-səhrası; Hər kəsin var bir mənzilü məvası Aləmdə Zakir tək avarə kimdi? Bu dövri-fanidə beş gün kişinin Bir yaxşı, vəfalı yarı gərəkdir. Aralığa rəqib girə bilməyə, Bir-birinə etibarı gərəkdir. Əhdi dürüst ola, iqrarı möhkəm, Gözündən irağa düşəndə bir dəm Nə könlü açıla, nə ola xürrəm, Fikri, zikri sənin sarı gərəkdir. Yadlar ilə danışmaya, gülməyə, Namünasib yerə gedib-gəlməyə, Hər sözü şəninə layiq bilməyə, Namusu, ğeyrəti, arı gərəkdir. Naməhrəmə görünməyə, yan gəzə, Bihəya olmaya, adü san gəzə, Amma öz evində alişan gəzə, Ala, verə, ixtiyarı gərəkdir, Cahillik zamanı keçibdir əgər, Genə yüz naxələf oğlana dəyər; Piranəsərlikdə bir belə dilbər Yetirə Zakirə tarı, gərəkdir. Əyyami-zimistan keçdi, sevdiyim! Dur seyr elə, işrət baharıdır bu! Rəna qamətinə baxıb xəlayiq Desinlər ki, kimin nigarıdır bu? Sübhədən qolboyun yatmaq çağıdı, Dərdü ğəmi kənar atmaq çağıdı. Gəl savaşma, alıb satmaq çağıdı, Keçirmə, məhəbbət bazarıdır bu. Can quşun, ey əcəl, arasan təndə, Onun hökmü nə səndədir, nə məndə; Qaçıb daldalanıb künci-bədəndə, Bir laçın gözlünün şikarıdır bu. Hər aşiq ki, gəlsə səri-kuyinə, İlişir yüz yerdən tari-muyinə. Könül çox dolanır dövri-ruyinə, Heç deməz, hərami güzarıdır bu. Əmanətim budur, allahı sevər, Nəşimi yol üstə dəfn eyləsinlər. Ötəndə, keçəndə vəfalı dilbər, Desin Zakirimin məzarıdır bu! Ey bimürvət, məni cana yetirdin, Munca cövrü cəfa birdən olurmu? De görüm ki, neyləmişəm sana mən, Azürdəlik əbəs yerdən olurmu? Gözlərin nərgizə verib əzabı, Ləbin xəcil eylər şərabi-nabı, Üzarın ərəqi, hüsnün gülabı Yasəməndən, güli-tərdən olurmu? Bəstəri-möhnətdə xəstəhalam mən, Təbiblərdə yoxdu dərdimi bilən; Göz yaşilə namə yazsam, görəsən, Bizə çarə o dilbərdən olurmu? Yeridikcə eylər o şuxi-şəhbaz Al çarqatın ucu havada pərvaz; Belə işvə, belə ğəmzə, belə naz, Belə qamət, belə gərdən olurmu? Gözəl olan gərək dünyadə möhkəm, Unutmaya yarın bir saat, bir dəm, Sək, rəqib sözilə, sevdiyim adəm, Zakir kimi süxənvərdən olurmu? Eşitdim gözəllər seyrə çıxıbdır, Getdim, gördüm canlar alan gəlməmiş. And verib soruşdum bir-bir, dedilər: Fəqir, səni şeyda qılan gəlməmiş! Əyyami-zimistan keçib, gələ yaz, Mükəddər xatirim bir dəm açılmaz; Yüz min təbib olsa yaram sağalmaz, Özü məni dərdə salan gəlməmiş. O sərvəri-xuban, o şahi-sənəm Mübarək əlilə etməsə mərhəm, Gözümün qan-yaşı qurumaz bir dəm, Oxu sınıb dildə qalan gəlməmiş. Müsəlsəl keysusun töküb rüxsarə, Siyah sürmə çəkib çeşmi-xumarə; Dəli könül, gör başına bir çarə, Gözü sərxoş, zülfü ilan gəlməmiş. Zakir ilə yoxdür ülfəti əgər, Cəm imiş dərində eşq əhli yeksər; Təkəllümə gəlib vəfalı dilbər, Soruşub: bəs neçin filan gəlməmiş?" Piranəsərlikdə bir növcavanın Oxları sinəmə kargər olmuş. Atdı, vurdu, yıxdı, keçdi çəpəndaz, Könül əqəbincə dərbədər olmuş. Yetişən zamanda başa sinnü sal, Didarını görcək rəf oldu məlal; Gəlib təravətə gülşəni-xəyal, Şükufələr açıb barvər olmuş. Həvavü həvəsi sanmayın asan, Şiri-nəri eşq eyləyər bəndivan, Görmədinmi, necə o Şeyx-Sənan. Düxtəri-tərsayə xidmətkər olmuş! Pirlik etmişdi məni sərsəri, Qalmamışdı zövqü səfa əsəri; Ol qönçədəhanı görəndən bəri Nəzmi-təbim yenə pürgühər olmuş. Yüz huriyü ğılman olaydı hazır, Mu qədəri ülfət etməzdi xatir; Bu gün neçə gündür qocaman Zakir Tazə-təri sevmiş, tazə-tər olmuş. Bu gün-bayram günü səhni-çəməndə Gördüm nazəninlər xürrəm oturmuş. Mənim yarım nə danışır, nə dinir, Oların içində əbsəm oturmuş. Oturub tək-tənha, qarışmır cəmə, Nə söhbətə qulaq asır, nə dəmə, Bənzəyir aşiqi ölən sənəmə, Əlləri qoynunda, pürğəm oturmuş. Seyğəlsiz, sürməsiz gözlər ilə qaş, Dağınıqlı geysu, pozunuqlu baş, Çöhreyi-alında qətrə-qətrə yaş, Sanasan, gül üzrə şəbnəm oturmuş. Soruşdum qızlardan, allahı sevən, Neçin mükəddərdi o ğönçədəhən? Dedilər: eşidib, ey bivəfa, sən Olmusan özgəyə həmdəm, oturmuş. Sürünüb payinə, eylədim əfğan: İnanma bu sözə, yalandır, yalan! Şikəstə Zakirəm, hüsnünə heyran, Oxların sinəmdə möhkəm oturmuş. Təcnislər Ömürlər səf edib. canlar üzməmiş, Həmdəm olmaz ey dil, oturan, sana. Mənzili-məqsudə yetmək istəsən, Həzrəti-Musa tək oturan sana. Cigər yandı hərarətdən yox arac, Şirin canın ğəm oduna yəx arac ,Zülfün alır Hindi-Çindən yəx arac, Bəndeyi-fərmandır oturan sana. Sən ağasan mənəm sənin öz gədən, Dil mürğünə verə bilməz öz gədən. Dəli könül umub - küsmə öz gədən Aləm bilir odur oturan sana. Uca dağlar dərdim ilə yar olmaz, Bir sinəyə ox dəyməsə yar olmaz. Əbəs yera cəfa çəkmə yar olmaz Rəqib ilə durub, oturan sana. Görməmişəm zülfün kimi tərlanı Xəstə canım şəfa tapıb tərlanı Zakir, qəsdin tutmaq isə tərlanı Çəkilib bir küncə oturan sana. Qalmadı bir ovuc qəllə biz acıq Qurtulubdi bu afətdən o dızaq. Quru yerə zor eyləmiş biz acıq, Qəlbimizdən gedən deyil o dızaq. Qalırmola yarəb bizə bu damaq, Qılınc alıb sək rəqibi bu damaq, Qaragözlüm geyinibdir bu damaq Qəmər-kimi şölə verir o dızaq. Qələm alıb əhvalımız yazarıq, Qəhbə fələk fitnəsindən yazarıq, Qışın zəhmətindən çıxıb yazarıq, Qoyun-quzu cövlan eylər, o dızaq. Qarı düşmən ölsün, kedək yasadıq Qayım-qayım dost dərini yasadıq. Qadir allah yaradıbdır, yasadıq, Qayıtmanam təriqindən, o dızaq. Qoyma rəqib dərgahına, yaxalıq, Qəsdi budu aparmıya yaxalıq, Qismət eylə bu Zakirə yaxalıq, Qızıl gülə sarmaşıbdı o dızaq. Ha deyirsən gələcəyəm, gəlməzsən, Bu qədər insanda ayılan olmaz. Sənin ğəmzən kimi xəncəri-xunriz, Mənim bağrım kimi ayılan olmaz. Bir yerdə ki, şərh eyləyə araya, Arif gərək o mə'anı araya, Saqi oldun sən ki, duşdün araya, Dəxi bu məclisdən ayılan olmaz. Dərin dərya kənarında yaqusən, Tök rəqibin gözlərinə yaqusən, İnsafi yox, ğəzəbi çox yaqusən, Hərkiz sana mayil ayılan olmaz. Neçə aşiq can veribdir dərində, Neçəsi də pabəstədi dərində, Muradımız hasil xaki-dərində Yatarıq illən, ayılan olmaz. Sonalar gölləri bulanıq olar, Piltə cismim yanar bulanıq olar, Görəndə Zakiri bulanıq olar, Zülfün kimi bədxu ayılan olmaz Heç bilməzəm nə vəqtədən sevdiyim, Gözlərim yolunu bu saqi nədi? Sən də bir insafa gələcəksənmi, De görüm sözünün bu saqi nədi? Girib meyxanəyə xumariyəm mən, Tutmuşam zülfünlə xumariyəm mən. Şəhla gözlərinin xumariyəm mən Dəxi bu piyalə, bu saqi nədi? Qarışıb çeşmimin abi cananə, Pəyəndaz etmişəm abn cananə. Yüz kərrə can verdim abi cananə, Bir kərrə istədim bu saqi nədi. Yaşılbaş sonasan, üzqan eylərsən, Aşiqlər canını üzqan eylərsən. Hər qiya baxanda üzqan eylərsən, Bilməzəm dərində bu saqi nədi? Neylədi, Zakirdən dəndanə yüzin, Həbəşi xalların, dandanə yüzin, Necə tab gətirsin dəndanə yüzin, Bir məkəs pərilə bu saqi nədi. Əlləri qurumuş məşşətə sənin, Salıb gərdəninə o taq nədi?. - Məgər ki, dolanır hilal başına Bəyaz cəbinində o taq nədi?. Dərs alıb oxudum hərayə gəldim, Müşkülüm bitmədi hərayə gəldim. Dərd əlindən yara hərayə gəldim, Artırdı ğəmimi o taq nədi?. İş görən hər kəsin öz kamalidi, Ariflər istəsə öz kamalidi. Aqibəti yoxdu öz kəmalidi, Cəhanın zərnişan o taq nədi.. Cəbrail qalanda olar dəmindən, Lütf edib çıxardı olar dəmindən. Dürüst oldu pəri olar dəmindən, Yoxsa yanmış idi, o taq nədi. Xəstə Zakir, cövə dəymə, buqdan, Hardan görsən sək rəqibi buqdan üz, Qorxuram ki, zərər çəkə buqdan üz!. Bir məkəs pərindən o taq nədi. Dəli könül, nə düşübsən çöllərə, Məgər usanmazsan yar aşiqidi. Dost kuyindən gedən deyil bir yana… Rəqibi-səksifət yar aşiqidi. Adəm gərək həzz eyləyə həvadən, Xatircəm ol gətirmişəm həvadən. Laçın kimi qanad çaldı həvadən, Sonanın bağrını yar aşiqidi. Haçan ola canan gələ bu saça ,Qorxuram ki, qanlı ğəmzə bu saça. Qurban olum bu geysuyə, bu saça Sənubər qəddinin yar aşiqidi. Naşi sərraf fayda bulmaz o laldan, Xəbər alma bilən deyil o laldan, Yara deyin əl götürsün o laldan, Ağ geysin ki, əcəb yar aşiqidi. Qaş qaradı, xal həbəşi, gözələ, Yığ dərdini bu canıma gözələ, Zakir meyl eyləməz yetən gözələ, Bir billur əndamlı yar aşiqidi. Heyf ki, bilmədim çay kənarında Yetişən guşimə bu səda qıydı. Yoxsa qətl-am edib xublar aşiqin Səs səsə veribdir bu səda qıydı- Çeşmimin yaşından dirilən olmaz, Siyəh zülfün kimi dirilən olmaz, Yar gəlməsə məndən dirilən olmaz, Məni xəstə salan bu səda qıydı. Müjganları tökər yağı gözlərin, Əritdi cismimdə yağı gözlərin. Qanlıdır aşikar yağı gözlərin Bu yayı, bu oxu, bu səda qıydı. Günduz yüzə çıxa bilməz yarasan, Əfv olursan qulluğuna yarasan. Etibar eyləmə, çarə yarasan. O biri şəfadı, bu səda qıydı. Nahan ğəmin yetər oldu üzə yar, Az qalıbdır Zakir canın üzə, yar Səri-zülfün qoyma düşə üzə, yar, Qorxuram üzari bu səda qıydı. Dilbər, həsrətindən xəstə düşmüşəm, Hicrin qoymaz duram ayağa məni. Çulqala zülfünə, basdır dərində, Qoyma ki, bügələr ayağa məni. Gün camalın yüz min eyib tapdaya, Kürüsnəsən al başını tapdaya, Dərdü ğəmin həddi nədir tapdaya Sən salmasan əgər ayağa məni. Hazır olsa bir məclisə o zalım, Yenə mənim öz yaxamdı o zalım, Piltə kimi dönə-dönə o zalım, Yandırdı, buladı ayağa məni. Çünki düşdün eşq oduna yan, yana, İnsaf eylə hər tərəfdə yan yana, Neçə aşiq döşənibdir yan-yana, Kim çalıb onlara ayağa məni. Qoşulmadı Zakir nəcamə səndən, Bəhs etmək olurmu nə camə səndən. Nə ücrət istərəm, nə camə səndən, Tək qovma dərindən ayağa məni. Gün cəmalın göz yaşımı qurutdu, Qoymadı bulut tək ayaqam məni. Əl götürməz, gedər-gedər qayıdı, Nə tapdaq eyləyib ayağam məni- Qovğa günü Rüstəm ilə əzələm, Gələ bilməz meydanıma əzələm, Mən sərxoşi-peymaneyi-əzələm, Xəlq məndən öyrənib ayağam məni. Qaşlarındı rüxsarında sərayə Həsrətindən rəngim dönüb sərayə. Dost qədəmin basdı bizim sərayə, Demənəm kimsədən ayağam məni. Yığılıb bir yerə arxayın olmuş, Deyirlər bizimlə arxayın olmuş. Oturub evində arxayın olmuş, İmtahan eyləmiş ayağa məni. Zakir tək bəzmində oxumar oldum, Bir kamanəbrudən oxumar oldum, Ləli-ləbin sordum oxumar oldum, Yoxsa ki, tutubdur ayağam məni. Nazlı dilbər bu gün gülşən seyrinə, Getdi, aparmadı üzülən məni. Möhnət leşkərinin kirəkeşiyəm, Qoymayın qatardan üzülən məni. Dönə-dönə dərs almışam alimdən, Dil mürğünə xallarından alimdən, Səri-zülfün buraxmazam alimdən, Əgərçi dişləyə üzülən məni. Qorxuram ki, sək rəqiblər kəmalə, Gecə-gündüz fikrim budur kəmalə. Bəd əsillər çətin yetər kəmalə, Əgərçi oxuya üzilən məni. Kəs başını harda görsən ərindi, Gəlməyibdi Əli kimi ərindi, Yardan ayrı cismim elə ərindi, Görsə də tanımaz üzülən məni. Hicran atəşinə can bazarıdı, Bağrım şan-şan edən can bazarıdı. Vəsiyyət çağıdı, can bazarıdı, Zakirəm, bilməyin üzülən məni. Laçın gözlüm, səndən cüda düşəli, Abi-rəngim qaçıb ağulanmışam. Dönə-dönə yanıb canım cigərim, Eşqin atəşinə ağulanmışam. Dərs alıb oxudum yazığam mana, Qış möhnət çəkdirir, yazığam mana, Ver şəfa ləbindən yazığam mana, Zəhri-fəraqınla ağulanmışam. Yaslanıram ləlbin kimi dəryaya, Xəstə cismim şəfa tapa, dəryaya, Tut əlimi ğərq olmuşam dəryaya Zovrəqim sınıbdır ağulanmışam. Hicr əlindən pərişanəm üzüldi, Qara bəxtim zülfün kimi üzüldi, Dərdü ğəm çəkməkdən canım üzüldi, Ömür keçib, indi ağulanmışam. Mən Zakirəm dilim dönməz hər ada, Göz yaşım tək ola bilməz hər ada, Bir yol deməz görün qalıb hər ada, Müddətdi dərində ağulanmışam Qəraylılar Sənin günəş camalına Olsun şəmsü qəmər sədqə; Gözunə, ruxi-alına Nərgisü güli-tər sədqə. Dur sallan, ey şahi-xuban, Duşsün əyağına yuz can. Yay qaşlara vəsmə qurban, İncə belə kəmər sədqə. Al yanağa siyəh birçək, Təəccüb, yaraşır göyçək; Hər telinə yüz mənim tək Aşiqi-dərbədər sədqə. Mayiləm xülqü xuyuna, Valehəm göftüguyuna, Dəmbədəm səki-kuyuna Parə-parə cigər sədqə. Zakirinəm, rəhm et mənə, Üz tutub gəlmişəm genə; Çıx xanədən, olsun sənə Neçə əhli-nəzər sədqə. Neçin ol səngdil, bu mən Çəkən əfğanə bir baxmaz? Gözümdən seyl tək hərdəm Axan al qanə bir baxmaz? Götürüb ğönçə sərpuşun, Cəm eyləyib əqlü huşun, Veribdir bülbülə guşun, Gülü xəndanə bir baxmaz, Hanı Şirin, hanı Leyli, Var idi aşiqə meyli; Dəhrdən getdi gileyli, Keçən dövranə bir baxmaz. Çeşmi-xumarın görəndə Can çıxar durmaz bədəndə, Mey içib sərxoş gəzəndə Dönüb məstanə bir baxmaz. Səg rəqibi harda görcək, Görərsən deyib güləcək. Mürüvvətdirmi Zakir tək Münasib xanə bir baxmaz. Nə müddətdir dost yolları Bağlanıbdır, xəbər gəlməz. Nə bir namə, nə bir qasid, Heç biri, müxtəsər gəlməz. Yazaram, eylərəm minnət, Gah aşikar, gahi xəlvət. Yəqinimdir o bimürvət Həqdi, gəlləm deyər, gəlməz. Hərdəm artırır ğəzəbin, Soruşan yoxdur səbəbin; Yad etməkdən ləli-ləbin Döndü qanə cigər, gəlməz. Xəbər aldım dönə-denə, Yar qəhrin çəkən kimsənə, Əlhəqq, çox dedi genə: Bivəfadən səmər gəlməz. Lütf eylə Zakiri-zarə, Baxma təneyi-əğyarə, Qiyamət qopsa, xublarə Aşiqindən zzrər gəlməz. Bilməm neçin ölməyirəm, Bərkiyibdir üzüm sənsiz. Həq bilir ki, öz işimə Təəccübəm özüm sənsiz. Ğəmi-eşqin varə-varə Əsər etdi dili-zarə. Çıxsın, səndən özgə yarə Əgər baxsa gözüm, sənsiz. Nəzər sallam solü sağa, Bir kimsə yox danışmağa, Bu qədər dərdi-fərağa Axır neçə dözüm sənsiz. Gələ gör ki, nöcəvanım, Qalmadı tabü təvanım; Lal olub nitqi-zəbanım, Tükənibdir sözüm sənsiz. Zakirəm, çəkirəm əfğan, Bülbül kimi şəbi-hicran, Əli qoynunda, sərgərdan Nə vəqtədən gəzim sənsiz?! Bəhri-bəlayə ğərq oldum, Dişi durdanədən ayrı. Yanmaqda məni bilməyin Oda pərvanədən ayrı. Saqi, məni-namuradə Dərdi-sər vermə ziyadə; Hərgiz içərəmmi badə Çeşmi məstanədən ayrı? Xəbər alsan mürği-canı, Tari-mudur aşiyanı; Bir-bir zülfi-pərişanı Dolanır şanədən ayrı. Sevdiyim məni dağ eylər, Ğeyr ilə ittifaq eylər, Hər zaman seyri-bağ eylər Məni-divanədən ayrı. Öləndə Zakiri-xəstə Növcavanlar dəstə-dəstə Gəlməsin qəbrimin üstə, Deyin, cananədən ayrı. Cəfa çəkdim, bağ yetirdim, Glşəni xarə tapşırdım. Bunca fikrü xəyal etdim, Tapmadım çarə, tapşırdım. Ölsəm qoyun, sizi tarı, Yönümü dilbərə sarı. Özüm əz əlimlə yarı Bu gün əğyarə tapşırdım. Nə qədər eylədim minnət, Vəslinə vermədi fürsət; Lailac olub, aqibət Gənci şəhmarə tapşırdım. Qaldım misali-pərvanə, Eşq oduna yanə-yanə; Canı göndərdim cananə, Dili dildarə tapşırdım. Xəstə Zakir kimi hanı Könlü olan ğəm məkanı? Mən öldüm, ahü əfğanı Bülbüli-zarə tapşırdım. Hər aşiqin bir yarı var,- Əlamətdi mənim yarım. Başdan ayağa naz ilə Nəzakətdi mənim yarım. Gedəndə, getməyib məndə, Ayrılıb can, qaldı səndə; Məhəbbət elə düşəndə, Əmanətdi mənim yarım. Çəkərsən ruyinə pərdə, Salarsən aşiqi dərdə; Üz gizləmək gözəllərdə . Nə adətdi, mənim yarım?! Şikəstə Zakiri görcək Üstünə ğəmzə tiğin çək. Aşiqə kuyündə ölmək . Səadətdi, mənim yarım! Nə faidə, ildə bir yol Olur lazım sizə qurban. Mən istərəm sana gündə Olam tazə-təzə qurban. Əqlü huşü din, imanı Etmişdim qaşın qurbanı; Dur öldür, sevdiyim, Canı Gətirmişəm gözə qurban. Eşq əhli çüstü cuyində, Dolanır dövri-ruyində, Yatarlar səri-kuyində, Tökülübdür düzə qurban. Deyin sərvi-güləndamə: Öldürsün, yetişim kama; Müşküldür gələn bayrama Acü susuz dözə qurban. Siyəh zülfün kəmənd eylə, Zakiri payibənd eylə; Etibar yoxdu, bənd eylə, Qoyma açıq gəzə qurban; Hüsnün sultanı gözlərə Tamam xanü paşa qurban. Şəbnəm kimi gül üzündə Qətrə-qətrə yaşa qurban. Olmuşam dərdə həvalə, Çəkirəm sübhədən nalə; Əqlü huşum-zülfü xalə. Mən özüm-yay qaşa qurban. Götür tiğini dəstinə, Dilü can sədqə şəstinə, İki nərgisi-məstinə Gətirmişəm qoşa qurban. Bir aşiq bəsdir qurbana, Batma munca nahaq qana; Yatar dərində yan-yana, Veribdir baş-başa qurban. Qətl eylə Zakiri-zari, Yoxdur özgə tələbkari, Ondan ğeyri, səni tari, Kəsmə, həddən aşa qurban. Fələk, sana nə adətdir Ayırmaq yarı yarından. Məgər həzər etməzmisən, Aşiqin ahü zarından? Giriftari-kəmənd oldum, Günbəgün dərdmənd oldum, Boynuma keçdi, bənd oldum, Bir muy zülfi-tarından. Hər kimsə ki, aşiq ola, Mənim kimi həsrət ölə, Bir əlini qoyun çölə,- Tanısınlar məzarından. Rəhi-eşqində öldüm mən, Gəlib görsə edər şiyvən; Götürün, allahı sevən, Nəşimi rəhgüzarından. Qalmayıb şövkətü şanı, Dəxi ol sən görən hanı, Sevdi bir qönçədəhanı, Zakir yox oldu varından. Neyləmişəm, incimisən Yenə, ey gülbədən məndən? Zahirən, vardır təzədən Sana bir söz deyən məndən. Ğəm evində zar olalı, Eşqə giriftar olalı, Yarımadıq yar olalı, Nə mən səndən, nə sən məndən. Mailəm çeşmi-ğəzalə, Olmuşam dərdə həvalə, Əl götürməz ahü nalə Gecələr sübhədən məndən. Pərişan etdin halımı, Əyibsən qəddi-dalımı; Nə deyim, tanrı zalımı Xəbər alsa, görən, məndən? Yox olub Zakirin varı, Günbəgün artar azarı; Xəbərdar eyləyin yarı, Ey allahı sevən, məndən. Gecə-gündüz gözüm, könlüm Qan-yaş tökər yar əlindən, Baş alıb gedim nə yanə Bu iki xunbar əlindən. Müddətdi, can idi xəstə, Səngi-sitəmlə şikəstə; Tapşırdım nərgisi-məstə, Qurtardım bimar əlindən. Düşmüşdü dili-divanə Dami-zülfi-pərişanə, Aldı bir şəkl ilə şanə Türreyi-tərrar əlindən. Məhşər günü pirü novrəs, Şikayət edəndə hər kəs, B əlkə deyəm, ey dadrəs! Dad çeşmi-xumar əlindən! Boynu buruq kəsib yanın, həmin ki, ola qurbanın, Gəlməz Zakiri-şeydanın Bundan reyri kar əlindən. Uçuq görən məzarımı Sanır ki, onda xakəm mən. Heç deməz ki, yardan ayrı Ləhəd tək sinəçakəm mən. Şəhidi-eşqdir tənim, Nə hacət ğüslü kəfənim. Göz yaşı yuyub bədənim, Dəfn eyləyin ki, pakəm mən. Üstümə gəlsə ol nigar, Qoymun nəbzim tuta zinhar; Barmaqları qabar atar, Ziyadə suziakəm mən. Qəsdin imtahandı əgər, Munca cövrü cəfa yetər. Tut əlimi, nazlı dilbər, Dərd əlindən həlakəm mən. Zakirəm ləbi-meykunə, Cigərim dönübdür xunə, Nisbətim vermə Məcnunə, Bir aşiqi-bibakəm mən. Gözəl çox olur, sevdiyim, Sən ən ziyadə göyçəksən; Zikri-ləbin dəhanımı Gətirir dadə, göyçəksən, Seylədi behiştdən gələn; Sənin tək yoxdu müstəhsən. Əvvəl elə bilirdim mən Bizim aradə göyçəksən. Aşiq alıbdır dörd yanın, Atarsan növki-müjganın, Əsirgəməzsən peykanın, Əcəb üftadə göyçəksən. İxtilatındır məzəli, Sözündən canlar təzəli, Ellərdi bəzək gözəli, Vəli, sən sadə göyçəksən. Hədyan söylər öz-özünə, Qatışma onun sözünə; Giribsən Zakir gözünə, Bilməzəm yadə göyçəksən. Bənzər meyxanədə sərxoş İki tərsayə gözlərin. Dəxi sürmə nə hacətdir, Can alır sayə gözlərin. Kaman qaşın peyvəstdir, Oxları dilnişəstdir, Guya hinduyi-məstdir Giribdi yayə gözlərin. Zülfün könüllər məskəni, Pabəst eylər hər görəni; Məcnun tək, aqibət, məni Salır səhrayə gözlərin. Neyləmişəm o xunxarə, Müttəsil baxar əğyarə, Bir dəm eyləməz nəzzarə, Məni-rüsvayə gözlərin. Bir tərəfdən artırır ğəm, Bir tərəfdən edir mərhəm, Həm öldürür Zakiri, həm qaçar hərayə gözlərin. Könül, uyma bivəfayə, Axır səni xərab eylər; Salıb eşqin atəşinə, Cigərini kəbab eylər. Dil bağlama bir dilbərə, İstər yolunda can verə. Beş gün keçməz, əbəs yerə, Görərsən, inqilab eylər. O zaman ki, dönər üzü, Bəhanəli olar özü, Açar, çəkər, iki sözü Uzadıb bir kitab eylər. Onlarda olmaz, müxtəsər, Mehrü məhəbbətdən əsər. Sana biganədən betər Cəfa verib, əzab eylər. Zakir, sevən kəs növcəvan Gərək eyləyə imtəhan. Sonradan olur peşiman Hər kimsə ki, şitab eylər. Bu növi ki, çərxi-fələk Bizim ilən mədar eylər, Az çəkər ruzigarımı Zülfün tək tirə-tar eylər. Su oynağı olan mənzil Səbz olmaya, mümkün deyil; Göz yaşı tökdükcə könül Dəxi də çox ğubar eylər. Yolunda keçmişəm sərdən, Əbəs yerə bəyaz gərdən Belə ki, saldı nəzərdən, Kim mana etibar eylər. Zülfündü pəri-pərvazın, Kimdir ki, çəkməyə nazın. Dəmbədəm çeşmi-şahbazın Dil mürğünü şikar eylər. Ğəm ləşkəri dəstə-dəstə Hər tərəfdən gəlir üstə; Bilməzəm, Zakiri-xəstə Onsuz necə qərar eylər?! Bu növi qaşü göz olmaz, Məgər bəxşi-xudadır bu? Hər atanda yüz qan eylər, Qiyamət oxu yadır bu. Dərində, ey padişahım, Əflakə yetişdi ahım; Bir demədin, qibləgahım, Görün necə gədadır bu. Bu qədər eylərəm şivən, Sanma vəslin dilərəm mən. Həmin bu yetər deyəsən Kim, bizim binəvadır bu. Məni-bidil, biqərarı Öldür, qurtar səni tarı! Kuyində görmək əğyarı- Əlhəq, mana cəfadır bu. Yaya girib iki hindu, Ox atar Zakirə hər su; Çox görmüşəm çeşmü əbru, Göz deyil, bir bəladır bu. Keçdi növbəti-zimistan, Lenə fəsli-bahar oldu. Əndəlibi-binəvanın Sənəti ahü zar oldu. Yasəmənü gülü lalə Bir çəməndə qurub halə; Ərğüvan tutub piyalə, Nərgis içib xumar oldu. Əmr olundu, abi-niysan! Cansızlara bəxş etdi can. Yenə təzələndi dövran, Nə gözəl ruzigar oldu! Səbzpuş olub çəmənlər, Qaldıdı hər şükufə sər. Oyan, ey bəxti-bixəbər, Yatan hamı bidar oldu. Əlac oldu hər bimarə, Tapıldı dərdinə çarə. Elə, həsrət qalan yarə Zakiri-dilfikar oldu. Dedim dilbərə; ey zalım, Bu qədər də qan olurmu? Dedi: pərvanə yanmaqdan Şəmə bir nöqsan olurmu? Eşq əhlinə ol şəkərləb Hər görəndə eylər rəzəb. Öldürəndən sonra, yarəb, Görən, peşiman olurmu? Dil bağladım bir dilbərə, Yıxdı evimi göz görə; Əqli olan, gözəllərə Valehü heyran olurmu? Sevdiyim, allahı sevər, Ahımdan eyləmə həzər; Ta əsməsə badi-səhər Ğönçələr xəndan olurmu? Təbibə götürüb pərdə, Dedim: bir od var cigərdə; Dedi: Zakir, elə dərdə Təbibdən dərman olurmu? Künəş pərtövəfkənliyi Rüxi-ziybadən öyrənmiş. Tuti şəkkər-şikənliyi Ləbi-guyadən öyrənmiş. Zülfün könüllər pənahı, Qaşlarındır qibləgahı; Ahular tərzi-nigahı Çeşmi-şəhladən öyrənmiş. Sərkeşliyə olub mötad, Üftadəsin eyləməz yad; Bu şivəni sərvi-azad Qədi-rənadən eyrənmiş. Düşdükcə yadıma tellər, Sızıldaram uzun illər; Ahü əfğanı bülbüllər Dili-şeydadən öyrənmiş. Zakir tək mərdü mərdanə Can verir vəsli-cananə; Oda yanmağı pərvanə Məni-rüsvadən öyrənmiş. Qəzəllər Sən onda elə zövqü səfa bağ arasında, Mən munda yanım piltə kimi yağ arasında. Peykanlarını sineyi-çakimdə görən der: Bir ğönçeyi-tərdir ki, bitib bağ arasında. Könlüm quşunu seyd elədi ğəmzəvü çeşmin, Qorxum budu qanlar düşə ortaq arasında. Getmişdi saçı seyrinə, dil gəlmədi, bişək, Küm oldu şəbi-tardə sığnaq arasında. Ol guşeyi-əbruydə çeşminmidi, yoxsa, Yatmış iki Xutən geyiki tağ arasında. Nasehlər edir mən məni mütribü meydən, Əfsus ki, qaldım neçə sarsaq arasında. Zakir, rəhi-eşqində diriğ eyləmə canı, Ta nami-nikuyin qala üşşaq arasında. Geyib gülgün qəba sərvim durub gülzar arasında, Sanasan şaxsari-güldürür gülnar arasında. Gözümdən, ey kəmanəbru, sərasər keçdi peykanın, Bir əndək saxladım bu dideyi-xunbar arasında. Siyəhpuşu pərişan olduğumdan məqsəd oldur kim, Gəzəm bu rəng ilə ol türreyi-tərrar arasında. Nə vəch ilə tutub xət səfheyi-rüxsarın ol şuxün, Olur, qanuni-xətdir, bir əlif rüxsar arasında, Səhər pərvaz edəndə zülfi-mişkin dövri-ruyində, Görən der: zağlərdir gülşənin oynar arasında. Gözü ğəmzən gəlib can qəsdinə, amma budur vəhmim, Düşə nahəq yerə qanlar iki sərdar arasında. Səgi-kuyinlə tutsam cəng, tut məzur ,sultanım, Eşikdə qilü-qal olmazmı xidmətkar arasında? Qaçıbdır tənədən Fərhad kuhə, Qeys səhrayə, Mənim tək daşlanan kimdir dərü divar arasında? Hərimi-məhrəmi-bəzmi-səri-kuyin olan Zakir Rəvadırmı gəzə bikanəvar əqyar arasında? Könlüm quşu seyd oldu gözü qaş arasında, Qanlar düşəcəkdir iki yoldaş arasında. Sədparə dilin hər itinə parəsi düşdü, Təqsim ola yəğma necə ovbaş arasında. Bak eyləməzəm sənki-cəfadən eşigində, İncirmi vətəndən, kəs ola daş arasında? Sərçeşmeyi-çeşmimdə ləbin əksidi bilməm, Ya xuni-cikərdirmi gəlib yaş arasında? Bir aydı qaşın tərhinə qoymuşlar əl, əmma Var külli kəşakəş hələ nəqqaş arasında. Köksün çıxarıb gül pirəhəndən o nigarın, Əmib-əmib, ondan qoyasan baş arasında. Zakir, belə avarəvü heyran qalınca, Ölüb qala idin oların kaş arasında. Munca kim vardır ol ğəmzeyi-cadudə bəla. Yoxdu yüzdən biri bu çərxi-cəfacudə bəla. Ol edər kimini dilşad, kimini məhzun, Hər nə ətvar, rəviş var bu bədxudə bəla. Zülfi-pürçinin ucundan, nə deyim, çin-çindir Çin mülkündə xəta, kişvəri-hindudə bəla. Zəhrəsi çak olur hər görənin, əfivəş, Guyiya qat-qat olub həlqeyi-keysudə bəla. Dami-keysulər əgər almasa rahi-güzəri, Qandadır seyr zənəxdə, nigəhi-rudə bəla. Gəlmədi, saçı arasında yəqin itdi könül, Rəsm ayindir olur şami-qaranqudə bəla. Küfri-xəttin çərisi səfheyi-rüxsarı tutub, Ey müsəlmanlar, olurmu bu qədər mudə bəla! Yar birəhmü cəfapişəvü aşiq bibak, Özü bir ləhzə bəladən dekil asudə bəla. Hicridir afəti-can, vəslisə pür bimü xətər, Zakira, fikrini gör, o da bəla, bu da bəla! Nə qədər cövrü cəfa eyləyə dildar mana, Eyləməz eylədikin dideyi-xunbar mana. Gah bigah baxıb xalü xəti-mişkinə, Eylədi ruzi-cahantabı şəbi-tar mana. Dün gecə xabdə çox mari-siyəh tutmuş idim, Odur əl verdi bu gün türreyi-tərrar mana, Gözlərindən məni-bədbəxtə bir asayiş yox, Uddurur qan gecələr ol iki bimar mana. Çarə yoxdur, bilirəm, ləli-ləbin xəstəsinə, İçirir badeyi-gülgün genə naçar mana. Bir zaman təndən oxun tarı üçün çəkmə, təbib, Görsün əğyar ki, yarın nəzəri var mana. Dedilər ğönçə bilir sirri-dəhanın, əmma Nə qədər sordum isə qılmadı izhar mana. Şükr-lillah ki, görəndən bəri ol sərməsti, Etməyib tənü təərrüz gülən ağlar mana. Tiğinə qıymadı, mən ölməyimə şakir idim, Həqqə baxsın, deməsin kimsənə biar mana. Üzünə pərdə salıb ol məhi-bimehr deməz, Mahilə mehr olub aşiqi-didar mana. Qalmışam badiyeyi-ğəmdə, kimim var, Zakir, Didəvü dildi həmin munisü ğəmxar mana. Xəlqə şərh etmək ğəmi-hicrin nə hacətdir mana! Laləvəş sinəmdə dağların şəhadətdir mana. Xar olur, sənsiz güli-həmrayə baxsam çeşmimə, Sərv qəddin görməsəm, ol gün qiyamətdir mana. Məqsədim oldur səgi-kuyinlə həmavaz olam, Bu təmənna versə əl, eyni-səadətdir mana. Giryəvü zarım visalınçın degil şamü səhər, Biğərəz sövdayi-eşqində bir adətdir mana. Çünki vəsli ol məhin mümkün degildir, bir əcəl Öldürüb azad qılsa, külli-minnətdir mana. Əhd qıldı padşahım qətlimə fərda mənim, Xeyli dilşadəm bu gün, hərçənd zəhmətdir mana. Zakirəm, ol vəchdən zülfü xətin müştaqiyəm Kim, siyahbəxtü pərişanlıqda nisbətdir mana. Dün eylədim nəzərə bəsi lalə dağına, Gəlməz o dağ, daği-dərunum ayağına. Gəlmişdi bəhsə, teyyi-mərahil qılıb günəş, Qoydu rüxün yetən kimi eybin qabağına. Bir pakzadi-nadirəsən, almayıb hənuz, Sən kimi tifli mədari-giyti qucağına. Ver guşimal mehrə ki, çox xudnümalənir, -Əzbəs ki, bir yol adı dəgibdir qulağına. Əzmi-çəmən qılır bu gün ol sərv, qorxuram Bərki-hənəvü gül dolaşa əl-ayağına. Ömri-dirazdır, çəkirəm zülf rəncəsin, Bir tari-muyi keçmədi könlüm darağına. Əksi-ləbin səadətini bulmasaydı mey, Meyl eyləməzdi hiç kəs ol qan çanağına. Versin nə növ hadisə üz versə Zakirə, Müşküldü səbr yari-əzizin fərağına. Yox məndə bəs ki, tabü təvan hicr dağına, Çarə budur: özümu yıxam xüm ayağına. Bir ləhzə kafirəm, çıxa meyxanədən əgər, Zöhd əhlinin dəgə meyi-gülgün dodağına. Hər kim dilərsə rahəti-dünyavü axirət, Versin özün o piri-müğanın bucağına. Yüz fərqi var badə ilə abi-kovsərin, Su içsin, ol kəsin dəgə bu söz damağına. Can sədqə olmasınmı ki, əbrulərə, edər Peyvəstə şərhi-halımı yarın qulağına. Pürpiç zülfü qaməti-sərv üzrə, der görən, Mari-siyahlərdi çıxar gül budağına. Can qılsa pişvazi-xadəngin əcəb degil, Lazımdı mizəbanə təvazö qonağına. Ey didə, qoyma əşki gedə kuyi-dilbərə, Mərdüm gərəkdir ögrədə adab uşağına. Kəs şəm başını, uzadır dil üzarına, Zahirdə baxma hiylə ilə ağlamağına. Xari-mücəmdən etməsə əndişə, Zakira, Sərvi-səhi basardı qədəm göz bulağına. Gərçi tutub aləmi şurişü ğövğayi-eşq, Yoxdu cahanda vəli mən kimi rüsvayi-eşq. Canü dilü əqlü huş cümlə müsəlləm ona, İndi nədir bilməzəm daxi təmənnayi-eşq. Xuni-dili dişrəyə mərdümi-çeşmim tökər Kim, gərək ari ola mənzilü məvayi-eşq. Dur yola düş, ey təbib, çarə mənim dərdimə Ləli-ləbi-dilbəri yazmış ətibbayi-eşq. Vaizi-əfsanəku dün məni neyrəng ilə İstər idi döndərib eyləyə tərsayi-eşq. İş mana qalsaydı gər, keçmiş idim badədən, Tal'e edib yarlıq, qoymadı danayi-eşq. Dərgəhi-piri-muğan-məlçəyi-əmnü əman, Xanəgəhi-meyfiruş-bəzmi-dilarayi-eşq. Zahidi-sahilnişin, bəhri-bəladən saqın, Kamə çəkər Yunisi mahiyi-dəryayi-eşq. Sal təni-napakinə xirqeyi-sədparəni, Hər qədə layiq dökül xələti-zibayi-eşq. Qeyslə həmdərs idim, qaldı o "Vəlleyl"də, Naqis imiş, olmadı vaqifi-mənayi-eşq. Badiyeyi-hicrdə Zakiri-gümgəştəyə, Oldu əcəb rahbər mürşidü mövdayi-eşq. Gərçi edib çoxların ğəmzədəvü zar eşq, Yoxdu vəli mən kimi hiç giriftari-eşq. Çəkmə cəfa, ey təbib, zaye olur zəhməqan, Ləli-ləbi-yardır çareyi-bimari-eşq. Seyli-sitəm aləmi ğərqə verər, olmasa Zövrəqi birlə əgər xəlqə nigahdar eşq. Mən necə meyxanədən əl götürüm, ondadır Şamü səhər məcməi-həmdəmü həmkari-eşq Kövsər ilə badədə fərq budur: nisyəni Sud hesab eyləməz taçiri-bazari-eşq. Müğbəçeyi-gülüzar, saqiyi-siminbədən, Mütribi-kakilşikən, çəngü dəfü tarü eşq. Vamiqü Fərhadü Qeys getdi hamı nimməst, Yox bu kühən deyrdə mən kimi sərşari-eşq. Hər biri bir canibə etdi fərar əqlü huş, Mülki-dili paytəxt edəli sərdari-eşq. Duş gəzərkən yolum düşdü dəri-məscidə, Gördüm oturmuş neçə müngiri-əsrari-eşq, Əl götürüb dərgəhi-hacətə övrad oxur, Zöhdü riyadən nə süd, olmasa asari-eşq, Hər biri bir divdir surəti-insandə, Yoxsa olarda hanı həqqə səzavar eşq. Talibi-canan gərək canü cahandan keçə, Sudü ziyan gözləməz mərdi-xiridari-eşq. Sanma ki, qürbi-həqə yol bulasan bitəəb, Eyləməmiş imtəhan ta səni səd bar eşq. Payi rəhi-səydə abiləriz olmamış, Dəsti-Kəlim olmadı məzhəri-ənvari-eşq. Atəşi-duzəx sana gülşən olur, qəlbini Buteyi-ixlasdə yandıra gər nari-eşq. Səhvü şəkin aləmi əmri-əlahiddədir, Şəkk var ol əmrdə, ğeyrdir ətvari-eşq. Xüm dibinə dürdvəş yatmayasan salha, Piri-müğan eyləməz məhrəmi-əsrari-eşq. Məsiyətə ğərqdir, ah, əgər yetməyə . Dadına bu Zakirin qafiləsalari-eşq. Dəhənin ləlinə var həddən əfzun aşiq, Ğönçəvəş yoxdu, vəli, mən kimi dilxun aşiq. Düşsə küstax səri-kuyinə gün, qəhr etmə, Nə bilir rəsmü rəhü adətü qanun aşiq. Dili-suzanə tərü xüşk nə kim düşsə yanar, Çəkərək at oxun, eylər səni məğbun aşiq. Munca kim, əşk saçar, keçsə əgər bir müddət, Cəm edər hər biri səd məxzəni-Qarun, aşiq. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam, Gəlməyib aləmə bir mən kimi məmnun aşiq. Eydi-novruz geyər xəlq qəbayi-əhmər, Gündə əşk ilə qılır rəxtini gülgun aşiq. Daməni-vəslə yetə gərdi-məzarı şayəd, Rəhgüzarında gərəkdir ola mədfun aşiq. Duş gördüm ki, girib məscidə eylər tövbə, Döndərib meykədədən yüz neçə məlun aşiq. Var min aşiqin, əmma hanı bu Zakir tək, Deyən əşar qədi-sərvinə mövzun aşiq. Can cilvələnir qaməti-mövzunu görəndə Dil tazələnir arizi-dilcunu görəndə. Zənciri-cünunə birə yüz rəğbətim artır, Rüxsari üzə zülfi-pürəfsunu görəndə. Pür-piç oluram hərdəm oda düşmüş ilan tək, Ol arizi-gülnardə geysunu görəndə. Dağıldı xiridari-ğəmi-eşqin olanlar, Bu mərdümi-çeşmim tökən altunu görəndə. Gəlmişdim edəm mərdümi-çeşminlə müdara, Bildim ki, düzəlməz bu iş əbrunu görəndə. Xunxarəliki eyb dekil nərgisi-məstin, Hər kim ola qaynar qanı gülgunu görəndə. Ey əhli-hünər, cəm degil Zakir həvası, Eyb eyləmə şerindəki məzmunu görəndə. Olubdur məclis-ara sağəri-mina çəmənlərdə, Salıb səthi-zəminə nəqşi-pürziba çəmənlərdə. Nəsimi-canfəzayi-novbaharı zərrəcə, ey dil, Bir asari-küdurət qoymayıb qəta çəmənlərdə. Məzaqi-təlx olur şirin bu fəslin xani-vəslində Mühəyyadır sərasər neməti-üzma çəmənlərdə. Dəmi-nitqi-Məsiha tək müəssirdir dəmi sübhün Ki, feyzindən olur əmvatlər əhya çəmənlərdə. Əyağinə düşüb eylər təvazö hər kimi görsə, Götürmüş lalə başə sağərü səhba çəmənlərdə. Şəqaiq-daməni-kuhsardə, gül-bağ arasında, Tutubdur hər biri bir mənzilü məva çəmənlərdə Qərənfil, nəstərən, nərgis, bənövşə, ərğüvan, lalə Zəbani-hal ilə şövqün qılır peyda çəmənlərdə. Urarlar qumrilər cəh-cəh, gülərlər kəbklər qəh-rəh Tutubdur aləmi yeksər əcəb qovğa çəmənlərdə. Yetən tək şəmə pərvanə, verib can müft kam aldı Düçar olmuş ona gör kim, nə xoş sövda çəmənlərdə. Salıb bazari-eşq içrə hərami ğəmzələr talan, Mətai-dinü dil olmuş genə yəğma çəmənlərdə. Veribdir özlərinə ziybü zinət nazənin bütlər, Gəzərlər hər tərəf sərməstü bipərva çəmənlərdə. Nə vəqti-xabdır, dur, məsti-nazım, seyri-səhra qıl, Təmamən aşinavü həmdəmü həmta çəmənlərdə. Rüxi-alı xəyalilə sızıldar bu dili-şeyda Gecə ta sübh olunca əndəlib asa çəmənlərdə. Yanında hər kəsin yarı, kəsilmiş naləvü zarı, Mürüvvətdir, sizi tarı, qalam tənha çəmənlərdə?! Olub Məcnunsifət bir Leylivəş dildardən ötrü, Ədəb tərkin qılıb Zakir, gəzər rüsva çəmənlərdə. Dün hökm qıldı qətlimə ol şəh itab ilə, Şad eylədi ggədasını bu xoş cavab ilə. Olsun qara üzü görəyim qanlı ğəmzənin, Öldürmədi məni, genə qoydu əzab ilə. Zülfi siyahlər ğəmini şam ta səhər, Ömri-dirazdır çəkirəm piçü tab ilə. Ol gül üzardə ərəqin xoş səfası var, Türfə budur ki, saziş edər atəş ab ilə. Öldürməsən və sud mana bərqi-tiğdən, Mümkün dekil ki, siyr ola təşnə sərab ilə, Gündüz üzün ğəmi, gecə zülfün kəşakəşi, Asayişim nə xürd ilə hasil, nə xab ilə. Zakir o şux nərgisi-məstin xərabıdır, Ha böylə sərxoş olmaq olurmu şərab ilə. Vurub dün bərki-gül həmrənkgik lafın dodağilə, Səba torpağə salmış, hər yetən tapdar ayağilə. Qalırdım, gizlənib billəh müsəlsəl zülf arasında, Əkgr bir hiylə ilə, gedə bilseydim dərağ ilə. Nə hacətdir şəbi-hicran ara hali-dilim sormaq, Bilirsən rövşən olmaz aşiqin bəzmi çirağ ilə. Cigər qanindən özgə əkl bilməz dildə peykanın, Diriğa ki, səri-karım düşüb bədxu qonağ ilə. Degil şəbnəm, götürmüş başə nəqdi-hasilin yeksər, Nisari-məqdəminçin lalələr, güllər təbaq ilə. Yetişdi başə ömrüm, olmadı məqsudi-dil hasil, Bugün-fərda deməkdən canə yetdim iştiyaq ilə. Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir, Müdara edə bilseydin əgər müddət fəraq ilə. Rəqibi görməyə mümkün olaydı yarım ilə, Gedərdim ol səri-kudən öz ixtiyarım ilə. Gəzərdim itləri içrə dərində bipərva, Ziyadə tapmış idim rütbə etibarım ilə. Hər ay başında bir ox növki-ğəmzədən ücrət Gərək mana yetişə-şərt budur nigarım ilə. Qoyanda qəbrə məni örtməyin, gəlib dilbər, Nə göftku edəcək ta görüm məzarım ilə. Töküb sirişk gözündən, deyərmi: ah, əfsus, Ki, həsrət öldü bu biçarə intizarım ilə. Təğafül eyləsə birdəm o səngdil, deyərəm, Fəğan ilən tutuban damənin ğubarım ilə. Bağışla cürmümü, ey şux kim, həyatımda Çox etmişəm səni azürdə ahü zarım ilə. Gəlib xuramə gəz indən belə boyun uzunu, Gil olmuş idi dərin çeşmi-əşkbarım ilə. Rəqibi məhrəmi-bəzmi-visal eyləmə kim, Cahana od salıram ahi-pürşərarım ilə. Şükür xudayə ki, basdın məzarım üzrə qədəm, Şikəstə Zakirəm, əhdim bu idi tarım ilə. Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə, Özü həm olmadı asudə ahü zarın ilə.- O yandıdı səni hicr atəşinə, yandırdın, Həzar bar anı ahi-pürşərarın ilə. Müyəssər olmadı vəslin, dönə-dönə aldın Qərarım, ey güli-tər, əhdi-biqərarın ilə. Bəsani-mari-gəzidə sızıldaram ta sübh, Şəbi-fərağ ğəmi-zülfi-tabdarın ilə. O gün həyatdən ümmid kəsdim, əbrulər Ki, oldu həmsər iki nərgisi-xumarın ilə. Özündən oldu meyə bəzmdən kənar olmaq, Ğələtdi bəhs ləbi-ləli-abdarın ilə. Diyari-yarə yolun düşsə, ey səba, söylə Ki, eldü Zakiri-biçarə intizarın ilə. Kəmali-hüsn ki, sane o sərvi-nazə, verə, Dəxi nə hacət ona bir də zibi-ğazə verə? Hədisi-ləli-ləbin görsə hər kitabdə dil, Gərək ki, rişteyi-çandan ona şirazə verə. Təkəllümün, dedilər, yar nəqdi-canə verir, İnanmazam, bu giranmayə dürrü azə verə. Nə dildə tabü tavan var ki, şərhi-raz qıla, Nə əl qələm tutar əhvalı yarə yazə, verə. Sirişki-al ilə kilki-mücə bəyaz rüxə, Bu iki fərdi yazıb ol dəninəvazə verə. Rəqib-məhrəmi-bəzmi-vüsal, mən-məhrum, Rəvadürürmi bu ğüssə məni güdazə verə? Bu Zakiri edə hicrin fəzayi-ğəmdə həlak, Həyat ləli-ləbin ğeyrə tazə-tazə verə? Bayram günüdür, zövqü səfa xanələr içrə, Cananım oturmuş neçə cananələr içrə. Bir hiylə ilə gizlənərdim zülf arasında, Pünhan gedə bilsəydim əgər şanələr içrə, Könlüm quşu pərvaz qılır kuyi-nigarə, Zahir ki, onun qisməti var danələr içrə. Dil mülkünə göndar həşəmi-dərdü fəraqı, Şənlik düşə ta bəlkə bu viranələr içrə. Hicran ğəminin badeyi-gülgundur əlacı, Vazeh danışırlar bunu meyxanələr içrə, Əzbəs ki, mana şəfqəti var piri-muğanın, Camım doludur gör necə peymanələr içrə, Ha böylə məni əql xərab eylədi, yoxsa Bir adəm idim əvvəli divanələr içrə, Haşa çəkib əl həmrəhi-dirinələrimdən. Bir dəm dolanam aqilü fərzanələr içrə, Kəm tutma rəhi-eşqdə bu Zakiri kim, var Yanmaqda onun şöhrəti pərvanələr içrə. Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz, Götürmə bəndi-zəncirin, əsirə etibar olmaz. Rüxün dövründə ey gül, naleyi-zarımdan incinmə, Bu ayini-cahandır, hiç bülbülsüz bahar olmaz. Dedim: cana, məni agah qıl sirri-dəhanından, Dedi: məzur tut, elmi-müəmma aşikar olmaz. Günəş rüxsarına hərdəm tökər zülfi-siyəhfamı, Bu minval ilə keçsə aşiqin leyli nəhar olmaz. Ğubari-xatirim əfzun olur göz yaşı tökdükcə, Su oynağı olan mənzildə bəs derlər ğubar olmaz, Sərasər cismimi surax-surax etdi peykanın, Behəmdilləh, dəxi indən belə dil tirə-tar olmaz, Qiyamət rəstəxizində bu şəkl ilə qiyam etsən, Tutarlar Zakiri məzur, mütləq şərmsar olmaz. Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz, Kəsibdir şəfqətin aya məni-divanədən, çıxmaz. Tələb qıldım təbibimdən dəva, döndərdi üz məndən, Bu iş kim, aşinadən verdi üz, biganədən çıxmaz. Mədəd qıl, ey əcəl, al canı, təndən çıxmadan ta can, Yəqinimdir, onun dərdi dili-viranədən çıxmaz. Xətadır zülfi-pürçinin, nigarım, şüstü şu etmək, Otursa sübhdən təşt üzrə ta şəb, şanədən çıxmaz. Necə mən olmayım avareyi-ğürbət, rəqib indi, Deyər ki, çün filanidir gələn, astanədən çıxmaz. Gözün xunrizdir əlhəq, degil ğəmzən kimi muzi, Töküb qan, xəlqdən gəzmək nihan, mərdanədən çıxmaz, İnanma arizin fikri çıxa Zakir xəyalından, Ölüncə atəşin zövqü dili-pərvanədən çıxmaz. Nə müddətdir mana ol sərvqamətdən xəbər gəlməz, Qiyamətdir məgər, bir qasidi-nikusiyər gəlməz? Rəhi-vəslində, ey göz mərdümü, bihudə seyr etmə Ki, mən çox görmüşəm peymanşikən, gəlləm,-deyər, gəlməz. Mətai-Çinə istərdim verim varım, dedi zülfü; Xəta gər dəyməyə bizdən, bu sövdadən zərər gəlməz. Bilib, qürbi-gəda mümkün degil sərdar bəzmində, Budur vəchi ki,mütləq kuyuna şəmsü qəmər gəlməz. Bəsani-şəmi-məhfil gecələr ta sübhədən yannam, Məni-dildadəyə səngindilin rəhmi məgər gəlməz? Xədəngi bari-əvvəl köksümə bir gəz dəkib keçdi, Nədəndir, bilməzəm, lütf eyləyib bari-digər gəlməz. Edər düşdükcə vaiz vəsf abi-Kövsəri, əmma Mükərrər ləli-nabın tək hədisi-mötəbər gəlməz. Ayağın bassa saqi başım üzrə canə minnətdir, Neçin zöhd əhldən bir dərdməndə xeyrü şər gəlməz. Nə bir namə, nə bir qasid, nə bir peyki-səba, Zakir Tutuşdu atəşi-hicrə dilü canü cikər, gəlməz. Nola gər saxlar isəm təndə dilü cani əziz, Bir pərinindir, onunçun tutaram ani əziz. Qılmışam nəzr onu mən ol səri-ku itlərinə, Rəsmü ayindir, əzizin olu qurbani əziz. Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz, Mən eşitmişdim edər simü zər insani əziz. Atəşi-eşqi-dərun ilə ərindi axır, Saxlar idim neçə əyyam idi peykani əziz. Naqisəm, alsam əgər bir kələfi-rismanə, Misri-dildə sata ol Yusifi-Kənani Əziz. Mana nisbətdi siyəhbəxtü pərişanlıqda, Vəchi oldur tutaram zülfi-pərişani əziz. Zakiri-xəstədilə rəhm qıl, ey sərvi-rəvan, Novcavanlar tutar, adətdi ki, pirani əziz. Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz! Edər məşuqdən aşiq, budur adət, xudahafiz! Vida eylə, əzizim, görməkə didarını bir də Ümidim yoxdu hicranın verə möhlət, xudahafiz! Səadətdir səri-kuyində can vermək, budur vəhmim, Diyari-hicrdə sənsiz öləm həsrət, xudahafiz! Rəqibi-məhrəmi-bəzmi-vüsal etdin, məni-məhrum, Olurmuş beylə rəsmi-yarlıq, əlbət, xudahafiz! Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən, Buyur, hər xidmətin vardır bizə nisbət, xudahafiz! Bu fəsli-novbahar içrə mənim tək varmola,yarəb, Ənisi möhnətü ğəm, mənzili ğürbət, xudahafiz! Mürüvvətdirmi, ey zalim, dərindən Zakiri-çakər Gedə bu növ ilə bimüzdü biücrət, xudahafiz?! Saldı məni ayaqdan ğəm, ver piyalə saqi, Yoxdur bir ondan özkə üftədələr dayağı. Ol gül'üzar məndən ayrıldı nisfi-şəbdə, Sübh açılınca yanmaz heç kimsənin çirağı. Qoymaz düşə nigarım payinə dürri-əşkim, İnsafdırmı salmaq gözdən yetim uşağı. Şahnazımı müxalif dövran gətirmədi rast, Gəzdim Dügəh, Hicazı, Azərbaycan, İraqı. Məndən degil toxunmaq bir-birinə xadəngin, Ayinü rəsmdir bu-sevməz qonaq qonağı. Mili-mücənmi bilməm əbrulərə çatıb sər, Memarisün yoxsa tutmuş sütunə tağı? Sövdayi-xalü xəttin əymiş qədim nihalın, Zağü zəğən hücumu eylər düta budağı. Zülfi-siyah içində sərgəştə könlüm itdi, hindü həbəş gəzildi, tapılmadı sorağı. Zülfün zəbani-şanə ayırdı bir-birindən, Dildir edən pərişan məcmui-ittifaqı. Çeşminlə məstlikdə sağər dəm urdu, billah, Almış həramzadə başına qan çanağı. Əsdi nəsimi-nüsrət, Zakir, behəmd-lilləh, Fəth etdi sərvəri-vəsl cəmiyyəti-fəraqı. Kim dersə var dəhrdə rüsva mənim kimi, Yox etibar əqlinə əsla mənim kimi. Çeşmi-zəmanə görməyib ömründə mütləqa, Səhranəvərdü badiyəpeyma mənim kimi. Fərhadü Qeys şöhreyi-şəhr oldu bir. zaman, Onlar degildi sərsəri əmma mənim kimi. Mən ğərqeyi-mühiti-bəlayəm, olur necə Rahətgüzini-sahili-dərya, mənim kimi. Müştaqi-çeşmü valehi-əbru olan gərək Tiri-cəfadən etməyə pərva mənim kimi. Gözdən iraqə qoymaya xali xəyalını Ta ruzi-həşr mərdüməkasa mənim kimi. Dövri-dərinə kimsəni qoymaz səgi-səra Bir müddət üns tutmayalar ta mənim kimi. Mehlik görüb ğəmini çəkildi bəlakəşin, Ey şux, kimdi mərgə mühəyya mənim kimi? Zakir, əgərçi naləvü əfğanə meyli var, Olmaz nəvadə bülbüli-şeyda mənim kimi. Yox bu cahanda dilbəri-ziyba sənin kimi, Firdovsdə məgər ola hura sənin kimi. Aşubi-dəhr, fitneyi-dövran, bəlayi Çeşmi-zəmanə görməyib əsla sənin kimi. Şamü səhər dərində fəğan eylər əhli-dərd, Ey şux, varmı talibi-qovğa sənin kimi? Yüz nəqdi-canı bir oxa alsan əcəb degil, Aləmdə kimdi mahiri-sövda sənin kimi. Abi-həy at çeşmeyi-ləli-ləbindədir, Olmaz bəqayi-Xizrü Məsiha sənin kimi. Başdan əyağə pərtövi-ənvarsə, Gəlim haşa ki, göstərə yədi-beyza, sənin kimi. Bir Yusif adlı Misrdə, derlər ki, sabiqa Xəlq eyləyibdi xaliqül-əşya sənin kimi. Bangi-dəhəl gəlir xoş iraqdan, inanmazam, Növi-bəşərdə hüsn ola haşa sənin kimi. Kuyində xəstə Zakirə bir yer binası qıl, Yoxdur behiştdə mənzilü məva sənin kimi. Zərdü zəif etsə ğəmin hər zaman məni, Filfövr əşki-al qılır ərğəvan məni. Təhqiq üzari-yar çəkər rənc zülfdən Kim, gecə munca xabdə sancar ilan məni. Təndən oxun, o yarə deyin, bari çəkməsin, Hicri qılır onun dəxi də natəvan məni. Bir nəxli-pürşərərdi qədim, mürği-can, saqın! Məcnun səri sanıb eləmə aşiyan məni. Ləli-ləbinə badə dedim, tökdü qanımı, Xuni degil o məh, yeridir, tutdu qan məni. Şami-vüsal xali gərək xanə ğeyrdən, Şəmi keçir ki, sayən edər bədgüman məni. Zakir, usanmadın o qədər eşqdən ki, ta Candan usandıdı sitəmi-bigəran məni. Olur gəh-gəh nümayan sinədə narinc püstanı, Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı? Dələr bağrım, tökər qanım, görəndə, qadiri-biçun, Əsiri-beylə kafir etməsin heç bir müsəlmanı. Eşitmiş əzmi-seyrin, bilməzəm, əhli-çəmən kimdən, Bu gün şimşadü sərvin yox əyağə durmaq imkanı. Tənimdə qalmadı bir xali yer ğəmzən xədəngindən, Olur abad hər mülkün ədalət olsa sultanı. Həyati-cümlə əşyayə səbəb feyzi-vücudundur, Rəvan olma, çıxar ayinəvü abi-rəvan canı. Mücəm mənzuməsi zəbt edə bilməz əşk seylabın, Xəsü xaşak ilə tutmaq olurmu Bəhri-Ümmanı?! Bu çərxi-pürcəfadən, Zakira, kəs rahət ümmidin, Muradınca dolanmaz kimsənin bu dövr dövranı. Müştaqi-ləbin sağərü səhbayə baxarmı? Bir göz ki, səni görməyə, dünyayə baxarmı? Aludeyi-qəddü rüxü çeşmin olan aşiq, Sərvü səmənə, nərgisi-şəhlayə baxarmı? Yüz mövsimi-gülzar ola, dilgiri-cəmalın Suyi-çəmənə, canibi-səhrayə baxarmı? Bir kimsəyə xürşid cəmalın ola mənzur, Mehri-fələyə meyl qılıb, ayə, baxarmı? Həmrahi-rüxüdür edərəm zülfə təəccüb, Ha böylə işi üzdə olan payə baxarmı? Ya dust!-deyib, dad eləsəm yar eşigində, Yarəb, görəsən bir məni-rüsvayə baxarmı? Məktubunu mən xəstənin, ey qasidi-həmraz, Ver sürət ilə, gör büti-tərsayə, baxarmı? Gər desə: sabah mən dəxi gəlləm, hələ sən ket, Ərz eylə: əcəl zabiti fərdayə baxarmı? Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan, Kim padşahi-hüsn olan ədnayə baxarmı? Dəmadəm bəhs edir bülbül mənimlə xürdədanlar tək, Deyir: çoxdur bu gülşəndə sizin qönçədəhanlar tək. Əsib badi-müxalif, sındırıb nəxli-təmənnamı, Dolannam zarü sərgərdan cəfakəş bağbanlar tək. Görünməz bir əsər dövri-rüxündə tari-zülfündən, Yatıb gündüz kəmingəhdə, gecə karvanvuranlar tək. Mana bu zəfü bihallıq, saqınma, parlikdəndir, Gözün fikri məni yornuq salıb ahuqovanlar tək. Eşitmiş xəstəhaləm, göndərib şux ğəmzə peykanın, Tutar gəh-gəh rəgi-canı təbibi-mehribanlar tək. Dili-divanə müddətdi gedib, başımdan olmuşdu, Genə zalim bu gün çıxdı bəlayi-nagəhanlar tək. Şikəstə,3akirəm, ey məh, rüxü zülfün xəyalilə Dəmadəm piç-piç ollam, oda düşmüş ilanlar tək. Gecə ta sübhədək fəryad edər könlüm cərəslər tək, Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək, Səri-kuyində görsən nəşimi, qəhr etmə, ey zalım, Aparır hər yer olsa seyli-əşkim xarü xəslər tək. Dolanır başına, zülfün öpər ol taqi-əbrudən, Sücud eylər üzari-alına atəşpərəstlər tək. O gündən mən dili-divanədən əl çəkmişəm, dilbər, Səgi-kuyinlə həmraz olmaq istər bülhəvəslər tək. Behəmdillah ki, düzdi-ğəmdən eyməndir könül şəhri, Dolanır qanlı peykan onda məşəldar əsəslər tək. Nigari-bimürüvvət çəkdi təndən oxların bir-bir, Dağılmış xaneyi-dil sərbəsər pozğun qəfəslər tək. Dedim pərran keçə təndən oxun, biçarə bənd oldu, Cigər pərkaləsində qanə ğərq olmuş məkəslər tək. Gözün mərdümləri mückan oxun hər yanə göndərsə, Duayi-xeyr edər ol mürşidi-sahibnəfəslər tək. Giribanın tutub məhşər günü Zakir fəğan eylər, Sağınma yetməyə qevrə, xuda, bu ğeyri kəslər tək. Dəftərin yum, ey münəccim, kizbinə oldur dəlil, Zülf rulə tənləşib, dersən hələ bayram dekil? Gecə-gündüz hər zaman olsa müsavi eyd olur, Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il. İldə bir yelda gəlir ayinü rəsmi-dəhrdə, Bu nə yeldadır kəzir ayın yanınca müttəsil? Sən deyirdin ki, olur hər ay başında bir hilal, Qıl nəzər, bir ay başında ikisin gör, ol xəcil! Kor deyilsən, müştəri çeşmilə bax, gör Zöhrədə Varmı bu ənvar, bu rəftar, bu hüsni-cəmil? Sərbəsər seyri-kəvakib, gərdişi-dövri-qəmər, Nüsxeyi-hüsnündədir, dərs al, hamı əhgamı bil! Zinhar pəndim eşit, Şərhi-Mütəvvəldir saçı, Yetmək olmaz intəhasına, bəri başdan çəkil! Gəh tülu eylər üfüqdən könlümüz rövşən qılar, Gəh səhabı zülf ilə örtər, biz olluq tirədil. Ah, bilməm neyləyim, aldı qərarım, Zakira, Ol məhi-namehriban, ol dilbəri-peymanküsil. Fəsli-bahar gəldi, könül, şad kam bul, Yox etibar gərdişi-əyyamə, cam bul. Naseh haram deyərsə meyi, söylə sən ona: Mən püxtə olmuşam, get özün kimi xam bul. Bir neçə yarü həmdəm ilə künci-bağdə, Vəqti keçirmə, badeyi-gülnar-fam bul. Eylə sücud sidq ilə əbruyi-saqiyə, Ol sərvqamətin nəzərində qiyam bul, Yoxdur davamı zahidi-xuddar lütfünün, Tap bir pərivü rahəti-eyşi-müdam bul. Vaiz kəlamə baxmasa bilməz nədir cəvab, Oldur cəvab: mürşidi-hafizkəlam bul. Zinhar girmə məscidə, bihörmət olmagil, Var, paytəxti-meykədəyə, ehtiram bul. həq söz budur ki, mədrəsədir dari-qalü qil, Qovğayə salma kəndini, Darüssəlam bul, Eşq əhli getdi hər biri bir ismü rəsmlə, Zakir, oturma sən dəxi bir niknam bul. Cövrü cəfavü dərdü ğəmi-yarə qaniəm, Tiği-sitəmlə gər cikərim yarə, qaniəm, Təqsim edəndə itlərinə süfrə-süfrə nan, Hər ruz bəxş edə mana bir parə, qaniəm, Gün kimi simtən degiləm kuyinə düşəm, Gendən nəzareyi-dərü divarə qaniəm. Üşşaq yardən nəzəri-mərhəmət dilər, Mən növki-çeşmi-məstü cikərxarə qaniəm. Eşqi onun ola mana gər mucibi-səğər, Zülfü sanınca yandıralar narə, qaniəm. Əzbəs ki, var nisbəti keysuyi-dilbərə, Qəbr içrə nişi-əqrəbü şəhmarə qaniəm. Rövşəndi ol nigarə ki, cismi-fikarımı Pərvanəvar salsalar odlarə, qaniəm. Həqqi budur ki, təneyi-əğyardən siva, Hər cövrü zülm yetsə dili-zarə, qaniəm. Eşq əhli dəgşirür ğərəzin dəmbədəm, vəli, Mən Zakirəm, həmin elə didarə qaniəm. Basdı qədəm başıma sərvi-səhiqamətim, Keçdi fələkdən yenə dəbdəbeyi-rif'ətim. Rəhgüzəri-yardə dəfn qılın cismimi, Nəli-səməndi düşüb sikkələnə türbətim. Can quşu məskən tutub, dəymə, səba, zülfünə, Dərhəm olub aşiyan, dağılı cəm'iyyətim. Ol səri-ku itləri içrə yerim var idi, Adəm idim xəlq ara, özgə idi hörmətim. Niyyətim oldur dönüm başına pərvanəvar, Dönsəm əgər başına hasil olur niyyətim. Pənbeyi-daği-cünun məhz kəfəndir mana, Billah ölən vəqtdə kimsəyə yox minnətim. Deyri-xərabat ara bir sənəmə talibəm, Məscidə yox rəğbətim, mənbərə yox taətim. Qasimi-kəmqismətəm, qasimi-rəzzaqdən Dəlq qəba xələtim, nani-cəvin qismətim. Ol gün ki, bu xakidanə düşdüm, Tiri-fələyə nişanə düşdüm. Bildim sitəmü ğəmü ələmdir Çərxin rəvişi, fəğanə düşdüm. Eşq aldı əlimdən ixtiyarım, Rüsvay oluban cahanə düşdüm. Bir Leylimisal yarı gördüm, Məcnun kimi xanə-xanə düşdüm. Əqlimi verib mətai-eşqə, Sud eyləmədim, ziyanə düşdüm. Oxşar ləbini dedim, şərabə, Qan eyləmədim ki, qanə düşdüm?! Zakir, nə yamanlıq eyləmişdim Bilməm ki, belə yamanə düşdüm. Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər andan, Nə rüxdür bu ki, abü rəng alır gülbərgi-tər andan. Həzər qıl, ey könül, ol zülfi-pürçinin xətasından, Asılmış neçə-neçə sən kimi aşüftələr andan. Dəhər sirrin, eşitdim xürdədandır, ğönçədən sordum, Dedilər: bilməzik, gülşəndə yoxdur bir xəbər andan. Cəfayi-zülfünün yüzdən birin şəhr edə bilməz dil, Uzun illər şikayət eyləyə şəb ta səhər andan. Yüzündən göz götürməm eyləsən yüz min səyasətlər, Nigara, səxt müşküldür mana qəti-nəzər andan. Həvayi-kakilin ömri-cəvani verdi yəğmayə, Əlilü pirəm, ancaq var sərimdə bir əsər andan. Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından, Dərib kim dərdu möhnətdən sivayi bir səmər andan? Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən, Eylə bilsin ki, görüb dideyi-xunbarı görən. Munca kim zülm edər, insafü mürüvvət axır Salacaqdırmı onun könlünə bir tarı, görən? Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilir Nərgisi-məstə baxan, ğəmzeyi-xunxarı görən. Aşiqin halı pərişanü təbah olduğunu Fəhm edər zülfi-pərişanü siyəhkarı görən. Tuta gər Yusifi-gümgəştə nəbati-Misri, Eyləməz meyl ləbi-lə'li-şəkərbarı görən. Yanar əhvalına pərvanəsifət şanələrin, Piç-tabü girehi-türreyi-tərrarı görən. Mütləqa ol məhi-bimehrə dəxi meyl etməz Kunci-ğurbətdə gəlib Zakiri-bimarı görən. Səri-kuyində məzari-məni-məhzuni görən Tutar ol dilbəri-peymanşikəni xuni, görən? Mütləqa əzmi-təmaşayi-külü sərv etməz Arizi-alə baxan, qaməti-mövzuni görən. Gənc əfi yatağı olmağına bəsdi güvah, Dövri-hüsnündə onun həlqeyi-geysuni görən, Küfri-zülfinə uyub bir sənəmə taət edər, Danışıb badi-səbayə dili-məluni görən. "Rəhm qıl çanına əbruyi-xəmə meyl etmə!"- Qan ayağında sana çox dedi ol "nun"i görən. Tutmadım pəndi-xarədmənd, özümdən düşdü, Daşlar indi məni-əhvali-digərguni görən. Tökülüb nəqdi-sirişkim çölə xərmən-xərmən, Birə yüz fərq tutar məxzəni-Qaruni görən. Qalmışam fərd, tapılmaz mana həmdərd, durub Taparammı arasam Vamiqü Məcnuni görən? Rövnəqi-eşq pozuldu, bilirəm, xublərə Bağlamaz bel dəxi bu Zakiri-məğbuni görən. Qəsdin budu gər xatiri-biçarə dağılsın, Bir şanə çək ol türreyi-tərrarə dağılsın. Ver zib rüxi-alına, çıx xanədən, ey məh, Məh daldalanıb, əncümü səyyarə dağılsın. Tənha dili-məhzunə həqiqətdə cəfadır, Bir parə oxundan de təni-zarə dağılsın. Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün, Xüddamləri mücdeyi-bimarə dağılsın. Bir ləhzə o birəhmə nihan şərhi-ğəmim var, Allahı sevərsiz, deyin əğyarə dağılsın. Vəhmim budu, yol verməyələr ləxti-cigərdən Təqsim eləyim, hər itə bir parə dağılsın. Göz mərdümi məşqi-xəti-hüsnün həvəs eylər, Ey çeşm, bu levhündə olan qarə dağılsın. Birənc nə mümkündür ola gənc müyəssər, Zakir, dəmi-əfsun oxu şəhmarə, dağılsın. Sana hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun, Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun. Oğurlar dövri-ruyində səri-zülfün ərəq nəqdin, Nə pakizə əmin tapdın, nə yaxşı pasiban tutdun. Kilidi-məxzəni-hüsni sipahi-cinnə tapşırdın, Hər iş kim, tutdun aləmdə, elə biimtahan tutdun. Keçirdin bitəgəllüm şanədən geysuyi-pür-piçi, Sana ənam lazımdır ki, əfsunsuz ilan tutdun. Məbadə eyləyə gendən nəzarə mərdümi-çeşmim, İki hindü kamandarın həmişə didəban tutdun. Rəqib etdi xəyanət rubəru, keçdin rəvan ondan, Mənim həqqimdə hər böhtan dedilərsə, rəvan tutdun. Danışdın qaşü gözlə hər yetən naəhl ilə, zalım, Şikəstə Zakiri gördükdə ox çəkdin, kəman tutdun. Cahan içrə mənim bir səngdil, bimehr mahım var, Buti-peymanşikən, bir şuxçeşmi-gəcnikahım var. Yolunda durrlər sərf eyləyibdir mərdümi-çeşmim, Olurmu göz-gözə danmaq, iki adil guvahım var. Nigarım zulfu tək qoymaz duşəm pabusuna bir dəm, Pərişan halım ondandır, əçəb bəxti-siyahım var. Mana mehrabu mənbər vəsfini təkrar edən vaiz Utanmazmı, baxıb görsə bu surət qibləgahım var? Könül şəhrin çapıb yəğmalədi ğəm ləşkəri, Zakir, Neçin imdad qılmaz, bəs deyirdin padişahım var? Cahan içrə mənim bir dilbəri-namehribanım var, Nə cövrinə şəxibim, nə cəfasına təvanım var. İtibdir nəqdi-can qaşü gözü ğəmzə arasında, Hər üçü bassın əl ol müshəfi-hüsnə, gümanım var. Həzər qıl qaməti-xəm birlə ahi-cangüdazımdan, Mühəqqər sanma, ey çərx, adəməm, tirü kəmanım var. Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır, Necə həqdən keçim mən göz görə, dinim, imanım var Cəfavü rənc çəkdim gənci-hüsnündən olam faiz, Tutub ətrafını əf'i, bu sövdadə ziyanım var. Nolar ahu gözün fikri mənim çeşmim vətən tutsa, Gədayəm, həqdi, yaxşı otlağım, abi-rəvanım var. Bu dağ ilə ğəmim yox, qanda varsam aliqədrəm mən, Əgərçi urəm, amma bir şəhənşəhdən nişanım var. Nə müddətdir qara günlü könül zülfilə xu tutmuş, Qayıtmaz, bir deməz axır dağılmış xanimanım var. Diyari-hicrdə sənsiz nə qanlar udmuşam, gör kim, Dəmi, dilbər, ayaq saxla, sana şərhü bəyanım var. Sizi tarı, mürüvvətdirmi ol birəhmü səngindil Edər əğyar ilə işrət, deməz bir natəvanım var. Sərasər əhli-aləm şikvə etsin cövrü zülmindən, O, xatircəmdi kim, Zakir kimi övsafxanım var. O gün ki, atəşinlik arizi-cananə yazmışlar, Məni-sərkəştəni ol atəşə pərvanə yazmışlar. Sənəmlər fikri çıxmaz xatirimdən bir zaman, guya, Yazan dəmdə bu viran olmuşu bütxanə yazmışlar. Ayağın kəsmə məndən, saqiya, pəşminəpuşəm deyn, Məni lövhi-əzəldə sərsəfi-məstanə yazmışlar. Nə vəch ilə, dedim, qaşın düşüb kəc müshəfi-rudə, Dedi: qanuni-xətdir, səhv imiş, ünvanə yazmışlar. Sərü simayi-cananı çəkiblər bir-birindən xoş, O ki, çeşmi-siyəhməsti bəsi şahanə yazmışlar. Nədir həddi ola həmta mana gümnam aşiqlər, Məni-divanənin adın neçə divanə yazmışlar. Həram olsun görüm nanü nəmək, derlər, meyü badə, Dəhən sirrini məxfi ğönçeyi-xəndanə yazmışlar. İki meygun ləbin vəsfin sənin, ey şuxi-şirinkar, Batırmış kilki-Xızrı çeşmeyi-heyvanə, yazmışlar. Könül cəmiyyətindən naümidəm, Zakira, qismət Onun hər parəsin bir navəki-müjganə yazmışlar. Kim varıb kuyinə ol qaməti-rənayə baxar, Elə bilsin ki, girib cənnətə, tubayə baxar. Mərdümi-didələrin əksi, gözümdə guya, Şahi-hindu oturub gəştidə, dəryayə baxar. Dəhəni rəmzini bilmək bizə, bənzər ona kim, Tifl əbcəd oxuyar, elmi-müəmmayə baxar. Atəşi-rəşk məni yandıdı, şəmi keçirin Ki, məbada rüxi-gülrənginə həmsayə baxar. Yay qaşı altıda mərdümləri çeşmi-siyəhin, İki tərsa-beçə san taqi-gəlisayə baxar. Bitəməina baxar ol arizə çeşmim, əmma Dilrüba öylə bilir özgə təmənnayə baxar. Olma məğrur, gözüm, zülfdən öyrən ədəbi, Nə qədər olsa işi üzdə anın, payə baxar. Nola nəzzareyi-rüxsarına el cəm olsa, Eydi-novruz gələn dəmdə kişi ayə baxar. Təlxkam etmə bizi, saqi, çəkil bir tərəfə, Ləbi-meygunu görən sağəri-səhbayə baxar? Dəftəri-bərgi-gülü almış ələ badi-səba, Bülbülün baqisi var, hasili-sövdayə baxar. Dedilər, var fələkdə sana manənd, Məsih, Yoxdu, bihudə çıxıb ərşi-müəllayə baxar. Vamiqü Qeys dəm urmaz dəxi aşiqlikdən, Rəvişi-eşqdə gər Zakiri-şeydayə baxar. Sübhdəm badi-səba türreyi-xubanə dəyər, Götürüb nəkhətin ondan sora yüz yanə dəyər. Od salır xirməni-məhsuli-dilə bərqasa, Bu təni-zardə peykanı ki, peykanə dəyər. Gah bivəchü cəhət xatirim eylər dərhəm, Gah bicürmü günəh bu dili-nalanə dəyər. Odlara düşmüş ilan tək oluram piçidə Ki, neçin zülfi-siyəh arizi-cananə dəyər. Ğərəzin can isə, bir.tünd nigahın bəsdir, Heyfdir, atma oxun, hər biri min canə dəyər. Könlümü qanda urub həbsə ki, tapmaz şanə, Nə qədər zülfi gəzər, çahi-zənəxdanə dəyər. Zakira, səbr elə kim, vəslə dəyən afətdən, Ay ötər, il dolanar, vəqt olu hicranə dəyər. Məni bir zülfi-mişkinin ğəmi aşüftəhal eylər, Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər. Qalıbdır bəstəri-möhnətdə dil, vəslin dilər yarın, Görün bu zəfi-talelə necə fikri-məhal eylər. Sərasər xəlqi-aləm cümlə müştaqi-cəmalındır, Göz açmaz kimsə, gün hərçənd izhari-cəmal eylər. Mən öldüm həsrətindən bir büti-çeşmi-çəpəndazın, Qətili-tiri-mückandır deyin, hər kim sual eylər. Qılır əğyar ilə seyri-çəmən sərvi-sərəfrazım, Şikəstə Zakiri hər yerdə görsə, payimal eylər. Hər kimin ki, nəzəri arizi-pürxalə düşər, Dami-geysulərə pabəstə olub, qalə düşər, Vəsmə çək qaşlarının tağına peyvəst olsun, Bu kəşakəş deyil, ay başına bir halə düşər. Aşiqi-xam-təmə busə dilər ləlindən, Bir deməz ki, nigəhindən ona təbxalə düşər. Vamiqü Qeys mənimlə rəhi-rüsvalıqda Nə qədər səxt təka-pu eləyə, dalə düşər. Qoy tökülsün güli-rüxsarına zülfi-siyəhin, Rəsmdir nəqşi-nigaridə siyəh alə düşər. Çeşmi-bəddən səni hifz edə amanında xuda, Tabi-meydən ki, güli-arizinə calə düşər. Zakira, dərdi-dəruni üzə saldı əşkim, Bir deyən yox, belə qammazlıq ətfalə düşər. Hər yana kim, seyr üçün ol şəhi-xuban düşər, Sayə kimi yanına əqlü dilü can düşər. Bəxtiqəralər işi olmasa surətpəzir, Bəs neçin ol arizə zülfi-pərişan düşər? Yadi-mücən bağrımı yarələsə yox əcəb, Rəsmdi, məcruh olur, hər yerə peykan düşər. Rast düşüb bağ ara görsə qədü çeşmini, Sərv sınıqlıq tapar, nərgisə talan düşər. Cameyi-əhmər keyib, yaxdın oda aşiqi, Necə ki, xarü xəsə atəşi-suzan düşər. Çakər olur, rəsmdir, bəndeyi-fərmani-xan, Vəh, bu nə çakərdi kim, payına yüz xan düşər. Zakirə ver sədqeyi-hüsnüni kim, var yeri, Müstəhəqindir, ona, həq bilir, ehsan düşər. Ol cəfakar nəzərdən bizi atmış kimidir, Ğeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir. Kəc gedib qaşlarını mahi-növə bənzətmə, Ustad iki yayı baş-başa çatmış kimidir. Arizi-alını, derdim, əsəri-meydəndir, Baxdım əmma nigəhi-çeşm qanatmış kimidir. Çeşmi-məstanələri guşeyi-əbrulərdə Tağ arasında Xütən ceyranı yatmış kimidir. Xəti-novxizi ləbi-ləlinin ətrafında Ənkəbin şəhdi ara murçə batmış kimidir. Şəm başın gecələr tiği-çəza kəsməkdən, Biədəb arizi-yarə dil uzatmış kimidir. Əql ilə huş qaçar meydən ayaq tutduqca, Nisyə mərdümi-şəhr əqmişə satmış kimidir. Tabi-sinəm oxunu, heyfdi, tez çək, əridər, Haliya kürrəyi-həddad qızartmış kimidir. Yar hali-dili-viranı xəbər alsa, deyin! Xaneyi-mücrimi sultan talatmış kimidir. Ğönçənin başını hər sübhü məsa yarmaqdan, Ol məhin ağzına məxfi dil uzatmış kimidir. Demə yoxdur əsəri ahü fəğanın, Zakir, Xabdən ol məhi-bimehri oyatmış kimidir. Sufi saf olduğunu sağərü səhba nə bilir? Düşməyibdir yolu meyxanəyə əsla, nə bilir? Tutmayıb deyri-xərabatdə xoş cayü məqam, Rənci-bihudə çəkib, zəhməti-bica, nə bilir? Gün bu gündür, içəlim badeyi-gülkgun, zahid, E'tibar eyləmə, keyfiyyəti-fərda nə bilir? Söylər əhvali-qiyamət, öz evindən ğeyri Görməyib bir yeri, mən bilməzəm aya nə bilir? Abi-Kövsər həvəsilə çəkib əl sağərdən, Özünü aqilü dana tutar, amma nə bilir? Nəşəyi-mey kişini vaqifi-əsrar eylər, Çəkməyə başına peydərpey anı ta, nə bilir? Qəsdi taətdən əgər cənnət isə, eyni-xəta, Bilməyən kimdi o ev sahibi sövda nə bilir? Eylə olsa nə tərəhhüm, nə şəfaət, nə güzəşt, Küfrdür söylədiyin məhz sərapa, nə bilir? Eybinin kəşfinə bəhs eyləsə meyxanələrin, Sölə Səttaril-üyub anı bilir, ya nə bilir? Ya gərək nadim ola, tərk edə cəngü cədəli, Ya deyə həq deyil isminə müsəmma, nə bilir? Mücrümün cürmünü əfv eyləməsə rəbbi-ğəfur, Qalı rizvanda həmin firqeyi-hura, nə bilir? Cəhəti-qəhrinə yox kimsədə imkani-sual, Vəchi-amürzişini xaliqin əşya nə bilir? Hər kəs öz səyü təlaşilə tapa rahi-nicat, hörməti-ali-əbani dəxi qəta nə bilir? Rəqəmi-əfv çəkər qaziyi-ruzi-ərəsat, Günəhi Hübbi-Əlinin ola dərya, nə bilir? Zakirin bir əməli yox, ona ümmid tuta, Ta məgər inki tutub daməni-mövla, nə bilir? Möcüzi-ləli-ləbin Həzrəti-İsa nə bilir? Nazi-əndazəni Şirinü Züleyxa nə bilir? Desələr kim, bilir əndazeyi-zülfün şanə, Bavər etmə, elə pür-piçi sərapa nə bilir? Ğönçədən sorma dəhan sirrini, yoxdur xəbəri, Kuhü səhra çiçəyi elmi-müəmma nə bilir? Bənzər ahuyi-Xətayə baxışı filcümlə, Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Zülfünün hər teli bir mari-siyah olsa əgər Tutaram, aşiqi-sevdazədə pərva nə bilir? Mülki-dil fəthinə, derlər ki, gəlir ləşkəri-hicr, Gəlsə də ğəmzeyi-qatil kimi yəğma nə bilir? Zahirən, Zakiri-dilxəstədən öyrənmiş ola, Yoxsa, ahəngi-nəva bülbüli-şeyda nə bilir. Üzünü görsə əgər gəbrlər iymanə gəlir, Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir. Baxmasınmı sana ayinəvü həm abi-rəvan, Aparır feyzi-bədən, hər ikisi canə gəlir. Gün sərasimə səri-kuyuna ilğar gecədən, Necə bir qul duruban xidməti-sultanə gəlir. Düşmək istər şəmi-rüxsarına zülfi-siyəhin, Bəxtinin qarəliyin gör, oda pərvanə gəlir. Xət bu məzmun ilədir dövri-ləbində, guya Ləşkəri-hind tutub Rumi, Bədəxşanə gəlir. Zindəganlıq mana düşvardır ondan sonra, Bar-ilaha, mana gəlsin, nə ki, cananə gəlir! Qorxuram Zakiri hicrin ğəmi bir halə sala, Görən adəm deyə "vay-vay!.. budu, divanə gəlir". Hüsni-nikar əhli-nəzər afitabıdır, Qoymaz, nə sud, görməyə, geysu səhabıdır. Təbxi-ğəza üçün mücəmi yandırın, dedim, Təbbaxi-yar tulladı kim, çubi-abıdır. Badi-səhərlə, nəkhəti-zülf üstə, şanənin Ömri-dirazdır arada inqilabıdır. Pamal olursan, enmə sərazir, çox dedim, Tutmadı zülf pəndimi, çəksin, əzabıdır. Ğəmzə xədənginə taxar üşşaq bağrını, Guya həlal mürği-şikarı kəbabıdır. Ləb-şəhdi-əngəbin, xəti-növdür-şəbihi-mur, Qəd-sərvi-bağ, kakili-mişkin-ğürabıdır. Püstani-yardır görünən çaki-sinədən, Ya cənət içrə çeşmeyi-Kövsər hübabıdır? Bir vəqt şanə səxt dəyib tari-zülfünə, Dildə hənuz şol əsərin piç-tabıdır. Buyi-vəfa verir, necə mən ondan əl çəkim? Gülgun sirişk eyni məhəbbət gülabıdır. Qətl əzmin eyləsə əgə mückani-çeşmi-məst, Qövsi-qüzeh qaşın həmə tiri-şəhabıdır. Ovraqi-ləlin açmağa etdim həvəs, dedi: Bilməzsən, açma, elmi-müəmma kitabıdır. Gül dəftərin tökübdü səba, zahirən bu gün, Biçarə bülbülün genə baqi hesabıdır. Saqi, şərabi-nabını get ğeyrə vəsf qıl, Zakir o şux nərgisi-məstin xərabıdır. Çeşmi-məstin rəvişi-nərgisi-sirab aparır, Taqi-əbruylərin rövnəqi-mehrab aparır. Qanlı göz yaşını qət etsə üzün şövqü, nola, Bərgi-gül şəbnəmini mehri-cahantab aparır. Mana derlər, çəkərək get səri-kuyinə onun, Heç deməzlər ki, salıb boynuma qüllab aparır, Mərdümi-didələrim hicr günü Nuh-asa O qədər əşk tökər, aləmi seylab aparır. Şamlər tişeyi-Fərhad salır dağə səda, Bəstəri-nazdə Şirini şəkərxab aparır. Dil tutuldu, rəhi-meyxanə tut, ey zahid kim, Ğəmi sağər dağıdır, dərdi meyi-nab aparır. Yarı derlər ki, gedir Zakirinə çarə edə, Nuşdarunu öləndən sora Söhrab, aparır. Fəsli-bahar gəldi, könül, künci-bağ tut, Möhnət bizi ayaqladı, bir dəm əyağ tut. Təsbih tarini neçə gün alma dəstinə, Dəsti-lətifi-saqiyi-simin-saq tut. Çək yanına sürahını təqvavü taəti, Bilmərrə ta əvaxiri-şəban qıraq tut. Tök cami-zərnigarə şəvəqgun badəni, Yəni fəraq şamına rövşən çiraq tut. Zar eyləmişdi xəlqi fəğanü nəvalərin, Bir gəz özün də nayü nəvayə qulaq tut. Hər kimsəyə öz adəticə ver şərabi-nab, Növbət mana yetəndə, əzizim, çanaq tut. Zakir, köç eylə, mənzili-məqsudə varid ol, Dünyanı bir ribat, özünü bir qonaq tut. Qatdım əsir zülfi-pərişanə könlümü, Ayırmasa o silsilədən şanə könlümü. Xatircəməm, qara günə əzbəs ki, tabı var, Üz ağ edəndi, göndərə hər yanə könlümü. Düşmüş şikəst dəlv kimi abruydən, Salmaz o şux çahi-zənəxdanə könlümü, Çıxmaz saçı xəyalı könüldən, tikib məgər Memari-sün əfilərə xanə könlümü? Dönə-dönə dedim kəzə kim, dincələn deyil, Gözdən irarə qoyma bu divanə könlümü. Həddi nədir mənimlə vura laf eşqdən, Yanmaqda çox görüb özü pərvanə könlümü. Zakir, yer eylədim səri-ku itləri ara, Tapşırdım aşinalərə biganə könlümü. Üzvi-əzayi-xublərə padişah zülf, Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf. Çinü Xətavü hindü həbəş, Zəngbarü Rum Tutmuş təmam yer üzünü dadxah zülf. Şəbxun edən sana dilə, kimdir, dedim,-dedi: Gərdənsüvar kakilü mişkingülah zülf. Gəncineyi-cəmalı keçirdibdi yarıdan, Həddən füzundu axtaran olsa güvah, zülf. Mən çox dedim sana, az eşitdin, könül, künun Çıxsın canın, de: ah xətü xal, ah zülf! Əhvali-şamı rövşən edər sübh arizə, Oldur ki, şanəvar edər təyyi-rah zülf. Munca kəşakəşi-kəmərə bəlkə mu miyan, Tab eyləməzdi, olmasa püştü pənah zülf. Müşküldü tab türreyi-tərrar qəhrinə, Rəhm eylər əhli-dərdə genə gah-gah zülf. Etdin qara mənim günümü şami-tirə tək, Ey aləmin evini yıxan rusiyah zülf. Təhrik etməsəydi səba sübhü şam əgər, Etməzdi Hali-Zakiri böylə təbah zülf. Zur etdi dəhr möhnəti canə yavaş-yavaş, Cism oldu tiri-çərxə nişanə yavaş-yavaş. Kibrü ğürurdən, - dedi, - en, əvvəl enmədim, Dediyin etdi dövri-zəmanə yavaş-yavaş. Qovğa günü bəgənməz idim Hərbi-Rüstəmi, Zali-fələk gətirdi əmanə yavaş-yavaş. Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir, Avazi-nayü cəngü təranə, yavaş-yavaş. Eyşü nişatdən soyuyub meylü xatirim, Olmuş füzun ahü fəğanə yavaş-yavaş. Diş düşdü, ağzım oldu uçuq xanədən betər, Dağıldı dürri-gəncü xəzanə yavaş-yavaş. Hər qanda bir məh olsa mana mehriban idi, Mehr etməz indi sahibi-xanə yavaş-yavaş. Tutub üzümə gedər idim dust kuyinə Bir töhfə əldə olsa bəhanə, yavaş-yavaş. Zakir, kəs iltifatını bu dəhri-fanidən, Təslim eylə cani cananə yavaş-yavaş. Ğeyr üşşatə edən rəhmi nigar etməz imiş, Mütləqa sərzənişi-ğeyrdən ar etməz imiş. Desələr ki, ğəmi-hicrində filan biçarə Səxt rəncurdur, ol suyə güzar etməz imiş. Əhdü peyman edərmiş, vəli, üşşaqi ilə Ani-vahid sözünün üstə ğərar etməz imiş. Bir düşən silsileyi-qeydinə gülçöhrələrin, Bir də meylü həvəsi-zülfü üzar etməz imiş. Mən dedim ahü fəğan eylər o mahə təsir, Ah kim, ah pərivəşlərə kar etməz imiş. Yadi-rüxsarı ilə əzmi-gülüstan etdim, Seyri-gül dəfi-ğəmi-arizi-yar etməz imiş. Kaş bədhalü bədətvar olaydın, Zakir, Çünki hal əhli ilə dövr mədar etməz imiş. Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş, Pərişanlıq görüb badi-səbadən tündxulənmiş. Əzəldən rütbeyi-mehrab degildi böylə xəlq içrə, Qaşın taqinə ikram etmək ilə abrulənmiş. Nə möcüzdür bu kim, bir kəs təkəllüm görməmiş ondan, Düşüb dildən dilə vəsfi-dəhanın göftgulənmiş. Fəzayi-hicrdə xari-sitəmdən parələnmiş dil, Behəmdilləh kim, indi tari-zülfilə rüfulənmiş. Edib bədməstlik bəzm əhlinə qan udduran badə, Ləbi-lə'lin görüb axır xəcalətdən səbulənmiş. Gətir təşrif, əziza, həsrətindən xəstəhal oldum, Şikəstə Zakirəm, könlüm sana yen arizulənmiş. Zülfündümü dövri-rüxi-zibayə dağılmış? Ya Çinü Xəta ləşkəri yəqmayə dağılmış? Ətrafi-ləbi-ləldə xəttindimi, yoxsa, Hind əhli Yəmən mülkünə sövdayə dağılmış? Təni-dəhənin müşt ilə əzmiş sədəf ağzın, Dəndanı sərasər təhi-dəryayə dağılmış. Rəhzənliyi ğəmzən götürüb çıxmış aradən, Mabaqi məlahət sərü simayə dağılmış. Məzmuni-müəmma dəhəninçin füqəhalər, Məcmui-kütübxaneyi-mənayə dağılmış. Dərda ki, xiridari-ğəmin içrə yerim yox, Sövdayi-səri-zülfdə sərmayə dağılmış. Sərdən gedəli sayəsi ol sərvi-rəvanın, Biqədr oluban həmrəhü həmsayə dağılmış. Hər yerdə qaragünlü xətadən uzaq olmaz, Gör zülfi-siyəh necə düşüb payə, dağılmış. Eyb eyləməsin əhli-hünər fikrimə, Zakir, Heyran olalı nərgisi-şəhlayə, dağılmış. Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş, Çəkib səf dövri-çeşmində mücən tək paybəst olmuş. O gündən ki, qaşın taqi olub taətgəhi-mərdüm, Pozulmuş taqi-məstid, rövnəqi-minbər şikəst olmuş. Nə xoş ülfət tutub zülfi-siyəh rüxsari-al ilə, Təəccüb eylərəm, əfi gedib atəşpərəst olmuş. Olubdur xanəyek əbrulər ilə mərdümi-çeşmin, Nə mərdümlik, dəxi əyrilə ol kim, həmnişəst olmuş. Səba şərh eyləmiş guya bu gün Hüsnü qədi vəsfin Ki, gül pəcmürdələnmiş, qaməti-şümşad pəst olmuş, Saqınma ki, çıxa sevdayi-eşqin ta əbəd sərdən, Dilü can valehü heyran sana ruzi-ələst olmuş. Nisari məqdəminçin can kimi nəqdi-rəvacım var, İnanma gər desə əğyar Zakir təngdəst olmuş. Ləbi ləlin həvəsilə cigərim xun olmuş, Rəngi zərdim onuçun əşk ilə gülgun olmuş. Əlifi qamətim ol sərvi-qədindən ayrı, Qaşların taqına qurban olayım, "nun" olmuş. Talei gör ki, səni yer götürüb, mehri fələk, Aldadıb göz görə, yerdən göyə məğbun olmuş. Aşiqi-sadiq odur ki, verə can kuyində, Nə ki, Məcnun kimi sərmənzili hamun olmuş. Var bir nəhr, suyu çeşmeyi-çeşmimdəndir, Xəlq arasında, vəli, şöhrəti Ceyhun olmuş. Demə, qasid, şəhi-xubanə pəyamım, saxla Ki, bu gün qəhri tutub, halı digərgun olmuş Aşiqə nəkhəti-zülfün gətirib badi-səba, Dağılıb cümlə pərişanlığı, məmnun olmuş. Zakirin təbi deyildi belə mövzun əvvəl, Qədinə valeh olandan bəri mövzun olmuş. Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş, Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş. Edərlər əhli-dərdi qanda görsə rəhm mərdümlər, Gözün mərdümləri tək kimdir ox çəkmiş, kəman tutmuş. Olub huşyar bəzmi-badədən ol gün əyağ çəkdim Ki, gördüm ləli-nabınla qılır dəva o qan tutmuş. Dəhən sirrin eşitdim xürdədandır, ğönçədən sordum, Dedilər: bilməzik, bu sirri həq bizdən nihan tutmuş. Nə ğəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən Sərasər yer üzün sövtü sədayi-əlaman tutmuş Dolanır dövri-rüxsarında gərçi müflisi-eşqin, Nə sud, ol gəncdən kim çevrəsin əfi ilan tutmuş. Ğəmü möhnət yükün yoxdur cahanda çəkməyən, əmma Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş. Müstəzadlar Hüsnün çəməni-xubdən, ey sərvü sənubər! Ta aldıdı beydəq, Bu möhnətə tab eyləməyib mehri-münəvvər, Asıldı müəlləq. Mehrabə tutub ruyi edər səcdə ki, zahid, Taət deyil əzmi. Əbruylərin yadı ilə başını, dilbər, Dögər yerə təq-təq. Şahbaz gözün guşeyi-əbruyi-lətifin Sərmənzil edibdir, Bu dəğdəğədən ayda çalar çərxi-kəbutər, Öz köksünə dirnəq. Etmişmi iki nimə məhi-bədri-nigarı Bini, əlif-asa, Ya möcüzeyi-tazədir əngüşti-peyəmbər Qılmış qəməri şəqq? Öz pəstim ilə, mucibi-balayi-Məsihi Sordum sənəmimdən. Tünd oldu, dedi: adəti-dirinədi çakər, Kim qəlbi, kim əlçəq. Dil mürğünü bir ğəmzeyi-məstin, iki çeşmin, Hərçənd tutublar, Qorxum burasıdır, qıracaq bir-birin onlar, Bir seyd, üç ortəq. Göstərmə üzün Zakirə, allahı sevərsən, Qovğayə düşərsən, Divanələrin adətidir gördüyün istər, Bibak olur əhməq. Ey hərdəm olan ariyəti-hüsnünə məğrur, Bəsdir, dəxi bidad. Qalmaz belə bu surəti-pürseyqəlü pürnur, Olma ona dilşad. Tədric ilə bir-bir dağılır aləti-məmur, Viran olu bünyad. Ta sübh çəkər aşiqi-dilxəstəvü rəncur Səndən bu qədər dad, Bir kərrə deməzsən ki, görən qandadı bu şur, Həm naləvü fəryad. Hər sübh səbadən dilərəm nəkhəti-zülfün, Əhvalı pərişan; Əzbəski, qəbul eyləmişəm biyəti-zülfün, Çün bəndeyi-fərman. Dağıtsa əgər şanə o cəmiyyəti-zülfün, Müşkül olur asan İstər bu qədər şamü səhər nüsrəti-zülfün, Biçarə dilu can, Şayəd ki, çəkib darə xilas edə çü Mənsur, Ğəmdən olam azad. Saqi, tükənibdir meyi-nabı o nigarın, Ğəmgindi ziyadə. Düşməkdi xəta səmtinə ol laləüzarın, Durma bu aradə. Al başını get, əzmini qıl özgə diyarın, Sən payi-piyadə. Qanını tutar şişələrə aşiqi-zarın, Gər olmasa badə. Mey içməyə daim ol iki nərgisi-məxmur Olmuş elə mötad. Hər kim ki, qara zülfünə söylər şəbi-yelda, Olsun ona pabənd. Bica yerə haşa ki, tuta höccəti-bica, Danayi-xirədmənd. Ol Yusifi-gülpirəhənə meyli-Züleyxa Əfzun idi hərçənd; Amma yaradıbdı səni ol vahidi-yekta Binisbətü manənd. Məxluqi-cahan içrə deyil kimsəyə məqdur, Bu hüsni-xudadad. Avarə deyil, Kuhkənin vardı məqamı, Sakindi vətəndə. Qeysə yetirir Zeydi-vəfadar pəyamı Gah-gah düşəndə. Şərhi-ğəmi-hicran edərlərdi təmamı Dildarı görəndə. Ol növ keçən aşiqin olmazmı davamı, Yox heç biri məndə. Övqat keçirmişlər əcəb xoşdilü məsrur, Məcnun ilə Fərhad. Eşqin sipəhi üz qoya, Bəhmən dayanarmı? Çıxmazmı şəhərdən? Sehrab, Fəramərz, Təhəmtən dayanarmı? Çalırsa cigərdən? Tiri-nəzərə qəl əyi-ahən dayanarmı? Etməzmi çü rövzən? Yay qaşlarının oxuna cövşən dayanarmı? Keçməzmi sipərdən? Bir navəki-xunriz ki, çeşmindən ala zur, Ğəmzən ola ustad. Dərda ki, bu bərbaddə bir dərd bilən yox, Halım deyə yarə. Ondan gətirib doğru xəbər, çarə qılan yox, Bu dərdə nə çarə. Tənha qalıbam badiyyeyi-ğəmdə, olan yox Həmdəm məni-zarə. Dost yolları olmuş elə məsdud, gələn yox Hərgiz bu diyarə. Didarına həsrətdi bəsi Zakiri-məhcur, Nə rah, nə irşad. Əzm etdi səhər naz ilə ol sərvi-dilara Seyr etməyə bağə Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyya Yeksər bu sorağə. Şəbnəmbirlə yüz göz açıb hər çiçək əmda, Keçdi solu sağə. Rüxsarına öncə mən edim deyə tamaşa, Gül çıxdı budağə. Payinə nisar etmək üçün laleyi-həmra Dürr götdü tabağə. Sərməst gözün görcək özün nərgisi-şəhla Bənzətdi naşağə. Pişvazına şimşadu sənubər, dəxi tuba Dik durdu ayağə. Tutdular o şahi-şərəfin cümlə sərapa Yolunu çirağə. Hər birisi bir töhfə ilə yeksərü yekca Daşlandı qabağə. Kimdir ki, nisar eyləməyə varını, aya, Ha beylə qonağə? Xacə, belə sövda, belə bazar ələ düşməz, Fərş eylə dukanı. Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməz Novruz zamanı. Həm mütribu ney, çəngü dəfü tar ələ düşməz, Tut rast , nəvanı Dünyadə həyatın nə qədər var ələ düşməz, Sür eyşi-cəvanı. Çün dövr müxalifdi digərbar ələ düşməz, Çaldır aşuranı. Ver şüğlünü şəhnazə ki, zinhar ələ düşməz, Çək övcə sədanı. Dügah, segah iç meyi, təkrar ələ düşməz, Gərm eylə həvanı. Ahəngi-səfabəxş, xoşətvar ələ düşməz, Çün əhli-Aranı. Axtarmaq ilə mövsimi-gülzar ələ düşməz Azarbecanı, Hicazü Nişaburə onu eyləmə həmta, Həm mülki-İraqə. Dil dəfi üçün tiğ çəkib qaş iki yandan, Canım ona qurban. Hind əhlidən uymuş ona ovbaş iki yandan Qarətgəri-iyman. Minnət çəkirəm doğrayalar kaş iki yandan, Qətlim ola asan. Ey dil, səfər et kuyinə, tök yaş iki yandan, Gözdən elə tufan. Şayəd ki, nihan sirrin ola faş iki yandan, Həm giryə, həm əfğan. Düşsün rəqibin başına qoy daş iki yandan, Ol dilbərə mehman. Aç bəndi-qəbasın, elə pərxaş iki yandan, Qıl cismini üryan. Gör səfheyi-sədrində verib baş iki yandan, Yəni iki püstan. Quc incə miyanın belə, sarmaş iki yandan, Al kami-dilü can. Küstaxlıq oldu, mana düşməzdi bu əsla, Endim çox aşaqə Dön başına, yalvar, gileyi var isə səndən, Al dərdü bəlasın. Düş payinə, üzr istə, ğərəz, sədri-səməndən Qoy sülh binasın. Bir qat oturuban ona şərh et hələ gendən, Firqət macarasın, Sərrişteyi-təqrirə gətir nəqli-gühəndən, Gör meylü həvasın. De, söylə, xulasə, o qədər könli sevəndən, Saz eylə arasın. Əfsun ilə nagah əl atıb hüsni-həsəndən, Tut zülfi-dutasın. Al kami-dilin ləli-ləbi-ğönçədəhəndən, Sor şəhdi-səfasın. Ondan sora köksünü çıxart gül pirəhəndən, Çak eylə yaxasın. Bir hiyləyi-neyrəng ilə nəsrin bədəndən, Soy cümlə libasın, Üryan özünü bağrına bas, onları amma At əndək iraqə. Zakir, tələbi-rüfət ilə-olma digərgun, Ver halına təğyir. Hər vəqt ğəmi-dəhr səni etsə cigərxun Aşüftəvu dilgir, İç saqiyi-gulçöhrə əlindən meyi-gülgun, Heç eyləmə təqsir. Bir vasitədir dəfi-ğəmi-dəhrə bu məcun, Hacət dögu təqrir. Ol vəchdən eylərlər ona rəğbəti-əfzun, Həm növrəsu həm pir Kim, birdir onun bəzmi ara müflisü Qarun, Nə fərq, nə tovfir. Gördüm yazılıbdır qədəh üstündə bu məzmun Kim, badədir iksir. Feyzindən olur zar gəda, sahibi-milyon, Həm şahi-cahangir. Gər cəm oluban eyləyə Loğmanu Fəlatun Yüz fikr ilə tədbir, Bir çarə meyi-nabdən özgə dəxi qəta Yox dərdi-fəraqə. Ey dil, rəvişi-aşiqi pərvanədən öyrən, Yax atəşə cani Ahəngi-nəva bülbüli-məstanədən öyrən, Çək övcə sədani. Ayini-vəfa sakini-meyxanədən öyrən, Tap piri-muğani, Kim desə sana zahidi-biganədən öyrən, Batildi gümani. Aldanma ona, şaribi-peymanədən öyrən, Sür eyşi-cəvani. Əl çəkmə ölüncə meyi-gülnar ətəyindən, Kim dafei-ğəmdir. Olma tutasan vaizi-bədkar ətəyindən, Ənduhü ələmdir. Hər xeyr tökülsə, tökülür var ətəyindən, Xüm əhli-kərəmdir. Əlqissə, yapış badeyi-sərşar ətəyindən, Keyfiyyəti-Cəmdir. Helmü ədəbi məclisi-şahanədən öyrən, Al dərsi-məani. Ta var həyatım dilərəm nəkhəti-zülfü Ol badi-səbadən. Bir kərrə qəbul eyləmişəm beyəti-zülfu, Dönməm bu binadən. Yəğma götürür, hökm eləsə, rəyəti-zülfü Çin ilə Xətadən. Tuli-əməli-kakili, cəmiyyəti-zülfü Ya badi-səbadən, Ya şamü səhər məhrəmidir, şanədən öyrən, Onlar bilir ani. Fərhad özun dağə çəkib bimi-bəladən, Aşiq demək olmaz. Məcnun düşüb dəştü biyabanə cəfadən, Biar, utanmaz. Sənan dəlidir, əl göturüb virdu sənadən, Məbudə inanmaz. Bu yolları axtarma yetən bisəru padən. Hərgiz özu qanmaz. Gəl tövrü təriqi məni-divanədən öyrən, Get həqqini tani. Ləli-ləbi-yarə desələr çeşməyi-heyvan, İnsaf deyil bu. Bu qəndi-mukərrərdi bəsi faideyi-can, Oldur bir içim su. Pəh-pəh, məmələr səfheyi-sədrində nümayan, Çün balişi-pərqu, Nadan nə bilir ki, nədi innabü sepüstan, Ya şərbəti-limu. Bu nüsxəni sən Zakiri-piranədən öyrən, Əttar dükani. Ol sərv bu gün seyri-gülüstan edəcəkdi, İş müşkülə düşdü. Cəmiyyəti-gülzarı pərişan edəçəkdi, Fürsət ələ düşdü. Ta bildi gəlib xak ilə yeksan edəcəkdi, Rəxnə gülə düşdü. Mürği-çəmənə zülm nümayan edəcəkdi, Va bülbülə düşdü. Hər birinə bir tərzlə divan edəcəkdi, Yüz ğülğülə düşdü. Bəzm içrə nişat əhlinin ol mehri-munəvvər Söndürdü çirağın. Ərbabi-tərəb yasə batıb oldu mükəddər, Yandırdı dəmağın. Mütrib itirib həng nəvasın dəxi bədtər Çaldı əl-ayağın Xəm oldu sürahi, tökülüb məclisə sağər, Təprətdi dodağın. Gördü ki, ləbi-ləli meyi qan edəcəkdi, Saqi yola düşdü. Sərgəşteyi-dövran oluram, zulfi-girəhgir Hər canib əsəndə. Bir həqqi sevən yoxdu, salıb boynuma zəncir, Çəksin məni bəndə. Məcnunsifət avarə olur danişü tədbir Dildarı görəndə. Sirri-dəhənin badi-səba eylədi təqrir Dün sübh çəməndə. Bu söhbəti ğönçə necə pünhan edəcəkdi? Dildən dilə düşdü. Məşuqə gərəkdir çəkə üşşaq ğəmini, Dostluq ola baqi. Nə inki çala qətli üçün xəncəri-kini, Sürçəndə ayağı. Yox xublərin, tarı bilir, məzhəbü dini, Saf yağıdı, yağı! Geysuyi-müsəlsəl götürüb leşkəri-Çini, Şəbxun səyağı. Hindü həbəşi qarətü talan edəcəkdi, Sərmənzilə düşdü. Dərdü ələmi-hiçri günəş üzlü nigarın Aldı məni axır. Dağ oldu cigər, həsrətidən lalə üzarın, Ölmək mana zahir. Bari-ğəmini çəkməyə ol çeşmi-xumarın Yox mən kimi mahir. Üzüldü əlimdən ətəyi sevgili yarın, Mundan sora Zakir Fəryad çəkib naləvü əfğan edəcəkdi, Neylim, belə düşdü! Ey qaşı kaman, kipriyi ox, ğəmzəsi xəncər, Rüxsarəsi gülgun. Rəna qədinə zülfi-girehgiri bərabər, Hər ikisi mövzun. Tüngi-dəhəni içrə dodağı, dili şəkkər, Dişlər düri-məknun. Bu hüsnü sana bəxş qılıb xaliqi-əkbər, Ol qadiri-biçun; Ondan biri mali-füqəradır, bizə göndər, Yox sizdə bu qanun? Şəri-nəbəvi oldu şeyin xümsü zəkatın Rədd eyləməsən ta, Özün öz əlinlə qaçırıbsan bərəkatın, Xeyr istəmə əsla. Bir parəsinə çək qələm, ol bəd hərəkatın Eylər məni yəğma. Ol misrəi-salisdəki üç həbbi-nəbatın Lütf et birin, amma Tiryakmizacəm, ola hər qansı şirintər, Qıl könlümü məmnun! Saçı, həvəsilə nə deyim, çeşmi-xumarın Sancar məni hər şəb, Ta sübh gəlincə gecələr sevgili yarın, Hər tük olub əğrəb. Bunca çəkərəm bari-ğəmin leylü nəharın, Oldur mana mətləb. Sərkeşliyə mötad olub zülfi nigarın, Gəlməz ələ, yarəb! Əfi yaradıbsan bunu, ya mürtədü kafər? Kar eyləməz əfsun. Göndərdi, qoşub bir-birinə çərx ğəmini, Qılsın məni pamal. Sərəskər edib onlara hicr adlını, yəni Purməkrü bədəfal, Yox mu qədəri, tarı bilir, məzhəbü dini, Bir zalimü qəttal. Qaldım təkü tənha, məni-biyarü həzini Etdi elə bihal, Ümmidi-bəqadən keçib iş, gər gələ yeksər, Loğmanü Fəlatun. Ey dil fələki-süflə qomaz kimsəni dilşad, Gah-gah vurar niş Tədric ilə viran olacaqdır hamı bünyad, Əlbəttə pəsü piş. Cəmiyyəti-Cəmşidü, Firidunu elə yad, Ol aqibətəndiş. Bir ləhzədə bicürmü günah eylədi bərbad, Bədməzhəbü bədkiş; Zakir kimi dilgirü pərişanü mükəddər Yox dəhrdə əknun. Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindən Ta kim, nəfəsin var. Səflər dağıdan Heydəri-Kərrar ətəyindən, Rəmdən bizi qurtar. Tut silsileyi-seyyidi-əbrar ətəyindən, Onlardı dəhü çar. Həftad dü tən yavərü ğəmxar ətəyindən, Xoşxülq, xoşətvar. Hər xeyr tökülsə, tökülür var ətəyindən, Bil vazehü aşkar Ta onbeşədək bilmədin əsla nədir ehkam, "Tifləm",-dedin, ey dun Müddət də dolandın arada sərxoşü sərsam, Öz-özünə məmnun. Əlbəttə, dedin: püxtə olar əllidə bu xam, Keçdi o da əknun. həştad yaxınlaşdı, görək hanı bəs əncam, Etdin məni məğbun. Harda tökəcəksən daşı idbar, ətəyindən, Yox səndə məgər ar?! Ovqati-əzizi keçidin ləhvü ləəblə, Çəkdin bəsi zəhmət. Tərtib verib məclisə biəsl nəsəblə, İçdin meyi-ğəflət. Bir dəm oturub-durmadın ərkanü ədəblə, Bahörməti-taət. İnsaf elə, ol qadiri-biçun nə səbəblə Versin sana cənnət?! Dünyadə tutan badeyi-gülnar ətəyindən Üqbadə tapar nar. Hər qanda ki, bir dilbəri-tənnaz eşitdin, Xoş şəklü şəmayil. Çox verdi sana pənd xirəd, sən az eşitdin, Oldun ona mayil. Daim süxəni-mərdümi-nasaz eşitdin, Yox sən kimi zayil. Məsciddəvü mənbərdə qışü yaz eşitdin, Yüz vəzü dəlayil Cümlə dedilər: əl götü bəd kar ətəyindən, Lənət sana səd bar! Bir kimsənə ki, naqis ola ruzi-əzəldən, Gər yali ağarə; Bir ləhzə mənim kimi usanmaz bəd əməldən, Artar vara-varə. Daim danışır badəvü məhbubü gözəldən Bişüğl, bikarə. Yox daneyi-ərzən qədəri şerü ğəzəldən, Zakir, sana çarə. Tut Ali-Əlinin genə naçar ətəyindən, Fəryad elə, yalvar. Ey ruhi-rəvan, sən gələli tazətər olmuş Dil gülşəni yeksər. Nəxli-kuhəni-zəfi-bədən barvər olmuş, Qıl bu sözə bavər Xərmöhreyi-təbim neçə gündür gühər olmuş, Simi-dəğəlim zər. Əfsürdə vücudum yenə məddi-nəzər olmuş, Çün mahi-münəvvər. Dərdü ğəmü möhnət qaçıban dərbədər olmuş, İşdən necə cakər. Kəsmişdi təmənnayi-rüxün tabü təvanım, Ehmal nə layiq? Dostluqda gərək dust ola munisi-canım, Mərdənəvü sadiq. Bir mən deyiləm hüsnünə heyran, din-imanım! Aləm sana aşiq. Müştaqdı didarına çeşmi-nigəranım, Ey yari-müvafiq! Əlminnətü-lilləh, şəbi-hicran səhər olmuş, Vəsl oldu müyəssər. Səd şükr, cigər zəxminə pakizə mərahim, Bəxş eylədi gərdun. Əhvali-pərişanıma xoşnud olan adəm, Oldu özü məhzun. Bişübhə tərəqqi edəcək şimdi dəmadəm Bu talei-meymun. Tutmuşdu könül şəhrini çoxdan sipəhi-ğəm, Yox bir nəfər əknun. Guya olara fəthi-Əlidən xəbər olmuş, Çün mərdümi-Xeybər. Həmrəh sizə bir alinəsəb ərşədi-dövran, Sərdəftəri-əyyam, Haşa ola həmtası onun Rüstəmi-dəstan, İbni xələfi-Sam. Peyvəstə gəzər səhmi-xədəngilə hərasan, Mirrix ilə Bəhram. Ətvarı niku, xülqü gözəl, sahibi-ehsan, Təskindəhi-islam. Oldur səbəb ovsafi-kəmalı səmər olmuş, Hər kim görə, istər Şamildi tamam aləmə əltafi-şəhənşəh, Yox feyzinə işkal. Heyhat, ola mənzuri-nəzər hər yetən əbləh, Bədkar, bədəfal. Kim görsə, səzavar deyər dövlətə, billəh, Polkovniki əlhal. Zakir, nə ədalət, nə şücaətdi bu, pəh-pəh! Mədh eylə məhü sal. Şəhr əhli onun maili növi-digər olmuş, Ey piri-süxənvər. Əfsus, günüm keçdi şərü şur ilə daim, Gəldi dəmi-rehlət. Tutmuş hələ dünyanı könül hirs ilə qaim, Tədbirinə lənət! Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim, Qaldım məni-həsrət. Çöldə Əli bəy, Təhdilidir qələdə tayım, Onlar da kəmülfət. Yoxdur ədədi fovt olanın, hansını sayım? Məcmuuna rəhmət! Ağzımda uçuq qəbrə dönüb otuz iki diş, Üç-dördü qalıbdır. Bir-birini tutmaz dəxi onlar görə bir iş,. Kökdən boşalıbdır. Əzbəs ki, yonar möhnətü dərdü ğəmü təşviş,, Bağrım yuxalıbdır. Xam quyruğa batmaz nə qədər cəhd eləyəm... Çoxdan koralıbdır. Oldur səbəb əflakə çıxar hayü hərayım, Baxmaz mana övrət. Bəzi zəni xoşbəxt sanır mərdümi əhməq, Der şövhəri xandır Həmvarə geyər əyninə zərbəft ilə dibəq, həm hökmü rəvandır. Sən bil ki, ünas əhlinə xoşdur gəzə çipləq Ta yarı cavandır. Yoxdur qınamaq hiç bizim həmsəri mütləq, Çün xeyli zamandır Düşməz yavuq əsla hədəfi-məqsədə yayım Sınmış oxa nisbət. Müddətdi düşüb diki-dərunum saf əməldən, Əfsürdə çirağəm. Bir loqmadan əfzun yeməzəm xovfü xələldən, Bu barədə dağəm. Birəğbət olub xahişim itami-gözəldən, Guya ki, naçağəm. Fərq etməz idim bir zaman ayranı əsəldən, İndi bu səyağəm. Vay oldu ki, bir gün tükənə qənd ilə çayım, Alır məni xiffət. Batmış şikəmin aldı bizi heyvərə fikri, Doymalı deyil bu? Qış aş, pilov dəğdəğəsi, yaz kərə fikri, Bağrımız edər su. Köç vəqti ulağ kəmliyi, dağü dərə fikri, Olmaz belə qayğu. Ta çənd otaq dərdi-səri, pəncərə fikri, Əndişeyi-bahu. Yekdir ki, ləhəd küncü ola köşkü sərayım, Sərmənzili-xəlvət. Çöl əhlinə bir il belə gər qış gələ qatı, Lağər düşə çarpa. Yeksər qarışar bir-birinə türk ilə tatı, Aşuradı guya. Hər kəs götürür dəstinə bir örkənü çatı, Hiyzüm qıla peyda. Gözlər ki, bitib ot, kökələ çamışü atı, Arxayın olub ta Gəh-gəh deyə, ey ilxıçı, qırxıldımı dayım? Nə eyş, nə rahət. Bir vəqt görən qamətimi sərvi-rəvan tək, Bivasitə, biqal. İstərdi basıb bağrına, nazım çəkə can tək. Manəndeyi-ətfal. Məhparə hamı tabe idi əmrimə xan tək, Nə üzr, nə ehmal. Atmış bucağa, ah, məni köhnə palan tək Baş yoldaşım əlhal. Qorxum budu indən belə əndək də yaşayım, Saf eyləyə nifrət. Lağlağı deyildim belə, billəh, keçən ovqat Kəndin zənü mərdi, Bir nəfsə əyər zərrəcə təqsir ola isbat, Yapraq tək əsərdi. Hərgah desəydim özünü get qayadan at, Filfövr gedərdi. Saymaz məni əknun Tükəz oğlu kimi bədzat, Çəkmimmi bu dərdi? Dunyadə bu hal ilə dəxi mən nə qalayım, Yetməzmi bu zillət? Saqqal dönüb ağ suməkə, söyləmə, Zakir, Qəflətdən ayıl sən! Sövdayi-qiyamətdə gərək ər ola mahir, Taət yolun öyrən. Qorxum burasıdır ki, olam Pinçi tək axır, Baqqal daşı, yek mən. Köçmək dəmidir, yatma, kişi çapükü şakir Dur, düş yola, təprən! Bahörmət ikən çarə odur mərgi arayım, Şayəd ola qismət. Müxəmməslər Nə xoşdur bir nigarın müddət olmaq intizarında, Qoyub baş xakə, yatmaq həsrət ilə rəhgüzarında, Axıtmaq əşki-xunin yadi-ləli-abdarında, Uyub ahulərə, gəzmək ğəmi-çeşmi-xumarında, Düşüb axırda rahı, ola mehman kuyi-yarında. Ənisi-dərdü ğəm aşiq olub məşuqinə vasil, Səri-zülfün tutub, almaq üzündən buseyi-kamil, Arada pirəhəndən ğeyri əsla olmaya hail, Bəqədri-qüdrətü qüvvət edib məqsudi-dil hasil. Xulasə, qoymaya bir kəsrü kəm itmami-karında. Gecə əsnayi-söhbətdə binayi-məkr edib xəlvət, Səhər vəqti qonum-qonşu arasında sala şöhrət, Filani xəstəhal olmuş, yox onda getməyə qüdrət, Genə ol gecə, ol gün gərm ola həngameyi-işrət, Bu şərt ilə ki, bədxah olmaya qürbü civarında. Tuta aram dil mürği şikənci-dami-geysudə, Nişimən eyləyə misli-kəbutər taqi-əbrudə, Kəmani-tənədən eymən, xədəngi-ğəmdən asudə, Qoyub bir ləhzə baş pərqu mütəkkavar zanudə, Tamaşa eyləmək zülfi-səmənsayə üzarında, Oturub dizbədiz almaq hənalı dəstini dəstə, Gəh öpmək, gahi də qoymaq iki həsrət gözün üstə, Danışmaq macərayi-hicrdən ahəstə-ahəstə, hekayət eyləmək bir-bir o şuxi-çeşmi-sərməstə Bəlalər kim, gəlibdir başına firqət diyarinda. Ğələtdir, dişləyib şəkkər ləbin əHli-günah olmaq, Nə lazım çakərə artıq müzahim-hali-şah olmaq, Götürmək boynuna öz cürmünü özü güvah olmaq, Düşüb yalvarə-yalvarə yanınca üzrxah olmaq, Çıxıb birdən fərar etsə məzaqın girü darında. Şəbi-axırda mütləq bir zaman fövt etməmək fürsət, Məbada, qoymaya dövran, verə üz bir də bu dövlət, Deyib dincəlməmək ol gecəni əlbət, həzar əlbət, Üz üzdə, qol boyunda, əl zənəxdə, yəni bir saət, Təğafül etməyə ta sübhədən busi-kənarında. Səhər tezdən durub, bidarü huşyar olmamış aləm, Qoyub ortaya ol sərvi dolanmaq başına bir dəm, Yeni and içib, həm əhdü miysaq eyləmək, möhkəm, O ahuyi-Xətadən ayrılıb naşad, naxürrəm, Genə Zakir tək olmaq hər zaman fikri-şikarında. Ah kim, aldı mənim əqlü kəmalım qocalıq, Eylədi misli xəzan çöhreyi-alım qocalıq, Bidi-Məcnun tək əyib sərv nihalım qocalıq, Günbəgün etdi füzun dərdü məlalım qocalıq, Doladı dəstinə, əfsus ki, yalım qocalıq! Əlliyə yetənədək bilməz idim quru, yaşı, Həll edərdi ənəgim mum kimi qarə daşı, Gördüm atmışda qatı löqmələrə yoxdu xaşı, İndi it yalı kimi gündə gərək qaşıq aşı Zindəganlıqdımı bu, ağrını alım, qocalıq? Azılarımda qalıb bir neçə övraq dəndan, Kargər düşməz o da səxt təamə çəndan, Dolaşa dəməginə oxşar edəndə xəndan Abi-guşt ilə gərək müttəsil acıtmalı nan, Kimə məqdurdu bu orduna………qocalıq? Dolanırdı nə qədər var idi, təndə qüvvət, Gündə pərvanə kimi başıma yüz gəz övrət, Hər evə düşsə yolum əhli çəkərdi minnət, İndi öz sahibi-xanəm mənə etməz rəğbət, Nə ümid ilə gedim özgədə qalım, qocalıq? Duş gördüm neçə məhparə edər seyri-çəmən, Ayağın öpmək üçün səmtlərinə düşdüm mən, Gəldi göftarə biri, səylədi key piri-kühən, Nə gəzirsən burada, yoxsa azıbsan köçdən? Rişxənd mənzili etdi məni zalım qocalıq! Hər sənəm görsə deyərdi əcəb oğlandır bu, Ya Fəramərz və ya Rüstəmi-dastandır bu, Xoş onun halına ki, bir gecə mehmandır bu, Gülüşüb indi deyirlər necə Vartandır bu, Çünki etdin belə tiz ilə zəvalım, qocalıq. Hanı ol sərv, görürdün gecələr ayə baxar, Sübhlər tusəni-sərxoş kimi səhrayə baxar, Gəh zəni-dəlləkə, gəh düxtəri-mollayə baxar, İndi san xəsta, qoyub baş mütəkkayə baxar, Kəsdi eşqü həvəsim, zövqi-vüsalım qocalıq. Tüf sana kim, məni sən zövqü səfadən saldın, Nəzəri-mərhəməti-mahiliqadən saldın, Hər iki çeşmi-cahanbini ziyadən saldın, Şahibazi-həvəsi ovci-həvadən saldın, Sındıdın səngi-sitəmlə pərü balım, qocalıq. Gər mana ruyi-zəmin simü zərü dövlət ola Asitanəm, eşiyim rəşki-dəri-cənnət ola, Puşişim xosrovü xaqan verən xələt ola, Neylərəm anı gələz dalı kimi qət-qət ola Sifətü gərdəni-ayinəmisalım, qocalıq. Qorxuram çərx mana zülmi-mükərrər eləyə, Ağqız oğlu Piri tək dillərə əzbər eləyə, Qaralar Şəmmiyə hörmətdə bərabər eləyə, Axırı Hatəm ağadən dəxi bədtər eləyə, Çörü-çöp dərməyə də qalmaya halım, qocalıq. Gərək indən belə qapıda bürünüb gəbəni, Qoymayam qarğa-quşu sərgidən apara dəni Ki, məbada ura övrət üzümə ta siləni, İltimasım budu kim, öldü, xilas eylə məni, Oğul uşaq əlinə vermə saqalım, qocalıq, Zakirəm, türfə xiyaban ilə bağım vardır, Yatmağa, durmağa rəngin otağım vardır, Nə qədər aşü plov yesə qonağım, vardır, Yaxşı nəvvadələrim, oğlum, uşağım vardır, Yoxdu bir özgə ğəmim, fikrü xəyalım, qocalıq. Məni bir şux bu gün xanə-xərab etdi yenə, Aldı aramımı, bitaqətü tab etdi yenə, Bürqə üzdən götürüb, kəşfi-niqab etdi yenə, Dili-məcruhü pərişanı kəbab etdi yenə, Didəmi əşki-dərun ilə pürab etdi yenə. Gün kimi şölə verib sinədə əbyəz bədəni, Tazədən eşqə salıb məstü cünun etdi məni, Saçı canlar yatağı, telləri dillər vətəni, Küfr zülfü talayıb Çini, Xətavü Xütəni, Ləşkəri-xalü xəti Hində cəvab etdi yenə Keçdi əyyami-zimistan, gəlib fəsli-bahar, Eyləyib seyri-çəmən naz ilə ol türfə nigar, Biləsincə dəfü ney, saqiyu sağər - nə ki var, İçibən cami-məhəbbətdən, olub məstü xumar, Açıban bəndi-qəba, tərki-hicab etdi yenə. Bari-hicr ilə "əlif" qəddimi "nun" etmiş idi, Arizüsünda qara bağrımı xün etmiş idi, Ruzigarimi siyəh xalı zəbun etmiş idi, Gərçi əvvəl məni sərməstü cünun etmiş idi, Öldürüb, qoymadı, axırda səvab etdi yenə. Mücəvü ğəmzəvü göz, bir də kaman əbrulər, Hamı bir yanə və bir yanə haman əbrulər, Bir qatı yaydürür danənişan əbrulər, Zakiri-xəstədilin, gör, nə yaman əbrulər Cismi-zarın hədəfi-tiri-şəhab etdi yenə. Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə, Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə, Qaçıb bir güncdən nərkis baxar xovfü həras ilə, Əyib qəddin bənövşə səcdəyə həmdü sipas ilə, Deyər: kimdir, xudavənda, gələn bu asü bas ilə! Dəmadəm bir nigarın zülfü ruyin yad edər könlüm, Gecə ta sübh olunca naləvu fəryad edər könlüm, Yıxıb bünyadi-səbri ah ilə bərbad edər könlüm, Cikər qanilə hər dəm əşkimə imdad edər könlüm, Necə kim, tifli madər aldadır gülgun libas ilə. Gözüm ta görməyə balinim üzrə çeşmi-şəhlanı, Əlim ta tutmaya dəsti-lətifi-şuxü rənanı, Ona ta etməyəm təqrir cövrü zülmi-hiçranı, Yəqin bil, ey əcəl, yoxdur sana can vermək imkanı, Çəkib təblü ələm gəlsən əgər yüz min əsas ilə. Nə müddətdir dili-şeyda səri-kuyində sakindir, Əlindən ğəmzeyi-məstin bəsi naşadü ğəmgindir, Qaşından söyləmə, hər yerdə əyri olsa pürkindir, Gözü mərdümlərilə eyləmək rəftar mümkindir, Olur asan dolanmaq mərdümi-mərdümşinas ilə. Pərişan eyləmiş badi-səba zülfi-siyəhkarı, Pərişan görmüşəm hər qanda olsa qovmi-tərrarı, Ağarmaz gecə-gündüz, gər çalışsa mərdümazarı, Əhatə eyləyib zülfi-siyəh ətrafi-rüxsarı, Təmənnası budur, bərqi tuta köhnə pəlas ilə. Bulunmaz, nuri-çeşmim, səndən ayrı xab çeşmimdə, Töküldü, qalmadı bir qətrə su bitab çeşmimdə, Olubdur ğərq aləm sərbəsər girdabi-çeşmimdə, Sanır göz mərdumun hər kim görə seylabi-çeşmimdə, Keçib bəhri iki Hindu, çıxıb Rumə kolas ilə. Yolun duşsə səba, öz başın uçün, sərvi-azadə, De kim, biçarə Zakir künci-ğəmdə qalmış üftadə, Neçin yad eyləməzsən kəmtərinin, ey mələkzadə?! Kimi tüngi-şəkər der ağzına, kim ğönçə, kim badə, Bilən yoxdur, xülasə, danışır hər kəs qiyas ilə. Bu gün ol şuxi-sitəmkarə rəqibdən yani Qıldım izhar ğəmü dərdi-dili pünhani, Nalə çəkdim, dedim: ey xublərin sultani, Alıb aramımı ol ləli-ləbin hicrani, Axar oldu gözümün şamü səhər al qani. Rəsmdir aşiqi-miskini edər şad səba, Günbəgün dərdü ğəmi-hicrdən azad səba, Mən də umdum ki, qılır dərdimə imdad səba, Bəs dedim müjdeyi-canan gətirib badi-səba, Demə gətirmiş imiş qətlimizə fərmani. Kim ki, güldü üzümə, mən onu canan bildim, Əqlimi gör ki mənim can alanı can bildim, Bivəfadır dedilər, onları böhtan bildim, Mehrsiz mahlərin eşqini asan bildim, Bilmədim təni-rəqib öldürümüş insani. Bir tərəf mütribi-xoşxan oxuyur, çəng luqub, Bir tərəf nayü dəfü bərbət ilə həng tutub, Bir tərəf vaiz onu mən eləyir, cəng tutub, İçərəm, saqi bu gün badeyi-gülrəng tutub, Səhldir hər kişinin qalsa dana divani. Ey könül, sərvəri-din Əhmədi-Muxtar keçib, Babi-Xeybər dağıdan Heydəri-kərrar keçib, Sərbəsər ali-Əli, rövnəqi-bazar keçib, Yığ mətain ki, gözüm, əhli-xiridar keçib, Yoxdu dünyayə vəfa, fərş eləmə dükkani. Zakir, aldanma cahanə ki, səni vayə salır, Göstərib hüsnü cəmal başını ğovğayə salır. Görsə hər yerdə dənitəb ona sayə salır, Xar edir, əhli-dili mehrini ədnayə salır, İmtəhan eyləmişəm dönə-dönə dünyani. Vay, yüz min vay kim, qoydu fələk tənha məni, Künci-ğəmdə axtara bir kimsə yox qəta, məni, Düşmüşəm bir dərdə kim, eylər görən haşa, məni, Saldı getdi, bivəfa ol şahidi-əla, məni, Eylədi rüsvayi-aləm aqibət sevda məni. Ruzigarım qoymadı beş gün keçə bir tövr ilə, Hər görəndə vurdu zəxmi zəxmin üstə cövr ilə, Tazələndi günbəgün rişi-dərunum qövr ilə, Eylə bədhalü pərişanəm cəfayi-dövr ilə, Rəhm edib əhvalıma ağlar görən tərsa, məni. Ləşkəri-dərdü bəla almış könül piramənin, Sındırıb səngi-sitəmlə xaneyi-dil rövzənin, Atəşi-hirmanə yandırdı nəşatım xərmənin, Sərsəri-əyyam tarac etdi ömrüm gülşənin, Çaldı, çapdı dönə-dönə, eylədi yəğma məni. Seydi-şahbazi-qəza oldum, özüm şəhbaz ikən, Qalmışam makisifət bibalü pər, pərvaz ikən, Simbər novrəslər ilə həmdəmü həmraz ikən, Mütribü saqi, müğənnilər bilə dəmsaz ikən, Dərdü ğəm tapdağı etdi dəhri-dun, dərda, məni. Şad könlüm oldu axır dərdü möhnət mənzili, Səbz ikən dağıtdı bərgi-eyşimi ahım yeli, Ğərqi-dəryayi-bəlayəm, hiç yoxdur sahili, Badə verdim qətreyi-əşkimlə bünyadi-dili, Eylədi barani-ğəm göz-göz, hübabasa, məni. Netmişəm, bilməm ki, munca zülm edir dövran mana, Yağdırır tiri-məlamət hər tərəf, hər yan mana, Öylə naşadəm ki, olmuş ruzü şəb yeksan mana, Süd yerinə madəri-giyti içirdir qan mana, Zalimi-namehriban çöldən tapıb guya məni. Zakira, ləhvü ləəblə keçdi övqati-şərəf, Bivəfa həmdəm yolunda eylədin ömrü tələf, Neylədin, netdin, nədir nəfin, görək, ey naxələf, Gəl tutaq ixlas əlilə daməni-şahi-Nəcəf, Qurtara rəncü inadən bəlkə ol mövla məni. Saqiya, badeyi-gülguni gətir mala-mal! Etmə təxir, zərurətdə xətadır ehmal! Ta ki, sərgərm oluban, eyləyim izhari-kamal, Mən deyildim belə ləbbəstə, pərişanəhval, Eyləmiş nitqimi bir tutiməqalın ğəmi lal. Neçə müddətdi gözüm görməz o siməndamı, Eyləyib xəstə ğəmi-hicri dili-nakamı, Eşq sövdasının, əlbəttə, budur əncamı, Ol cəfakar nigar ilə geçən əyyamı Əsari-badə ilə, barı, bu gün yadıma sal Ğərəzin gər budu xoşnud ola səndən əhbab, Nə qədər var həyatın ələ al cami-şərab. Hər iki aləm ara bil ki, odur fəthülbab, Sanma kim, əcrini həq verməyə, ey xanəxərab! Baxma zahid sözünə, eyləmə bihudə xəyal. Ömrülərdir çəkərəm bir sənəmin bari-ğəmin, Ruzü şəb dəğdəğeyi-məhnətü cövrü sitəmin, Üzümü fərşi-rəh etdim bu təmannayə həmin, İşləyib kövkəbi-tale, basa bəlkə qədəmin, Ruşinas edə məni ol məhi-zərrinneal. Dün səhər gördüm o sərməst edir meyli-şərab, Artırıb hüsnü ziyasın dəxi də badeyi-nab, Dedim: əhbab ilə qəsdin nədir, ey xanəxarab! Əl-ayağın bu sifət rəngi-hənadəndi xizab, Öldürüb aşiqi, ya nəşin edibsən pamal? Xah əfv eylə mənim cürmümü, xah eylə ğəzəb, Nə bilir aşiqi-şuridə nədir rəncü təəb, Mən sənin valehü heyranınam, ey şirinləb! Üzünə qarşı axa qanlı sirişkim nə əcəb, Eydi-Novruz geyər cameyi-gülgun ətfal. Ah, səd ah, məni aldı ğəmü suzü güdaz, Çıxdı can həsrət ilə, gəlmədi ol mədəni-naz. Eşq məqtuluna, ey şeyx, nə hacətdi nəmaz, Qəbrimin daşına bu misrəi xoş xətt ilə yaz: "Bigünah öldüdü bu Zakiri bir çeşmi ğəzal". Etdi Məcnun kimi şeyda məni bir Leylicəmal, Türki-xəncərkeşü aşiqküşü pürşurişü qal, Saldı səhralərə heyranü pərişanəhval, Ğəmi-hicrində dili-zarə yox ümmidi-vüsal, Səxt müşküldü günüm keçsə əgər bu minval. Bərq urar zülfi ara mahi-münəvvər təki ru, Haləvəş dairəsin sərbəsər almış geysu, Çəkilib lövhi-cəbinində dü taqi-əbru, Nə əcaib, nə qəraib, nə təmaşadır bu, Kim görübdür ola bir ayda iki tazə hilal? Çəkməyib katibi-qüdrət belə bir hüsni-həsən, Lalə rux, kiprigi ox, qəmzəsi şux, qönçədəhən Hər səri-muyi könül qeydinə bir dami-rəsən, Müttəsil xaneyi-zənbur kimi çahi-zəğən Dili-nalan ilə yeksər doludur mala-mal. Gözləri türki-siyəh-məst, yaman gözdən iraq, Əyilib yay qaşı, peyvəstə verir guşə qulaq, Bədəni balişi-pərqu kimi nazik, yumuşaq, Qoynudur Kəbə - ziyarətgəhi-xeyli-üşşaq. Asılıbdır iki püstan ona qəndil misal. Qəd səhi, zülf siyəh, sinə fərax, incə miyan, Naf bir təxteyi-ac üzrə bilurin fincan, İki zanuləri bişübhə sütuni-iyman, Bir əcəb ğönçeyi-…… dü şax içrə əyan, Yetdi nazik yerə iş zikri bəsi əmri-məhal. Bərf üzrə peyi-ahuyi-xütəndir, bilmən, Ya sədəf içrə əyan dürri-ədəndir, bilmən, Gənci-simindir.., ləli-yəməndir, bilmən, Yoxsa minqari-həzarani-çəməndir, bilmən, Vardır ovsafi-sifatında onun çox əşkal. Misli-şərayi-yəmani … … . pür ənvər, Yəni aramgəhi-canü dili-əhli-nəzər, Topuğu beyzeyi-nimpüxtə kimi tazəvü tər, Zakira, nazik əuaq üzrə bəyaz əngüştlər Gör olub rəngi-hənadan nə gözəl rəngin, al! Çıx xanədən, ey sərvi-səhi, can sana qurban! Əzm eylə, gülüstanə, gülüstan sana qurban! Nərgislər açıb dideyi-giryan, sana qurban! Fərşi-rəhin olmuş güli-xəndan, sana qurban! Düzmüş yoluna lölöi-mərcan, sana qurban! Yadi-rüxü zülfünlə olub leyl nəharım, Nə səbru sükunum, nə səbatım, nə qərarım. Məndən sora gər eyləyəsən seyr məzarım, Basma qədəmin od tutar, ey tazə nigarım, Atəşgədədir sineyi-suzan, sana qurban! Eşq əhlinə ölmək səri-kuyində deyil ğəm, Məqsudum olur hasil əgər mən dəxi görsəm, Nəfi budur aşiqliyin, ey qibleyi-aləm! Çox rənc, müşəxxəsdi, çəkər can verən adəm, Olmaqdı nəhayət sudan asan sana qurban! Sən işvədə qarətgəri-əqlü dilü cansan, Sən nazdə iqlimi-tənə hökmi rəvansan, Sən hüsndə şahənşəhi-xubani-cahansan, Məcmu gər aləm ola viran, hamansan, Yüz qeysərü yüz xosrovü xaqan sana qurban! Kim der ki, sana aşiqinə sərf zər eylə? Biçarədi, gah-gah düşəndə güzər eylə. Görsən ki, yamandır halı gahi nəzər eylə, Ümmid əlin üzmə ətəyindən, həzər eylə, Getməz belə bu gərdişi-dövran, sana qurban! Əl çək dolanım başına, bu tərzi-ədadən, Tut mehr təriqini, usan cövrü cəfadən, Qorxum budu, yeksər qalasan xeyrü duadən, Ağzım qurusun, ahi-səhərgahi-gədadən, Nagəh yetişə hüsnünə nöqsan, sana qurban! Layiqdimi hər bisərü pa kuyinə dolsun? Çöldə yolacaq bir-birinin yalını, yolsun; Çıxsın canı, ha getsinü gəlsin ki, yorulsun, Çək tiğini, vur boynunu, ey şux, qoy olsun, Bu Zakiri-xoş-təbü süxəndan sana qurban! Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün, Sərasər hər tükü üşşaqə bir dami-bəla zülfün, İki şəhmarə bənzər gənci-hüsnündə düta zülfün, Bulanır hər tərəf, qovlar məni əfinüma zülfün, Nədəndir, bilməzəm, əfsunə gəlməz mütləqa zülfün. Tutubdur səhni-kətfində arasın həm solü sağın, Enib payində ovsafın edər təqrir yaylağın, Pərişan etməsin dövri-fələk cəmin bu yığnağın, Əcəbdirmi çəkəndə rovşən eylər çeşmin üşşaqın, Dəmadəm xaki-payindən götürmüş tutiya zülfün. Minadır gərdənin, əmma miyanın özgə babətdir, Qiyamətdir qədin, nə fayidə, -- biistiqamətdir, Həzər qıl bədnəzərdən, gəzmə bipərva, əmanətdir, Soruşdum şanədən: zülfə pərişanlıq nə adətdir, Dedi: yaxşı bilir məndən işin badi-səba zülfün Ğürurü kibrdəndir alişanlar kəmtərin olmaq, Həyavü hilmdəndir rütbeyi-cahə qərin olmaq, Səbəb xoşxuyluqdur nazəninə nazənin olmaq, Bilib üftadəlikdəndir cahanda sərnişin olmaq, Budur vəchi, düşər pabusuna misli-gəda zülfün. Nəsimi-sübhdən rüxsari-al üzrə siyəh tellər, Sanasan pər açıb, zağü zəğən gülşəndə seyr eylər; Özü pür-piç, ucları dümi-əqrəb kimi çənbər, Uzandıqca uzanır ömrü, yoxsa, ey pəri peykər, İçib ləli-ləbindən Xizrvəş abi-bəqa zülfün. Dolannam başına şamü səhər manəndi-pərvanə, Deməzsən bir görün necə keçir əhvali-divanə, Bu qədri cövrü zülm insan edərmi, zalım, insanə? Nə müddətdir düşübdür dəlvi-dil çahi-zənəxdanə, Nola çəngal ilə bir dəm çəkə müşkülgüşa zülfün. Kəmali-hüsndür geysuyi-mişkin səfheyi-rudə, Ziyası əncümün əfzun olur şami-qaranqudə, Su içrə bir siyəhrəng marə bənzər əksi güzgudə, Cəfasından deyil Hindü həbəş bir ləhzə asudə, Xətasından deyil eyman dəmi Çinü Xəta zülfün. Cahan içrə sənin tək dilbəri-xoş xəttü xal olmaz, Səmənbu, mahru, şəkkərşikən, şirinməqal olmaz, Süxənçin olmayan aləmdə, mütləq, payimal olmaz, Arasında belin mucə kəmərlə qilü qal olmaz, Miyanzənlik təriqin salmaya ortaya ta zülfün. Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun, Düşəndə rişteyi-nəzmə çəkərdim yüz düri-məknun, Künun sövdayi-eşqi bir məhin etmiş məni məğbun, Təmənna etmin, ey yaran, məndən şeri-xoşməzmun, Edər əhvalımı dərhəm ğəmi sübhü məsa zülfün Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar, Onun zövqi-vüsalından gəlib rəqsə otaq oynar, Çalar mütrib, içər saqi, gülər mina, əyağ oynar, Nə xoşdur, iki həmdəm bir-birilə ittifaq oynar, Öpüb gahi, qucub gahi, edib gahi məzaq, oynar. Gözü dil qəti-kənci-hüsnə əvvəl oldular yoldaş, Bu çıxmış göz, nə sud, axırda qıldı nəqd sərfin faş. Məsəldir ki, deyərlər: sirr batmaz, olsa üç ovbaş; Bahari-hüsnünə qarşu gözümdə səyrişir qan-yaş, Yetəndə eydi-novruzə geyər gülgun uşaq oynar. Cəfadən çıxdı çanım, nazəninim, bir vəfa göstər, Camalın güzgüsün tut, ağzıma gər etməsən bavər. Ğəmindən mu tək incəldi vücudum, ey pəripeykər! Nihali-zəfi-qəddim kakilin sövdasidən titrər, Düşəndə başına zağ, olsa nazik hər budaq, oynar. Dolanır başına bir ömrdür, bu çərxi-sərgərdan, Edib ta yarlıq bəxti, yetə pabusuna asan, Nə bilsin ki, bu sövdadə tapıb çox müştəri nöqsan, Günəş lövhi deyil səqfi-səmadə, ey şəhi-xuban, Mələklər zövqi-vəslinlə deyər sudə tabaq, oynar. Siyəh zülfünmü, bilmən, pər açıb gülzar dövrində Ki, yoxsa zağlərdir gülşənin oynar dövrində? Verib baş-başə yatmış gənçi-hüsnün mar dövrində; İki keysulərindir atəşin rüxsar dövrində Və ya rəqqas hindulərmidir oddan qıraq oynar? Dəmadəm cami-meydan eyləyən ikrahlər könlüm, Rümuzi-zöhdü təqvadən olan agahlər könlüm, Salıb meyxanəyə eşqində indi rahlar könlüm, Rüxi-alın xəyalilə çəkəndə ahlər könlüm, Dərunum butəsində atəşi-hicrü fəraq oynar. Deyildi böylə əvvəl, adəm idi aqilü dana, Müənbər kakilindən düşdü nagəh başına sövda, Vurub zənciri-zülfə, qoyma olsun aləmə rüsva, Düşüb səhralara manəndi-Məcnun Zakiri-şeyda, Yetişsə hər kimə Leyla köçün eylər soraq, oynar. Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylər, Çəkib ağuşuna hər naqisi kamil əyar eylər, Xilaf əhlin sərəfraz, əhli-sidqi xakisar eylər, Mənim könlüm rəqibin tənəsindən çox ğubar eylər, Açıb dərdi-dili-pünhanı xəlqə aşikar eylər. Açıb ibrət gözilə bir nəzər qılsan bu dövranə, Hücumi-məsiyət rəxnə salıbdır mülki-iymanə, Olub şeytanə tabe, baxmaz insan hurü ğilmanə, Pərilər taət eylər sidq ilə quli-biyabanə, Görən fərzanəvü aqil necə səbrü qərar eylər. Edib məzul sərdarı, olub sərvər rəiyyətlər, Yığılmış başına ovbaş, həm əbləh cəmiyyətlər, Olubdur aşikara xəlq içində neçə bidətlər, Verib çərxi-sitəmkər bunlara bivəch dövlətlər, Çəkib hər nakəsü nadani sahibixtiyar eylər. Olubdur xəlq zalım, qəlb xain, qəflət əyyamı, Edirlər fisq zahir, kimsə çəkməz xovfi-bədnamı, Deyərlər qaziyə böhtan, bəzəllər şeyxül-islamı, Soran yoxdur münəccimdən: nədir bu əmrin ehkamı Ki, hər mahi-mühərrəmdə bular bir səngsar eylər? Ola bangi-xürus bir makiyanın xanədanında, Şükuhi-səltənət payəndə olmaz xanimanında, Qərəz, bir xarü xəscə sayə qalmaz asitanında, Firibü məkr ilə şahbazı bir gün aşiyanında Salıb dami-bəlayə, xanimanın tar-mar eylər. İlahi, görməsin gözlər bu əhvalı ki, mən gördüm! Süleyman barigahın payimali-Əhrimən gördüm, Məvalilər müsəllasın kinişti-bərhimən gördüm, Nişiməngah idi şahbazə bir sərvi-çəmən, gördüm, Yığılmış üstünə zağü zəğən əzmi-şikar eylər. Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü ziybanı, Seçən yoxdur müsəlmandan yəhudü gəbrü tərsanı, Zühur et, ey şəriət təxtinin şayəstə sultanı, Götür bürqə cəmalından, münəvvər eylə dünyanı, Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər. Səmumi-sərsəri-dövran pozubdur bağ nevrağın, Çəməndən dağıdıb bərqi-həvadis səbzə yığnağın, Edib viranə takın bağ içində zərnişan tağın, Gülün fərş eyləyib badi-xəzan səhrayə ovrağın, Görüb biçarə bülbül arizuyi-novbahar eylər. Tərəhhüm görmədim munda mən ol bimehr canandan, Dəyəndə sinəmə yüz min xədəngü tir mücgandan, Pərivəşlər məgər sormaz xəbər hali-pərişandan, Görünməz xeymeyi-Leyli, köçüb getmiş biyabandan, Qalıb Məcnuni-sərgəştə, qan ağlar, ahü zar eylər. Təriqi-eşqdə mən vurmuşam Fərhad ilə pəhlu, Deyil vaqif mənim halımdan ol Şirinvəş bədxu, Rəqibi-bimürüvvətdən, bilir həq, çəkməzəm qayğu, Deyirlər əhli-eşqə cövr olur, əğyardəndir bu, Yalandır, aşiqə hər zülm olursa, bil ki, yar eylər. Təğafül bilməzəm ki, xubrulərdə nə adətdir Ki, çəkməzlər qəmi-üşşaqı bir dəm, bu nə söhbətdir? Qərəz, bir güşeyi-çeşm ilə baxmaq eyni-dövlətdir, Bəlalı başlar üzrə sayə salmaq çox məhəbbətdir, Məhəbbət görsə aşiq, dost yolunda can insar eylər, Həzər qılsın görən kəslər, bu nə məğşuş dövrandır, Onunçun kim, gədavü şahü sultan cümlə yeksandır, Əgər künci-fərağət istəsən bir gənci-pünhandır, Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır, Əlaci-dərdimi əvvəl-axır həştü çahar eylər. Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir, Qönçədəhanü laləüzarın gələcəkdir, Təskin tapacaq naləvü zarın, gələcəkdir, Təhqiq, sabah sevgili yarın gələcəkdir, Ol kim, gələcək - səbrü ğərarın gələcəkdir. Təndə eşidib, tabi-təbi-əxkəri-hicri, Dil mülkünə cövrü sitəmi-ləşkəri-hicri, Rəncü, təəbü, möhnətü, şurü şəri-hicri, İxrac-bələd eyləməyə sərvəri-hicri, Gülgün geyinib şahsüvarın, gələcəkdir. Geysuyi-girehgir ğəmindən gecələr sən Əfi kimi pürpiç olurdun, bilirəm mən, Hər muyi-sərin başını sancardı çü suzən, Rəsmü rəvişi-aşiqi pərvanədən öyrən, Yax atəşi-rüxsarına varın, gələcəkdir. Ta sübh edib şəmə gilə badi-səbadən, Derdin ki, yetirməz şəhə peyğam gədadən; İndi öz əyağilə gəlir lütfi-xudadən, Dön başına, əfsun ilə tut zülfi-dütadən, Qorxma, ələ sərrişteyi-karın gələcəkdir. Pişi-nəzərindən gedəli ləbləri meygun, Peyvəstə gəzirdin əli qoynundə cigərxun; Həm aciz idi çareyi-dərdində Fəlatun, Şükr eylə xudavəndi-təalayə ki, əknun Məddi-nəzəri-leylü naharın gələcəkdir. Bivədə sənin bari-giranü ələmü ğəm Etmişdi "əlif" qamətini "nun" sifət xəm, Əhvalına qan ağlar idi hər görən adəm, Sərsəbz olacaq nəxli-ümidin, genə dər-dəm, Gül-gül açılıb, tazə baharın gələcəkdir. Düşmə bu təmənnalərə, ey Zakiri-gümrah, Haşa ola əhvali-gədadən xəbəri-şah. Bir vəqt məgər türbəti-qəbrin edə agah, Səndən sora onsuz deyil, əlbəttə ki, ol mah Seyr eyləməyə xaki-məzarın gələcəkdir. Divanə könül, daxi usan yal ağarıbdır! Pərvaz eləmə, bəsdi, pərü bal ağarıbdır! Sərdən bu həvavü həvəsi sal, ağarıbdır, Əvvəl nə isə, indi ki, əlhal ağarıbdır, Layiq dögü bundan sora, saqqal ağarıbdır. Bir neçə zaman al, yaşıl geydimü taxdım, Hər qaşı, gözü sürməlini gördümü axdım, Rüxsarəsinin atəşinə canımı yaxdım, Otuzdan iki, üç keçdi, güzgüyə baxdım, Gördüm .... dönmüş yenə, xal-xal ağarıbdır. Sallandı surum, başıma ta qopdu qiyamət, Ol üzüqara bir neçə dəm vermədi fürsət, Öz-özümə dedim ki, düşüb qürrəyə əlbət, Ayda, yarım ayda çəkilib bir yerə xəlvət, Çəkdim nə qədər hər nə ki, filhal ağarıbdır. Demmi, deməyimmi ki, bu ildən ağarıb baş, Müşkül burasıdır ki, nihan sirr olacaq faş, Nifrət edəcək yaru rəfiq həmsərü sirdaş, Yolmaq diləsən dəxi gərəkdir qoyasan aş, Çəkməkdən ötüb başı, bütün sal ağarıbdır. Məhvəşlərə xoşdur, nə ki, oğlan danışsa, Yüz föhş deyib, hərzəvü hədyan danışsa, Ağsaqqal əgər ayeyi-quran danışsa, Başdan ayağa Hikməti-Loğman danışsa, Axırda deyər: söyləmə, naqqal, ağarıbdır. Ol çeşmi ğəzalım eləyə məndən əgər rəm, Mən eyləmə, ifriti görəndə qaçar adəm. Həmsinnin olur bir-birilə ülfəti möhkəm, Rişim xəti-canan ilə yekrəng idi bir dəm, Netsin dəxi biçarə, bu minval ağarıbdır. Qumraldan isə yaxşıdı dum ağ olanı, Çox yerdə deyərlər ki, durun, gəldi filanı, Əlbəttə, səd əlbəttə, ona yaxma hənanı, Guya, açılanda çənənin hər iki yanı, Ağ toyuq alıb ağzına çaqqal, ağarıbdır. Ol xanəxərabın tükü bir rəng, ola barı, Nə qarədi, nə qırmızı, nə ağ, nə sarı. Əsli bu ki, bir... dögü, kəssin onu tarı, Bir hal ilə ağ olsa idi səhl idi karı, Amma bu parax quyruğu bədhal ağarıbdır. Bundan sora laf urma, könül, özgə hünərdən, Səndən nə gəlir, salma qonum-qonşunu sərdən, Qoyma apara qarğa-quşu sərgini dərdən, Xublar duramaz, adətdir…… …yerdən. Görsə ki, gəlir yüz çənəsi çal, ağarıbdır. Saqqallı ilə sadələrin olmaz arası. Növxəttə məhəl qoysa da, bil, yoxdu çarası; Onunku odur tüksüz ola gözü qarası, Əndamə düşər rəng ilə beş gün zağarası, Çi sud, görərsən ki, yenə dal ağarıbdır. Keçdi o ki, zövq eylər idin gahi səfərdə, Evdə oturanda meyü məhbub nəzərdə, İndi dəxi yox tabü təvan canü cigərdə, Gah yanını ver balişə, gah çıx günəvərdə, Çək kürkün ucun başına…… ağarıbdır. Yalın ki, ağardı sənə müştaq zən olmaz, Yüz təh verəsən içinə əsla… … . .olmaz, Başdan-ayağa yaşilü alə bəzən, olmaz! Bostanda çürür, rəğbət edib bir üzən olmaz, Hər meyvə ki, tağmürdə olub, kal ağarıbdır. Zakir, yapış ol Əhmədi-muxtar ətəyindən, Xeybər dağıdan heydəri-kərrar ətəyindən, Yüz gəz tutasan yarımasan yar ətəyindən, Baxmaz üzünə, əl götü dildar ətəyindən, Eşşək də yeməz kim, görə qanqal ağarıbdır. Nigari-xürdəsalım, şükr lilləh kim, kəbir olmuş, Xuda hifz etsin afətdən ki, bir mahi-munir olmuş, Rümuzi-eşqdə sahibvüqufü nüktəgir olmuş, Dili-üşşaqi seyd etməkdə, billəh, nərrəşir olmuş, İraq olsun yaman gözdən, pəsəndidə əmir olmuş. Rəhü rəsmi-məhəbbət bilməz idi zərrəcə ol mah, Deyildi əhli-dərdin çəkdiyi fəryaddən agah; Nə bilsin aşiqin suzü güdazın növrəsü gümrah? Kimin var isə böylə nazənini imdi, bismillah, Yetib fəzlü kəmalə, əhli-hali-binəzir olmuş. Gəzirgən zarü nalan dün irişdim bəzmi-dildarə, Oturmuş ol büti gödüm yanıda neçə məhparə, Dedim mən saqiyi-bimürvətə yalvarə-yalvarə: Şərabi-nabə qat qanimi, ver içsin o xunxarə Dedi: içməz dəxi, əzbəski bihəd məstü sir olmuş. Pərişanxatirəm zülfün ucundan, ey kamanəbru! Əyilib yayə dönmüş həsrətindən qaməti-dilcu. Xəm etmiş bidi-Məcnun tək qədim bari-ğəmi-geysu, Tərəhhüm eyləyib bir gəz, deməzsən növcəvandır bu, Mənim sevdayi-eşqimlə belə biçarə pir olmuş. Salıb Sənansifət dil boynuna zünnar zülfündən, Nə mümkündür xilas olmaq kəməndi-tari-zülfündən, Qaçardı bundan əqdəm qanda görsə yar zülfündən, Künun istər tuta, əndişə etməz mar zülfündən, Belə məlum əfsun öyrənib, munca dilir olmuş, Dəmi cövrü cəfadən çək əlin, ey sərvəri-xuban! Qırarsak əhli-dərdi, eşqdən keçmək deyil asan. İqamət mənzili mütləq deyil bu mənzili-viran. Bəsa siminbədənlər asiyayi-çərxi-kəcgərdan Dolandıqca əzib gəndümsifət xurdü xəmir olmuş. Zamani eyş-işrət bəzmi püravaz edən könlüm, Rübabü cəngü nayı bir-birinə saz edən könlüm, Ğüruri-hüsn ilə yüz nazəninə naz edən könlüm, Dəmadəm ovçi-istiğnadə xoş pərvaz edən könlüm, Künun səyyadi-biinsaf əlində dəstgir olmuş. Səba, öz başın üçün, əzmi-kuyi-sərvi-azad et! Məni-məhzunü zarı, düşsə, bir təqrib ilə yad et! Gətir bir xoş xəbər andan, bizi məmnunü dilşad et! Tərəhhüm çağıdır bir-bir gəzib, ey şanə, imdad et, Nə müddətdir dili-şeyda səri-zülfə əsir olmuş. Bir allahı sevən yoxdur deyə dərdi-dilim yarə, Ğəmi-hicrində iqbalı mübəddəl olmuş idbarə, Qədimi çakərindir, baxma, zalim, təni-əğyarə, Yeridir, ver zəkati-hüsnünü bu Zakiri-zarə, Deyil ol sən görən tək indi, möhtacü fəqir olmuş. Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana, Nəçidir ay vəcahətdə ola tay sana! Sən kimi, görüm onun çöhreyi-tabanımı var? Xali-hindusumu var? Zülfi-pərişanımı var? Bir sarı rənglicədir əvvəli əyri "nun" tək, Elə ki, keçdi iki-üç gün olur parə çörək. Bəzi məclisdə qədin sərvü sənubər oxunur, Tanrı bilsin ki, bu, saf, qamətinə şər oxunur. Qamətin kimi onun afəti-dövranımı var? Əzmi-cövlanımı var? Seyri-xuramanımı var? Bağ kənarında əgər bağiban ani tək-tək, Mundan ötrü ki, kümə məsrəf olur tirü dirək. Zülfünə sünbüli-tər kim ki, desə, ölməlidir, Urula payına zəncir gərək kim, dəlidir. Sünbülün səfheyi-rüxsar üzə dövranımı var? Ənbər əfşanımı var? Nəkhəti-rizvanımı var? Bir ələfdir ki, yeyər daim onu atü eşək, Əvvəli gahi-təbəh, axırı biqürb təzək Müddəilər gözünə nərgisi-fəttan dedilər, Kim inanır bu sözə, göz görə böhtan dedilər, Nərgisin çeşmi-xumarın kimi məstanımı var? Tiği-bürranımı var? Navəki-müjganımı var? Yaz olur, həqdi, bitər bir şeyə olmaz o gərək, Əqli zad kəsməz uşaqlar yığar ani tək-tək. Ağzını duş biri ğönçəyə nisbət söləmiş, Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş. Qönçənin ağzı nədir, ləfzi-dürəfşanımı var? Ləli-meygunumu var? Gövhəri-qəltanımı var? Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək, Dağılır hər vərəqi bir tərəfə bad əscək. Nə rəvadır, labi-ləlin meyi-gülfam olsun. Onu bədnam qılanlar özü bədnam olsun. Ləli-nabın tək onun duzluca xəndanımı var? Abi-heyvanımı var? Dərdlərə dərmanımı var? Əsli zatı bu ki, bir bistilik ənguri-tənək, Quyşaq üzüm suyu, sərmənzili bir saxsı sənək. Şikəmi-əbyəzinə kim ki, desə pərqudur, Ğeyri-eşşək dəxi hacət deyil, eşşək budur. Mundan ötrü qu bir ağ quşdu, adı-sanımı var? Nafi-fincanımı var? Höqqeyi-pünhanımı var? Bir deyən yox ona: ey hərzəvü biməğzü dəbəng, Nə münasib şikəmi-əbyəzə bir çəngə sümək. Vurun ağzıma, desəm limu əgər püstanə, Ol iki qübbeyi-nur, tazəvü tər püstanə. Eyşü nuşində onun ləzzəti-ruhanımı var? Səhni-meydanımı var? Zövqi-firavanımı var? Özü bədşəkl, ağızda təmi manəndeyi-zək, Bir malın qiyməti olmaz kişi satsa yüz ətək. Ziynəti-kuyini gərdunə bərabər deyənin, Cırasan ağzını min guşəyə ol bədsüxənin Ki, göyün, hərzə kişi, lölöi-mərcanımı var? Düri-məknunumu var? Ləli-Bədəxşanımı var? Sanıb əncüm güvənir həqdi təhi - tasi-fələk, Çərx miratına yerdəndi düşüb əksi-çiçək. Qoyma kuyində-rəqib höccəti-bica tutsun, Aşiqi-sadiqini bülbüli-şeyda tutsun. Zakirin kimi onun sövti-qəzəlxanımı var? Təbi-mövzunumu var? Şeri-nümayanımı var? Eşidən incir onun tərzi-nəvasın, bişək, Şivəsi cənkü cədəl, naleyi-əfğanı kənək. Ah, yüz min ah, dərvişü ğəni, mirü gəday, Mutləqa bilməz nədir şəri-Nəbi, əmri-xuday, Dillərində yox sifatın, kizbü böhtandan sivay, Bir-birilə batini düşməndir, amma aşinay, Şafei-ruzi-cəzadən olmaya bir çarə, vay! Məsiyət əmrazına onlardı daruyi-şəfay. Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Həqqə layiq heç birində görmədim felu əməl, Dedilər ki, var, yoxdur, hər yana mən vurdum əl, Zahiri xəlqin tiladır, batini simi-dəğəl, Sövti-nayə tundrov, bangi-nəmazə kəmməhəl, Mən kimi məcmuəsi şayisteyi-qüllabü ğəl, Bu məta ilə hüzurə getmək olmaz mahəsəl, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Abi-ənguri məcalisdə oxur naseh həram, Etməyin rəğbət ona kim, böylədir hökmi-kəlam, Olmuşuq bu əmrinə tabe yekayek, bittəmam, Xuni-məzlumi-cahandır şürbümüz əmma müdam, Etməzik ikrah ondan xah xasü, xah am, Bu nə dindir, bu nə məzhəb, ey şəhi-aliməqam, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Bəylərin rəyətlərə cövrü cəfadır sənəti, Röyətin ağasına həm bəd duadır sənəti, Ol təbibin xəstəyə mühlik dəvadır sənəti, Bəzmdə layəstəvi xanın ğınadır sənəti, Alimin şamü səhər reybü riyadır sənəti, Sərbəsər bu əhli-əyyamın xətadır sənəti, Ya Əli, səndən mədəd, ya bülsəhən, səndən həray! Dərbədər düşmüş qələndər, dəmbədəm yahu çəkər, Döndərib üz xəlqə vaiz mənbərə pəhlu çəkər, Xüdnümalıqdandır ol kim, göz-süzər, əbru çəkər, Qazinin tutmuş giribanın təmə hər su çəkər, Çavuşan ta kuyi-Məşhəd ildə bir yol zu çəkər, Mübtəladır hər biri min dərdə kim, qayğu çəkər, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Firqeyi-tüllabə, sanma, dərsi-qürandır ğərəz, Sərfü nəhvə sərf edər ovqatın, iymandır ğərəz, Şəkkü səhvi eyrənir, şərti-müsəlmandır ğərəz, Həftə-həftə ac qalır, gülgəşti-rizvandır ğərəz. Həq bilir ki, nanü həlva, şali-Kirmandır ğərəz, Can üzər, zillət çəkər, fərmani-canandır ğərəz, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Ağlaya mahi-məhərrəmdə gərək vəhşü tüyur, Hiç dildə olmaya zövqü səfa, eyşü sürur, Qoşulur bir-birinə əlvati-biəqlü şüur, Əldə payə, beldə xəncər, dildə heydər, sərdə şur, Çeşmi-şəhvət birlə hər kəs öz uşağın axtarur, Əhli-şəhri-Lut tək həddən aşıb fisqü fücur, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Rəsmdir xəyyat miqraz işlədə, suzən tuta, Mərddir hərçənd, amma kari-şüğli-zən tuta, Əldə hər dəllak hünərvər tiği-müstəhsən tuta, Çərməgi ta qollada sərrac, işin pürfən tuta, Dəbi baqqalın tarazuyi-əsəl ruqən tuta, Nə ki elm əhliylə hüccət hər yetən gövdən tuta, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Cöv satar gəndüm yerivə parə biinsaflər, Müctəhidəm deb vurar xəlqin yanında laflər, Dörd kənarın parçanın möhkəm toxur zərbaflər, Göstərir xəlqə ğənəm surət özün əclaflər, Əl aparsan surəti-reydir miyani-kaflər, Bunda yoxdur, olsa da özgə viladə saflər, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Alilər ədlü-ədalətdən bəridir müxtəsər, Dadixahın əcri latayildi gəh, gahi xətər, Sər çəkiblər ovci-əflakə nəhayət bisəmər, Gecə-gündüz başının üstündə tutsan çətri-zər, Qədr, qiymətdə yenə səndən füzundur bəxyəgər, Saxlaya şərrindən onların bizi xaliq məgər, Ya Əli, səndən mədəd, ya bülhəsƏn, səndən həray! Yox ünas əhlində bir zərrə həya, şərmü ədəb, Xah ədnazadə, xahi məhvəşi-alinəsəb, İşləri cəngü cədəldir bir-birilə ruzü şəb, Göftgusi dərdü sər, nəzzarəsi rəncü təəb, Şövhərin rüsva edər aləmdə bivəchü səbəb, Eyləsin bu növ biismətlərə tanrı ğəzəb, Ya Əli, səndən mədəd, yə bülhəsən, səndən həray! Düxtəri-pakizələr bipərdə gəşti-dəşt edər, Nə peyəmbərdən həya, nə taridən xovfü xətər, Saxlamaz namusi-madər, gözləməz nəngi-pədər, Qanda görsə bir səhiqəd qoşulub çöldən gedər, Talmayıbdır dəhrdə əsla səyaqi-xeyrü şər, Əlhəzər ha böylə dövrandan, həzaran əlhəzər! Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Sərvqamətlər verir yüz ziybü ziynət hüsnünə, Zülfi-pürçinin tökər hər ləhzə afət hüsnünə, Cami-meydən artırır tabü təravət hüsnünə, Mətləb oldur, növcavanlar edə rəğbət hüsnünə, Qəddinə, əndamına, səd bar lənət hüsnünə! Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Cifeyi-dünyayi-fani bir ərusi-dilfirib, Göstərir ta hüsnü surət, kimsədə qalmaz şəkib, Vay o gündən ki, qalam qəbr içrə tənhavü ğərib, Məzrəi-əmal zaye, rusiyəh, zabit mühib, Neməti-vəslin mana gər olmaya ol dəm nəsib, Zəhrəçak eylər məni xovfi-xətər, ammən-qərib, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Zərbi-təyin şöləvər qılmış nübüvvət məşəlin Eyləyib mənkuf ol həftad millət məşəlin, Sənsən ancaq qaldıran əflakə nüsrət məşəlin, Ruzəvü həccü cəhadü fərzi-sünnət məşəlin. Qoyma ki, əldən düşə yeksər təriqət məşəlip, Qəsdi dövranın keçirməkdir şəriət məşəlin, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Mənbəi-cudü kərəmsən, mədəni-fəzlü əta, Qütbi-aləm, nöqteyi-pərgar, həm ərzüs-səma, İbni-əmmi-Müstəfa, damadi-xətmi-ənbiya, Rovzəyi-cənnət misalın, məlcəi-şahü gəda, Olmasa səndən mədəd, əhvalıma səd ahü va, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Varmola, ya rəb, mənim tək hiç yerdə naxələf, Tifl ikən ləhvü ləəblə eylədim ömrü tələf, Düşdü axır başıma şuri-həvayi-çəngü dəf, Xubrulər navüki-müjganına oldum hədəf, Nəfsi-zalim bir tərəf, şeytani-məlun bir tərəf, Olmuşam indi peşiman, ey şəHi-xaki-Nəcəf, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Sud verməz, Zakira, bu hərzəvü hədyan sana, Taət üçün xəlq edib ol kim, veribdir can sana, Göndərib təhdid ilə quran kimi fərman sana, Gəlməsin əmri-xuda, şəri-Nəbi asan sana, İçdirərlər ruzi-məhşər kasə-kasə qan sana, Malü dövlətdən nolur, iyman gərək, iyman sana, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Tərcibəndlər və tərkibəndlər Mən sana aşiqi-giriftarəm Nə qədər dövri-fanidə varəm. Yüz gül açılsa könlüm açılmaz, Sənsiz, ey gül, ziyadə ğəmdarəm. Gecə-gündüz mana bərabərdir, Maili-xalü xəttü rüxsarəm. Paybusin müyəssər olsa mana, Elə billəm cahanə sərdarəm. Sərvi-qəddim əyib qaşın fikri, Bidi-Məcnun kimi nigunsarəm. İki sərməst nərgisindəndir, Müddəti-durdir ki, bimarəm. həvəsi-zülfi-tabdarın ilə Gecə ta sübh olunca bidarəm. Vəslinə yetməyə ümidim yox, Ol səbəbdən ki, çox giranbarəm. Səbrdir çarəsi ğəmi-hicrin, Məndə yox səbr, səxt naçarəm. Çəkdiyim bəsdi hicr bidadın, Öldü kuyində gər günəhkarəm. Bir deməzsən, görün, bu nalə nədir, Bu qədər kim dərində sızlarəm. Şah olan eyləməz gədasına rəhm? Mah olan eyləməz xudadən vəhm? II Ömrlər sərf edib, üzüb canlar, Olmuş idim səninlə ancaq yar. Fikru zikrim bu idi kuyində Günbəgun qədrü qiymətim artar. Nə biləydim ki, mən olub məhrum, Məhrəmi-bəzmin olaçaq əğyar. Həmdəmin olsa idi bir adəm, Xəlq içində mana deyildi ar. Nə ki, bir nadürüstü naqabil, Nə ki, bir bədtəriqü bədkirdar. Çəkə ağuşə cismi-yasaməni, Eyləyə seyri-xalü xəttu uzar. Yüz əmə ləli-badə nuşindən, Nə bilir ləzzəti-şərabı himar. Peyrəvi-nəfsi-tiyzkam olma, Bazgəşti olur bəsi düşvar. Yoxdu mənlik bir iş, budur vəhmim Yetişə bir məqamə axiri-kar Üzunə baxmayıb ola səndən Mutəəzzi təmam xişu təbar. Pəndimi xah tutma, xahi tut, Mən dedim getdim, ixtiyarın var. Olusan bir zaman, gözüm, nadim, Eyləməz qədr bil sana heç kim III Bizə ol dəm ki, yaru yavər idin, Qədrü qiymətdə misli-gövhər idin. Ura bilməzdi kimsə ləkkə sana, Bürci-ismətdə mahi-ənvər idin. Çeşmi-bədbinə atəşin bir mil, Dili-bədxahə tiğü xəncər idin. Tapa bilməzdi əl sana duşmən, Bir alınmaz rəfi səngər idin. Hər yana su tək axmağın yox idi, Gəştiyi-namü -nəngə ləngər idin. Dami-təzvirə səmt düşməz idin, Ahuyi-dəşt kimi ürkər idin. Harda görsən bir əhli-bədkarı, Şərm edib ruyü muyin örtər idin. Meyli-hər nəmünasib etməz idin, Maili-aşiqi-süxənvər idin. İltifat eyləməzdin ədnayə, Xeyli-xuban içində sərvər idin. Noldu oldun bu növ süfləpərəst? Sən ki, bir xoşsəliqə düxtər idin. Xah zahirdə, xah batində Bizi həddən ziyadə istər idin. Varə-varə belə kənar oldun, Axırül-əmr ğeyrə yar oldup. IV Vədə verdin məni ki, öldürəsən, Bu ümid ilə xürrəm idim mən. İntizar ilə keçdi ömr, əfsus! Olmadım feyzyab tiğindən. Sənsiz, ey gülüzarü siməndam, Xardır çeşmimə güli-gülşən. Əsər etməz, nədəndi, hiç sana, Bu qədər kim, mən eylərəm şiyvən Oxunur lənü tən peydər-pey, Ola bir nazənin-əhdşikən. Rəsmü ayini-lütfü mehrü vəfa, Şəmdən, başına dönüm, ögrən! Hali-pərvanəyə yanıb cigəri, Gör necə əşk axıdır gözdən! Asü kəs, qətlimə nədir ehmal, Zülfü əbru deyilmi tiğü rəsən? Etməyim mən nə növ tərki-diyar, Olmayım mən necə cəlayi-vətən? Səni tari, bu nə mürüvvətdir, Edəsən ğeyr ilə səfayi-çəmən. Məhrəmi-bəzmi-vəslin ola rəqib, Mən baxam özgələr kimi gendən? Dedilər mahlər olur bimehr, Etibar etmədim məni-kovdən. Hər nə oldu özümdən oldu mana, Qanə dönmüş gözümdən oldu mana. V Gördü hər yerdə bir mələkmənzər Qəddi-dilcuyin etdi məddi-nəzər. Ləşkəri-möhnəti dəruni-dilə Girməyə açdı iki rahi-güzər. Ol sərəncami-kari bilməyənə Yalvarıb, yapışıb, dedim nə qədər: "Sanma kim, xublər nihalından Dərəsən dərdü ğəmdən özgə səmər. Düşmə dalinə, gəl bu sövdanın, Çox giranmayələr tapıbdı zərər". Sözümə baxmadı o mənbəi-şur, Pəndimi tutmadı o baniyi-şər. Aqibət saldı canə bir atəş, Əridi mum tək tənim yeksər. Ta ki, bəd əz-xərabiyi-Bəsrə, Bir zaman əql oldu müstəhzər: Sərvəri-eşq alıb könül şəhrin, Mülki-canı tutubdu möhkəmtər. Gedib əldən inani-səbrü şəkib, Qaldı biçarə acizü müztər. Neyləsin, dəfi ğeyri-mümkündür, Gələ Xaqani-Çinü ya qeysər. Eşq sultani güclü sultandır, Paytəxti onun dilü candır. VI Var ümidim ki, iyzədi-mütəal, Yazmaya zövqü şövqi cürmü vəbal. Əsəri-eşqi-hüsn ondandır, Dəxi bizdən nədir cəvabü sual?! Hüsni-məşuqi eyləyib atəş, Cismi-üşşaqi xüşk pəmbəmisal. Odu eşqə verən sürurü səfa, Odu hüsnə verən cəmalü kəmal. Dil şikarinə zülf dami-bəla, Hər birinin ucunda bir çəngal. Ğəmzə sərməst türki-xəncərkeş, Şüğlü kari müdam cənkü cidal. Taqi-əbru dü tiği-xunaşam, Çeşmi-cadü dü hinduyi-bədhal. Tühi bir dəm deyil xətadən xət, Xali bir dəm deyil cəfadən xal. Təng qucmaq miyanın eyb etməz, Olmasa gər aradə bədəfal. Münkiri-həqdürür edə hər kəs Eşqdən dur əhli-həqqi xəyal. Küfrdür məni-zövqü şövq, vəli, Var həqiqü məcazdə işkal. Zövqsiz tən dirəxti-bihasil, Şursiz sər kəduyi-naqabil. VII Hər məkani ki, eşq tutsa məqam, Olmaz ol mülkdə təriqi-nizam. Padşah olsa zülmkar, olur Mərdümi-şəhrə eyşü nuş həram. Sitəmü cövri-mahrulərdən, Bəsi naşaddır dili-nakam Bir nigarın məni ğəmi-hicri Eyləyib biqərarü biaram. Nə vüsalinə var ümmidim, Nə fəraqinə var səbrü dəvam. Bilirəm ki, bu möhnətin yoxdur Çarəsi ğeyri-badeyi-gülfam. Saqiya, ver şərab peydərpey, Mən ki, xəlq içrə olmuşam bədnam! Tut əlim bir əyağ ilə, billah, Qoyma əldən düşəm, behəqqi-kəlam! Eylə bir növ məstü layəqil Xüm ayağında ta be-ruzi-qiyam. Bilməyim ki, nədir səfayi-səhər, Bilməyim ki, nədir məşəqqəti-şam. Xakdən ta ki, vəqti-rəstaxiz Götürüm baş, bixüdü sərsam. Əhli-məhşər soruşsa kimdir bu: Məstü bibak, əldə camü səbu?! VIII Deyim: ey zümreyi-səğirü kəbir, Mənəm ol Zakiri-bəlayə əsir. Olmadım rəğbət ilə mən şeyda, Bir pəri saldı boynuma zəncir. Etdi bərbad eşqi dil mülkün, Tapmadım bir kəsi edə təmir. Biqərarü ğəmin ikən gördüm Oturub xanəgah ara bir pir. Hali-zarımdan oldu çün agəh, Ol xücəstəxisalü saf-zəmir. Dili-süzanıma yanıb cigəri Dedi: "biçarə, eyləmə təxir, Al əlimdən bu cürəni nuş et Kim, zər eylər nə olsa bu iksir. Gəzəsən bərrü bəhri tapılmaz Mərəzi-eşq üçün belə tədbir. Bil ki, bir qətrəsi bu əczanın Zağı eylər hümxay, rubəhi şir. Bu bir eylə məqamdır, munda Şah ilə yox gədalərə tovfir". Yadi-ləlilə meypərəst oldum, Məndə yoxdur bu babdə təqsir. Ol sitəmkardır bu cürmə səbəb, Mana ondan yetib bu rəncü təəb! I Saqi, dolanım başına, allahı sevərsən, Bir cami-şəfəqgun ilə qıl könlümü rövşən. Həmralənir içdikcə ruxi-zərdi- hərifan, Həm özünə, həm badeyi-gülgununa əhsən! Bəzm əhli tikibdir sana yeksər gözün, əmma, Gözlə məni, cana ki, füzun ğəmzədəyəm mən. Növbət ki, mana yetdi meyin kəsmə arasın, Ver badeyi-sərşar nə qədri ola mümkən. Bir növ pərişanü digərgunü xərabəm, Fərq eyləməzəm şami-siyəhfamı səhərdən. Təklif nə hacətdi, gözüm, vaqifi-halə, Dildadələrin dadrəsi, yavəri sənsən. Billah, gecələr muyi-tənim bəstəri-ğəmdə Sancar bədəni ta bəsəhərgah çü suzən. Bicürmü günəh atəşə yaxdı dili-zarı, Bir zalimi-birəhmü cəfapişəvü pürfən. Xoşbəxti-cahandır belə napak əmirin, Ta ruzi-əbəd şərrü xətasından olan gən. Ta var həyatım yazaram həcvi-mükərrər, Düşsə əlinə nüsxəsi bir gəz oxu, ögrən. Yəni ki, sitəmpişənin əcdadına lənət, Həm özünə, həm sairi-övladına lənət! II Tanır məni məcmu otuz iki Cavanşir, Bir mərdi-xoşəxlaqəmü həm sahibi-tədbir; Rövşəndi qamu aləmə: zatımda xudavənd Xəlq eyləməyib mu qədəri hiyləvü təzvir. Eyməndilər əzbəski, olub ram, rəm etməz Gördükdə məni badiyədə ahuyi-nəxcir. Əl vurmazam əsla sipəri-dəfi-bəlayə, Yağdırsa kamandari-fələk qəsdimə səd tir. Bir gəz nəzəri-ibrət ilə eylə təmaşa, Təqdiri-qəzavü qədərə, şahi-cahangir, Bir hizə edib külli-Qarabağı mühəvvəl Kim, ləl ilə xərmöhrəyə bilməz verə tövfir. Şərh eyləməyə qorxuram əmma ki, rəvadır Məcnun kimi daim urula payinə zəncir Olmadı deyən bir muna, key naqisü nadan, Söylə, nədi bu bikəsü biyavərə təqsir? Girəm ki, tutub rahi-zəlalət neçə müfsid, Mümkündümü, dəf eyləyə yüz novrəsi bir pir? Ey qadiri-biçun, bu dili-səxt bəxili Bər hörməti-şahi-şühəda eylə sərazir. Yandırdı bizi atəşi-qəhrü ğəzəbi-dəhr, Ey vah ki, yox ahi-səhərgahdə təsir! Əfsus ki, islamın işi müşkülə düşdü, Yox çarə dəxi səbrdən özgə, belə düşdü. III Bu mahi-mühərrəmdə dü si həft mana sal, Müddətdi ki, pərqu kimi əbyəzdi pərü bal Şahiddi xudavənd-təalavü təbarək, Təprətməmişəm mən süxəni-nahəqə saqqal, Haşa yetirəm bir kəsə asibü məzərrət, Gər eyləməsən bu sözümə bavər, o jurnal! Ta gördüm o bədbəxt olub həmrəhi-gümrah, Halatı, müfəssəl yazıban eylədim irsal. Labüd qalıb ondan sora dönə-dönə etdim, Tərğib onu dəfinə bu zalımı filhal, Guş eyləməyib pəndi-xirədməndi o nakəs, Axır qoşulub bir-birinə bir neçə cühhal. Hər kimə düçar oldu, tutub basdı vü kəsdi, Verdi özünü küncə təmam murovi-mahal. Beş-altı kəm alat cavan ilə olurmu Hifz edə vilayatı məni-piri-bədiqbal? Düşmən sipəhi tək bir obanın yoxü varın, Bir həftə qalıb eylədi məcmuunu pamal. Ərradəyə yığdırdı qamu əhlü əyalı, Səqfi-fələyə çıxdı o gün naleyi-ətfal. Həcçacü Ömər-Səd deyildi belə birəhm, Ol . … . .bicliyinə hiç yox işkal. Bəd kar həramtuşədən əsla iraq olmaz, Bic olmayanın zülmü olur, bu səyaq olmaz. IV Bir şəmmə eşit şurü şəri-leylü nəharı, Həmvarə onun şəbədəvü fitnədi karı. Qan tökməyə, ev yıxmağa çox təşnədi əzbəs, Oldur cəhəti kim, kəsilib səbrü qərarı Hər qanda görə xatiri-xürrəm, dili-məsrur, Onlar sarı səngi-sitəm atmaqdı mədarı. Bari-ğəmi-dəhri çəkərək xahü nəxahi, Müşküldü yemək dəğdəğeyi-qürbü cəvarı. Həngamə tələb çoxdu, xüsus əmmi Böyük bəy İstər bir ovuç toprağımız saf bölə yarı. Bir mərtəbədə cuşdədir diki-dəruni, Doymaz gözü məcmu cahanı verə tarı. Hər kimsənə kim, oldu şikəmbəndəvü təmma, Bəsdir deməz əsla uda gər köklü çinarı. Şirxan neçə müddətdi mana düşmən idi, leyk Şimdi vəli dilsuzluq etməkdi şüarı. Ol kim, Əli bəy altı qəbiz bəhrədən ötrü İstər ki, olam azimi-ğürbət məni-zarı. Öz xeylinə sərxeyli-vilayət yetirir feyz, Bu verdiyini istəməzik, almaya barı. Ha beylə işi eyb deyil eyləyə cühhal, Həştad sə sinində nə kim piri-kühənsal. V Gün kimi tutub aləmi bu şöhrəti-biyca, Divan əmələcatına yox ədldə həmta. Vallah, yalandır, dəxi billah, yalandır, Şol söylənən əhval quru ismdir əmma. Keyfiyyəti-məlumdən ötrü mən özüm də Bir neçə biladi elədim seyrü təmaşa. Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət Verməz bir içim su sana ta almaya dərya. Simü zər ilə doldurasan ta gərək ovcun, Ondan sora zahir qıla şayəd yədi-beyza. Suzü təbişi-nari-səqər gərçi yamandır, Əhli-qələmin gəl-gedinə bənzəyə, haşa! Yeksər həmə təmmaü bədətvarü dilazar, Bunlar kimi məxluq cahan içrə yox əsla. Hər kimsə ki, düşdü tora müşküldü xilası, Çəkməzlər əl ondan şirəsin sormayalar ta. Hər nəfsə nüzuli-mələkül-movt nə hacət, Bəs ariz üçün vədeyi-fərda, pəsi-fərda. Düşməz buların səmtinə ta ruzi-qiyamət, Təklə, hacı Qurbani görən kəs dəxi qəta. Tutmuşdu Qarabağı zərü simü dəvabı, Tapmaz minə bir yabı gedə qonşuya hala. Divan demə, hərgiz buna kim, afəti-candır, Mən söyləmədim, nola ki, məşhuri-cahandır. VI Ta tökdü fələk yer üzünə səngi-cəfanı, Bilkülliyə vəqf etdi Ziyad oğluna anı. Təchiz əvəzinə qızının pişü pəsincə, Göndərdi bu bərbadə neçə səngi-giranı. Ondandı ki, nəvvadəsi hər canibə tullar, Məcruh qılır mən kimi yüz bəxti-qəranı. Ağa Dədə bəylə Gögəş oğlunun uşağı Bir həmlədə qaçdı qoyuban eli, obanı. Başın dirəyib dayilərinin yerə zərblər, Çıxmış göyə biçarələrin ahü fəğanı. Xeyri başına dəgsin, onun atəşi-şərri Yandırdı neçə bargəhi-pirü cəvanı. Yox bir deyən, ey varisi-məcmui-Qarabağ, Səndə ağalıq qaidəsi, adəti hanı? Pişək qoyan adını gərəkdir ola pişrov, Həm gözlüyə bir-bir yorulub dalda qalanı. Bivəhyi-əmin yaxşı deyib hacı Ağası, Türfə bu ki, nadan nə bilir sirri-xudanı. Xub verdi nətiçə kişinin sözləri axır, Dolmalı imiş ləlu çavahirlə dəhanı. Çün görməmişik feyz özündən, ya sözündən, Yarəb, axıdaq çay aşağı beylə ağanı Nə meyvəsi, nə sayəsi, çünki quru boşdu, Bibər ağacı badi-fəna sındısa xoşdu. VII Bir kəs yüz ola arifü danavü xirədmənd, Hər ləhzədə təsnif qıla qafiyeyi-çənd. Çün dövr qarışdırdı dəxi yadına düşməz, Ətfalü əyalinin adı, fikr edə hərçənd. Bir neçə zamandır ki, məni dami-bəlası Ol zalimi-birəhmin edib Bakidə pabənd. Seyr eylədim əlminnətü-lilləh neçə şəhri, Qalıbdı həmin Tabasaran, Ağqoşa, Dərbənd. Heyhat, ədavətlə deyəm bir kəsə böhtan, Yox məndə gəlambaz süxən, tariyə sövgənd. Bu………… xəlqi-cahan içrə tapılmaz, Cəhlü həsədu büxldə nə mislü nə manənd. Bişübhəvü şək töxmi-dədü divdürür bu, Haşa ki, doğa növi-bəşərdən belə fərzənd. Göndərmək ilə iki uşağı, sizi tari, Qüttaütəriqə bu nə ibrətdi, bu nə pənd? Xətm oldu bizə, düzdi-vilayət kefə baxsın. İymirli, Dirağırdı, Safikürdi, Şıxavənd. Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar, Doyranbasanın yerinə dağıldı bizim kənd. Məşhur məsəldir ki: düşər qarə gəzən kəs, Ev yıxanın evin yıxar, əlbəttə, xudavənd. Çox zarü təzərrö eləmə, eybdi, Zakir, Təqdiri-qəzayə gərək adəm ola şakir. I Nə gözəl mövsimü xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır. Döşəyib fərşini fərraşi-ğəza, Guyiya bəzmi-əzimüş-şandır. Xabi-ğəmdən oyan, ey dil ki, bu gün Mövsümi-seyri-baharistandır. Olma dilgir ki, dey dəfi üçün Tiği-cəlladi-ğəza üryandır. Zahirən yəsi-zimistan tutmuş, Dəmbədəm çeşmi-fələk giryandır. Marü murü mələxü vəhşü tüyur Qüdrəti-həqqə sənaguyandır. Qaldırıb baş təmam əczalər Yox ikən varlığına heyrandır. Badeyi-eşqdən olmuş sərməst, Mən kimi cümləsi sərgərdandır. Nə gözəl mövsümü xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! II Ey sənubər-qədü bala-qamət! Vey güli-gülbüni-baği-behcət! Haliya ləşkəri-sultani-bahar Dey sipahinə tapıbdır nüsrət. Nazəninim, nə təğafüldür bu, Gələ gör var ikən əldə fürsət Bir kənarə çəkilək gülşəndə, Eyləyib çeşmi-ədudən xəlvət. Götürək busəvü bazidən kam, Aparaq bir-birimizdən ləzzət. Xəlq ola kamrəva, görmə rəva Mən qalam kuşeyi-ğəmdə həsrət. Qalmışam künci-bəladə tənha, Kəsmişəm dəştü çəməndən rəğbət. Müddəilər sözünə guş etmə, Dolanım başına əlbət, əlbət. Nə gözəl mövsimü xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! III Ey qamu xublər içrə sərhəng! Vey olan baisi-hər fitnəvü cəng! Geydirib naz ilə məşşateyi-dəhr, Novərusi-çəməni rəngarəng; Mehrdən gör ki, büni-əşcari Düxtəri-rəz çəkib uğuşuna təng Yetirir nəğməyi-yahu fələyə. Nəhrlərdə toxunub bir-birə səng. Kəbklər şur salıbdır dağə, Qümrilər bağdə tutmuş ahəng. Gəzdirir məclis ara camü qədəh, Saqiyi-sadəvü şəhbazü qəşəng. Bəzmi-işrətdə tutub bir-birini, Nay ilə bərbəqü tarü dəfü çəng. Qaşların qurbanı, gəl nuş eylə, Həm məzə hazirü həm badəvü bəng. Nə gözəl mövsimü xoş dövrandır, hər tərəf dəştü çəmən əlvandır! IV Dövrə gəlmiş fələki-minafam, Bəzmi-dövranə veribdir əncam. Gəl tutaq cam ki, bişək aparır Gərdişi-dövr ğəmin kərdişi-cam. Dürdvəş bəhri-meyə ğərq olsun, Fəsli-gül badəni kim dersə həram. Bir bina eyləmişəm ki, görüşək, Sən də eylə bu binayə iqdam. Olma məğrur ki, qalmaz səndə Abü rəngi-əbədi, hüsni-müdam. Bu lətafət, bu məlahət bu rəviş, Ənqəribdir ki, ola ğeyr əqsam. Bərgi-gül tək olar övraq dəhən, Bidi-Məcnunə dönər qəddi-xuram. Məni-mehnətzədədən etmə diriğ Nəzəri-lütfünu, ey aliməqam! Nə gözəl mövsimü xoş devrandır, Hər tərəf dəştü çəmən əlvandır! V Mən edərmi məni zahid kim, duş Məndən əfzun olub əknun mədhuş. Əqlü idrakını bir işvə ilə Aparıb müğbəçeyi-badəfuruş. Kəndinin zöhd qəbasın çıxarıb, Dəştü səhra tək olub əlvanpuş Məst nazım, gələ gör, aşiqlər, Cumlə məşuqu ilə həmağuş. Faş olub razi-dəruni-dili-gül, Açılıb ğönçə sərindən sərpuş. Bu qədər Zakirini incitmə, Mən ölüm, üzr gətirmə, xamuş! Meyi-nab etmiş elə məstü xərab, Var nə səbrü nə taqət və nə huş. Biz də ellər kimi gül fəslində Mey içib, məclis edək nuşa-nuş. Nə gözəl mövsimü xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! I Ey sərvqədü səmənüzarım Qəhri çoxü mehri az nigarım! Çeşmi-siyəhindən ayrı olmuş Zülfün kimi tirə ruzigarım. Bu rəşkdən ölməyimmi, - yoxdur Bir muca yanında etibarım. Yanmaqdı misali-şəm hər şəb Ta sübh olunma şüğlü karım. Gülçin kimi dolar dəmadəm Gülkun sirişk ilə kənarım. Əzmi-səri-kuyin eylərəm ki, Edəm sana şərh hali-zarım. Gördükdə səni gedər əlimdən, Nə sud, inani-ixtiyarım. Müşküldü bu hal ilə dolanmaq, Yeksər kəsilib rəhi-mədarım. Çək tiğini bir səvab eylə, Öldür, bu əzabdən qutarım. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! II Bir vəqt bizimlə həmdəm oldun, Təskindehi-möhnətü ğəm oldun! Mən zar olanda, sən dəxi zar, Mən xürrəm olanda, xürrəm oldun! Zəxmi-dili-biqərarə əlhəq, Bir neçə zəman mərhəm oldun! Bilməm, sana sonradan nə oldu, Kim, böylə bizimlə dərhəm oldun! Yadlar ilə söhbət etdin ağaz, Hər gəh mana yetdin əbsəm oldun! Gördükdə məni bəxilü mümsik, Əğyarı görəndə, hatəm oldun! Adəm ki, deyildin əvvəl, ey məh, Ta kim, məni tapdın adəm oldun. Yıxdın evini o gün ki, getdin, Hər bisərü payə məhrəm oldun! Yoxdur xəbərin hənuz özündən, Rüsvayi-təmami-aləm oldun! Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! III Hərçənd kəminə bir gədayəm, Ey şah, səninlə aşinayəm. Müddətdi dərində pasibanəm, Bir ömrdü xadimi-sərayəm. Hər hökm ki, eyləsən, mütiəm, Hər zülm ki, eyləsən rizayəm. Bicürmü günah etmisən dur, Avareyi- vadiyi-bəlayəm. Gəl, gör ki, diyari-ğürbət içrə, Nə növ əsirü mübtəlayəm. Tərsayə rəva deyil bü bidad, Lillahül-həmd parsayəm. Sən həm dəxi bəndeyi-xudasən, Mən həm dəxi bəndeyi-xudayəm. Salmış məni möhnətin ayaqdan, Tut gəl əlimi ki, binəvayəm. Bir yari-müvafiqü qədiməm, Bir müxlisi-xasü biriyayəm. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! IV Bipərdə durub oturma, ey yar, Çək pərdəyə nəğmə kimi rüxsar. Gün mübtəzəl olmaz idi öylə, Gündə özün etməsəydi izhar. Bizdən ki, usandın eybi yoxdur, Bir aşiqi-safü sadiq axtar. Hərcayilər ilə ülfət etmə, Zinhar, hezar bar zinhar! Axırda olursan öylə biqədr, Olmaz sana hiç kim xiridar. Alma yüz ola ləzizü xoştəm, Almaz zədə alsa əhli-bazar. Naəhl ilə həmnişin olma, Ey iki gözüm, yaman olur ar. Dildən dilə düşməsin fəsanə, El ağzını bağlamaqdı düşvar. Vəhmim budu kim, keçə iş işdən, Səndən ola qovmü xiyş bizar. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! V Hər canibə su tək axma, ey gül! Mütləq yünül olma, qədrini bil! Məlum əgər olmaya həqiqət, Sövdayi-məcazidən nə hasil? Cana, sana üç əmanətim var: Oldur biri - olma şəmi-məhfil. Biganələrin evinə getmə, Getsən qayıt, eyləmə təğafil! Sani bu ki - meyli-şövhər etsən, Hər nakəsü dunə olma mail. Nadan ilə həmrəh olmaq asan, Yol getməyi leyk səxt, müşkil. Salis bu ki - Zakiri-həzindən Madami-həyat olma ğafil. Yad eylə o bikəsi düşəndə, Divanəsini unutmaz aqil. Sabitqədəmi-rəhi-vəfadır, Haşa verə səndən özgəyə dil. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! Mənzum hekayələr ZÖVCİ - AXƏR İsfəhanda bir pinəduz var idi, Ata, baba zəif sənətkar idi. Eyləməyib dəxli-xərcə kifayət, İstədi ki, ola azimi-ğürbət. Qoşulub karvana payü piyadə, Üz çevirdi vilayəti-Bəğdadə. Qalmış idi sərmənzilə beş ağac, Hərami eyləyib karvanı tarac, Vurdular fəqirə zəxmi-kargər, Qaldı rəhgüzərdə biyarü yavər. Ölən öldü, qaçan qaçdı, biçarə Yox qüdrəti özün çəkə kənarə. İttifaq, keçirdi əzim qafilə, Ta inki gördülər əhvalı belə, Rəhm eləyib ona əmiri-tüccar, Buyurdu, yük üstə qoyub çarvadar, Aparıb evinə oldu çarəcu, Tanrı xatirinə taciri-xoşxu. Bir cərrahi-mahir qılıb mühəyya, Qərardad etdi ücrəti-üzma. Macəradan bir ay keçmiş, müxtəsər, Qalmadı cismində yaradan əsər. Tacir xəbər aldı bir gün oğlandan: Gedirdin nə yana, gəlirdin handan? İsmü rəsmin nədir, məkanın nədir? Səd şükür xudayə, sağaldın, bildir! Kizbdən sivayı tapmayıb çarə, Səlahi-vəqt üçün gəlib göftarə, Dedi:"Mən mərdümi-biladi-Misrəm, Məşhuri-zamanəm,mərufi-əsrəm Xacə Əhməd mənim sülbi atamdır, Sərdəftəri-əyyam, sahibi-namdır. Götürüb tənxahi-bihəd gedərkən, Seyrü tamaşayi-aləm edərkən Bu qəzavü qədər gəldi başıma, Düçar oldum o ki, gəlməz xaşıma. Xacə Əhməd bəs ki, mülki-Misrdə Tüccar ara bimisl idi əsrdə. Mədəni-kərəmü gəncü xəzinə, Yox idi aləmdə ona qərinə. Nə bilsin ki, yalan elər ifadə, Mehrü məhəbbəti olub ziyadə, Günbəgün artırdı qədrü qiymətin, Puşakin, xurakin, şənü şövkətin. Yedi, geydi, olub məsrurü dilşad, Bəlavü möhnətü ğüssədən azad. Qəviheykəl cavan idi, zurmənd, Eləmişdi dövran əfsürdə, hərçənd Əzizi-Misr oldu qədrü qiymətdə, Şiri-nərə döndü səhmü sövlətdə. Bir gün dedi: "ey əzizü mehriban, Var mənim könlümdə bir sirri-nihan. Yeri düşüb, gərək açam mahəsəl, Əgər eyləyəsən bu müşkülü həll, Bil ki, bəxş edərsən həyati-tazə; Bu ğüssə veribdir məni güdazə. Əta qılıb xaliq mənə bir düxtər, Hüsnü vəcahətdə çun mahi-ənvər. Mələksima, pəriliqa, xoşnişan, Ləli-ləbi guya çeşmeyi-heyvan. Nə faidə, fələk eyləyib bədbəxt, Bir əmri-müşkülə düçar olub səxt. Gərəkdir eyləyək onu zövc-axər, Çünki boş düşübdür ərindən düxtər. Təvəqqöüm oldur ey əzizi-mən, Onu öz əqdinə qəbul edəsən. Bir həftədən sonra verəsən təlaq, O gedə ərinə, sən olasan sağ". Bir kərrə vurasan gər qurbağanı, Suya sarı iki dəfə tullanı. Ta elədi cavan sükut ixtiyar, Bildi ki, bu əmrə zövqü şövqü var. Ğazini çağırıb xəlvətsərayə, Əqd edib xurşidi tapşırdı ayə. Oturmuşdu otağında pinəduz, Pərdəni götürüb mehri-diləfruz, Nazü əndaz ilə girdi içəri, Bürci-Sədə düşdü Zöhrə, Müştəri. Gül üzə eləyib ləbi-ləli bənd, Aldı yanağından şəftaluyi-çənd. O gecə sübhədən etməyib dirəng Tulladı hədəfi-məqsudə xədəng. Bir saat ərusə olmadı məqdur Eyləsin ……………………… dur. Ba vücudi in ki, şövhəri-qədim Əgərçi sahibi zər idi, həm sim Həngami………….. süstkar idi, ……………..ziyadə napərgar idi. Əgər verən olsa bir gövhəri-müft, Eyləyə bilməzdi yarım ayda .... Adətü qanundu əhli-zənanə Əqd edib verəsən sultanə, xanə Otaqi-zərnişan, zürufi-fəğfur, Cariyəsi mələk, pasibani hur Təami gunagun, suyu səlsəbil Onun üçün yenə asayiş deyil. Övrətlər yanında bəlkə nikbəxt Odur ki, həmsəri ola . . . səxt. Qol salıb cavanın boynuna düxtər, And olsun xudaya, - dedi, - ey pesər, Əgər rizə-rizə kəsələr məni, Mundan sonra əldən qoymazam səni. Oğlan iki dəstin edib həmail, Aldı ləblərindən buseyi-kamil. Əl basıb müshəfi-hüsni-dildarə, Eyləyələr məni, - dedi, - səd parə, Daməni-vəslindən ta ruzi-məhşər Əl çəkən deyiləm-, vəfalı dilbər! Əhdü miysaq olub aradə möhkəm, Bir həftə otaqda dilşadü xürrəm Apardılar ləzzət, sürdülər vəhdət. (Belə qız əkənin zatına rəhmət!) Ta ki, tamam oldu vədeyi-şürut, Ev-eşiyi xacə döşədib məzbut, İstədi hüzura tazə damadı, Təqrib ilə bəd mübarəkbadı. Dedi: "ey cani-mən, gər olsan razi, Təlaqı pəs etsin cənabi-qazi. Əqdi-tazə kəssin öz şovhərinə; Ərus getsin məkanına, yerinə. Boş qalıb müddətdi evi, məhləsi, Gəlməz sərayından bir adam səsi. Fəqir əri gecə dükkanda yatar, Əlləri qoynunda qalıbdı naçar". Dərdmənd başını salıb aşağa, Durdu yavaş-yavaş yer qurtlamağa. Nə qədər nəfəsə tacir dəm verdi, Çıxmadı oğlandan bir nəfəs gördi. Durub gedən vəqtdə dedi:"ey mövla! Buyurduğun gələ bəndədən,haşa! Yüz tənü təərrüz eyləyə bülbül, Heyhat, buyindən ayrı düşə gül! Yaranın üstündən alsan məlhəmi, Müayinə artar rəncü ələmi". İlan kimi xacə olub piçü piç, Oğlanın özünə söz deməyib hiç, Elədi qızına izhar hali: "Ev-eşiyin qalıb, ey laübali! Çölün bir yavası istəyir ki, müf Eləsin özünə sən məhvəşi cüft. Peşiman olmadım, onu gətirdim, Ölən vəqti bu rütbəyə yetirdim. Həqqa nanü namək bilməz irani, Bişübhə əməyim tutacaq ani. Deyin, çadirşəbin salıb başına, Gəlsin, eşitməmiş dustü aşina". Düxtərə dedilər bu macəranı, Axıdıb gözündən abi-niysanı, Sifariş eylədi:"ey mütai-mən, Ənamını zaye gəl eyləmə sən. Əgər bu əmrdən çəkməyəsən əl, Edəsən qiylü qal, tutasan cədəl, Bil ki, bir çatıdı, mənim gərdənim Qalsın gərdənində vəbalım mənim". Xülasə, tacirə kar oldu müşkül, Gördü ki; zor ilə müyəssər deyil. Oğlan ilə qoydu binayi-saziş, Dedi:"yaz atana, elə sifariş; Əgər gördüm xacə Əhməd oğlusan, Düxtərimi səndən boşatmazam mən: Və ya inki tapam sözündə yalan, Qızımın talağın vermədin asan, Bir gecə boğdurub səni nihanı, Bu üsrətdən xilas eylərəm anı, Sənətin yox, çörəyin yox, malın yox, Qohumun yox, qardaşın yox, dalın yox. Uşağımın əlin üzüb dövlətdən, Yeməkdən, geyməkdən, nazü nemətdən, Aldadıb edəsən özünə mail, Necə ola billəm bu əmrə qail?" Oğlan da lailac oluban razi, Şürutnaməni başladı qazi. Yazdı:"qırx günədək Misirdən əgər Layiqi-ərusi gəldi simü zər, Qurtardın özünü, fəbihəl-mürad, Yoxsa ölümündü, hərçi bada-bad!" Ta ki, oldu vəqtü zaman müəyyən, Üz qoydu otağa cavani-pürfən, Öz-özünə dedi, ey bari-xuda! Yoxdu bir əlacım kizbdən siva! Hala qırx günədək dilaram ilə, Yataram qolboyun eyşü kam ilə. Ömri-dübarədir söhbəti-dildar, Bəlkə yetə dadə Əhmədi-Muxtar. Sərməsti-badeyi-cami-məhəbbət, Biğəmü əndişə sürərdi vəhdət. Otuz doqquz ta ki, yetdi itmamə, Afitabi-iqbal üz qoydu şamə O axşam ayılıb xabi-ğəflətdən, Qurudu boğazı ğəmü möhnətdən. Əndişeyi-fərda kəsib aramın, Gəlmədi iştəha ötürə şamın. Gəl yeyək, çox dedi yari-dilfirib, Hərdəm bir bəhanə gətirdi ğərib: Gəh deyərdi ürəyimdə nəfq var, Qorxuram ki, xörək artıra azar, Gəh deyərdi ğiza incidir məni, Meyl elə, mürəxxəs elədim səni, Gərçi dərdi-sərdi uzun rəvayət, Bu qalsın burada, eşit hekayət: Xəlifeyi-zaman mərdi-nikəndiş, Gahi ovqat geyib libasi-dərviş, Müşəxxəs etməyə əhli-fəsadi, Gəzərdi gecələr şəhri-Bəğdadi, Qəzara bir geçə düşüb güzarı, Baxıb pəncərədən gördü onları: Məhzunü mükəddər, qabaqda təam, Açıban qapını yetirdi səlam. Ərus nihan olub qəhvəxanədə, İki nəfər qaldı ol kaşanədə. Vəhm etdi ki, deyil bir işdən xali, Üz tutub oğlana sordu əhvali. Dedi: "nisfi-şəbdə nədir bu halət? Gizləmə, dürüstün elə hekayət! Aləm həmə gedib xabi-rahətə, Bais nədir belə dərdü möhnətə? Sahibnəfəs olur, sən bil ki, dərviş, Söylə əhvalını, bivəhmü təşviş", Fəqir macəranı başdan-ayağa . Şərh elədi tamam bir-bir qonağa. Eyləyib əfsusü təəccüb bihəd, Yola düşüb dedi: ya Əli, mədəd! Yetişdi mənzilü məvayə dər-dəm, Götürüb əlinə kağızü qələm, Əncami-səhəri eylədi ərqam, Xacəsəralərə bildirdi tamam. Özü rəxti-xabə girdi xatircəm. Görək necə oldu ğəribi-pürğəm. Səhər olub, tulu etdi afitab, Xacə dərgahına düşüb inqilab Buyurdu bir neçə qulami-bibak, Əllərində çomaq, çapuku çalak Kəsdilər qapını bəsani-şəllad, Çıxdı tamaşaya mərdümi-Bəğdad. Almağa əlindən ğəribi-zarın Ala gözlü günəş üzlü nigarın. Qız tökür gözündən sirişki-ali, Oğlanın deməli, deyil əhvali. Qız çəkir orada fəğanü nalə: "Mən necə tab edim rəddi-visalə?" Oğlanın əlində bir xəncəri-tiz, Fikri budur özün edə riz-riz. Gördülər ki, gəlir sədayi-cərəs, Çomağın kənara tulladı hər kəs. Bir dəstə süvari oldu nümayan, Əqəbincə qatar-qatar karivan. Qulamanü çakərani-qəbapuş, Tökülüb eşiyə etdilər xüruş; "Qanı, çölə çıxsın, deyin, ağamız, Eyləyək sərinə zər nisar biz". Çıxan tək eşiyə bikəsü nakam, Döşəndilər yer-yer payinə tamam. Başına bir tabaq aqça saçdılar, Çökürdüb qatarı yükün açdılar. Neçə dəst libasi-zərbəftü diyba, Neçə mücri məmlüv simü zər, amma. Neçə yük əqmişə layiqi-sövqat, Neçə sənduq dolu qənd ilə nabat. Nöh fələkə çıxdı qəh-qəhi-ərus, Cəvani-binəva hənuz məyus. Fikr edir ki, bunlar nə əsbabdır, Kimim var, göndərsin, yoxsa xabdır? Nə bilsin ki, xəlifeyi-tacidar Bunun əhvəlından olub xəbərdar. Əlqərəz, bir şəxsi-vəzirmanənd Zər nimçəyə qoyub daşü qaşü çənd, Diybayə bükülmüş bir də bir namə, Götürub apardı darüssəlamə Guya bunlar təarüfi-Misrdir, Pişkeşk-xəlifeyi-əsrdir. Xacə Əhməd bilib oğlundan xəbər, Göndərib bərayi-xatiri-pesər. Yetişdi hüzurə namə, hədaya, Rəsulə xələti-faxir, sərapa. Sərkari-valadən olub mərhəmət, Əlavə əmr oldu: oğlanın, əlbət, Gətirsinlər özün, qayınatasın, Ta bilsin xəlifə tərzi-sövdasın, Bu əmrə müqərrər oldu yasavıl, Sərayi-tacirə olan tək daxil, Betəriqi-ruşvət iki kisə zər, Ənam edib xacə dedi: "ey pesər, Əfv eylə cürmümü bərahi-xuda, Gərçi gunahkaram, "məza ma məza". Sahibsən bu gündən belə əmvalə, Tərəhhüm qıl, məni vermə zəvalə". Əlqərəz, hüzurə olub muşərrəf, Gördülər düzülub xəvanin səf-səf. Nəvaziş eyləyib bihədü hesab, Dedi: "mən xacəyə nə verim cavab? Deməzmi ki, oğlum neçə müddətdi Düşubdü Bəğdadə nə mürüvvətdi? Sən onun halından deyilsən əyan, Nə-üzr gətirim mən ona, oğlan! Hala ki, mən səndən oldum xəbərdar, Gəl, get, sədri-səfdə dəxi yerin var. Bir kəs əgər olub müzahim sana, Verim cəzasını, şərh eylə mana. Nə desin, neyləsin qalıb məəttəl, O nə biz, o nə gön, bu nə gəlhagəl! Şam oldu, səf sındı, dağıldı əyan, Oğlanı xəlifə saxlayıb mehman, Yeyildi, içildi, bəd əz-ziyafət İstəyib hüzura mehmanı xəlvət, Savadi-Misrdən soruşdu əhval, Nə bilir nə desin, qaldı dili lal. Təbəssüm eləyib dedi: "ey pesər, Neçin şəhrinizdən verməzsən xəbər?" Dedi: "aç gözunü, eylə nəzarə, Diqqət elə mənə bir gəz dübarə". Gördü ki, bilmədi namü nişanın, Gətirib köftarə möcüzbəyanın, Dedi: "o dərvişəm mən ki, dün gecə, Bildim əhvalıyın olduğun necə. Şol gəncü xəzinə lütfün əzəli, Nə qədər mən varam dalısı gəli". Əhli-kərəm padşahlar keçibdi, Dadrəslər dilagahlar keçibdi. Hakimə, naibə, olmayıb qail, Gəzərdi geçələr bəsani-sail. Dərdməndi, dilşikəsti tapardı, Muradın verərdi, könlün yapardı Cudü əltafilə əz bəhri-xuda, Pinəduzu eləyirdi əğniya. Yaxşılar eləyib tamam rehlət, Yaman gün olubdur Qasimə qismət. Məlikzadə və Şahsənəm Sövdayi-eşqdən istəsən xəbər, Mən edim hekayət, sən ol müstəhzər, İqlimi-Əcəmdə bir məlikzadə, Gərdişi-qəzadan olub üftadə, Tab edə bilməyib təni-əğyarə, İstədi ki, özün çəkə kənarə. Süvar olub bir at, bir qamçı həmin, Əmlakü vətənin eyləyib tərkin, Mülki-Misrə gedib vahidü tənha, Karivansəradə eylədi məva. Oğlan idi, amma bir oğlan idi, Mülki-məlahətdə alişan idi. Gər atsa hər seydə tiri-kəmanı, Toxunmamış olur idi qurbanı. Pabənd idi çeşmi-ğəzalan müdam, Dövreyi-hüsnündə bidanəvü dam. Görən tək ləbində abi-həyatı Suya dönüb axır Misir nəbatı. O bütlər ki, qət etmişdi barmağın, İndi saf doğradı əlin, ayağın Xiridari-beyi-bazari-Yusif, Çaldı dizlərinə dəsti-təəssüf; Bilsəydi gələcək dürri-bibəha, Yarım şahı verməz idi Züleyxa. Feyzi-qədəmindən abi-rudi-Nil Olmuşdu güvara misli-Səlsəbil. Düşdü şəhrə tazə şurişü qovğa, Guya Əzizi-Misr olubdu ehya. Batində aşiqi-dildadəsi çox, Nəhayət zahirdə bir munisi yox. Seyr edirdi bir gün səmti-bazarı, Dəri-gərmabəyə düşdü güzarı. İttifaq novgüli-gülzari-irəm, Nəvvadeyi-vali, adı Şahsənəm, Bürci-aban bipərdəvü bihicab, Üz qoydu dışraya, misli-afitab. Xaneyi-məğribə gedən zamanı Oğlan onu gördü, o da oğlanı. Sanasan od düşdü bir neyistanə, Apardılar şəmi, qaldı pərvanə. Pərvanənin pərü balı yanmışdı, Atəşin cigərin həsrət almışdı. Yara götürmüşdü ovçudan nəxcir, Nəxcir də vurmuşdu səyyadə səd tir. Geri-geri gedib bihissü mədhuş, Dəri-gərmabəyə veribəni duş, Yıxılıb, düzəlib bir dəmdə yüz dəm, Gah olurdu surət, gahi də adəm. Dizlərində qalmamışdı təvana, Çəkilibən, barı, getsin bir yana. Gün batdı döyüldü nəqarəvü kus, Darğanişinlərdə asıldı fanus. O qaldı sərməsti-cami-meyi-eşq, Bir kimsəsi yoxdur düşsün peyi-eşq. Qərin idi bir xanənin dərinə, Ev sahibi dedi öz şövhərinə: "Günortadan bəri bir tazə cavan Qalıbdır eşikdə zarü bəndvan. Xudayə xoş deyil, dur, evə salaq, Laəqəl bir gecə eyləyək qonaq. Ta görək nə olub o biçarəyə, Beş-altı saatdır çevrikir niyə? Gah yıxılır, gahi durur ayağa, Təəccüb qalmışam mən bu sayağa". Əlğərəz, ər-övrət çölə çıxdılar, Gətirib mərizi evə yıxdılar. Gecə keçdi, sübh açıldı, gün doğdu, Kişi getmiş idi, zən qolun boğdu. Xabi-duşinədən çün oldu bidar, Danışdırıb gördü ağzı, dili var. Dedi: "ey binəva, sənə nə olmuş? Bərgi-xəzan kimi gül rəngin solmuş?" Dedi: "ey madəri-mehribani-mən, Bu rəhgüzardən keçirdim dünən; Nagəhan bu sifət nazənin düxtər, Vurubdur sinəmə tiri-çaharpər. Mən ğəribi-zarı nimbəsməl etdi, Heç bilmədim özü nə yanə getdi. Adətdir kim, nimbəsməl şikarə Ovçu yenə vurar tiri-dübarə. Bir deyən olaydı ol çeşmi-sərməst Kəmani-kərəmə ox edib peyvəst, Üqubəti-layəzalı yad edə, Məni-biçarəni tez azad edə". Ağzını açan tək tanıdı övrət, Bildi ki, fəqirə kimdəndir afət. Səylədi: "biçarə, əfsus, səd əfsus! Aşiqə müsavi gərək olsun dus. Sən bir ğərib adam, o valizadə, İntizarın çəkən çoxdu dünyadə. Var üstündə hənuz yüz cəngü cədəl, Daməni-vəslinə yetən deyil əl. Gəl vermə özünü əbəs fənayə, Yaxşı demək olmaz yaman sövdayə". Dedi: "mənim halım sən deyən deyil, Tən ilə gulşəndən əl çəkməz bülbül. Mənim kəlamımdan incimə ğərəz, Suhan ilə getməz cövhərdən ərəz. Ya gərək nuş edəm cami-vüsali, Ya can çıxa, qala cəsədim xali. Bəhanə gətirmə, dur, eylə kərəm, Get o mənzilə kim, ondadır Sənəm. Düş payinə, yalvar, şərh et halımı, Bəlkə, rəhmə gələ tanrı zalımı". Bir ovuc simü zər basıb dəstinə, Dübarə yalvardı-yapışdı yenə. Ol pirəzən sancıb belinə ətək, Yetişdi dərgahə badi-sərsər tək. Vasil oldu paytəxti-Sənəmə, Gördü ki, düşübdür bəstəri-ğəmə. Səyyadə dəyən ox seydi yıxmışdır, Yaraları qalıb özü çıxmışdır. Zirək övrət idi, danavü pürfən, Rəsmi-rəhi-aşiq-məşuqu bilən. Fəhm etdi kimdəndir bu piçü tabı, Ahəstə-ahəstə açıb cavabı. Dedi: "ey cəmii-xubanə sərvər, Neçin eyləməzsən xudadən həzər? Bir ğəribi bəhri-ğəmə atıbsan, Gəlib özün sərmənzildə yatıbsan. Leyli köçüb, qalıb biçarə Məcnun, Məhrulərdə nə adətdir, nə qanun? Gendən atar, vurar, yıxar şikarı, Əhvalından olmaz bir agəh barı. Görə ölməlidir, eləyə məzbuh, Ya dirilməlidir əta qıla ruh. Bizim xərabədə qalıb biçarə, Hər ləhzədə çəkər ahi-sədbarə. Mənim hiçim deyil, ey cəfapişə! Nahəq yerə bizi salıbsan işə. Müntəzirdir, xəbər alacaq məndən, Nə xəbər aparım mən ona səndən?" Qız dedi ki; "səni dünəndən bəri Nə çox incidibdir bizim müştəri. Əvəzin yetirər mehman yuz kərən, Əz-zeyfə əkrəmu və lov kafirən Qarı bildi bu da ona aşiqdir, İqrarı dürüstdür, sözü sadiqdir. Axiri-süxənə eyləyib şitab, İstədi ki, ala bir vazeh cavab. Belə ki, adətdi sinfi-xubanə, Hər dəfədə qılır ğeyri bəhanə. İstiğnayi-təbi çəkər bir yerə, İstər aşiq ğəmi götdükcə verə. Nə bilsin ki, yoxdur tabü təvanı, İntizardan yetib axıra canı. Bərayi-imtahan olub tündxu, Dedi: "övrət, nə göftdür, nə şeno? O kuca, mən kuca, səndə nə cürət, Əcəlin yetişib məgər ey övrət? Sən neçin bilməzsən, şahi-xubanəm, Məlahət təxtində yekkə sultanəm. Nə vəch ilə rəva gördün gədayə, Bumi-şumun nə nisbəti hümayə? Get, de ona keçsin bu mərhələdən, Çoxdu bu yollarda simü zər verən. Gədayə yaraşmaz padişah sözü, Onun kim olduğun bilməzmi özü?" Qəribə halətdir bu günkü halət, Olmasın, ey yaran, kafirə qismət! Aşiq onda çəkər ahi-suznak, Məşuq istər edə özünü həlak. Aşiq istər ola vüsala vasil, Məşuqə ismətü həyası hail. Aşiqdə dərdü ğəm xərvar-xərvar, Məşuqun əlində yox bir ixtiyar. Mahəsəl qasidi-dilsuz xəbər Qayıdıb məyusü zarü mükəddər, Bir zaman yetişdi ol binəvayə, Aşiqi-dilbəstə yatan sarayə, Dost yoluna heyran-heyran baxardı, Təlatümi-ğəmə batıb çıxardı. Rəgi-nəbzi misli-şöləyi-atəş, Gah olurdu pürtab, gah edərdi ğəş. Ehtiyat eylərdi hər kim əl vura, Şəm nisbət barmaqların yandıra. Nəhyi-dilrübanı edən tək tamam, Müştaqi-dərdmənd, məhzunü nakam Çəkibən cigərdən ahi-cangüdaz, Mürği-ruhu etdi bəqayə pərvaz. Yığılıb xəlayiq dəfn eylədilər, "Səd heyfü səd həzar əfsus" - dedilər. Biri köçüb tapdı ğəmdən rəhayı, Aşiqi-nakamın qaldı bir tayı. Vurar kamandari-dövri-zəmanə Həmişə bir tirə iki nişanə Görək nə şəbədə edəcək ağaz, Zalimü sitəmkar, xudadan qorxmaz. Bu möhnətdən keçmiş idi bişü kəm, Səs düşdü nazənin olubdu dərhəm. Durub yenə əcuzeyi-şum-əxbar Kuyi-dildadəyə eylədi güzar. Görən tək filcümlə tapıb təqviyət, Dedi bir tövr ilə qadın: ey övrət! Elçidə etiqad, etibar olur, Dost yolunda çovğun olur, qar olur! Gələn tək adama deməzlər apar, Kami-dil axtaran, adətdir, tapar. Qız eşiyi, şah eşiyi, nənə can! Açmaq olmaz əqdi-girehi asan. Məşəqqəti-qəri-dərya şinavər Ta çəkməyə, keçməz çənginə gövhər. Səfalər gətirdin, ey qasidi-yar! Xaki-məqdəminə nəqdi-can nisar! Keçənə deyirlər: "məza ma məza" Nə söyləsən, söylə, sənindi riza! Bu dövrdə vüfuru var azarın, De görək, necədir sənin bimarın? Aya gətiribsiz təbibi-haziq? Özü təcrübəkar, qövli müvafiq. Çağırdaq eyləsin mənə də çarə, Mərəzimiz birdir, bəlkə qurtarə". Dedi: "ey bişərmü birəhmü bibak, Elədiyin yetməz bir canı həlak? Elərsən əlavə mana istehza, Guya ki, deyilsən xəbərdar əsla. Bu əhval eylədi yarı püraşüft, İstədi ki, ola dildar ilə cüft. Ta inki eşitdi vəfati-canan, Canan-canan deyib o da verdi can. Sanmayın afəti-eşq yalandı, Aləm aşikara bəlayi-candı. Çox evlər dağıdıb padşahi-eşq. Çox cisimlər yaxıb oda ahi-eşq. Əcuzeyi-eşqin çoxdur üsuli, Bu barədə həq deyibdir Fuzuli: "Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır". Aşiq və məşuq haqqında Aşiqə dedilər: "filan məşuqə Neçə gündür düşüb yorğan, yastuqə Necə daşa dönüb canın, cigərin, Yoxdur binəvadən sənin xəbərin? O, yatar orada xəstəvü rəncur, Sən gəzərsən munda dilşadü məsrur". Sərasimə yola düşüb biçarə, Varid oldu sərmənzili-dildarə; Gördü gül bədani nasaz olubdur, Bərgi-xəzan kimi rəngi solubdur. Heyrət ilə baxıb o yan bu yanə, Dolandı başına misli-pərvanə. Dedi: "sana nolmuş, ey arami-can, Olubsan ha beylə zarü natəvan?". Dedi ki: "üç gundü bilməzəm nəmdi, Mənzilü məkanım bəstəri-ğəmdi. Yox yanıma hərgiz bir gəlib gedən, Nə ğiza bişiron, nə sual edən". Hazır edib fəqir düyüdən, yağdan, Qazandan, sacaqdan, oddan, ocaqdan. Qoydu mərizinə şorba binası. Şöylə dağılmışdı fikri, həvası. Qəvamə gəlibən dik edəndə cuş, Biçarə eyləyib özün fəramuş. Əlin salıb dikə manəndi kəfgir, Bivəhm bulardı hər yana fəqir. Məşuqi-natəvan görub əhvalı, Söylədi: "nə işdir, ey laübalı? Od tutub yanarsan misli-səməndər, Çək əlini, ey binəva, nə xəbər?!" Biçarə çıxartdı əlin bir zaman, Ət tökülüb qalmış idi üstüxan. Əyyami-vəsldə aşiqi-didar Mütləqa özündən olmaz xəbərdar. Görmüşəm nüsxədə kəlami-fəsih, Nə kəlami-fəsih, hədisi-səhih. Ol şiri-bişeyi-xaliqi-əkbər, Sahibi-Zülfüqar, ağayi-Qəmbər Kim, sabiqa hadisati-qəzadən Yara götürmüşdü tiri-ədadən. Mübarək payinə toxunub peykan Çubi-peykan sınıb, xüd özü haman Qalmış idi üstüxani-mövladə, Rəncü ələm yetirirdi ziyadə Nə qədər cərrahi-kamil gəlirdi, Peykanı çəkməkdə aciz qalırdı. Buyurdu rəsuli-xətmi-ənbiya, Şafei-qiyamət, əmini-xuda: "Ol zaman ki, Əli səcdəyə gedər Mütləqa özündən olmaz müstəhzər. Dilü canı olur cananə vasil, Ənbur ilə çəkin peykani ğafil". Nə növi ki, buyurmuşdu ol sərvər, Birəncü bitəəb onu çəkdilər. Kim ki, zövqi-eşqi eyləyə inkar, Sən bil ki, zatında onun şübhə var. Eşq eylər adəmi daxili-səvab, Eşqsiz bəşərdən övladır dəvab. Həyasız dərvişlər haqqında Əyyami-sabiqdə bir dərvişi-pir, Götürüb təbərzin, kəşkül, şahnəfir. Şeydullah əzmilə düşüb dərbədər, Gəzərkən, bir evdə pakizə düxtər Gördü ki, əyləşib vahidü yekta, Mükəddərü məyus, ğəmə mübtəla. Təbərzinin döyüb yerə, dedi: "dur! Məddahi-Əlinin payını gətür!" Biçarə çiyninə qoyub başını, Abi-niysan kimi tökdü yaşını. Tərəhhümə gəlib dedi qələndər, "Yox isə siminiz, zəriniz əyər, Qənaət eylərəm düyüdən, yağdan, Nə var isə əsirgəmə qonağdan!" Qız dedi: "ey mövla, qəsəm xudayə, Nə düyüyə güman gəlir, nə yağə". Hər iki mətləbdən əl çəkib talib, Düyü, yağ sarıdan əngi boşalıb, Dedi: "onlar yoxdu, barı un olsun, Ver, tökək torbanın başına dolsun". Ərz eylədi düxtər: "bəhəqqi-xalıq, Un tapılmaz bu xanədə urvalıq". Labüd qalıb dərviş dedi: "bir çörək Bari gətir, yeyib, himmət var deyək". Dedi: "iki gündür naharsızam mən, İnanmırsan əgər o təknə, o sən". Xəbər aldı: "anan gedib nə yanə?". Dedi: "yas yeri var, varıbdı anə". Dedi: "təəccübəm əvamünnasə, Aləm gərək gələ bu evə yasə; Qonum, qonşu yeksər verib baş-başa, Gecə, gündüz sizin üçün ağlaşa. Nə yağı var, nə düyüsü, nə unu, Kim görüb aləmdə habelə günü?! Bilməzəm nə üçün o qəhbə, biar, Gedib biganələr evində ağlar. Ölüm yekdir belə zindəganlıqdan, Qaçmaq olmaz məşiyyəti-xalıqdan" Təkəllümə gəlib düxtəri-aqil, Dedi: "ey sinni pir, əməli cahil! Qapı-qapı töküb abi-ruyunu, İfratə yetirib göftüguyunu, Gahi dəm urarsan şahi-nəfirə, Eylərsən aləmin əhvalın tirə. Qaraçılar kimi it basa-basa, Dərdi-sər yetirib mərdə, ünasa, Verməyənə qaş-qabağın tökərsən, Kiminin üstünə çomaq çəkərsən. Qoyubsuz adınız hərçəndi dərviş, Dərviş ona derlər ola nikəndiş. Qənaət eyləyə bir əlcə nanə, Göz tikə qisməti-ruzirəsənə. Nə ki, düşə dər-dər yasavullar tək, Kimidən un ala, kimidən əppək, Elə nanü nəmək dursun göznüzə, Biarsınız, yığılmazsız öznüzə. Həram olmasaydı dəryuzə əgər, Mübah buyursaydı əshabə sərvər, Bəs nə üçün Səlman, Bazəri-bəğdad Dəymədi ağzına bəğeyri-üç zad; Nani-xüşki-cövin, sirkəvü piyaz. Çox yetirdi xaliq, onlar yedi az. Onunçun buyurub cənabi-Əli Sinfi-qələndəri hərcayi, dəli. Oruc tutmaz, namaz qılmaz, üz yumaz, Qapıdan cantayı dolmamış durmaz. Bu hal ilə qəhbə dersən anamı, Tapılmazsız evdə bayram axşamı. Özgə ümmidinə qalır zəniniz, Övrətiniz bilməz təşxisü təmyiz. Yava iş dalınca daim gedərsiz, Demək olar sizə kim, bipədərsiz. Ol kəsin ki, xəmirəsi pak ola Mümkün deyil gedə bu tövr yola" Əvvəl deyən bilsə sonki nə deyir, Dodağın tərpətməz, it ... yeyir. Dərvişi bağladı, həqqilə düxtər, Biçizlik yamandır, amma dərbədər Düşüb gəzmək ondan daha yamandır, Həmi dinə, həmi cana ziyandır. Bəndeyi-xudada gərək qənaət, Küfr nemətlərin zatına lənət! Dəvəsi itən kəs Bir kişinin itmiş idi dəvəsi, Axtaran zamanda tutub həvəsi Könlü açıq, şadü xürrəm gəzərdi, Tərənümə gəlib, gahi süzərdi. Düçar oldu ona bir mərdi-aqil Dedi: "nə fərəhdir divanə, cahil? Dəvəsi güm olan gəzər mükəddər, Təriqi-əqldən bərisən məgər?" Dedi: "nə məcnunəm, nə də biarəm, Daşn ol üzünə ümmidvarəm. Əgər ki, tapılsa səadətimdi, Tapılmasa gəl gör, qiyamətimdi". Dedi: "bildim hələ dəxi biarsan, Hərcayisən, biməzəsən, yassarsan". Aqil gərək yeksan ola hər zaman, Qoymaya qəlbinə yol tapa şeytan. Nə öylə pərişan - şad ola düşmən, Nə öylə bəşaşət - tən edə görən. Çöllərdə bağırmaq xırs adətidi, Xanədə ağlamaq zən sənətidi. Hünərin əvvəli, - səbrü təhəmmül, Taətin övlası - təkyə, təvəkkül. Tövsənin bədəsli oynar, dingildər, Yeriməz, yürüməz, ziyadə kişnər. Məgər bu məzmunu oxumamışsan Yazıblar şairi-təbi-müstəhsən: Zi rəncü rahəti-geyti mənal ey dil, məşov xürrəm, Ki ayini-cəhan gahi çinan, gahi çənin başəd. Tərlanlar və elçilər Əyyam-sabiqdə hakimi-herat, Göndərirdi Şahi-Yəmənə sovqat. O cümlədən üç-dörd bəhlə şahibaz, Mühəyya eyləyib tərlani-mümtaz. Zərduz pəçəbəndü mina gərdənbənd, Hər birinin üstə mirvaridi-çənd. Miyanında şəffaf əlmasi-təraş, Çahar ətrafı yeksər daşü qaş. Bərq urarlar idi şəbçiraq tək, Eyləməyib pərva mürği-can görçək Yaxardı atəşə özünü dərhal Biməksü təvəqqüf pərvanəmisal. Bəzəyib sərapa novərus tək, Verib dörd nəfərə biməksü dirəng, Buyurdu ki, "olun azimi-Yəmən, Sübh nəmazına duran vəqt mən Əmanət, əmanət, siz olun tarı, Yaxşı mühafizət edin onları. Məbada tük tökə, qanad sallıya, Ya oldur ki, qaçırasız dallıya. Eşitsəm ki, xələl tapıbdır əndək, Həqq özü şahiddir, bu şəhrə, gəlcək Buyurram, çəkərlər küllühüm darə, Övrət-uşağınız qalır avarə". Xülaseyi-kəlam,vida etdilər, Rahi-Yəmən tutub səhər getdilər. Günorta zamanı ətin ötürdi, Quşlar işi həlakətə yetirdi. Baxdılar döşünə, gördülər xalı, Elçilərin həddən aşdı məlalı. Fikr edib dedilər: çörək yeyəndi, Gətirdilər çörək açıban bəndi, Parça-parça dimdiyinə tutdular, Yemədi, götürüb çölə atdılar. Kişmişdən, badamdan, nanü həlvadən, Qovurmadan, bişmiş küftə, dolmadən, Yol tuşəsi nə var isə verdilər, Mütləqa dilinə vurmaz gördülər. Əyləşib bir yerdə, edib məsləhət, Zınğından taparıq, - dedilər, - əlbət. Zınq atdı birisi manəndi-pərqu, Sevindilər, qatıq yeyər imiş bu. Çapdılar obaya: ey qatıq satan, Hər eyməyə tökmüşdülər üç qazan. Dörd eymə aldılar çahar bazə, Mənişkarlar qoydu binayi-tazə Dedilər: əl ilə içirmək olmaz, Dimdiyinə yüz yol sürtəsən doymaz. Yaxşı odur özün salaq eyməyə, Hər necə ki, çəksə xahişi yeyə. Elə ki, yetişdik darül-irşadə, Açarıq bəndini, olur güşadə. Basıban içəri oldular xürrəm, Bağladılar ağzın dürüstü möhkəm. Bir üştüri-xoşrəftarə çatdılar, Barxanə ulağına qatdılar. Eyliyə-eyliyə şirin hekayət, Qolları yanında getdilər rahət. Gecə-gündüz dincəlməyib sürdülər, Bir-birinə təsəllilər verdilər. Dedilər: aparrıq bu qədri sövqat, Xüsusən elçiyi-hakimi-Herat, Lütfi-pey-dər-peyi-şahi-Yəməni, Bişübhə, edəcək bizləri ğəni. Əlqərəz, eyləyib təyyi-mərahil, Oldular məqsədi-məlumə daxil. Barxana açıldı karvansarayə, At-qatırı mehtər çəkdi tövlayə. Naməni götürüb oldular rəvan, Bargahi-padişahə rüsulan Hüzuri-əşrəfə olub müşərrəf, Gördülər xəvanin düzülüb səf-səf. Uzandı vəziri-darüssəlamə Zərbəftü diybayə bükülmüş namə. Şərh oldu hədaya yeksər nam-bənam, Söz bazə yetişcək tutmayıb aram. Şah buyurdu: "hələ təngdir məcal, Deyin quşlar gəlsin filfövr, dərhal. Yazıblar quşları bimislü həmta, Nəzəri-zövq ilə edək tamaşa. Əgər layiq olsa şaha şahibaz, Səhldir xiraci-İraqü hicaz. Çakəri-çabükə buyurdu rəsul: "Çap, de gətirsinlər xurcunu, tez ol!" Götürüb dalına zurmənd adəm, Yetirdi hüzurə dilşadü xürrəm. Sanırdı verəcək sərkari-əmir, Gətirmişəm, mana bir şali-Kəşmir. Hər eymədən çıxdı bir mürği-səfid, Alətü əsbabı yeksər napədid. Müşahidə qıldı şol bül-əcəbi, Cuşə gəldi qəhrəmanın ğəzəbi, Hökm etdi cəlladi-siyasətkarə, Ol qövmi-bədkarı çəksinlər darə, Cürət edib bəzi əmiri-xoşbəxt, Dedilər ki, "ey sahibi-tacü təxt! Vaçibül-qətldir hərçənd bunlar, Nəhayət, aləmdə bir qaidə var: Heç adətdə yoxdu elçiyə zəval, Ölümdən beşbətər oldur ki, dərhal Qatıqların sürtək balü pərinə, Mabaqisin əndamına, sərinə. Münadi mindirib xəri-çiplağa, Çəksin yavaş-yavaş bazar aşağa. Car edib desin ki, ey əvamünnas, Mücrimi bunlardan eyləyin qiyas!". Xoş düşüb təbinə şahın bu süxən, Dedi: "ey müslihan, əhsən, səd əhsən!". Xərsüvar oldular əbrəş süvaran, Rusəfid oldular siyahkaran. Çox nəf hasildir bu hekayətdən, Guş edən ayınır xabi-ğəflətdən. Təhəmmül etməsə padişah əgər, Peşimanlıq əlin dizinə dögər. Nəsihəti-naseh, pəndi-üqəla, Qəndi-mükərrərdir, şəhdi-müsəffa. Nəinki hakimi bəldeyi-Herat Göndərdiyi sövqat olub biisbat. Elçisinin yalü balı ağara, Oxşaya hər biri bir çal zağara. Əvvəl imtahandır, sonra fərmayiş, Yerinə qayıtmaz ta ki, düşdü diş. At hünərin ummaq olmaz eşşəkdən, Ov aparmaq bəiddir köpəkdən İstəmədim verim dəxi nəzmə tul, Tuli-kəlam eylər məclisi məlul. Tülkü və qurd Bir rubəhi-kuhənsalə gedirdi, Qismət üçün seyri-aləm edirdi. Obadan kənara gördu, ittifaq, Atıblar səhrayə bir dünbeyi-çaq. Diqqət ilə baxıb, tələni seçdi, Yavuğa düşməyib, uzaqdan keçdi. Gəzər ikən oldu bir qurda düçar, Dedi: "filan yerdə yaxşı tömə var". Biçarəni çəkə-çəkə gətirdi, Bir azca qalmışdı quyruğu gördi. Dedi: "təəccubəm, sən belə şeyə Düçar oldun, özun yemədin niyə?" Dedi: "boynumda var qəza orucum, Tutmuşam ki, saqit ola borucum. Soxuldu quyruğu yerdən göturə, Neçə gundu naharsızdı, ötürə, Çırtlayıb, payinə tələ oldu bənd, O yana, bu yana tullandı hərçənd, Nə qədər güç vurdu, götürmədi əl, Kəsilib əlaçı, qaldı məəttəl. Tülkünün əlinə düşdü girəvə, Quyruğu yeyirdi çox sevə-sevə. Dedi: "sən deyirdin orucam, bayaq, Nədəndir yeyirsən indi bu sayaq?" Dedi: "oruc idim, amma bu axşam Təzə ayı görüb, etmişəm bayram" Hiyləsinə o pürfənnin inandı, Bəs mənim bayramım, - dedi, - haçandı? Sənin də bayramın sahibi-tələ Gələndədir, - dedi, - tələsmə hələ. Hər kimsədə ola əqlu fəhmü huş, Bu məsəli eyləməsin fəramuş: Əvvəl gərək suyu yoxlasın möhkəm, Boylayandan sonra soyunsun adəm. Nəinki etməyib fikir, əndişə, Sala canavar tək özünü işə. Həm özünün payın, həm onun payın Tülkü yeyə bidərdisər, arxayın. Təmsillər (Aslan, qurd və çaqqal) Görmüşəm nüsxədə bir türfə misal, Əyyami-sabiqdə bir qurd, bir çaqqal Şiri-cəyan ilə tutmuşdu ülfət, Yedilər, içdilər bir neçə müddət. Təqdiri-qəzadən üç gün, üç gecə Ov keçmədi ələ, oldusa necə. Aqibət, tapdılar səbahə yavuq Bir qoyun, bir quzu, bir də bir tovuq. Ğalib olmuş idi şirə iştəha, Qurda dedi: bölgü sənindi, durma, Təqsim eylə, olaq yeməyə məşğul. Anlamayıb fikrin gürgi-biüsul Dedi ki: ey sərvər, cənabi-bari Öz əlilə göydə bölüb bulari. Qoyun sənin, quzu mənim, çəqqalə Göndərib tovuqu xaliq nəvalə. Giran gəlib bu söz şirin xaşına, Bir tapanca saldı qurdun başına. İki gözü ol biçarə fəqirin, Çıxıb yerə düşdü zərbindən şirin. Ondan sonra üzün tutub çəqqalə Dedi: oldu bölgü sana həvalə. Qismət eylə, məlum olsun əməlin, Eşitmişəm vardır bölgüdə əlin. Çaqqal zərbi-dəsti-şiri görmüşdü, Annamışdı karı, rəyin bilmişdi. Dedi: ata-baba bölgü bizimdi, Sən gedib naəhlə buyurdun indi. Eylə qismət edim ğəniməti mən Ta ruzi qiyamət deyəsən əhsən! O ki, qoyun padşahın naharı, Quzunu saxlarıq axşam iftarı. Toyuq da sabahın qəlyanaltına, Əlbəttə ki, xaliq yetirir yenə. Şir dedi: "afərin sana ey pürfən, Bu bölgünü kimdən öyrənibsən sən? Dedi ki: bilməzdim binadən, başdan, Öyrəndim o gözü çıxan qardaşdan. Böyük əgər deyə gündüzə gecə, De ki, göydə ulduz səyrişir necə! Nisbət verə gər gündüzə gecəni, Söylə ki, yandırır afitab məni. Nəinki cənabi-hacıqulu tək, Xanın bostanının novbarı gəlcək, Üzləyib yaxşısın evə göndərə, Çarıqın çürüyün təhvilə verə. Çubuğa saldıra fəqir rəyəti, Özü yeyib-içib sürə vəhdəti. Bu nə alış veriş, bu nə ticarət? Bu nə haramxorluq, bu nə ziyarət? Elə iş baş verir yoğun qurşaqdan, Həq bilir ki, çıxmaz nadan uşaqdan. Satıbdır gulluhüm dini dünyayə, Bu əhli-Şişədən pənah xudayə. Dəvə və eşşək Görmüşəm nüsxədə bir şərhü bəyan, Yük tutub sabiqən tüccari-İran, Ticarət əzmilə hində gedərdi, Gecə-gündüz dincəlməyib sürərdi. Karvanda bir dəvə, bir də bir eşşək, Lağər düşmüş idi mənim yabım tək Necə ki, qüdrəti var idi getdi, Aqibət işləri bir yerə yetdi, Sağrısına əgər vursan yüz şallaq, Götürməzdi ayaq üstündən ayaq. Sahibləri çulun, alığın soydu, Apara bilməyib, yol üstə qoydu. Ahəstə-ahəstə üftanü xizan, Çəkilib bir səmtə tutdular məkan. Basəfa yer idi, ələfzar idi, Türfə-türfə nəbabatı var idi. Yedilər, içdilər bir neçə müddət, Apardılar ləzzət, sürdülər vəhdət. Xilas olub rənci-bəniadəmdən, Zülmi-peydər-peydən, cövrü sitəmdən, Ol qədər kökəldi hər iki heyvan, Guya ki, hər biri kuhi-Bağrıqan. Sağrısında, yəlpiyində ət qat-qat, Dönübən qaşına bilməzdi,həyhat. Bir gün eşşək dedi: "ey dəvə qardaş, İstərsən savaşma, istərsən savaş, Xatirimə düşüb ahəngi -tazə, Xahişim var qalxam şuri-şahnazə, Həvayi-zövq ilə bir neçə əfrad Oxuyam sövt ilə, hərçi badə-bad". Dəvə dedi: "bu nə sözdür, ay əhməq, Müsəmma imişsən isminə, əlhəqq! Güclən qurtarmışıq rəncü təəbdən, Növi-bəşər eylədiyi ğəzəbdən . Ötüb keçən əgər eşidə səsin, Ol qədər yük çatar, yırtılar Əmanət, əmanət, keç bu sövdadən, Bihudə fikirdən, əbəs binadən". Eyləməyib pəndi-dəvəni qəbul, Qulağın şəkləyib xəri-biüsul, Bir növ anqırmaq qoydu ki, bara, Səsi düşdü səhralara, dağlara İttifaq, yol ilə keçirdi karvan, Eşidib çarvadar dağıldı hər yan. O kolu, bu kolu basıb tapdılar, Sevinə-sevinə minib çapdılar. Hər birinə bir ağır yük çatdılar, Bizləyə-bizləyə köçə qatdılar. Yeddi-səkkiz ayda xamlamışdı xər, Qolları çəng olub qaldı, müxtəsər; Yükünü dəvənin üstə yıxdılar, Yavaş-yavaş yol yuxarı çıxdılar. Yoxuşun başına qalmışdı əndək, Əlini böyrünə saf vurdu eşşək. Dedilər: qoymazıq burda qalsın xər, Aparsaq məbləği-xatirə dəyər. Onu da qoydular dəvə üstünə, Uçurum aşağı sürdülər yenə. Qatlayıb boynunu dedi: "ey həmdəm! Mana səndən yetdi bu zülmu sitəm. Nəsihət eylədim, annadın ğərəz, Dedin: tərki-adət mucibi-mərəz. Dedim ki, anqırma, qalxdın həvayə, Nahaq yerə saldın bizi bəlayə. Əlavə, yükünü aparmadın sən, Barkeş deyildim sənə, qoduq, mən! O da hələ qalsın, quru, boş özün Yol ilə getməyə nə idi sözün? İndi ki, quyruğun basdın ilanın, Canı çıxsın görək altda qalanın. Mənim də könlümə düşübdü tazə Tərənnümə gəlib duram canbazə. Bir zaman təvəkkül təala deyim, Qulağımı qırpıb bir az lökləyim". Dedi: "ey sərxeyli-külli-heyvanat! Eyləmə bu işi heyhat, heyhat! Məsəli-məşhurdur - kiçikdən xəta Baş verib həmişə, böyükdən əta". Dolmuşdu dəvənin qəlbi kin ilə, Var idi kədəri ol bidin ilə Lökləməyin binasını qoyan tək İp, imlıq qırılıb uçqundu eşşək. Dəyib dağa, daşa dağıldı dər-dəm, Gərək ibrət edə bu işdən adəm. Ulular pəndinə baxmaya hər kəs, O kəsdən bilmərrə əlaqəni kəs. Guş etməyən nasehlərin sözünə, Toxunur aqibət bəla özünə. Bir dəxi danışsa hər kim bihəngam, Başı qiylü qaldan qurtarmaz müdam. Var isə kəmalın, söyləmə əfzun, Bu barədə şair yazıb bir məzmun: Kəbk əgər xəndeyi-bica nə zənəd, mən zamin, Ki kiriftar be şəhbaz nə gərdəd hərgiz. Xain yoldaşlar haqqında Bir dəvə, bir ilan, bir də tısbağa Yoldaş olmuşdular mundan sabiqa. Xanəyek müttəfiq, yekdil, yekcəhət, Yox idi arada bir sirri-xəlvət. İkisinin əkli rig ilə torpaq, Dəvənin töməsi giyahu yapraq. Gəzərkən tapdılar bir girdə çörək, Dedilər: aparıb mənzildə yeyək. Nəhayət, ounların kini var idi, Muzi idi çünki hiyləkar idi. Bir-birinə dedi: "bizə nə lazım Kim, belə axmağa olaq mülazim. Həmi yerdən yeyir, həmi həvadən, Yalvarıb bir çörək alaq xudadən, Aparıb onunla üç yerə bölək, Aldadarıq, qalar özmüzə əppək". Muzilər qoydular binayi-möhkəm, Dəvəyə dedilər: "ey yaru həmdəm, Həqqi bu kim, uç gundü binaharıq, Görürsən nə gunə olmuşuq arıq, Tapdığımız həmin bir girdə nandı, Gər üç yerə bölək, haman hamandı. Məsəldir: bir paydan bir kişi doyar, Gər bölünə - ikisin də ac qoyar. Yaxşı odur - bunu yesin birimiz, Dost-düşmənə faş olmasın sirrimiz, Olsun şol yeyənin tabü təvanı, Ara yerdə nahəq çıxmasın canı. Əlbəttə yetirir qasimül-ərzaq, Qoymaz bizi acü susuz qırılaq" Dedi: "nə desəniz mənim sözüm yox, Həq bilir ki, özgə payda gözüm yox. Püşk atsanız əgər, raziyəm püşkə, Qoy düşsün düşəcək hər kimə kişkə". Dedilər: "nə lazım püşk alaq ələ, Şükr olsun xudayə, münsifik hələ. Hər kəs öz yaşını eyləsin izhar, Gördük birimizin artıq sinni var Cahıllar əl çəksin o binəvadən, Nəsibin istəsin bari-xudadən. Şol qocaya olsun ta inki qüvvət, Bəlkə yol bacara bir neçə müddət". Dəvə qaldı labüd laəlac, naçar, Dedi: "özüz bilin, ixtiyarız var". İlan tısbağaya dedi: "ey rəfiq, Əvvəl de, sənindir həm yol, həm təriq".. Dedi: "daş başıma, küllər gözümə, Bavər edən olsa mənim sözümə. Ol xaliqi-yekta həyyü-ləmyəzəl İycadi-adəmə qoyan vəqt əl, On-on beş yaşında hazır idim mən, Bir əcəb məkanda tutmuşdum vətən. Gördüm ki, Adəmə can verdi allah, Mən dedim qurtardım, indi bismillah!" Həqdi, dil-dodağın çeynədi üştür, Saribani-qəza dedi ki, diş dur! Ondan sonra nəvbət yetdi ilanə, Gətirdi sinnini şərhü bəyanə, Dedi: "ey biçarə, uşaq imişsən, Bəs neçün olubsan ha böylə kühən? Ol zaman ki, həyyü qadiri-muxtar İstədi ki, yer-göy ola bərqərar, Adəm harda idi, həvva kim idi? Məlaiki-ərşi-əla kim idi? Bir xaliqin özü, bir mən var idim, İndi belə görmə, bir minar idim. Müruri-zəmanın evi yıxılsın, Mənim kimi xanimanı dağılsın. İndi mari-çubə həmtasiyəm mən, Həq bilir ki, mütləq tanımaz görən". Dəvə zahir edib bir nimxəndə, Dedi: "öz yaşımı deyərəm mən də". Götürüb ağzına yerdən çörəyi, Başladı ahəstə tər göyşəməyi. Dedi: "ey mədəni-hədyanü kəzaf! Bu söz ilə dəvə uşaq imiş saf" Lazımdır şol yerdə bu növ misal Nəsihət eyləsin xəlqə əhli-hal. Özündən böyüyə etsə xəyanət, Ac qalır, etməsin, əlbət, səd əlbət. Bir adam ki, qoya hiylə binası, Aqibət özünə dəyər xətası. Yoldaş yoldaş ilə xədəng nisbət, Düz gərək ta ruzi-həşru qiyamət. Əgər əyri ola dəruni, çün yay, Kirişi qırılıb axır olur zay. Müşküldü nəzm etmək hər belə nəsri, Əfv eyləsin arif gər olsa kəsri. Tülkü və şir Əyyami-sabiqdən edim hekayət, Mustəme olanlar aparsın ləzzət. Çin bəhrində bir cəzirə var idi, Ziyadə basəfa ələfzar idi. Tən edərdi ol behişti-bərinə, Yox idi aləmdə ona qərinə. Tutmuşdu həşərat şol mülki vətən, Turfə canəvərlər salmışdı məskən. Təqdiri-qəzadan bir şir, ittifaq, Gözəl sərzəmini eylədi yataq. Sair heyvanata təng oldu məaş, İçlərinə düşdü aşubü pərxaş. Gündə üçün, dördün qovub tutardı, Yeyib, gəlib öz yerində yatardı Yığılıb bir yerə oldu fərahəm Cəzirədə nə var isə bişü kəm. Binayi-məşvərət etdilər ağaz, Axırda tutdular bu sözü mümtaz: "Bizdə yox onunla qüdrəti-cədəl, Ya gərəkdir çəkək bu vətəndən əl, Ya qoyaq onunla binayi-saziş, Dolanıb arxayın, edək güzariş. Pərişan olmasın, barı sağımız, Yüyürməkdən saf əridi yağımız". Çox keçdi arada dəlil, dəlail, Küllühüm bu əmrə oldular qail. Tülküyə dedilər: "ey yari-pürfən! Bu təklifi bizdən qəbul eylə sən. Çünki onlar ilə başdan, binadan Birevli kimisiz ata-babadan. Düşəndə eylərlər sizə məsləhət, Xahi aşikara, xahi də xəlvət. Dur bu gün varid ol hüzuri-şirə, Rəhmin gəlsin binəvayə, fəqirə. De ki, ey sərhəngi-külli-dirrəndə! İnsafü mürüvvət yoxdurmu səndə? Güzarın düşübdür bizim vətənə, Cannisarıq həmə, həq bilir, sənə. Var xəlfəyə təəllüqü Bağdadın, Neçin yamanlığa çəkilsin adın? Sülhü səlah ilə düzələ bir kar, Bu qəhrü ğəzəbin nə surəti var? Kimdir səndən edə müzayiqə can, Keç bu mərhələdən, aman, əl'aman! Nə layiqdir sənin kimi sərvərə, Bais ola belə nahaq işlərə; Yol kəsə dəmbədəm həramilər tək, Vura, tuta, yıxa müxlisin görçək. Şah istəsə olsun rəiyyət abad, Gərək aralıqda bir qərardad. Sən ağa, biz sənə bəndeyi-fərman, Zilli-himayətdə qoy gəzək hər yan. Dəhyeki-divanə nədir sözümüz, Bu yolları yaxşı billik özümüz. İtaət etməsə malikə məmluk, Olmaz aralıqda təriqi-süluk. Gündə bir çarpa eylərik irsal, Yeyərsən, yatarsan bicürmü vəbal". Göftü şeno ta ki, yetdi payanə, Görək tülkü nə gətirdi bəhanə! Dedi: "əsirgəməm bir qaşıq qanı, Vəli laf uranlar gen gündə, hanı? Xırsi-qəviheykəl, xuki-pürğürur, Gürgi-şikarəfkən, çəqqali-məğrur. Yaxşı gündə mənəm-mənəm deyənlər, Ovu göydə alıb, göydə yeyənlər. Seyd edən zamanda salmazlar yada, Deməzlər bir parça verək ona da. Yaman gündə tamam durub kənara, İstər bir fənn ilə özun qurtara. Məni qətlgahə eylərlər rəvan, Mən rubahi-aciz, o şiri-cəyan. Əgər bir pəmbəçə vura sərimə, . Xürdü xəmir olub dollam dərimə. Dinəndə deyirsiz əhli-tədbirik, Məsəldir: güclüyə nə dözər çürük. Göndərin laəqəl mərdi-hünərvər, Yetirsin ərziniz, gətirsin xəbər". Yerbəyer dedilər: "ey tülkü qardaş, Bu sözü söyləməz əcamir, ovbaş. Küllühüm aləmi tuta qiylü qal, Heç adətdə yoxdur elçiyə zəval. El namusu elə düşər, əzizim, Yaman yerə yetib işimiz bizim. Doğrudur, gen gündə biz laf urarıq, Gərdən çəkib, yal qabardıb durarıq; Hanı bizdə şöylə adabü ədəb, Təqrirati-məlih ləfzi-müntəxəb; Böyük hüzurunda deyək, danışaq, Kürəyə düşməyən olmaz yumuşaq Bir ağaca çəkilməyə ta törpü, Nə dər olur, nə dərvazə, nə körpü. O ki, sənsən - hər elmdə mahirsən, Fəhmü fərasətdə xəlqə zahirsən. Yüz kari-müşkülə gər qoyasan əl, Göz yumub açınca səyin eylər həll. Xidmətində eyləmişik təğafül, Əfv eylə cürmümüz, ey piri-aqil! Hörmətin lazımdır bizlərə, əmma Axtarma keçəni, "məza ma məza". Əgər ki, olmasa səndən bir çarə, Gərəkdir vətəndən olaq avarə". Söylədilər əfzun, dedilər bihədd, Tülkü eyləməyib iltiması rədd, Yola düşüb getdi badi-sərsər tək, Təbəssüm eylədi şir onu görcək. Çün özü bu əmrə minnətkar idi, Baş tutdu, dərzaman meyli var idi. Qayıdıb yetirdi xəlqə bəşarət: İndən belə dəxi gəzin fərağət. Bəs ki, hasil oldu bu müddəalər, Eylədilər şahə xeyrü dualər. Hər firqədən gündə bir fərbeh davar Göndərdilər, həm şam ola, həm nahar. Bu hal ilə dolandılar bir muddət, Ta inki tülküyə yetişdi növbət İlk axşamdan çavuş eylədi izhar Kim: "rəsəd sizindir, olun xəbərdar. Göndərin gecədən bir rübahi-çağ, Məbada ki, əmir ola bidamağ". Var idi bir qürfən kədxudaləri, Çox yola salmışdı belə işləri. Əshabü əqranın yığıb səmtinə, Dedi: "bu keyfiyyət ar gəlir mənə; Bizim hiyləmizdən çərxi-kəcrəftar Gecə-gündüz daim ölüm arzular. Vəhmü hərasından afitabü mah Çəkir üzlərinə pərdeyi-siyah. Əksimizi görsə suda divü dəd, İlim-ilim itər ta ruzi-əbəd. Yarım saat əgər bizi görsə ac, Özün kola soxar qırqovul, turac. Hər məkrdə ola ictihadımız, İndi ara yerdə itə adımız. Həq bilir, deyiləm mən ziyanlıqdan, Ölüm yeydir belə zindəganlıqdan; Əbəs-əbəs gələ bir şiri-həpənd, Dövləti-qədimə yetirə gəzənd. Bu əmrin olmasa bizdə çarəsi, Sağalmaz ölüncə bilin yarəsi". Dedilər ki, ey sərxeyli-əqrəba, Xaliq edib səni bizə kədxuda. Olmasaydı səndə fəhmü fərasət, Bir məlcəü məva tapardıq, əlbət. İxtiyar sənindi, səlah sənindi, Nə isə, tədbirin işə sal indi. Kədxuda üstünə karı yıxdılar, Sözlərin danışıb, tez dızıxdılar. Sübhədən yatmayıb qoca kədxuda, Bəstəri-fikrdə çevrindi ol, ta Səhər oldu, ay gizləndi, gün doğdu, Ol qədər atının cilovun boğdu, Keçdi şirin naharının zamanı, Kəsildi açından tabü təvanı. Ahəstə-ahəstə üftanü xiyzan Yetişib hüzura çəkdi əlaman. Dedi: "ey sərvəri-külli cəzirə, Rəhmin gəlsin binəvayə, fəqirə. Bir ölkənin olmaz iki sərdarı, Lazımdır ki, sən çəkəsən bu arı; Gətirirdim sizə bir fəhbeh şikar, Ərzi-rəhdə oldum bir şirə düçar. Bunca dedim, töməsidir əmirin, Həddi nədir olsun hər yetən şirin? Pəndü nəsihətə olmayıb qail, Göndərdi bir neçə föhşü latail. Zor ilə şikarı əlimdən aldı, Özümə də bir yol pəmpəçə saldı. Koldan-kola qaçıb gəlmişəm naçar, Mundan sonra dəxi ixtiyarın var". Bir tərəfdən aclıq, bir yandan söyüş, Şir özün itirib, getdi əqlü huş. Halü təbiətdən çıxdı bir babət, Sözün axırına verməyib fürsət, Yola düşüb dedi: "dayanma, zinhar, O yer ki, görübsən, məni tez apar!" Sabiqən görmüşdü bir çahi-pürab, Fil düşsə olurdu mədumü nayab. Çəkə-çəkə getdi quyu səmtinə, Dübarə başladı təzərrö yenə. Dedi: "yaxınlaşıb şirin məkanı, Məndə yoxdur dəxi getmək imkanı. Məgər ki, alasan püşti-sərinə, Görən dəmdə tullayasan girinə, Edəsən onunla cənki-sultanı, Mən olam nüsrətin mədihəxanı". Əhməq ol pürfəni alıb dalına, Hər kimin əqli var xoşa halına! Quyu kənarına ta kim, yetişdi, Nəzəri özünün əksinə düşdi. Eylə sandı şiri-peykardır bu, Sıçradı üstünə bivəhmü qayğu. Tülkü özün atmış idi kənarə, Qərqi-fəna oldu dər-dəm biçarə Hiylə ilə xəlqi eylədi azad, Qayıtdı mənzilə xürrəmü dilşad. Çoxdur yolu bu məsəlin dünyadə, Mən özüm görmüşəm həddən ziyadə. Biri o kim, hər kəs xəlqə zülm edər, Aqibət ədl ilə fənayə gedər. Biri o kim, hakimani-bitədbir Çahi-intiqama ğərq olur çün şir. Biri o kim, biməsləhət, biəndiş Bu dari-dünyadə düzəlməz heç iş. Biri o kim, sanma düşməni həqir, Eylər səni axır bəlayə əsir. Xətadır dolanmaq, xülasə-kəlam, Xətm oldu hekayət, baqi vəssəlam! Hüseyn bəyi həcv Var mülki-Qarabağda çox dun kepək oğlu, Haşa kim, ola bir belə məlun köpək oğlu! Sən sənki-cəfabirlə mənim könlümü yıxdın, Yıxsın evini qadiri-biçun, köpək oğlu! Yox səndə məgər şərmü həya, bir kəsə eylər Bu zülmü nə həccacü nə Məmun köpək oğlu! Munca nədi kim, dinini dünyayə satırsan?! Yığdı o qədər neylədi Qarun köpək oğlu! Bir dərdə salıbsan ki, məni çarə tapılmaz, Hərgah gələ Loğmanü Fəlatun, köpək oğlu! Eşşəkdən at olmaz, çulunu eyləyəsən gər Ya tirməvü ya ətləsi-gülgun, köpək oğlu! Əfali-bədin qıldı Qarabağı müləvvəs, Pak etməz onu lücceyi-Ceyhun, köpək oğlu! Hərçənd müsəlmandı adın, yaxşıdı səndən Taətdə Mıkırdış ilə Ərtun, köpək oğlu! Kimdir o çörəksiz qapına şad gəlib, axşam Qayıtmaya dilxəstəvü məhzun, köpək oğlu! Üftadələrin dəstini tut ta nəfəsin var, Həmvarə dolanmaz belə gərdun, köpək oğlu! Hər kim tanıdı, tapdı səni, oldu peşiman, Bir mən deyiləm beylə cigərxun, köpək oğlu! Kimin evinə düşsə sənin məqdəmi-şumün, Yeydir ki, düşə zəlzələ, taun, köpək oğlu! Hər bəndini bir kəsdən alıb madərin, oldur Səndən görünür kari-digərgun, köpək oğlu!,,. Bir acı xiyarca mana iş görmədin əsla, Dursun gözünə yük-yük o qavun, köpək oğlu! Dörd yük sarı buğda keçən il vurdu qatırçın, Yolda üyünüb getdi sizə un, köpək oğlu! Dünya işi əql ilə deyil, talei-meymun Çəkmiş nə yerə gör səni, meymun köpək oğlu! Diyanbəyiləri həcv Səndən ayrılandan sonra, Nəsir bəg! İstədim qayıram bir nəzmi-göyçək. Cövlanə kətirəm təb tövsənin, Seyr edəm meydanın uzunun, enin. Çəkiləm bir küncə, əlimdə qələm, Divanbəgilərə bir həcv deyəm. Deyəm: bu ehmalın nədir səbəbi? Neçün işlədirsiz bu büləcəbi? And veribdir sizə Sərdari-vala, Gərəkdir ki, etməyəsiz heç riya. Bir kəsin bir kəsdə gər həqqi ola, Yetirib həqqinə, tez salın yola. Çünki nə muddətdi ərzə vermişəm, Yüz dəfə özüm də ərz eyləmişəm. Sən də ki, dönübsən Əmiraslana, Çıxmazsan oradan dəxi bir yana. Gecədəndən bir zabuska yeyərsən, Gəlib axşamadan dərdin deyərsən. Mənim tək dərdinə olmaz bir çarə, Axşam yenə qayıdarsan biçarə. Qərəz, həcvin qoymuş idim binasın, Qatam bir-birinə ədna-əlasın; Bu barədə deyəm bir həcvi-məlih, Tamamını qılam vaqifi-qəbih. Əsnayi-süxəndə oldum xəbərdar Kim, bu təğafuldə özgə cəhət var; Təqazayi-sevda yadıma düşdü, Əlaməti-qövğa yadıma düşdü. Bildim ki, görən kəs o çeşmi-məsti, Həlqeyi-zülfünün olur pabəsti. Dami-geysulərə kiriftar olur, Kəsilib taqəti biqərar olur; Mənzumi-mücəyə eyləsə nigah, Nizamdən düşər səfi-padişah. O işvəvü o ğəmzəyi-bibədəl, Əlbəttə ki, qatar divanə xələl. Turreyi-mişkinin olan əsiri, Harda görsə sərkub edər Nəsiri. Valeh olan kimsə qaşları yayə, Qasimin qismətin atar dəryayə. Mundan imiş belə təğafuli-kar, Zahirən ərzəmiz on ildə yatar; Nə məlahət kanı işvədən düşər, Bizim kimilərin nə işi aşar. Sən də dəxi eylə bu üzri qəbul, Divanbəyilərdən heç olma məlul! Qəzəli - münasib Pabəstə görən zülfü pərişan necə olmaz? İstər ola dizanbəyi divanəcə olmaz. Rəsmi-rəvişi-çərx budur, Müştəri, Bəhram Bürci-Şərəf içrə məhi-tabanəcə olmaz. Hərçənd Məsihin yeridir ,ərşi-müəlla, Heyran belə bir afəti-dövranəcə olmaz. İyman evidir kəbeyi-kuyi o nigarın, Məmmədqulunun rəğbəti iymanəcə olmaz. Patəxti-hükumətdə otursun yüz Ağa bəy, Möhtac o Bilqeysə Süleyman necə olmaz? Bəzm içrə diləfruz ola gər şəmi-cəmali, Bu əsr cəmali ona pərvanəcə olmaz. Gər çeşmi-xum-arın görə dilmanc Nəsir bəy, Dili dutulub valehü məstanəcə olmaz. Müxtəlif şerlər Bu zülmü insana eyləməz insan, Saf cana yetişdik aman, əlaman! Bir neçə laməzhəb, adı müsəlman Mürtədu məluni görən canımız! Gəldi, getdi, heyif, əmiri-nəcib, Feyzi-nəzərindən olduq binəsib; Necə qəbul eylər naəhl təbib, Haziq Ərəstuni görən canımız! Lazımdır ki, edək belə qonağa Ellik ilə malü mülkü sadağa; Özgə əmir ilə tutmaz əlaqə Ta doyunca muni görən canımız! Ədalətli, mürüvvətli canişin, Təqyəmiz onadır küllühüm həmin, Sənaxandır ona ta ruzi-pəsin, Xəlqə rəhnümuni görən canımız! Məlcəi-füqqfə; məməni-zəlil, Hamiyi-züəfa, mürşüdi-dəlil, Kərəmi abi-Kür, ətası Edil, Səxası Ceyhuni görən canımız!*/ /*Könül, baxa-baxa rüxi-ziybayə Gözündə qüvvəti-bəsər qalmamış. Gözəl sevən gərək dözə cəfayə, Qocalıbsan, səndə hünər qalmamış. Nə dizdə taqət var, nə təndə təvan, Alıbdır sinəni rənci-xəfəqan, Bərgi-yasəmən tək dağılıb dəndan, Xəzanədə dürrü gühər qalmamış. "Dal"ə denüb "əlif" qəddin bükülmüş, Çöhreyi-alından ziya çəkilmiş, Tündbadi-həvadisdən tökülmüş, Nəxli-müddəadə səmər qalmamış Götürülüb vəhdət, tərk olub səfa, İfrata yetibdir cövr ilə cəfa; Deyirlər, sabiqdə var imiş vəfa, İndi dəxi ondan əsər qalmamış. Bu aləm məhəlli-iqamət deyil, Yola düş vəqt ikən, etmə təğafül; Sövdayi-bazari-dəhrdə, ey dil, Sivayi-nöqsanü zərər qalmamış. Mərdümi-zəmanə yeksərü yekca, Olub kizbü təqəllübə mübtələ; Aşinayə yalan satar aşina, Heç kimsədə doğru xəbər qalmamış, Pozulub sərasər bünyadi-ülfət, Bağlanıb hər yandan rahi-məhəbbət; Məşuqun hüsnundə nəşəyi-behcət, Aşiqin ahında şərər qalmamış Özgə əyyam idi əyyami-dirin, Tapmaq olmaz indi oların birin; Hanı Əzra, hanı Leyla vü Şirin, Bir vəfalı məddi-nəzər qalmamış. Yoxdu rahi-nicat bizlərə əsla Ənqərib olmasa zühuri-mövla. Mehri-şəriətdə, nə deyim, aya, Pərtəvi-bəşarət məgər qalmamış? Ömür başa yetdi bir saat, bir dəm, Bu dövri-fanidə olmadıq xürrəm; Girdabi-bəlayə ğərqdir aləm, Bir canibə rahi-güzər qalmamış. Ya şəfi-müziib, ya əffi-günah, Ğərqi-məsiyətdir Zakiri-gümrah, Əmələ ümid yox, taətə pənah, Sizdən özgə bir çarəgər qalmamış. Üsuli və Şeyxi təriqət mollaların həcvi Neçələr silsileyi-təbimə təhrik verir, Rişteyi-nəzmə çəkəm yəni duri-ğəltani. Budu xahişləri kim, baxmayıb ağu bozuna, Eləyim həcv tamam bayu gədavu xani. Neyləyim, mən qarışıb ....... bir şəkl ilə, Pak qılmaz anı kər bağlayasan dəryani. Verməsəm vusət əgər nəzmə, olur namərqub, Eləsəm cumləsini şərh, duşər tulani. Çarə oldur ki, yenə hər biridən bir şəmmə Söyləyib ta ki, qılam həcv Əmiraslani. Çünki ol fasiqü facir kimi həcvə layiq Tapmaq olmaz, gəzəsən Gənçə, Şəki, Şirvani. Qalsın, axırda onunla olunur xətmi-kəlam, Fəsli-əvvəl danışaq məzləmeyi-mollani. Ah, bu müftəxorun dad əlindən, səd dad! Ki, salıblar necə gör məmləkətə qovğani. Hərcu mərc eylədilər məzhəbi-isna-əşəri, Etdilər ziru zəbər bargəhi-iymani Hər əlif-ba oxuyan adını ruhani qoyub, Bilməz öz əbcədini, ruha çəkər suhani. Alimü fazilü ustad, müridü mürşid, Nə qədər ki, görəsən dövrdə sərgərdani. Həmə qovğaləri bəhri-dirəmü əqmişədir, Həmə təqvaləri şali-əməli-Kirmani. Vermərəm mən oların taəti-bibəhrəsinə, Tarı şahiddir özü, məsiyəti-düzdani. Yenə filcümlə üsul ilə Üsuli danışır, O ki, Şeyxi saf elə dibdən urar baltani. Etməyib şərmü həya göz görə Əbdüllahə Elər isbat sərasər sifəti-sübhani. Bişü kəm xaliqü məxluqdə bir fərq gərək, Eləsən nik nəzər - bunda təfavüt hani? Bir quru ismdən özgə dəxi həqqə nə qalır, Lənət olsun sana, ey münkiri-həqq ruhani! Bəs deyilmi olalar vasiteyi-külli-vücud, Bəs deyil məzhəri-feyzü kərəmi-rəbbani? Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat, Bəs deyilmi səbəbi-fəthi-dəri-rizvani? Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik, Biz imami, necə kim, ermənilər İsani. İki tarı yenə mümkündü süluk eyləyələr, Gərək on dörd yerə bunlar bölələr dünyani. Qasimi-rizq demək gər bu isə, şamü səhər Şiri-yəzdan götürüb dəstinə paylar nani. Bu dəni rütbə nə layiq o şəhi-kovneynə, Haşa-lillah götürə mənsəbi-fərraşani, Yoxsa qəsdin budu ki, ruzirəsan onlardır, Sifəti-sanei müşküldü tapa insani. Yoxdu bir ruzirəsan bari-xudadən ğeyri, Odu murü mələxə rizq verən asani. Mahiyi-bəhrə qılır qətreyi-barani ğiza, Seyd edir bipərü balə məkəsi-pərrani. Müşrikü mürtədü mərdudü nəsaravü yəhud, Vəqfdir cümləyə xani-kərəmü ehsani, Doğrudur, raziqü mühyiyyü mümitdən ğeyri Hər sifət kim, deyələr var sifəti-imkani. Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah, Bir xəyal eylə ki, kimdir dediyin böhtani! Gedəcək duxəzə, bişübhə, o mevla həqqi, Xaliqi-movtü həyat kim bilə ol mövlani. Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril Batinindən gətirir zahirinə qurani Belə gər olsa, cəmii-şüəra mürsəldir Ki, yazıb hər biri bir cild, iki cild inşani. Onların da yenə vardır neçə ülül-əzmi Ənvəri Sə'diyu Cami dəxi həm Xaqani. Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın, Ümmətim Tanyaqü Külqışlaqü Xızrıstani. Tutuban rahi-digər xarici olmaq yeydir, Bu isə tövrü təriqü rəhi-müslimani. Bilməzəm hiç nə vəch ilə bu laməzhəblər Bəhs edirlər ki, mükəlləfdi qamu əşyani. Əqldir rəhbəri-nikü bədü həqqü batil, Şeyə ki, verməyib ani, necə tapsın ani? Tifl ta baliğ olunca ona yoxdur təklif, Nə dəlil ilə mükəlləf biləsən heyvani?! Gəllədən gər xəbər alsan ki, de, rəbbin kimdir, Göstərər ciddü yəqin ilə sana çubani. Bəndəsindən nə təvəqqö elə rəbbin ki, özü Xəri-barikəşi-biçarəsinə………… Küfrdür qabili-təsbihi-təala bilmək, Fəzleyi-xəlqi yeyən saqsağanı, qarğani. Aşiqin taəti məşuqə səzavar gərək, Bixirədlər nə bilir rəsmü rəhi-fərmani? Belə məhbubə ki, əhbabdə yox tabü təvan, Qoymaz ortayə onunla rəvişi-peymani. Zihəyata, tutalım, cəhl ilə isbat etdin, Var oların da dedin hissü şüurü cani. Elə insaf, nəbatat, cəmadat, gözüm, Kim inanır ki, tapa mərifəti-yəzdani? Cümləsin bari-xuda növi-bəşərdən ötrü Xəlq edib, hər biri bir dərdin ola dərmani, İns ilə cinnədi təklifi-xudavəndi-cəlil, Üləma, eylə ki, təfsir qılır fürqani. Bu nə qovğa, bu nə kavuş, məgər görməmisən Oxunan vəqtdə sən surəyi-Ərrəhmani? Şeyxi şəyyaddi hərçənd, üsulidə də həm Yoxdu bir mu qədəri mərfəti-insani. Cümlə bədkarü dilazarü mühilü kəzzab, Cümlə bidinü süxənçinü şərarət kani. Əllərində hamının səbheyi-səddanələri, Dillərində hamının şamü səhər yalani, Bilə ya bilməyə bir yaxşı ziyafət eylə, Sal samavarə odu, dövrə gətir fincani. Bir içim çay ilə yüz şahidi-bidin tapılır, Necə kim, Əli bəyin çıxdı göyə əfqani Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin, Der imiş mən hamıdan yaxşı eşitdim ani. Yeddi gündən sora bir şəxs Dızaqdan yetişib, Qaziyi-şəhr yazıbdır biri də filani. Eşidiblər ki, olur şahidi-şiə məqbul, Bağlayıb uzun hüseynəli dəri-dükkani. Həzrəti-qaziyə yanındakı Ağa Novruz Eyləyib hər biri bir tərz münasibxani. Biri bəqqali-bədəfalü kəlambazü füzul, Biri əhli-zələmə zadeyi-Şəkkərbani. Belə şahidlər ilə hər kəsə deyn olsa sübut, Kişi neylər dəxi rəncü təəbi-kimyani? Hər kimin var isə həmmami edər qərzin əda, Bari bizlər kimiyə atmayalar behtani. Tümən oğlu Nuru netsin ona, ya özgə vəkil, Əhli-Təbriz təfənnündə ……… şeytani. Yox məzəmmət yeri bu babdə hərgiz Əlidə, Rindi-şəhr ola özü əsli ola Məmqani. Hər nə oldisə ona qazidən oldu, əlhəq, Var idi çünki onunla kədəri-pünhani. Pəmbeyi-eyşini verdi yelə ol bədbəxtin, Saldı bir dərdə ki, heç nüsxədə yox dərmani Yazdı biməksü təvəqqüf iki saətdə həmin Surəti-şəri həzarü du sədü tumani. Şərtdir şər hüzurunda rəhü rəsmi-ədəb, Nə ki, sərkub oluna bir tərəfin əqrani. Molla, nə molla, əsiri-şikəmi-əndər-piç, Qazi, nə qazi ki, siyr olmaz içə ümmani. Filhəqiqə, mən onun müxlisi-dirinəsiyəm, Leyk doğru deməyin şərdə yox isyani. Doğruluq qalmayıb əsla bu fəna aləmdə, Sərnigun ola, görüm, beylə yaman dövrani. İstər idim dəxi də nəzmə verim tul, vəli, Dil dedi: "ömr keçib, qət elə bu hədyani". Əmir Əslanə gərək dəftəri-digər yazıla, Çünki ol bədəməlin ğeyr gərək dastani. Yaxşı həcv eylər idi bu dəmin adəmlərini Sağ gər olsa idi indi ol İbni-Cani. Rişteyi-təbimə yox tab verən, çərx əfsus Eləyib xak ilə yeksan qədi-Babani! Getdi həmdərdlərim, bisərü saman qaldım, Bu ribati-kühənin yoxdu sərü samani. Dəmi-rehlətdi, kenül, bari-iqamət açma, Mizban xar tutar dir köçən mehmani. Keçdi həzyan ilə övqat bağışla, yarəb, Bə-həqi-ali-Əli cürmi-məni-pirani. Nəçidir maliki-rizvan üzünə açmaya dər, Ola hər kimsənənin əldə onun fərmani. Zakiri-rusiyəhəm, gərçi günahım çoxdur, Var dəstimdə, vəli, Ali-Nəbi damani. Zəmanənin tənqidi Ey xudavəndi-cəhan, aləmi-əsrari-xəfi, Bu nə kavuşü nə qovğavü nə cəngü nə cədəl? Xəlqi-aləm həmə bədkarü dilazarü bəxil, Nəsli-adəm həmə bədtinətü pürməkrü dəqəl. Əsr bir əsrdi kim, gürbə verir şirə təkan, Dövr bir dövrdü kim, gürgə edər həmlə həməl. Eybinə yox mütənəbbeh olan adəm, hərgiz, Çarə oldur ki, bu əhvalə yenə gəzdirəm əl. Münşii-təbə səzavari-süxən kimdi, - dedim, Söylədi: məzləmeyi-mollanı yazmaq əfzəl. Ruzü şəb mədrəsədə ğeybətü böhtanü düruğ, Müttəsil məhkəmədə söhbətü əşarü ğəzəl. Üləma talibi-arayişi-ətfalü əyal, Füqəha rağibi-zinü nəmədü əsbü kütəl. Azışıb gör necə ol jindəqəba mollalər, Bəhri-puşak zənə imdi bəyənməz məxməl. Tən edər ətləsi-gərdunə sərapərdələri, Buriya görməz idi xanələri mundan əzəl. Cəm edib hər biri bir müft xəvaninlər tək Bir kapal at, içi leyk çoxu sarı təpəl. Ol ki, doşabə məkəsvar urardı özunü, Haliya təlx edər ovqatimi, ver şəhdi-əsəl. Al, yaşıl, zərdü siyəh, düxtəri-diba mövcud, Yoxdu bir kəsrü kəmi heç birinin ğeyr əz əməl. Alimi-biəmələ pəndü nəsihət netsin, Muryanə yesə pirahəni tutmaz seyqəl. Xah bəd, xah niku, xaliqi bilsin, bizə nə, Biçər öz əkdiyini hər kişi həngami-məhəl. Yol gedər molla ğəmi kari-vilayat hələ, Neçə ildən bəri bir növ olubdur müxtəl. Gələ gər Həzrəti-Sahib deyə yüz vəzü dəlil, Yox gümanım ki, qəbul eyləyə işlər feysəl. Aparıb oğru payızdan bəri Xızrıstandan ; On öküz, doqquz inək, yeddi camış, dörd-beş kəl. Mən ki, peyğəmbəri-namürsəliyəm bu xəlqin, Şümr tək qanın içər gəlsə Nəbiyyi-Mürsəl. Rəsmdi bundan əzəl - düzd gəzərdi gizlin, İndi mal sahibinə der ki: "gedək murova, gəl!". Tutasan otuz iki at başı iyirmi-dörddə, Göstərir arizinə……………. zasdatəl. Nəçidi məmləkəti çala, çapa dana-doluq, Əhli-divan ona hərgah desə kim, dincəl. Qarabağdan, tarı şahiddi, bu il Zərdabə Sağ başın tükü sanı at-mal aparıbdı keçəl. Özgə yer mərdümu haşa gəzə bilsin kolda, Aləm-aşkar özümüzdəndi təmamən əngəl. Çarpa oğrusunun səhldi əncami yenə, Mərdümi-şəhr kimi görsə deyər: "bircə çöməl". Elə ki, bənd elədi………, allahə pənah, And içər hər kəsə yüz gəz ələ alıb heykəl. Şöhreyi-şəhr idi taətdə Əbazər, Miqdad, Qıl nəzər Şişə bazarında nədir gör ki, əməl. Sürçüdür arşını fərzəidi-nəhan əhyana, Muştəri görsə açar başına yüz qalü məqəl. Nə bir anlar şərəfi-and təvafi-Kəbə, Həmə kəcbəhs, dilazar, xətadidə dəğəl. Küllühüm zahiri xoş, batini bəd, qəlbi qara, Şalı əlvan,donu rəngin, saçı, saqqalı gözəl. Yaza bilməz oların eybini ta ruzi-əbəd, Abi-Ceyhun -- murəkkəb, qələm olsa -- cəngəl. Yetdi növbət ümərayə, işim oldu müşkül, Ehtiyat eyləməsəm müşkülu eylərdim həll. Tutmayıb pəndi-xirədmənd, məni damə salır, Bu kəsilmiş dilə, hərçənd, deyirlər dincəl. Neyləsin dil, necə qan ağlamasın gözlərimiz, Hakimi-şəhr ola hər həftədə bir müstəməl. Nə gəlir durquza, nə öldürüb azad qıla, Yetimi, bil, qoyacaq halı pərişan, mətəl. Yazıq ol kim, düşə kari dəri-mücməlkarə, Nə qədər var həyatın, deyəcəkdir: "Get, gəl". Necə kim, verməmisən seyri-qəmərdən razi, Eylə ki, aldığını aldı zühəl tək tənbəl Bazigərlikdə əcaib yədi-beyzaləri var, Etməmiş mat, iki tir vurar əl-ba-əl. Gəzəsən aləmi haşa tapıla bunlar tək, Özləri bisərü pa, işləri cümlə təl-təl. Ey şəhənşahi-ümurati-cahan, eylə zühur, Ənqəribdir yetişə şnşeyi-namusə xələl Bəs ki, kəc başını tutmuş fələki-süflənəvaz, Qorxum oldur, sata əlayə təhəkküm-əsfəl. Belə ki, rövnəqi-nəzmi pozulubdur xəlqin, Sağ əli başıma, xub getdi Camal, Adıgözəl. Dərd çox, bar giran, qövrə yetən yox, ya rəb, Bizlərə səbr əta eylə və yainki əçəl. Həçvu hədyan ilə övqat keçirdin, Zakir, Qorx o gündən olasan ta bəəbəd zərbi-məsəl. Vəsfi - hal Yaran, mənimlə baziyi-çərxi-xərifə bax! Mən natəvanə eylə nəzarə, hərifə bax! Dərdü ğəmi-fəraqı töküb yeksər üstümə, Bari-giranı gör, məni-pirü zəifə bax! Yetmiş yaşında der mana inkari-eşq qıl, Ol bihəyadən üz verən əmri-xəfifə bax! Yandırdı cismü canımı ol nari-qəhrinə, Əxlaqı zişt, tərzü ədası kəsifə bax! Verdi təmam ğarətə bir kəndi bigünah, Əhlü əyalə qalmadı bir zərrə cifə, bax! Yaxşı yerin yaman tutar - ayini-dəhrdir, Olmuş cəmi-ali-Xəlilə xəlifə, bax! Bir nəfs qalmayıb ona bir niş vurmasın, İstər sala gədalığa fitə, qədifə, bax! Doyrana gər yolun duşə, ğeyrət gözün açıb, Tiği-sitəmlə qanə bələnmiş zəifə bax! Diki-dəruni kureyi-"həl min məzid"dir, Məndən betər əlilü zəlilü nəhifə bax! Qurtar üzündən əhli-Qərabağın, ey könül! Get sorzəmini-Bakidə bir qədr keyfə bax! Səngi-sitəmdən olmadın eymən bu Şişədə, Eylə səfər Şamaxiyə, şəhri-lətifə bax! Qəvvasi-təb bəhri-bəla içrə ğərq ikən, Şorhi-ğəmi-dirazəvü kutəh rədifə bax! Olsa həyat baqi, gələr dalı dəmbədəm, Yazdım bu babdə bir əcaib lətifə, bax! Zakir kəsib əlaqə qamu zihəyatdən, Ol həyyü layəmutdən istə vəzifə, bax! Maddeyi tarix Yatmış idim, geçə röyada məni tutdu köpək, O qədər keçmədi ki, görduyüm oldu gerçək. Yıxdı, bərbad elədi çün bizi ol xanə-xərab, Sali-bidadına fərz oldu mana nəzm demək. Nami…………………..sərbəsər etdim ədad, Düşdü tarix həmana "tərxan mrof sək" Cananə üçündü zindəganlıq, Cananəsiz ömrdü ziyanlıq, Öldürdün o mehribani, ey çərx, Öldür məni, eylə mehribanlıq. Üç ildən əfzundur iki fərzəndim Sürülüb ğürbətə, dağılıb kəndim Piranəsərlikdə həvadən endim, Necə ola edəm seyri-gülüstan? Bərdə xərabələri O viladə bir mehriban görmədim, Gəlmişəm indi də mehriban gəzim; Seyr eyləyim tamam Tərtərbasanı, Varmı aşiqinə can qıyan gəzim. Tülək tərlan ovlağıydı bu yerlər, Bərdə torpağına eyləyim güzər. Görüm qalıbdırmı Şirindən əsər, Baxım hər tərəfə nigaran gəzim. Xosrovi-Pərvizin şənü şövkətin, Fərhadın ələmü ğəmü möhnətin, Şapurun çəkdiyi nəqşü surətin Arayıb, axtarıb hər zaman gəzim. Dolanıb sərasər çarsu bazarı, Gətirim nəzərə səmti-minarı, Görsəm, xəbər alım bülbüli-zarı, Necoldu ol gülü gülüstan, gəzim. Deyim hanı munda gəzən gözəllər? Teyhuli meşələr, sonalı göllər? Çayın kənarında tikilən ellər? Yoxdu heç birindən bir nişan, gəzim. Ol baş-başa verən sərvi-rənalər, Hər guşədən gələn sövtü sədalər, Zərrin piyalələr, meyi-səhbalər, Gərdişi-badeyi-ərğüvan gəzim. Adətü qanunun o diyarın mən Görmüşəm, yazıblar xeyli müstəhsən; Bayram gecələri ta ki, sübhədən Neçə həmdəm ilə çirağan gəzim. Əmirzadələr yeyib nəharı, Yenə çapışırmı Xənəgə sarı? Boynu qəlladəli səgi-şikarı Gəmişirmi seydə süvaran, gəzim. Bundan əzzəlki tək o viranədə, Küşti tutulurmu asitanədə? Çillədə əsrimiş, şütürxanədə Qızmış dəvələri görüb yan gəzim. Aşiqə söylürmü qasid ənqərib, Ğəm yemə, dilrüba sənədir nəsib? Zimistan qeydindən çıxan əndəlib, Axtarırmı təzə aşiyan, gəzim. Cəvahirfiruşlar satırmı gövhər? Xublar yaraşığı görürmü zərgər? Karvansəralərdə tacir, qələndər, Necə keçir şami-ğəriban, gəzim. Gecə-gündüz daim, banki-cərəsdən Qulaq tutulurmu sədavü səsdən? Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən Gəlirmi mətai-bipayan, gəzin. Sayeyi-sərvdə məcməi-xuban Yenə əyləşirmi xoşdidü xəndan? Yoxsa ki, onlara saqiyi-dövran İçiribdir mey yerinə qan, gəzim. Nazəninlər ta tülui-afitab Oturub geçələr çəkirmi gülab? Çeşmi-aşiq kimi fəvvarədən ab Tökülürmü hövzə nümayan, gəzim. Müzəyyən məhlələr, münəqqəş evlər, Mütriblər içində həng, hava söylər; Tövlələrdə kişnəşirmi bədöylər, Çəkirmi şeyheyi-firavan, gəzim. Hamamlarda məsrəf olan aqçanı, Pozğun otaqları, uçuq tağcanı, Yıxılan tağları, viran bağçanı Xatirimə salıb pərişan gəzim, Təblu ələm sahibləri xanlara, Darğanişinlərə, pasibanlara, Ol səri sövdalı növcavanlara, Yaxa yırtıb çaki-giriban gəzim. Qibleyi-hacətə yıxıb özümü, İmamzadəyə sürtüm üzümü, Xak olan tənlərə tikib gözümü, Olam sağlığıma peşiman, gəzim Hərgiz bu çahanə yoxdur etibar, Səfası bir isə, yuz cəfası var. Baş göturub gedim diyarbədiyar, Eyləyim aləmi imtahan, gəzim. Bulbuli-biçarə verdi xəbəri, Dedi ki, qalmayıb şənlik əsəri; Mən Zakirəm, onu görəndən bəri Gərək cunun olub, biyaban gəzim. /*Qələtdir qocaya novcəvan sevmək, Sevgi sevgisinə bərabər gərək. Axşamadan deyə, gülə, danışa, Arada nə kinü nə kədər gərək. Haşa meyli ola pirə novrəsin, Müsavi gərəkdir cüfti hər kəsin; Cəmdəkdir töməsi qoca kərkəsin, Nəinki laçın tək kəbki-dər gərək. Hər kimin ki, tekülübdür dişləri, Hərgiz yeyə bilməz kal yemişləri; Limu məmələrə olan müştəri, Höqqeyi-dəhanı pürgühər gərək. Nə məsrəfi ona şerü ğəzəlin, Bir əməldən ğeyri özgə əməlin. Həvavü həvəsi olan gözəlin, Şaxi-təmənnası barvər gərək. Şah ola kühənsal, bil ki, gədadi, Tağmürdə meyvənin olurmu dadi?! Tazətər sənəmin nəxli-muradi Rəqibin könlü tək səxttər gərək. Tökəsən ortayə yüz qəndü nəbat, Dönəsən başına kərratü mərrat. Heç birilə şirin düşməz ixtilat, Xülasə, arada neyşəkər gərək. ……………………..cüft edən kəsin, Busə bazarını müft edən kəsin, Dürri-nasüftəni süft edən kəsin Əli titrəməyə, kargər gərək. İyirmidən əfzun olmaya sali, Otuzədən yenə olur həvali. Tutmağa, basmağa vəhşi ğəzali, Qoca tülkü bilməz, şiri-nər gərək. Ac qurd kimi özün elə toxuya, "Vəlfəcrini" saf tərsinə oxuya. Qoymaya ki, gözü gedə yuxuya, Öpməki, qucmağı ta səhər gərək. Çıxarıban köksün bəndü bağından, Kami-dil götürə gül yanağından; Üzündən, gözündən, tər buxağından Damadəm büseyi-mükərrər gərək. Tərəddüd olmaya axşama yovuq, İşrət evi sevməz əngəli artuq; Bir şəm ola, bir də aşiqü məşuq, Kəsilə hər yandan rəhgüzər gərək. Rəf olub aradan həyavü hicab, Xaneyi-işrətin edəsən xərab. Hədəfi-məqsudə o tiri-şəhab, Nişəst ola gəh-gəh ta be pər gərək. Bu hünərlər gəlməz səksən yaşlıdan, Əli rəşəlidən, titrə başlıdan; Kami-dil istəyən qələm qaşlıdan, Onda bu sifətlər müyəssər gərək. Qoca səhər ertə tiryəkin atar, Ət tökmüş quş kimi mürgülər, yatar; Gündüzlər dabanın ocağa çatar, Ovasan sübhədən keçələr gərək. Çölə çıxa bilməz, dar olur xuyu, . . . etməgə gərək evdə bir quyu. Ağzının, közünün müttəsil suyu Yediyi təamə damcılar gərək Yeksər işdən qalır ayağı, əli, Danışanda çaşar, əqli azali; Keçən gün yadına düşər, kevrəli, Öz-özünə ağlar, həm gülər, gərək. Sərgi kənarında, əlində qarğu, Oturdullar desin qarra, quşa hu; Elə ki, yorulub tutanda uyqu, Sövkənib çətənə mürgülər, gərək. Öküz palanına söykər başını, Dincəlməz, dəmbədəm durar qaşını; Dinəndə çəkərlər ocaq daşını, Nə düxtər şərm eylər, nə pesər gərək. Yarım saat əgər kec olsa çörək, Ürəyi əzilib, ağlar uşaq tək; Nə çarə, əcəlsiz olmaz öldürmək, Ocaqda bişmişi müqərrər gərək. Şəbçərəzi tükənəndə cibindən, Qab-qaşıq oğurlar, satar evindən; Bu qocalıq ya olmaya dibindən, Olsa da, kisəsi dolu zər gərək, Təng olur danışan dəmdə nəfəsi, Keçi ....... tək əsər çənəsi, Üç ay yayda yaxşı ağac kölgəsi, Qış olanda yeri günəvər gərək. Qonşuya ki, gedər, əlində asa, Nabinalər kimi lap basa-basa, Yolda ..... tutar, düşər tas-vasa, Aftaba gəlincə süzələr gərək. Müşkül deyil almaq bir külbədəni, Nəhayət qorxuram el qınar məni; Paybənd eləyən cavanəzəni Əmri-ilahidən bixəbər gərək. Tazə-təri sevmək artırır qovğa, Eyləməz bu işi aqilü dana;. Zakir, səndə qalmayıbdır təvana, Bu sevdaya düşən pürhünər gərək. Müşairə M u s t a f a b ə y: Qasima, həqqə ibadət elə, bu çam nədir? Kimdü məşhuri-cahan ol, belə bədnam nədir? Qalmışam mat, mənə tez de, cəvabini görüm, Həfteyi-mahi-məhərrəmdə bu bayram nədir? Q a s ı m b ə y: Mustəfa bəy, bizə yazmaq belə eyham nədir? Mən nəyəm, saqi nədir, badeyi-gülfam nədir? Hörməti-mahi-məhərrəm sənə gər lazım isə, Naqara, dəf vuruban oynamaq axşam nədir? Məktublar (Vilayətin məğşuşluğu haqqında) VİLAYƏTİN MƏĞŞUŞLUĞU HAQQINDA (Mirzə Fətəliyə) Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti-Qarabağ. Həqdi, bundan əqdəm görübsən sən də, Hanı o qaidə, o qanun səyaq? Qüttaüttəriqin vüfuru vardır, Yaylaqda, aranda qatar-qatardır, Yenə soxa-soxdu, apar-apardır; Bizim başımızda çattadı çanaq. Səfikürdi, hacı Samlu, Kolanı, Tutarlar, soyarlar dalda qalanı, Viran olsun görüm Doyranbasanı, Evdə yatan yoxdu, qarışıb papaq. Zərgər, Drağarda aləm-aşikar Bir ucdan oğurlar, bir ucdan satar; Vay odur-sahibi at başı tutar, Yüz yerdən tökülür üstünə çomaq. Qarabaldır xəlqi xüsus Ərəblər, Qarınca dəməyə necə dən çəkər, İşdədir sübhədən ta ki, kecələr, Döyürlər, kim gəlib eyləsə soraq. Belə vilayəti dağıtsın tarı, Ziyadə məğşuşdu Ərəs kənarı, Xurda, Parababi, Qarğabazarı, Maralyan, horadiz, Nüzyar, Qoyucaq. Hər obadan çıxır otuz, ya əlli, Özü cələkəsən, adları bəlli; Genə şorta-şortdu Adıgözəlli, Min evdən artıqdır yığıntı qazaq. Əgər xəbər alsan Molla Səfini, Oğru, dürüst qarışdırıb kefini; O, qələdə biçər ölü kəfəni, Çöldə üç atını soyublar çılpaq. Qarabağda nə day qaldı, nə dana, Bu gün, sabah qaçar hərə bir yana; Tənbih etmək ilə Xındırıstana, Xub saldı nizamə ölkəni qoçaq. Ədalətdə yoxdur bir kəsrü kəmi, Mundan sonra vilayətin nə ğəmi; Əlbət, dağıdarmış külli-aləmi Ağzından süd iyi gələn iki uşaq. Birindən şikayət edəsən əgər, Danışmağa qoymaz sözünü kəsər, Qardaş malı kimi ortadan bölər, Murovlar olublar oğruya ortaq. Görsən tanımazsan Yarımsaqqalı, Çıxıb əndazədən dövlətü malı; Xandəmirov çaldı, çapdı mahalı, O ki, tutub özün keçəl qurumsaq Gədə-güdə olub sahib-məsləhət, Gündüz axşamadən danışır xəlvət. İşlərimiz belə keçsə bir müddət, Qədimilər olur tamam şil, axsaq.. Gündə bir gətirir zakoni-tazə, Fikri budu xəlqi verə güdazə; Bizdən də məhrəmdir biri knyazə, Nə məhrəm, füzulü heyvərə, yanşaq. Bilən yoxdur bu barədə niyyətin, Bakı iradəsi görünür çətin; Zən qəhbədir çəkən onun minnətin, Tez ölsə övladır, dirilməz naçaq! Əbəs yerə bizi verdi zəvalə, Oğrun-oğrun bəlalərə həvalə; O ki, olmalıydı oldu, səqqalə Dəxi doğramasın soğan, sarımsaq, Ömründə gəlməyib doğru dilinə, Xaindi xiyşinə, qövmü elinə. Əli Zülfüqarın vursun belinə, Bəlkə ölə pis üzündən qurtulaq. Həddən aşıb büxlü həsəd, şərarət, Yoldaş yoldaşına eylər xəyanət, Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf gərdən-bucaq. Üləmalər üz döndərib xudadən, Usanmaz bir ləhzə cövrü cəfadən. Başı əmmaməli seyyid-molladən Taətdə övladır o qatmaqurşaq. həq bilir ki, beli şallı hacılar Zəhrimar tək xəlqin ağzın acılar; Düşəndə gözləməz ana, bacılar, Bu əhldən sinədağəm, sinədağ. Adın qoyub Kərbəlayi, Məşədi, Neylim, peşələri yaman peşədi. Çoxun gördüm ayaq üstə……….. Belə millət olmaz, qoyun oturaq. Övrətlər ərinə deyər latayil, Beşinə, onuna həm olmaz qayil; Qalmayıb arada bir şərmi-hayil, Az qalıb gəzələr çöldə tumançaq. Adət düşüb indi-bakirə qızlar Motalçısın salıb otaqə gizlər; Anası dinəndə topuğlar, dizlər, Deyər: iymanına …………., Gərək bu aləmdən eyləmək həzər, Öz yerində deyil çünki xeyrü şər. Bihörmət olubdur pədərə pesər, Yüzdə biri yaxşı olur ittifaq. Özgə məqulədən danışaq bir az, Deməsinlər kişi xamdır, annamaz; Bir kəsə olmasa zəmanə dəmsaz, Çox adamlar alır üstünə ayaq. Həvadisi-dövran gərdişi-fələk Salmışdı binəyə kəbki yepələk; Tülək tərlan kimi, qafil həsən bəg Şığıyıb çənginə götürdü bayaq. Şüai-afitab olanda izhar Gəzə-şəbpərənin nə qüdrəti var? Laçın seydgahə qılanda güzar İlim-ilim itər bayquş, yapalaq, Var imiş söhbəti zəmani-mazi, Ta inki tərəfeyn oldular razi; On dörd ağac yolu cənabi-qazi Beş-altı saatda getdi çaparaq. Bir kəsin olmasa əqli, şüuri, Əlbəttə, matəmə dönər süruri; Həzəratın özgə idi mənzuri, Əlminnətü-lillah kim, oldu damaq. Hər kimin ki, gülsə fələk yalına, Baxmaz işin qabağına, dalına; Bu övladın əmlakına, malına Ləvənd oğlu xub olmuşdu dadanaq. Bir müddət istədi qızın Xanın da, Dolandı dövrində, pasibanında; Məəttəl qalmışam, bunun yanında Övrət almaq olub oyun-oyunçaq. Şövhəri bir zənin yüz ola ədna, Rəsmdir gözləyə neçə vəqt, əmma Ərinin kəfəni saralmamış ta Talib imiş, te zçataşdı……. Sən görgilən zən əhlinin havasın, Məsnədnişin eylər çölün yavasın; Qapsıyıblar yetimlərin obasın, Ev sahibin qovar zor olsa qonaq, Ərz edib xanıma Cinli bittəmam, Bu xeyr iş tapmasa əgər sərəncam, Gəlməzik qapına, verməzik salam Döyəsən özünü gər yerə taq-taq. Bir kişi olmasa ……. möhkəm, Meyl eləməz ona mütləqa həmdəm; Nə düşüblər munun dalına bilməm, Şamü səhər atar fındıqca tiryaq. İddəası əfzun, çörəyi nayab, Zülmü bəhri-Qülzum, səxası sərab; Bir çakərə versə yarım şiş kəbab, Dalınca buyurur yüz təklifi-şaq. Rüsvalığın xasü amə bildirir, Xəlqin zərü simin evə doldurur; Hər övrətə dəysə dər-dəm öldürür ……………..zatülcənb .... yatalaq. Kərbəla yolunda qatır oğrusu, Saf əldən salıbdır məni, doğrusu; Günbəgün enlənir, budu, sarrısı, Səksən yaşındadır, hamıdan qıvraq. Yüz ondadır, derlər, bu ömri təvil, hələ bundan sonra yaşar otuz il; Mənim kimi yalınqatdan nə hasil? Adam gərək ola pesərək, topçaq. Özünün on yerdə vardır əmlaki, Bir yana baxanda qohumdu saki; Kökündən çıxarır, eyləməz baki, Əgər ilişdirə bir yerə dırnaq. Oğlunun hərəmi, qızı, pesəri Ahu kimi baxar o yandan bəri. Odur xərab edən bizim işləri, Yetişməz bir yerə yüz il çalışsaq, Bir-birindən mərğub, müzəyyən, göyçək, Calislərin əqli çaşar görən tək; Ya kişinin ağı, qızılı gərək, Ya övladı ola ayağı surçaq. Axtarasan, yoxdur cibimdə dinar, Qızım mələkülmovt, oğlum nahəmvar; Qabaq dişi düşmüş bir keyvənim var. Üzün görən adam eylər istifraq. Cəm olub sərasər əqli seyrəklər, Kimi odun qalar, kimi ətəklər; Deputat nəqlindən ötəri bəglər Gündə bir qapıya salırlar yığnaq. Lənət gəlsin hərcayinin pirinə, Yetmək olmaz fitnəsinə, sirinə; Yalan satar təmam biri-birinə, Zahirdə ittifaq, batində nifaq. Xanzadələr özün çəkib kənarə, Deyir bizdən yoxdur sizlərə çarə; Rəhim getdi, pənah pərvərdigarə, Qaralmaz kibriya yandıran çıraq. Bəybaba halətin etsən istifsar, Şükr olsun xudayə, yaxşı nəfi var; Özü ucuz alıb bahayə satar, Böyük Xana həm gərəkdi, həm yaraq. Banamək hacıdan danışaq əndək, Seyr etdi bazarı Tiflisdən gəlcək; Götdü, yerə çaldı, taciri tək-tək, Pişləngə salıban qurdu badalaq. Cəm ola küllühüm sərasər tüccar, Alışda, verişdə ona kim çatar; Adətdir quyruğun………….qısar Hər yerdə ki, görsə köpəyi paraq. Cəmşid bəyə yetir səlami-əfzun, Knyaz Behbudova ərz etsin əknun. Nə rəvadır bisiyasət, bizakun Viran ola nahəq bir qədim ocaq. İki nəfər sadə cəvanü novrəs, Heç birindən yoxdur rəncidə bir kəs; Bir yanı Kolbasan, bir yanı Ərəs, Kim görüb onları həmkari-qaçaq. Böyüklük əmirə xoş səadətdir. Və lakin rəvişi ədl, ədalətdir; Yıxılana, qaidədir, adətdir, Dayaq olan kəsə həqq olur dayaq. Fəraqət oturub hər kəs bir işdə, Nə yazda yarıdıq, nə də ki qışda; Yarəb, neyləmişdik bu dağılmışda, Həram oldu bizə bir qarış topraq? Çəkilib köksümə dağlar, dügünlər, Kafirə olmasın nəsib bu günlər! Qınamasın məni könlübütünlər, Fikrim darınıqdır, xatirim övraq. Məqsudimiz hasil olmadı. bizim, Yeksandı hicrində gecə-gündüzüm; Bu bədbəxtin halətindən, əzizim, Barı o viladə olgil göz-qulaq. Gərçi vilayətdə çox idi əhval, Müyəssər olmadı şərh edim əlhal; Bir parasın yazıb elədim irsal; Bu şərt ilə nə diş bilsin, nə dodaq. Ziyarət eləyib şeyxül-islami, Zakiri-həzindən yetir səlami. Hacı Yusif, Molla Əhməd təmami, Haçan ola bir də deyək, danışaq. Fərzəndi - əziz (Mirzə Fətəliyə) Yazıbsan ki, imperator sipahı Dunay çayın keçib bir səhərgahı. Həq-təala özu olur pənahı, Şahənşah qoşunu şəhr alan gərək! Şahbazə nə elər hüçumi-gəlağ! Tülək tərlan yerin tutmaz yapalağ! Qələt fikrə düşub bir neçə sarsaq, Olara tənbihi-bipayan gərək! Qiylu qalə düşməz kim olsa aqil, Həq bilir-hər üçü zaildi, zail; Durmağa leşkəri-rusə müqabil Dəmirdən baş, poladdan, da can gərək! Düşübdür Osmanlı xəyali-xamə, Xahişi var işin sala nizamə. İngilisin günü üz qoyub şamə, Görələr qəzayi-asiman gərək! Tez azışdı əlhəq kiçik Napolyon, Əmisi tək şəksiz olacaq məğbun. O nə ki, iş tutur həddindən əfzun, Toxuna bəlayi-nagəhan gərək! Bu il neçə iqlim olubdur pərxaş, Xiffəti-urusa edirlər təlaş. Ayağın döşünə yığıb qızılbaş, Dost dostu eyləyə imtahan gərək! Qarabağ atlısı dəstəbədəstə, Top almaqdır sənətləri peyvəstə; Döyüşdə at salıb Osmanlı üstə, Cərgələrin edə pərişan gərək! Elə dövlət deyil dövləti-urus Hər nakəs eyləyə üstünə cülus;. Paşaları yıxa misli-Əşkəbus, Yox edə,-Rüstəmi-dasitan gərək! Hifzü himayəti-dövləti-ali Eyləmiş bizləri xətərdən xali; Əmnü amandadır malü əyali, Bu şükrü eyləyə müsəlman gərək! Cəhd elə olasan düşmənə faiq, Döyüş günü küncə girmək nə layiq? Ağanın yolunda nökəri-sadiq Baş verib, baş alıb, tökə qan gərək! Naib olub gedib damadım Əli, Yayın axırında, inşallah, gəli; Osmanlı qovuğu, firəng şineli Gətirə mənimçin ərməğan gərək. Qoşunda var bizdən yenə dilavər, Biri Nəcəfqulu, biri İskəndər. Göstərib hər biri cəngdə hünər, Lütfi-şahənşahdan kamiran gərək. Mixail Petroviç Kalyubakinə Səndən sonra, ey taci-sər, başıma "Gərdişi-zəmanə nələr gətirdi. İki bimürüvvət ittifaq edib, Vilayətə yüz şurü şər gətirdi. Qaçaqlıq binası edən tək Behbud, Pişnihad etdim öz ərzimi zud; Tərəfkirlik oldu axırda, nə sud, Mənim doğruluğum zərər gətirdi. Yüz ilin ocağın bicürmü günah Eylədilər viran, vallahü billah! Bu talei-zəbun, bu bəxti-siyah Daim mənə xovfü xətər gətirdi. Həştadə yetmişdir sinnü salımız, Bu dövlətdə ağarıbdı yalımız, Getdi dövlətimiz, mülkü malımız, Nəxli-təmənnamız kədər gətirdi. Nüçəba hörmətin gözlər nücəba, Nasəza yaraşmaz böyüyə əsla; Pələrindən deyil yəqin bil, amma Hər kimsə ki, nami-pədər gətirdi. Ədalət var idi bundan əzələ, Yaman yerə yetib iş gələ-gələ; Dirəxti-bəxtimiz, əfsus ki, belə Varə-varə acı səmər gətirdi.*/ O kəslər ki, eyləmişdi xəyanət, Əyləşib evində rahət, fərağət; Mənim uşaqlarım bivəchü cəhət, Gözlərindən xuni-cigər gətirdi. Bundan əqdəm kimin olsa üsyanı, Derlərdi "vayenni sud" kəssin anı; Bilməzəm necoldu, o zakon hanı? Naçalnik zakuni-digər gətirdi. Məzərrəti əfzun, ədaləti yox, Görünməyib hərgiz belə……. Özü gəlməyinə məmnun idik çox, Dalısınca keçəl Nəzər gətirdi. Tutubdu aləmi zülmi-bihesab, Müşküldür gətirmək bu möhnətə tab. Köynük, Biləciyi etmişdi xərab, Bizim kəndə ondan betər gətirdi. Aşura günü tək bir səhər çaqı Yığdı ərradəyə övrət-uşağı, Şamə rəvan etdi bimürvət yağı, Görən yaxa yırtıb, həzər gətirdi. Bir adam ki, yerə qoya əllərin Bilmək olmaz onun fitnə, fellərin; Biabiru etdi Tiflis ellərin O ayin ki, bu töxmi-xər gətirdi. Əcəb əyyam imiş əyyami-sələf, Gərək o günlərdə olaydıq tələf; Çəyirtgə bir tərəf, dolu bir tərəf, Şum qədəmi gəldi, şərər gətirdi. İki namərd uyub biri-birinə Yetmək olmaz heç birinin sirrinə. Lənət gəlsin ... verənin pirinə, Bəd binanı …… gətirdi. Adamda insafü mürüvvət gərək, Quyruğun kəsməklə tula olmaz köpək. İlan əti yeyib yerikdə bişək O madər ki, belə pesər gətirdi. Neçə gün söyləndi bu yerdə əhval, Qubernator olur ol nikuxisal; Malımız, mülkümüz müjdədir əlhal, Hər kim gəlib doğru xəbər gətirdi. Ey sahibi-şövkət ey mədəni-şan, Dadxahəm sizə, aman, ələman! Bu zülmü insana eyləməz insan, Məgər ki, qəzavü qədər gətirdi. Cəfərqulu xana Vücudi-lətifin, ey taçi-sərim, Eşitdim Qələdə bərhəm olubdur; İztirabə düşüb bu macaradən Təmam əhli-Şişə, pürğəm olubdur. Qış günü Doyranda qalan əhli-beyt, Yay Əylisə məskən salan əhli-beyt, Didarına müştaq olan əhli-beyt Üzün görüb şadü xürrəm olubdur. Təəccüb eylərəm, allahü əkbər, Boyaqçının küpü azıbdır məkər? Yüz ildi nəzərdən saldığın Yetər Tazədən sizinlə həmdəm olubdur. Rövmü qardaş düzülübdür yanına, Duagudur şövkətinə, şanına; Neyləsin, qarışıb qanı qanına, Fəqirlər siləyi-ərhəm olubdur. Otaqda qatıban qurunu yaşa, Yeyərlər, içərlər verib baş-başa; Biz görən tək deyil Abdulla Paşa, Cürət bəhəm edib, ötkəm olubdur. Düşmüşdü nəzərdən müddət binəva, Çıxmalı deyildi üzə mütləqa; Neçə gündü saçı, saqqalı, guya, Külahi-buxara püf-nəm olubdur. Öz xələfin gərək gözləyə kişi, Sağlığında ola alış-verişi; hidayət ağanın düzəlib işi, Vəliəhdliyi möhkəm olubdur. Xan varisi lazimədir ola xan, İşləyə bəratı hər tərəf, hər yan; Gurginə dönmüşdü biçarə oğlan, Zahirən ki, indi Rüstəm olubdur. Mehrü məhəbbətin keçsə bu minval, Çıxar aralıqda olan qiylü qal; Basqın qoşun kimi dağılan ətfal Yığılıb üstünə, sərcəm olubdur, Rağib idin cövrü zülmə hər zaman, Təbiətin zahir, felin nümayan; Gəlib gedən söylər bəndəgani-xan İndi İbrahimi-Ədhəm olubdur. Bir kimsə yüz ola fəhmdə sərraf, Eyləyə Kəbəyə min kərrə təvaf; Hədd-yəqin olsun sana, biinsaf Hər iki aləmdə mülzəm olubdur. Qorxuram göz dəyə bu ittifaqə, Bir az əhli-hərəm qoysun aşağə; İltifatın daim övrət-uşağə İnanmazam əgər görsəm olubdur. Bunlar yola gedər, bir tazə xəbər Yetişib guşimə, rast olsa əgər; Tərəhhümə gəlib deyirlər dilbər, Təmam müddəilər əbsəm olubdur. Rüxsari-alından manəndi-günəş, Düşmüşdü sərasər cisminə atəş. Şükr eylə qadiri-biçunə, məhvəş Zəxmi-dəruninə mərhəm olubdur. Bir müddət keçirdin ahü zar ilə, Ğəmü möhnət ilə, intizar ilə; Adətdi aşiqin nazlı yar ilə Arasında belə çəm-xəm olubdur. Hər hacətin olsa istə xudadən, Əl götürmə təvəkküldən, duadən; Aşiqə məşuqun başdan, binadən Nazü istiğnası hərdəm olubdur. Əmanət, əmanət, dəyməsin ara, Düşməsin ədavət bir də dübarə; Şamü səhər eylə təməllüq yarə, Həq yetirib, özgə aləm olubdur, Tusəni-şəhvəti geri çək bir az, Olmasın səg rəqib zəbanı diraz; Allah eyləməmiş, olursuz nasaz, Bir zaman görərsən dərhəm olubdur. Yarımayıb kimsə ömründə səndən, Mükəddər qayıdır qapına gələn. Əsirgəmə feyzin, ey qibleyi-mən, Düşəndə Zakirə kəm-kəm olubdur. CƏFƏRQULU XANA Gedirsən get, sana fəth ilə nüsrət həmrikab olsun, Unutma bizləri, seyrin vəli seyri-şitab olsun. İki gündən ziyadə Cəbrəilli içrə sən qalma, Neçin, xanəm deyən kəs istəməz xəlqi xərab olsun. O babili Vəli Məmməd deyil mütləq sənin babın, Nə layiq şahibazın həmnişini bir ğürab olsun. Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sərsər tək, Əli-allahidən daim gərəkdir ictinab olsun. Horovluda olur övqati-şirin təlx həlvasız, Üzüm vəqti satarlar, çünki qoymazlar doşab olsun. Hüseyn bəy, Məsum Əli oğlu Əhməd, bir də Feyzullah Olar bir kimsəyə həmdəm olunca bir dəvab olsun. Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdur Ki, həmsöhbət bizə ol növi qövmi-bihesab olsun.. Nə hasil əhli-səhra söhbətindən, abi əngurun Gərəkdir neçə müddət şişədə qalsın, şərab olsun. Əgər mollayə lüftün var bir çetvert dügi göndər, Ələndən sonra cayi ya gülüstan, ya zirab olsun. Bizim düxtərlərin fikrinə qalma, yoxdur ol qız kim Üzubət qalib olsun onlara, bizə əzab olsun. Düşər tez özgə atına minən, nə əmmə, nə xalə, Sağınma o da Doyran kəhrizi kimi pürab olsun. Gərəkdir yetişə artıqlığınca ləzginin müzdü, Ona nə, xah su çıxsın və ya dolsun türab olsun. Maralyanlı Pərinin……….. biz keçmişik hamı, Onun həddi nədir Ceyran xanımla tayü bab olsun. Deyər öz-özünə mən də güləm-itburnu, həm zənbəq, Nəhayət, səxt müşküldür ki, hər güldən gülab olsun, Qədirin qədrini bil, tutulan quşdan ona gündə Üçün ver; ikisi yəxni, biri dəxi kəbab olsun. Neçə vəqt ordasan, atlı buyur, yolları hifz etsin, Vilayət getdi əldən, bəlkə dəfi-bihesab olsun. İyirmi gündə bir şeri deyincə, "ya Əli!" dersən, Gərək şair bizim Zakir kimi hazırcavab olsun. CƏFƏRQULU XANA Nəzminin cavabın, ey taci-sərim, Götürüb dəstimə bir qələm-dəvat, Fikrimə gələndən yazıb göndərdim, Bağışla, gər olsa təfritü ifrat. Dəyib bir-birinə yeksər Qarabağ, Minnət çəkər idim sürçəndə ayaq; İstədim həcv edim bir özgə sayaq, Amma yenə mane oldu ehtiyat. Ac yadına düşməz hər kim tox olur, Yoldaşını yox istəyən yox olur; Vilayətin yarısından çox olur, Biiymanı edən olursa podrat. Sən özün bilirsən bizdən gələni, Allahı sevərsən dindirmə məni. Yalanı kürsüyə mindirir ğəni, Ac eyləyə bilməz doğrunu isbat. Fülüsümüz yoxdur zərdən, gümüşdən, Nə tökülür bizə ha böylə işdən; Buğda yeyib, biz çıxmışıq behiştdən, Bir də adəm olaq, heyhat, heyhat!.. Əyyami-sabiqdə biz idik sipah, Səfərdə, həzərdə Pənahə pənah. Sizin dövrünüzdə bicürmü günah, Bilmədim, nə oldu, olduq vinovat. Qədimi ğəminə haçan qalıbsız? Başara bildikcə canın alıbsız. Baba bəyi elə hala salıbsız, Görən adam deyir: "əyyühəssəlat!" Fəqir İsrafil. bəy dünyadan köşdi, Ruhi-mütəhhəri bədəndən uşdi, Bilirik, tümənə abbası düşdi, Borclular malını etdi tümənat. Əhli-kərəm olan neylər deməyi, Əldən düşmüşlərə gərək köməyi; Sən gör nəvvadeyi-Talıbxan bəyi, Yalınlıqdan olub dabanı çat-çat. Böyük daldasında kiçiklər yatar, Yeyib, içib, verib, alıban satar; Sileyi-ərhəmə, qəpiyə söz var, Dağıdır özgəyə biqəbzü bərat. Sarıcalu adın gətirmə dilə, Var imiş xudadən əlbəttə belə. Eşşək az qalıbdır çata mənzilə, Onu bundan sonra tuta bilməz at. Mühəvvəldir işlər neçə hərzəyə, Özü bisəvadə, adı mirzəyə, Boyaqçıya, başmaqçıya, dərziyə Nə vəqtədək olaçayıq iknqat. Bir adam var gecə-gündüz çalışır, Hər yerdə ki, bir iş olsa qarışır, Dindirəndə elə dilli danışır, Donquz oğlu guya yeyibdi bat-bat. Giribdir meydana neçə beyinsiz, Deyir: vilayətdə elə bizik, biz! Çünki verən yoxdur təşxisü təmyiz, Qədrdə əzvaydan kəmtərdir nabat. Oturur üzbəüz ggəda ilə xan, Yaxşıdan irəli düşübdür yaman; Dəyişilib əyyam, dolanıb dövran, Kişmiş ilə hüccət edir qaraqat. O kəslər ki, tanımazdıq övladın, İndi famil ilə çağırdır adın; Görür bilən yoxdur ağzının dadın, Quyruğa tən edir………..içalat. İddiayə düşüb hər yetən gədə, Börkünü dik qoyub, danışır dədə: Beş manatlı kişi yoxdu ölkədə, İşlərimiz saf olubdu ixtilat. Söz yox idi Kakil bəyi-Qərvəndə, Biçarə sonradan oldu şərməndə; Yoxsa əvvəl belə, yeri düşəndə, O idi ölkəyə baisi-həyat. Qərvənd Meydanəli, o cinli Budaq, Çəmənli hatəm xan olaydılar sağ, Belə keçməz idi mülki-Qarabağ, Tezlik ilə həll olurdu müşkülat. Hamıdan bir kənar, Talıb xan ağa Dağıdırdı, ağzın dirəsən dağa, Amma özü az gəlirdi yığnağa, Səhranişin idi əksərül-ovqat. Adam gedib, ölkə qalıbdır xali, Qorxuram pis gələ bu işin dalı; Hanı Lələ həsən, hanı Zülfalı? Kişilər var idi, alidərəcat. Fələk yaxşıları əldən alıbdır, Bir arada Feyzulla bəy qalıbdır; Onun da saqqalı alalanıbdır, hanaya yaramaz ip olsa çarqat. Mərdümi-vilayət gərək ittifaq, Bir-birindən ola mütməinü saq; Ortaya ki, düşüb bu növi nifaq, Yeridir ki, bizdən tutalar saldat, Sərasər əsbabi-cəngə dolublar, Bir-birinin balü pərin yolublar; Mən yox idim, eşitdim ki, olublar Cavanşir bir dəstə, Kəbirli bir part. Kişi dövlətinə pasiban gərək, İşarə anlayan, söz qanan gərək Bu dövrdə adam yekzəban gərək, Erməni, müsəlman, tərəkəmə,tat. Bəla bayə baxar, nə də gədayə, İşlər çox yamandı, pənah xudayə! Görmədinmi düşmən aldı arayə, Viran oldu Kabil, dağıldı Herat! Tökülüb çöllərə mülkü malımız, Günbəgündən yaman olur halımız, Maşallah, gecə-gündüz valimiz Çalır fortopiyan, oynayır bilyard. Qüttaüt-təriqin işləyib nəqşi, Rəhzənlərə vardır xudanın bəxşi; Vilayəti viran eylədi yaxşi, Bir qafili-piyan, bir mayili-kart. İş keçsə bu surət bir müddət əgər, Qalmaz Qarabağda şənlikdən əsər; Eşidib əhvalı, bilmənəm məgər Bir binagüzarlıq edə Neydqart. Düşübdü təxirə vilayət işi, Tutubdur aləmi ğəmü təşvişi; Məsləhətə bəsdir beş-altı kişi, Dəxi nə lazımdır munca həşərat? Naxçıvan sağında,Şirvan solunda, Hər vilayət təriqində, yolunda; Mən bilirəm Xındırıstan kolunda Bir ölkədən olmaz iki deputat. Mana düşməz, deyim belə cəvabı, Müşküldür bu əmrə gətirmək tabı; Xah bihesab ola, xahi hesabı, Beş şahılıq işə gərək on manat. Varmı ola, yarəb, bunlar kimi pis, Bir dəni, biədəb, dərunu xəbis; Nə qədər varındır-iznakom, sadis! Olmayanda deyir: "poşol,...-..,.", Ərzə verə bir adamın pədəri, Fərzəndinə olmaz zahir əsəri; Yetmiş ildən sonra nəvvadələri Məgər ondan tapa bir rahi-nicat. Dolu düşüb vilayətin nisfinə, Bir para yerlərdə gəlmədi çinə; Bu hal ilə qorxum ondandır yenə Keçən illər kimi gələ təhmilat. Həqq özü şahiddir, dövləti-ali Mu qədər deyildir ədldən-xali. Salan aralığa bu qiylu qali Vardı özümüzdən bir neçə bədzat. Rüx verdi vəzirə bəxti ziyadə, Fili-sərkeş cövlan edir aradə; Atın güzərgahın kəsib piyadə, Fərzdir şah ola ğəm evində mat. Alimdə əməl yox, abiddə taət, Götürülüb həya, tərk olub ismət; Göydən yerə düşməz barani-rəhmət, Kimiyadən kəmyab olub nəbatat. Bir dövlətim yoxdur qalam ğəminə, Hər kimin varıdır xoşa dəminə; Çağırram, qalmayıb bişü kəminə, Gecələr sübhədək qaziyülhacat. Xan dövrü hər kimin bəxti yar idi, Həqq istədi, müftə nanə daridi; Əvvəl-axır bir təliqəm var idi, Onu da dörd ildir aparıb senat. Məsləhət adamı gərək xirədmənd, Danışığı mərbut, sözü dilpəsənd; Zuri-bazu verib sana xudavənd, Hər kim ki, bihesab danışır, al, yat! Yetənə deyirsiz gəlsin burayə, Mən bilməzəm səbəb nədir, hərayə? Hər kimsə ki, fəsad salır arayə, Deyin övrətini ...... qubernat. CƏFƏRQULU XANA Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk, Tiri-sərmanın sərasər cövşənü qalxanı kürk. Müştəbeh olma, mənim qəsdim Xorasan kürküdür, Dövlətindən, özümün də var Dağıstani kürk. Xan hüzurunda büründüm ariyət bir neçə gün, Balişi-pərqudan artıq saxlar imiş çanı kürk. Qış günü yox faidə bürünməvu yapıncıdan, Azü çox gər saxlaya saxlar yenə sərmanı kürk. Çıxmaq olmaz sübh yorğandan, keçər vəqti-namaz, Kişidən hər vəch ilə eylər iraq isyanı kürk. Mədhinə baxma, qocanın çarəsin tarı kəsib, Yoxsa ki, bir zad deyil, eylər xərab oğlanı kürk. Piri-biməsrəf bürünsün sərgi yanında onu, At çapıb yortan kəsə məsrəf deyil çapanı kürk, Olsa bir bariş, xuda nakərdə, Doyrandan kənar, İçinə ayran tökülmüş eymə tək islanı kürk. Nazəninlər növrəsi-çərkəsqəbayə meyl edər, Pəşmini pəşminə almaz geysə yüz ruhani kürk. Görmədinmi necə ol şirinü şəkkər xəndənin Eylədi yanında acı binəva Mollanı kürk! Sərvqədlər içrə vay əhvalına ol kimsənin Kim, qədi kutah ola, amma keyə tulanı kürk, Etməsin rəm xublər olsun nə növi ram ona, Yeridikcə tazı qulağı kimi tullanı kürk. Həqqi, səyyadi-ğəzalın caməsi çəsban gərək; Ürküdər manəndi-ahu dilbəri-ziybanı kürk. Nə deyim, başdan əyağə sərbəsər məkruhdur, Oxşadır qıllı parağa, müxtəsər, insanı kürk, Simbər ağuşə çəkmək istəyən kürk istəməz, Nə rəvadır incidə ol tazə-tər püstanı kürk. Cümlədən bədtər budur eybi ki, çox bədyümndür, Görmədinmi eylədi viran yekə Şirvanı kürk?! Barbərdar olmayan tusənlərə bir çul yetər, Qocalar qəm barkeşidir, onların palanı kürk. İki yumruq bir başa gücdür, - məsəldir xəlq ara, Cahili zuri-təbiət saxlasın, piranı - kürk. Deyiləm möhtac bir kürk almağa, qəsdim Kim, desinlər bəxş edib filaniyə sultanı kürk. Çoxdu Məşhəddən gələn, hər evdə üçü, dördü var, Üzri-naməsmudur qiblə buyursa, hanı kürk? Kəs bilib səndən təmənna etdi Zakir, istəməz Nakəsü namərddən, tutsa əgər dünyanı kürk. Qarabağ Qazisi (Cəfərqulu xana) Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi, Xəlq arasında olubdur belə mülzəm qazi. Yaradıbdır onu ol xaliqi-əşya bieyb, Dari-dünyada bu surət tapılır kəm qazi. Qazi hər yerdə olur biməzrvü bədhərəkat, Şükr-lillah ki, bu həm baməzədir, həm qazi. Qələmi tiği-düsərdir, özü mərdi-rəhi-din, Daima Şeyxi ilə cəngə müsəmməm qazi. Səri-ədadə fırıldar çomağı bərq-asa, Necə ki, mərəkədə şeşpəri-Rüstəm, qazi. Nari-qəhri əridir mum kimi fuladi,. Kureyi-nəfsi-dərunə verə gər dəm qazi. Kimdi yanında onun Əlquluyü Əbdürəhim, Kuhi-Əlbürsü yıxar çün toxunan dəm qazi. Dəhrdə şişə olur səngi-cəfadən eymən, Ola bir şəhrdə bu tərzlə möhkəm qazi. Mədəni-cudü kərəm, caygəhi-əmnü əman, Ədldə Nuşirəvan, bəzldə Hatəm qazi, Füqəra dövri-sərayində besani-halə, Nəqdi-ehsani Qarabağə çü şəbnəm qazi. /*Ğələt etdim, bu sözün yoxdu vüqui hərgiz, Qorxuram cəmdəyimə tüf deyə aləm, qazi! Şişənin simü zərin doldurasan xanəsinə, Şişəvəş dişrəyə verməz yenə bir nəm qazi. Qazi oldur ki, qala əhli-vilayət ğəminə, Nə ki, aləm həmə ğəmdar ola, xürrəm qazi. Onda mən gördüyümü görmüşəm, indən böylə Etməzəm taət ona gər ola qibləm qazi. Haradan gəldi bular, eylədilər xəlqi xərab, Biri der müctəhidəm, biri müsəlləm qazi. Atlanıb biri çapar Təkləyə day, danə üçün, Biri də şamü səhər talibi-dirhəm qazi. Yay gedər Fingiyə zövq etməyə, qış Qaynağə, Bir deməz hiç gəlir mahi-məhərrəm qazi. Qazi lazımdı deyə məhkəmədə şəri-Nəbi, Nə ki,gəşt edə cahanı minib ədhəm qazi, Təbrizin arı ucuz, miri-vilayət ğafil, Hər əlif-bey deyəni qıldı müəmməm qazi. Dəxi divani-rəiyyət belə getsə qalmaz, Bu Qarabağı edər cümlə mükərrəm qazi. Xişü əqvamına mu qədri tərəhhüm qılmaz, Dəmbədəm xəlqə oxur sileyi-ərhəm qazi. Sabiqən beylə deyildi,olub indi birəhm, Həzrəti-xanə olandan bəri məhrəm qazi. Çox adam var idi, nəzm ilə əda eyləməli, Xahişi-xanə görə düşdü müqəddəm qazi. Çünki divanəyə yoxdur qələm, ümmidvarəm, Əfv edər cürmümü, gər yüzinə söysəm qazi. Dasitani-Əmiraslanı bu gündən böylə Başlaram, fikrim əgər olsa fərahəm, qazi. Təbibləri həcv (Mehdiqulu xana) Mənə buyurmuşdun: Qələyə gəlsin, Yenə cuşə gəlib bəhri-iltifat. Sənin mərhəmətin, mənim ixlasım Mehri-münəvvər tək aləmə isbat. Qalmışam aranda müddəti-mürur, Təbiətə səfra eyləyibdir zur; İstər idim olam azimi-hüzur, Naxoşam, hərəkət eyləyib ixlat. Bağır oğlu Məmməd, Məşədi Hacı, Əliqulu, Müqim sərimin tacı . Hər mərizə eyləsələr əlacı, Ehtiyatın görün, tez olur məmat. Tiryak yedirirlər, hər kim olsa dıqq, heyzədən aldırır xuni-basəliq. Yenə bu hal ilə o qövmi-zındıq Özlərin sanırlar Ərəstu, Bokrat. Falicə verirlər qürsi-təbaşir, Müstəsqiyə abi-kasni, ma-şəir; Mərizin mərəzi yəni çəkə dir, Sahibin çapalar üç qatü dörd qat. Nüsxeyi-tibbdə şeş oxur "Şişi", Məlamətdən yoxdur ğəmü təşvişi; Təşxisi-mərəzdə həmin danişi Budur ki, canı var, tərləsə mirat. Təbiəti-harrə xalis əngəbin, Qabizə süfurü yəhuda, darçin, Bəlqəmi-mizacə tüxmi-xiyarin Münasib bilirlər daimül-övqat. Mərizin üstünə yetişən məhəl, Dərviş Gəlbi hazır olur əlbəəl; Qədəmlərin guya katibi-əcəl Yazıbdır baisi-movtü münacat. Fisqləri zahir manəndi-günəş, Həq bilir sözümdə yoxdu ğəllü ğəş; Yolları hər yerə düşsə sayəvəş, Yanlarınca gedər "əyyühəssəlat!". Gah görürsən bir-birilə tapışır, Gah atlanıb hər tərəfə çapışır; Lənü tən bunlara elə yapışır, Necə ali-Məhəmmədə-sələvat. Qələnin adamı yetdi yarıya, Necə-ki, qoyuna ac qurd darıya; Az çəkər ki, məzar dəgər barıya, Bu növ ilə eyləsələr hərəkat. Vilayətə salıbdılar şur-şeyn, Şərbət tək içirlər dəmül-əxəveyn; Bunların yanında qatili-hüseyn Zimmədən bəridir ruzi-ərəsat. Bir kimsəyə ariz olaxədəmə, Baxmazlar fəqirə, yoxsula, kəmə, Qədəm götürməzlər, həqqül-qədəmə Ya on tümən pul gərəkdir, ya bir at. İmalədə yədi-beyzaları var, Həqq üçün bir ondan başları çıxar; Mərəzi-digərdə, inanma zinhar, Vüqufları ola, heyhat, heyhat!.. Sən gör necə xərab olub zəmanə, Çəmənli Çəfər də mərdü mərdanə, O da təbib olub, girib meydanə, Çölün cəngəlindən yığıbdı qat-qat. Otuz il laəqəl gedib qoyuna, Bilfel çobandır, baxsan boyuna; Dağılmışda xub, düşmüşük oyuna, Yetən olmadımı əhli-kəramat?! O ki, İsmailin saf azıb vazı, Gah yerdə qılar ölü namazı, Gah tapıb özü tək bir annamazı, İşə qoyar xah türkü xah tat, Təsəllütü yoxdur "Töhfəyə" əsla, Bilməz nədir "Qarabadın" mütləqa; Ağızdan-ağıza öyrənib əmma "Tibbi-Yusifidən" bir neçə əbyat. "Gərək bu cahandan eyləmək həzər, Öz yerində deyil çünki xeyrü şər". Nə təbib, nə alim, Zakir, müxtəsər, Axtarsan yoxdu bir niksifat. Xurşudbanuya Ey bürci-səadət, mahi-ənvəri, Düşməyəsən görüm ziyadən səni! Gecə-gündüz budur həqdən diləyim, Hifz eyləsin yaman bəladəi səni! Sipehri-bərinin hilalı sənsən, Şərafətdə mələk misalı sənsən, Gülşəni-Xəlilin nihalı sənsən, Barvər istərəm xudadən səni. Məsihi çıxardan ərşi-əlayə, Salan üftadələr başına sayə, Yetmişdə İshaqı verən Sarayə, Qurtarsın bu rəncü inadən səni. Bəstəri-möhnətdə bixurdü bixab, Kim razı olur ki, çəkəsən əzab. Ol saqiyi-Kövsər eyləsin siyrab, Əzizim, daruyi-şəfadən səni. Çubi-çini nədir, qibləsən, nəsən, Təəccüb eylərəm bu əhvalə mən; Dəstgirin olsun Hüseynü Həsən, Fərağət olasan cəfadən səni. Səqfi-sərayını, ey küli-novrəs, Həddi nədir edə nişimən məkəs? Tərcih verə gərək aqil olan kəs, İsmətdə yüz huriliqadən səni. Tikilən evlərə atandır səbəb, Payəndazın olsa, canlar nə əcəb! Cami-bəzmi-eyşin daim ləbaləb, Qalmayasan zövqü səfadən səni. Bu nə keyfiyyətdir, bu nə macəra, Rəyincə dolanmaz təqdiri-qəza? Pədəri-mərhumun hər sübhü məsa Günilərdi badi-səbadən səni. Şikəstə Zakirə veribsiz əmək, Əmək bilməyəni kor etsin nəmək. Necə ki, baqidir həyatı, gərək Unutmaya xeyir-duadən səni. XURŞİDBANUYA /*Xəbər alsan bu vilanın əhvalın, Böylədir keyfiyyət, mənim əzizim. Tezlik ilə əgər əncam etməsən Keçər vəqti-fürsət, mənim əzizim. Toyun tədarükü cümlə mühəyya, Sazəndə, bazəndə bütün cabəca. Məəttəl qalacaq yəqin bil, əmma Xan verməsə rüsxət, mənim əzizim. Hər nə ki, eylərəm peşkəş, pəyəndaz,. Məhəlgüzar olub heç birin almaz. Gümanım var edə ol bəndənəvaz Gər at olsa, rəğbət, mənim əzizim. Kari-xeyrə əlac olmasa səndən, Dəxi indən belə iş keçib məndən. Bir ərəbi-bədəy gəlib-gedəndən Göndər, əlbət-əlbət, mənim əzizim. Bir uzun ağızlı, bir nər dodaqlı, Bir ahu baxışlı, qarğı qulaqlı, Bir ceyran paçalı, bir top dırnaqlı, Tapıla bu babət, mənim əzizim. /*Ey dilbəri-birəhmü sitəmkarü cəfakiş, Səndə bu nə adət? Bir kərrə deməzsən ki, filani bizə gəlmiş, Lazımdı ziyafət. Hər yetən ilə ülfət edib, özünü qılma Bədnam cahanda. Yaxşı dögi tapılsa gözəllərdə belə iş, Etmə səd əmanət! Biganələrin kuyinə getmə ki, olursan Axırda peşiman. Sən bil ki, kəminində sənin çoxdu bədəndiş, Cuyəndeyi-fürsət. Müddətdi dərindən bizi avarə salıbsan, İnsaf deyil bu. Aldı məni ənduhü rəmü möhnətü təşviş, Bir eylə mürüvvət. Məşuqə gərəkdir çəkə dərdü ğəmi-aşiq, Bir yar ki, Zakir, Dildadəsinə eyləməyə rəhm kəmü biş, Əcdadına lənət! Kövhər Ağaya Ey Kövhəri-pakizeyi-dəryayi-lətafət, Vey kani-həqayiq! Övsafü sifatın məni-məddahə nə hacət, Aləm sana aşiq. Şəkkər ləbinə Kuhkən ər dursa müqabil, Şirini olur təlx. Ruyin görə, haşa ana ta ruzi-qiyamət, Əzrasını Vamiq. İyzəd ki, çəkib yer üzünə pərdeyi-ətləs, Bivəch deyil bu; Tutmuş sana, ey mehrü məhi-bürci-səadət, Gərduni süradiq, Ləli-ləbinə badeyi-gülgun desə hər kəs, Vur boynunu dərdəm, Qan eyləyənin qətlinə əhkami-şəriət, Yeksanü müvafiq. Fərq etməyə sübhün kişi ta sidq ilə kizbin, Vacib dögi səcdə, Vacibdir əyilsin sana hər dəm səri-taət, Nə kizb, nə sadiq? Ol günbədi-dəvvarə yetir kəlləmi, ey mah! Sal sayəni başə. Yəni elə bu bəndəyə inamü inayət, Bir türfə yaxalıq. Bəsdir bir işarə, dəxi küstaxlıq etmə, Ey Zakiri-təmma; Bir kimsəyə bir kimsə edən vəqt şəfəqqət Öz adına layiq. Car müqəddiməsi (Bababəy Şakirə) Ey Baba bəy, bu humayun əskərin Seşənbədə sərmənzili Car oldu. Məşriq tərəfində tazə qələnin Qurulub xeymələr bərqərar oldu. Söz müxtəsər, gələn günün fərdası Qoyuldu sübhdən cəngin binası, Çulğadı aləmi şurü ğovğası, Sanasan qiyamət aşikar oldu. Miqlaçevski olub pişcənk, Canibi-meydanə sürdü bidirəng, Yeridi topxana, atıldı tüfəng, Göy üzü tutuldu, tirə-tar oldu, Görməyib ömründə bu çərxi-əxzər Bahadiri-dövran muna bərabər; Həqiqət göstərdi bir növ hünər, Rüstəmi-dastanə mundan ar oldu. Təhmurəs, Firidun, Fəramərz, Bürzü Cəm oluban yüz il çalalar gürzü, Belə aça bilməz kuhi-Əlbürzü, Naçalnikin karı özgə kar oldu. Neçə padişəhlər gəlib getmişdi, Vilayəti-Cardan kənar ötmüşdi; Bu fəthi bir dəfə Nadir etmişdi, Bir də sahibimdən yadigar oldu. Biz gəlincə olmuş idi qiylü qal, Urus tapmış idi şikəstü zəval. Eylə ki, yetişdi bu badi-şimal, Sanasan ki, ləzgi bir ğübar oldu. Var idi nifrətü etirazları, Ğürurü sərkəşü sərəfrazları, Dağıstan dağının şahibazları Ərseyi-hümadə bir şikar oldu. Alıcı quş kimi özün toxudu, Çünki düşmən müqabildə çox idi; Sarlığına ümidimiz yox idi, Həq saxladı, yaradanı yar oldu. Ərusi-bəxt oldu ğüssədən azad, Çıxdı aralıqdan mayeyi-fəsad; İtaətə gəldi Şeyx ilə Həmzad, Şükr olsun allaha, tezbazar oldu. Hər kim baxa irəliyə, dalıya, Ölənədən özün salmaz balıya; Xain olan bu dövləti-aliyə Dağılıb hər yerdə tar-mar oldu. Soruşsan, kim getdi meydana əzəl, Getdi Rüstəm bəylə Mirzə Adgözəl; Pir babalar etdi bu növi cədəl, Cahıllar baxıban şərmsar oldu. O ki, bizim atlılardan bir para Vermiş idi özün püşti-divara, Nə dəğdəğə çəkdi, nə düşdü dara, Bir az yoldaşından intizar oldu. Əgər xəbər alsan Kərim əmini, Xəncər ilə biçir qoçaq zəmini; Xub tapıbdı kasıblığın çəmini, Car səfəri ona səbəbkar oldu. Çünki görübdülər dadın, ləzzətin, Ğeyri kar onlara görünür çətin; Hər kəs tapdı ata-baba sənətin, Əli Mərdan oğlu gəllədar oldu. Ərz edəndə baxa idin Şirinə, Yüz ildir babası gəlibdir dinə; Yanılış danışar düşəndə yenə, Bir kəs ki, binadən Vartazar oldu. Məəttələm cinli Səfər Əli bəg Hərçənd qıssadı, əmma pesərək; Bu oğlu İsmayıl nədəndi görək, Həmi cələb düşdü, həm zağar oldu. Dızaq xəlqindədir kisibin bolu, Bu işdə onların uzundu qolu; Gədə-güdə basdı meşəni, kolu, Kimi yoxa çıxdı, kimi var oldu. Mən özüm-də bir gün çıxdım cövlanə, Görmüyübsən, yolum düşdü bu yanə; Bir tüfəngli ləzgi, mərdü mərdanə Tutulub, əlimdə giriftar oldu. Yer-yemiş babında misali-cənnət, Eşidibsən gendən özün də əlbət; Alma şahbalıtı yeyənə minnət, Hər çadıra girsən bir tağar oldu. Dımıq qoyun əti manəndi-şəkər, Basdırma, qovurma hər şamü səhər; Bala barmaq batırmayır gədələr İnək ayranından bimiqdar oldu. Sərasər əhvalı şərh etdim sizə, Ğənimətü yəğmə çıxıbdır dizə; Tarının bir lütfü budur ki bizə, Nə bir yağış yağdı, nə də qar oldu. Feyzə yetmək olmaz, olmasa irşad, Həmrahi-birahın dad əlindən, dad. Ümidvarəm ola bu səfər bir zad, Qumuq səfərimiz lap bikar oldu. Əli bəy Fuladova Nədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən? Bihəmdilləh ki, zahir olmayıb tərki-ədəb məndən. Süxənçinlər sözünə mərdi-dana etibar etməz, Sana təhqit lazımdır, desə bir zən-cələb məndən. Qaçar məndən Əlilər, xah oğlum, xah damadım, Sənin həm qaçmağın, cana, deyil hərgiz əcəb məndən! Mənəm dərvişi-nikəndkş kim, əyyami-ömrümdə Xuda agahdır, bir kimsəyə dəyməz təəb məndən. Səri-karı mənimlə kimsənin yox əhli-aləmdən, Məgər-rəncidədir nahəq iki alinəsəb məndən. Bu adətdir-ğənilər mülkü cah ənam edər xəlqə, Nə kari-büləcəbdir gör edər bunlar tələb məndən? Əziza, zərrəcə yox etibarım xiyşü əqvamə, Ərəbdən olmazam haşa, əgər olsa ərəb məndən. Görüb eybeyləmə bu şairin nəzmi-pərişanın, Pərişanxatirəm, umma kəlami-müntəxəb məndən. Şikəstə Zakirəm, xovf etməzəm mən şərri-ədadən, Nə qədri zud rənc olsa, keçər əhli-ğəzəb məndən. İbrahim bəy Azərə Bəlkə əqlü hüşü fəhmü dinü iymandan mana. Bil, açan rüxsari-alındır tutulmuş könlümü, Şadlıq üz verməz ol gülbərgi-xəndandan mana. Babanam axır sənin, ey tifli-bimehrü vəfa, Gah, gahi əl yetir dövlətli babandan mana. Şükr-lillah, vardır bihədd arpa, buğdamız, Leyk bir qədri dügi hər ildə al xandan mana. Şiddəti-sərmadə bir kürk eyləsə bəzlü bərat, Pirlikdə kargər düşməz soyut çəndai mana. Dövlətindən alinin hökmü rəvaci-əsrdir, Ayda bir bağlam həna yaz gəlsin ol yandan mana. Payımı başdan çıxıb, ayağa tapşır, saxlasın, Sibi-şirin, şahbalud gər gəlsə Şirvandan, mana. Müxtəsər, bir neçə dəm gözlə məni sən bişü kəm, Ənqərib olmuş köç etmək mülki-dövrandan mana. Nəsli-İbrahim xan etmiş səni çün sərbülənd, Ğalib olmuş zövqü şövqün hər iki yandan mana. Azərim, xoşdur yəqin şamü səhər pərvanəvəş Atəşi-mehrinlə yanmaq yüz gülüstandan mana. Biz idik pərvərdeyi-nanü nəmək bir dövrdə, İndi bir əngüşt verməzlər nəməkdandan mana. İBRAHİMBƏY AZƏRƏ Verməsiz, bais nədir, bu pirə müddətdir dügi, Muxlisi-dirinəyə, axır nə mürvətdir, dügi, Çakərə bəxş eylər ağa, rəsmü adətdir, dügi, Cismə asayiş verir, çeşmə bəsirətdir dügi; Olmasa bir xanədə, ənduhü xiffətdir, dügi. Sənsən ancaq bir əmiri-pakzadə canişin Kim, onun məddahı məxluqi-səmavatü zəmin, Ədli bimanəndü həmta, bəzlü cudi biqərin, Baxma təhrikinə, mütləq, parə bədxahi-ləin, Desələr filaniyə vermək nə nisbətdir dügi. Güc verir çəltigə ildə mərdümi-Tərtərbasar, Xoş onun əhvalına hər kim ki, onda mülkü var; Döydürüb anbara payız doldurur tağar-tağar, Həm özü məsrəf qılır, həm Qələdə yük-yük satar. Netmişik, yarəb, bizim yerlərdə bidətdir dügi. Hiç kafər olmasın bu dəhrdə övqatsız, Yemək olmaz çörəyi, zinhar əppəkqatısız. Adəmin canın alır yoxluq sübut-isbatsız, Əmri-müşküldür dolanmaq gərçi malsız, atsız, Bənzəməz onlara hərgiz, özgə nemətdir dügi. Sərdtərdir, onda yox əsla yübusət maş tək, Kef gətirsin badəvəş, ya şireyi-xaşxaş tək, Dir həzm olsun və ya inki bədəndə daş tək, Hər məzacilə süluk eylər qohum-qardaş tək, Filməsəl pakizə həmdərdü xoş-ülfətdir dügi.*/ İşgənə kimdir, onun yanında basdırma nədir?! Ya bağırsaqdan dəxi büryan qavurma nədir?! Qəlyə içi dop-dolu kişmiş, ərik, xurma nədir? Qatı ondan olmasa, küftə nədir, dolma nədir?! Saxlasın tanrı hər afətdən ğənimətdir dügi. Şamə bir boşqab plov, bu şərt əndək yumuşaq, Cani-babadır xüsusən yağı olsa tazə yağ, Vay, bir gün olmaya, gəl gör nədir qaşü qabaq, Qoyma keçsin, qibləgaha, rüzigarım ol səyaq, Çox deyil mənzuri-mətləb, iki çetvertdir dügi. Əğniya, bil kim, plovsuz bir gecə şam eyləməz, Gəlməsə kəfkir səsi səminə, aram eyləməz, Çay, qəhvə adəmi, billah, nikunam eyləməz, Kari-xeyrə onsuz əsla kimsə iqdam eyləməz, Xəlq ara həm rövnəqi-bəzmi-müsibətdir dügi. Kibriya vermiş ona bir növ xoşrəftarlıq, Şüğlü kari daima ğəm əhlinə ğəmxarlıq, Hiç təndə eyləməz azürdəlik, bizarlıq, Eylə əmrazi-ğənidə həm təbibə yarlıt, Bəzi rəncurə özü tənha kifayətdir dügi. , Həmnişindir daima evdə əyal-ətfal ilə, Pak edər girdü ğubarın xublər ğərbal ilə, Gah-gahi bərq urar inci sifət, dəsmal ilə, "Qül-hüvvəllahü əhəd" söylər zəbani-hal ilə, Sufiyi-pəşminəpuşü saftiynədir dügi. Şilə, şorba xəstəyə məsrəf düşər şamü səhər, Ol səbəbdən ki, ona yağlı plov eylər zərər, Sağ üçün hər siləsi bir silə altunə dəyər. Xah pirü, gah bürna, xah övrət, xah ər, Müflisü bayü ğəni, hər nəfsə hacətdir dügi. Düşsə hər bəzmə güzarı, şəm tək pürnur edər, Xaneyi-eyşü nişatı vəslilə məmur edər, Dövr cövrindən mükəddər xatiri məsrur edər, Leşkəri-cui çıxardıb mülki-dildən dur edər, Bir dilavər pəhləvanü əhli-cürətdir dügi. Pirlikdə nanü həlvayi-doşabı neylirəm, Otuz ikidən biri yoxdur, kəbabı neylirəm, Bəsdi bir bişmiş, iyirmi dörd əzabı neylirəm, Mədəyə hər şey ki, salsa inqilabı, neylirəm, Qoy qazanı üstə, övrət, biməzərrətdir dügi. Yoxdur aləmlə belə bir qatili-səfravü xun, Xilti-sövdanı qılır bilmərrə məğlubü zəbun, Çareyi-əmrazi-bəlğəmdə təbibə rəhnümun, Ruzi-şəb təfrihi-qəlbü mərhəmi-rəşi-dərun, Nafeyi-suzi-ətəş, dəfi-hərarətdir dügi. Adəmi cənnətdən ixrac etdi gəndüm danəsi, Arpanın kimdir cahanda valehü divanəsi, Olmasın ərzən yatağı heç kimin kaşanəsi! Gərçi məmlüvdür sərasər həqq mehmanxanəsi, Cümlə ətamə vəlakin ziybü ziynətdir dügi. Əhmədi-Muxtar, Xətmi-Ənbiya səlli-cəmal, Şafeyi-ruzi-qiyamət, mədəni-fəzlü kəmal, Eylədi həft asimanə seyr, dərdəm, çün xəyal, Ondan əfzun qədrdə olsaydı bir şey, Zülcəlal Bəs neçün ol sərvəri-nasə ziyafətdir dügi?! Dəstinə alma Müqimin məhz biyca nüsxəsin, Əkbər oğlu Hacının bihudə əşya nüsxəsin; Özlərin dana sanır, bilməz müdava nüsxəsin, Görmüşəm mən güllühüm haziq ətibba nüsxəsin, Eyləmişlər təcrübə, məqruni-sihhətdir dügi. Qoyma qalsın Zakiri dami-bəladə, qayğuda, Nə rəva piranəsərlikdə ki, xuni-dil uda; Yağı vursa yeydi, bir karvan qalınca busquda, Verə bildikcə verib hindarxıdda, Hacılluda Qadiri-biçun deyirlər kim, qiyamətdir dügi. Knyaz İlikoya Əla, ey afitabi-bürci-müştaqi-vəfa knyaz! Əla, ey dürri-bihəmtayi-dəryayi-səxa knyaz! Məni hifz eylədin asibi-üdvandan, görüm, yarəb, Səni hifz eyləsin asibi-dövrandan xuda, knyaz! Mənim bu müşkülümü sən ki, qıldın lütf üzilə həll, Səni heç müşkül işdə qoymasın müşkülgüşa, knyaz! Səni qeydi-ğəmi-afaqdən qılsın rəha tari, O iki novcəvanı qeyddən qıldın rəha, knyaz! Bu piri-natəvanə ömr verdin tazədən əlhəq, Nə qədri var ömrüm ömrünə qıllam dua, knyaz! Mana tutdun bir iş ta var dünya qalacaq baqi, Eşidənlər hamı kim, deyəcəklər, mərhəba, knyaz! Qərabağ içrə bu karin salıbdır nur gün nisbət, Həmişə bəxtin olsun gün kimi, ey məhliqa knyaz! Kişi tutsun gərək bir iş ki, qalsın yadi-xeyr ondan, Bu dünya fanidir, heç kimsəyə qılmaz vəfa, knyaz! Səni heç nakəsü namərdə möhtac etməsin tari, Şikəstə Zakirəm, zikrim budur sübhü məsa, knyaz! Rus vəliəhdinə (Qafqaz çanişininə) Ey vəliəhd, sana lütfi-xuda yar olsun, Dəstgirin əbədən qadiri-muxtar olsun! Gülşəni-dəhrdə sərsəbz nihali-bəxtin, Ey sərəfrazi-cahan, ta ki, cahan var, olsun! Çeşmi-bəddən səni hifz eyləsin oy həyyü ğəfur, Baxsa hər kim, sana kəc, dərdə kiriftar olsun! Sayəbani-sipəhin ətləsi-çərxi-əxzər, Pasiban dərgəhinə əncümü səyyar olsun! Cami-eyşin meyi-gülrəng ilə daim ləbriz, Qədəhi-bəzmi-nəşatın dəxi sərşar olsun! Əmrinə bəndeyi-fərman Buxara, Xarəzm, Hökmünə Çinü Xəta tabeyi-iqrar olsun! Düşsə hər cayə yolun şamü səhər fəthü zəfər, Ol biri pişrovun, biri qəfadar olsun! Dustun xoşdilü xürsənd ola, bədxahlərin Bidi-Məcnun kimi həmvarə nigunsar olsun! Pərtövi-mehri-rüxun etsin üfüqdən tale. Çeşmi-bədbini-ədu şəbpərəvəş tar olsun! Nə əcəb, sümmi-səməndi-sipəhinlə yeksər Kühi-Əlburz biyaban kimi həmvar olsun! Çoxdur ümmid bu dəm qovmi-Çeçen, əhli-Avar Dağılıb hər tərəf avarəvü idbar olsun! Şahbazi-dəri-dövlət nə bilir ovci-həziz, Götürər çənginə yüz tayiri-gühsar olsun! Eylədi xuldi-bərin Tiflisi feyzi-nəzərin, Bas Qarabağə qədəm, məskəni-gülzar olsun! Ğələt etdim bu sözü, hanı o sər bizlərdə Kim, vəliəhdi-şəhə layiqi-iysar olsun! Yoxdu bu əsrdə ol şairi-pürzur, əfsus, Deyə bir mədh ki, şənində səzavar olsun! Şairə eyb deyil, zabitədir təbi-səlim, Dərk edər anı ki, güncayişi-göftar olsun! Baisi-fəxri-vücudat ola bir paknicad, Vəsfü övsafi-kəmalatı nə miqdar olsun! Nəzmi-mən,-pişi-Süleymanə necə muri-həqir Gətdi ta payi-mələx, - hacəti izhar olsun. Pirəzən dəstinə almış kələfi-rismani Yusifi-Misrə həmana ki, xiridar olsun. Mirzə Mehdiyə Ey Mehdiyi-zaman, şairi-dövran, Adam olan gərək danışa məqul; Həcv, hədyan ilə sana nə layiq Uyezdni Qazini eyləmək məlul! Qazi bir molladır təyyubü tahir, Onunla ədavət eyləmə zahir; Nəzmi-təbin ola dürrü cəvahir, Xəlq içində qiymətidir qara pul! Söz deyən gözləyə gərək əndazə, Nəinki əqlinə gələni yazə; haçan mən vermişəm sana icazə: Qulağını qırpıb yetənə soxul! Məgər yaddan çıxıb əyyami-mazi, Tarxanov zamanı çakəri-qazi Olmasaydı gəlməyinə ta razi, Eyləyə bilməzdin hücrəyə düxul. Kəfş kəndə otururdun baədəb, Danışa bilməzdin bivəchü səbəb; Çürət bəhəm eyləyibsən, nə əcəb Gözləməzsən təriq, saxlamazsan yol? Etibar eləmə dövri-fələyə, Əbəs yerə özün salma kələyə; Quş bağlanıb, deyən, beş gün tüləyə, Pərvaz eyləməsin turac, qırqavul! Gədə, saf azıbdır sənin əməlin, Axırındı, bilmən, yoxsa əvvəlin; Talıb kimi hərdəm tutanda dəlin Danışırsan hədyan, söylürsən füzul. Baxma İbrahimə, olma sərsəri, Onun heç özündən yoxdu xəbəri; Qazidən kənara durandan bəri Qaçar ondan təmam əyalü oğul. Ənqəribdir bu gün, sabah gəlir xan, Qaçma bir tərəfə,……. var dayan, Tövsəni-nəzminin başın çək, oğlan, Enişə-yoxuşa çapma bi-üsul! Mən gəzmişəm Gəncə, Şəki, Şirvanı, Bizim tək sirr açan cəmaət hanı? Bəd əməldə görsə biri mollanı, Üstünə örtəllər ellik ilə çul. Qaxarsan başına gahi çırağı, Gah deyirsən işə tutar qonağı; Ey uşaq, bilməzsən sən bu sayağı, Zina deyil əgər övrət olsa dul. Nə çəkirsən onu arana, dağa, Gündə bir yazarsan hədə, qadağa; Tərəfgirlik eləməyib mütləğa, Rüşvət almayıbdır ömründə bir yol. Müridi-xas idin Qaziyə daim, Hekayətin həmvar, özün mülayim; Üsulü təriqin tutmuşdun qayim, Sana kim toxundu, elədin nükul? Nə desən yaraşır Əbdülə, mana, Biz də əvəzini yazarıq sana, Nəhayət küfrdür söz demək ona, Bir iş tut ki, tarı eyləsin qəbul. Müştəridir göftüguyə həmişə, Tövri-təriqəti salmağa işə Mu qədəri edən deyil əndişə, Gəlsə üləmayi-Misrü İstambul. Bir stəkan çay nuş edər nəharə, İki cəngə çilov axşam iftarə; Əlhəmdü-lillahə deyil, biçarə Özgə mollalar tək təmmaü əkul. Fındığa yetirib gərçi tiryakı, Yenə sərindədir fəhmü idrakı; Hər yetən novçədən eyləməz baki, Pişləngə salacaq səni, hazır ol! Sarcallını qoyma eyləsin fərar, Yüz illik əmlakı tökülüb qalar; Gedən tək olara qızılbaş yazar On tümən məvacib, oda lavüsul. Boran çoxalanda gəzər yalavac, Kisələri xali, əyalları ac; Kürəyə kəsilib sən görən ağaç, Qalmayıb kimsədə bir kəndi-tüyul. Məbada olalar qızılbaşa ram, Yığılıb gəlsinlər Qələyə təmam. O dövlətdən əl çəkibdir xasü am, Necə ki, təbibdən mərdümi-məslul. hər kim ki, istəyə əbədi çörək, Dövləti-aliyə yapışsın gərək; Canü dildən qulluq eylə bir əndək,. Hörmətə, izzətə, nemətə cumul. Büxlü həsəd olub bu xəlqə adət, Həddən aşıb aravurmaq, şərarət; Bilirəm, bir səfhə etməz kifayət, Nə lazımdı dəxi verəm nəzmə tul.. Bilirəm işini mən o viranın, Mədənidir təqəllübün, yalanın; Bəyi, xanı, şahı mülki-İranın Çoxdan eyləyiblər ədldən üdul. Saluban gərdənə tövqi-iradət, Üz tutsun dərgahə bivəhmü vəhşət;, Cümlə ğəmin bədtəridir şəmatət, Vardır bu babdə hədisi-mədlul. Qorxuram açıla bir özgə kələk, Gördünmü ki, nə saç qaldı, nə ələk; Az çəkər, sizlərə, Xındırıstan tək, Buyrula hər yandan çapğun, çapavul. Mehdi Bəyə Bəyi görmək mana deyil müyəssər, Mənim əvəzimdə, filani, sən gör. De kim, bu nə işdir, ey mərdi-məqul, O əhdi, iqrarı yalanı sən gör. Xəlq içində özün zahid göstərən, Fasiqə, facirə nəsihət verən. Naxunundan ğeyri iki ... görən Zöhrəyə müştəri olanı sən gör. Həq bilir ki, ustadıdır bəd karın, ………………zürrətin namusun, arın. Əgər xan bağına düşsə güzarın, Məryəmi……… talanı sən gör. Kəmmali-kamiləm deyib özünə, Bir əbləhi inandırıb sözünə. O xəlvət xanədə Fatma gözünə Səhər ertə milçə salanı sən gör. İldə birin doğub, örtüb, çulluyan, ………….yeksər-zolluyan, Hər atı görəndə…….. tulluyan, Bir özü mil, qaşqa qulanı sən gör. Rəviyyəşinas həm iş bilən olmuş, Xanımlara, xatınlara tən olmuş, Abırlı, həyalı mağıl zən olmuş, Ərinin saqqalın yolanı sən gör. Tərk edib vacibi fərzi-sünnəti, Almayıb pəşminə heç məzəmməti, Tanrı bilir, bu işlədən büdəti Nə kürd eylər, nə də kolani sən gör. Uçoğlanlı Səfər getsin dərinə, Mən dolanım qoç iyidih sərinə; Yolun düşsə Şəkərbəyli yerinə, Həzərat saldığı bulanı sən gör. Əmisinə eyləməyə nəsihət, Qasimi incitmək sana nə nisbət. Dövlətlidən dövlət, kordan bəsirət, Çalar hər tərəfi ilanı sən gör. Xan qızının bizə lütfü, nəzəri, Sanırdı özünün canı, cikəri. Bu yaz bəyə münsif olandan bəri Özümü saldırım bəlanı sən gör. Əta xana Mirzə Mehdi, bizim bəndəxanənin Keçəsi dağılıb, keçə gərəkdir. On dörd qalıb olsa kifayət eylər Əgər xəbər alsan "neçə gərəkdir?" Əta xandan əta deyil ki, uzaq, Əmma bizə düşməyibdir ittifaq. Alinəsəb adam yüz olsa uşaq, Yaxşını, yamanı seçə gərəkdir. Nisfin Qaraağacı, nisfin Xəsili Versələr bilmərrə dəva kəsili. Törəmədi qoyunların əsili İldə iki yol gələ qoça gərəkdir. İyirmi istildən salına möhkəm, Yüz il yağış yağsa verməyə bir nəm, Elə mərğub ola kim, görən adəm Bəkrəsin içinə .... gərəkdir. 0 üzü, bu üzü sərasər həmvar, Təpikçisi qoçaq, həllacı pərkar; Ev sahibi ətdən, aşdan nə ki, var, Tökə onlar yeyə, içə gərəkdir. Səmərqəndi kağız kimi ağ ola, Güzəmi pərqu tək yumuşaq ola, Tikiləndə hazır bir otaq ola, Şöhrəti fələkdən keçə gərəkdir. Külfət çox olanda dərdisər artar, Görərsən, hər biri bir yana dartar; Qışda oturmağa, həqdi, damı var, Sabah yaz olanda köçə gərəkdir. Övrəti ölən tək tez almaqda zən Əmin Salif bəydən keçərmişəm mən. Üç-dörd oğul qayırmışam təzədən, Ölüncə kişiyə beçə gərəkdir. Keçən ildə çox mufsidü bədbina Abuğun nəqlini eylədi bərpa; Şükür həqqə, bu söz olmadı bərca, El xayini çıxa puça gərəkdir. Özü düşər, qaza hər kim ki, qarı, Bəlalərə eylər müsəllət tarı. Mən belə bilməzəm, neçin aqarı, Hər kəs öz əkdiyin biçə gərəkdir. Hamıdan ziyadə zülm oldu mənə, Dövran bər-əksinə dolandı yenə; Vəliyul-nəəmi ölən kimsənə Ruhu bədənindən uça gərəkdir! Salarə Mirzə Hüseyn, bir kəs ola vərşikəst, Çox adamlar alır ayaq üstünə. O ki, Kərbəlayi bu binəvanın Çökübdü diz özgə səyaq üstünə. Xındırıstan beş-on evdi kəsbkar, Yerli tayifəsi ağaçdan qorxar; Bəyin tatü türkü; təmam nə ki, var Çəkər fəqirlərin çomaq, üstünə. Fəthü nüsrət deyil müşəxxəs hələ, İt uşağı qoyub börkünü dələ; Hərə bir dəyənək götürüb ələ, Sanasan sağ gəlir naçaq üstünə. Bəy hər nə danışsa, danışır döşdən, Koroğlu tək beşdən, ondan, on beşdən; Xatircəm olubdu küllühüm işdən, Gəlib neçə gündü dəmağ üstünə. Dağın o yüzündə bir kəndi Rəbən, Qaqarza, Üçoğlan mülki-müstəhsən. Bir ovuc toprağə göz tikmişəm mən Necə ki, quş qonar budağ üstüna. Bu dünyanın malı dünyada qali, Dövrü zaman deyil fitnədən xali. Həştadə yetəndə kişinin sali Gərək qoya dodaq-dodaq üstünə. Azar duşüb camışıma, malıma, Qan-yaş tökər görən kəslər halıma; Fələk ğəm yükünü yığıb dalıma, Bir zad qalmayıb ki, qoyaq üstünə. Moruğdur hər yerdə dəvası dərdin, Daruyi-şəfası ruxsari-zərdin, Müşkülün həll olmaz, əgər namərdin Tutasan sübhətən çiraq, ustünə. Böyüklük yetənin ağzına gendi, Tut damənin, o ki qədir biləndi, Deyirlər Nəzrağa qövrə yetəndi, Düşmüşəm tazədən sorağ üstünə. Baharlı Mirzə İsmailə Eşitdim ki, tazəliklə satıbsan Kəndini bir çuval gəndümə, Mirza! Bu misrəi özün yaxşı bilirsən, Sənin…. mənim zəndimə, Mirza! O sana düşməndir aləm-aşikar, Hələ indi bu dəm ehtiyatı var; Bir əndək ki, başı açıldı, salar Yenə səni yandım-yandıma, Mirza! Əlin çıxacaqdı dava-dərmandan, Müntəfe olursan, amma nə çəndan. Həsrət aparısan Xındırıstandan Yolun hər düşəndə kəndimə, Mirza! Eyib deyil olmaq kişiyə kasıb, Qulluğun var, buyur bizə münasib; Əmanət-əmanət, oğlan, qar basıb, Bayramxan ocağın söndümə, Mirza! Nə tez barışırsan, bildir dalaşdın? Hər nə ki, eybi var aləmə aşdın. Noxtanı başından sıyırıb qaşdın, Yaxşı düşmüş idin fəndimə, Mirza! Rişxənd eyləyib güldüklərini, Çay içib ağzını sildiklərini, Bəy babana vermə bildiklərini, Demənəm ki, bir zad çəndimə, Mirza! Keçən ildə hərçənd olub qiylü qal, Öhdəsinə götməz, gözüm, əhli-hal; Yolundu, yolundu .... saqqal, Oğlanı hüccətə mindimə, Mirza! Sözbazlıqda çünki yədi-beyzan var, Hər kim olsa səni axtarıb tapar; Yeyərsən, içərsən, qorxma, a yassar, Qayım dur, özünü sındıma, Mirza! Məsəli-məşhurdur eldə, obada, Sən özün də eşidibsən ziyada: Mərd ətəyin tutan yetər murada, Namərdə başını endimə, Mirza! Kəlamımdır dürüst, özüm hesabı, Müşküldür bu əmrə gətirmək tabı; Mən bilirəm-yazacaqsan cavabı, Xeyrin deyil, məni dindimə, Mirza! Bəylər bəyə Bəylər, nə layiqdi Xan qulluğuna Bir kəs atlı gedə, piyadə gələ? İldə bir yol düşür mənim güzarım, Vay onun halına ziyadə gələ. Böyüyün dərində lazımdır dərban, Axşamdən ola bəndeyi-fərman; Təmənnasız gələn olur peşiman, Gələ gör bir adam muradə gələ! Oğurluğa əcəb olubsuz mötad, Həmrahi-birahın dad əlindən, dad! Gələndə şad gələr, gedəndə naşad, Hər kimsə ki, sizin bərbadə gələ. Gəlməyən adama deyirsiz: gəlin! Müşküldür qayıtmaq ayağı yalın. Mən yenə qıvrağam, Adıgözəlin Gərək dalısınca ərradə gələ. Məsəli-məşhurdu: "quş dənə gələr", Sizdə bir nəf yox səvayi-zərər, Gəlməz o qapıya heç kimsə məgər, Horadiz, Quyucaq fəryadə gələ. Mundan sonra girən xanın evinə, Gərək başmaqların soxa cibinə. Ya keçirə saf otağın dibinə, Nə isə mühəyya, amadə gələ. Lazımdır tərəddud xeyirdə, şərdə,. Ədalət üzünə çəkibsiz pərdə, Bir təziyə olsa, xudanəkərdə, Gümanım yoxdur ki, molla də gələ. Bir adam təyin et asitanəyə, Yaxşını, yamanı görcək tanıya; Nə eşiyə, nə də qəhvəxanəyə, Qoymaya hər yetən ... dadə gələ. Baytılar Bir Tərtər, bir İncə var, Çamçapar bürünc ovar Aşiqin gizli dərdi Dağların birincə var. Bağında birgəzən var, Bürünmüş bürqə zənvar. Xəyalım dağınıqdır, Könlümdə bir gəzən var. Aşiq o yağiləndir, Piltə o yağ iləndir. Vəhdəhu la şərikin Lütfü oyağ iləndir. Aşiqəm gör dügünü, Ay doğdu, gördü günü. Cənnətdə görməz aşiq Qoynunda gördügünü. Aşiq Minayə dəgər, Xalın Minayə dəgər, İl var bir günə dəgməz, Gün var min ayə dəgər. Gəldi bir baqi süvar, Bağban, sən baği suvar. Gül dəftərin bükübdür, Bülbülün baqisi var. Gəldi bir yaxşı süvar, Gir bağa yaxşı suvar: Aləmin malü mülkü, Aşiqin Yaxşısı var. Yorğanında birə var, İki qumuq, bir avar. Rüstəmi-zal olasan, Fələk səni bir ovar. Gətirdin abugərdən, Ver mürğə a bekar, dən, Bilmədin yar qədrini, Sınasan, a bu gərdən. Aşiq hərayə çatar, Oxur hər ayə çatar. Can çıxdı, canan gəlməz, haray harayə çatar? Dur atlan, yanına var, Oxlanan yanın ovar, Dindirərəm dinməzsən, Arada yenə nə var? Gözüm, səndə səda var, İskəndərvar səda var. Deyirlər canan gəlir, Bir beləcə səda var. Şuşa var, Dağdana var, Mürğ üçün dağ dən ovar, Göz yaşım selə-döndü Endidi dağda nə var. Xərab olsun görüm belə zəmanə, Qalmadı qəllədən bu il nişanə, Mələx üz qoyubdur Xındırıstanə, Bu dağılmış əcəb oynaq olubdur. Tərtərbasan az əgirdi adətdə, Çəltigə verirdi gücü qayətdə, Viran olan bizik bu vilayətdə, Bir Üçoğlan, bir də Tanyaq olubdur. Əllidən ki, keçdi bir əndək kişi Övrət ilə olmaz alış-verişi. Mən ki, təmam eyləmişəm yetmişi, Onu bilən yoxdur haçaq olubdur. Məndən betər əldən düşüb Vəli bəg, Yalamışdı üzün bir müddət köpək, Yığışdırdı olan-qalanı gəlcək, Deyirlər ki, genə qısraq olubdur. Zakirəm almışam bir dərdbiləni, Dəyirmanə özü aparır dəni, Muttəsil bişirir könlüm sevəni, Öz yaşı özünə qovşaq olubdur. Qəmər şəqqə urmuş tel arasından, Ziya salmış zənəxdanın üstünə. Müjganın sayəsi qanlar yağdırır İki ləli-bədəxşanın üstünə. Çəkdi zülfün kəməndi çərxi damə, Qiyamət göstərir sübh ilə şamə, Gördü ləbin yetdi yəhyil-izamə, Xızır gəldi Məsihanın üstünə. Dütası müsəlsəl ənbərin geysu, Çeşmi sərxoş baxar misali-ahu. Ğəmzeyi-cəlladi, mərkəbi-hindu Çəkər zülfi-pərişanın üstünə. Çəkdi ləşkər gəldi ğəmzən sərdarı, Bildi ki, bikəsdir, yoxdu ğəmxarı. hicran ələmdarı, ğüssə çaparı, Gəldi Zakir binəvanın üstünə. Bir kərrə cəmalın ovsafın etmək, Yüz şəmsü qəmərin ağzına gendir. Taqi-əbrulərin vəsfin söyləmək Mehrabü minbərin ağzına gendir. Başına döndüyüm, ey küli-rüxsar, Yerişin sərxoşdur, gülüşün xumar. O şirinlik sənin ləblərində var, Qəndi-mükərrərin ağzına gendir. Bilmək olmaz sənin sirri-dəhanın, Qurbanı mən olam sən növcəvanın, Elə ki, zülf qucar incə miyanın, O zərrin kəmərin ağzına gendir. Pərvanə, laf edib nədir danışmaq, Sövdayi-şəm ilə həddindən aşmaq? Gecə-gündüz Zakir kimi alışmaq, Külli-səməndərin ağzına gendir. Aman fələk, aman mürvət günüdü Ayrı düşdüm nazlı yardan, ay mədəd Mən bülbülün xəzan oldu baharı Gül də qaldı arzumandan ay mədəd. Ağ üzünə siyah zülfü düzeydim, Əl uzadıb yaxa bəndin üzeydim, hayıf ola, bir qol-boyun gəzeydim Dolanaydım sağü soldan, ay mədəd. Tuti kimi bir doymadım dilindən, Şəkkər əmib bir quçmadım belindən, Zakir deyər çərxi-fələk əlindən Qərib eldə ağlaram qan, ay mədəd. Vədə verib sən ha gəlləm demişdin, Gözüm qaldı intizarda gəlmədin. Sənsiz mənim giryə oldu munisim, Məni qoydun intizar da gəlmədin. Əydi qəddim firqətin cah-cəlalı, Necə qaşın xəm eyləmiş hilalı, Saldı məni damə zülfün xəyalı, Mənsur kimi qaldım darda gəlmədin. Mən elə Zakirəm ey vədəxilaf, Nizeyi-ahımdan çərx oldu şikaf, Belə olmaz a bimürvət, biinsaf, Getdi əldən ixtiyar da gəlmədin. Ölüncə mən səndən əl çəkməz idim Bu ayrılıq mana qəzadən oldu. Əğyar tə nəsindən, möhnət ğəmindən Sən demə ki, cövrü cəfadan oldu. Gözəllər şahı mən sana bəndəyəm, Salma nəzərindən bir əfkəndəyəm, Həsrəti-zülfündən qara gündəyəm, Bu sitəmlər mana səbadən oldu. Zakirəm yəqinən candan keçmişəm, Meylər kimi əyağlara düşmüşəm, Bəlalər çəkibən qanlar içmişəm, Sən kimi gərdəni minadən oldu. Əlavələr Sərim ol payə fəda kim, şəhi-xubanə gedər, Sədqə can ol gözə kim, baxmağa cananə gedər. Qətreyi-dürri-ərəq çahi-zənəxdanında, Kuyiya Yusifi-Misri çəhi-zindanə gedər. Küfri-çeşmi çərisi çeşmimə səf-səf görünur, Belə məlum genə fəthi-müsəlmanə gedər. Çürmi-aləm nədir, ey şux, xədəngi-ğəmzən Qətli-am etmək üçün hər biri bir yanə gedər. Xətti-növxizmidir dövri-ləbində, yoxsa Ləşkəri-Hind tutub Rumi Bədəxşanə gedər. Daneyi-xal həvasilə uçar dil mürğü, Dami-geysular alıb çevrəsin əfsanə gedər. İstədim yarə keçən dəmdə deyim dərdi-dilim, Gördüm olmaz, mey içib, sərxoşü məstanə gedər. Zakira, cövrü sitəmdən qalanı canımızın, Az çəkər, tezlik ilə afəti-hicranə gedər. Belə cəlladi-pərivəş, belə canan olumu, Bu necə ruhi-mücəssəmdi belə can olumu, Qabi-qövseyn məqamında bu peykan olumu, Küfr zülfüni sevən tabeyi-iyman olumu, Ki, desəm cami-həqiqət ləbinə, qan olumu? Bəşər əhlində xudaya, nə məlahətdir bu, Ayeyi-fəthi-zəfərdən bir əlamətdir bu. Allah-allah nə təmaşadi, nə afətdir bu, Necə qəddü necə mina, nə qiymətdir bu, Belə ğəmzə, belə cadu, belə müjgan olumu? Hanı bir sən kimi xunxar ola mərrix sipah, Həsrəti-mehr yüzindən şəbi-səyyardi mah, Müştəri bəxtü Ütaridnəsəbü Zöhrənigah Cümlə "əhsəntü!" deyəllər, belə insan olumu? Ey qərari-dilü canü və həm arami-könül, Yenə çak oldu ləbin şövqi ilə ğönçeyi-gül, Sındı meyxanədə tab eyləməyib... Saqiyi-cami-ələstə dedim: ey layəqil, İki badami-siyah göz belə məstan olumu. Nari-nəmrüd güli-arizinin gümrahi, Xülqi rövşən eləyən bəzmi-xəlilüllahi, Haşimi xalı demə, cıqqeyi-şahənşahi, Zakirin canın alan zülmü sitəm agahi, Bir belə ruhi-rəvan, afəti-dövran olumu? Hacı böyük bəyə Tüf sənin yüzünə, ey çərxi-müanidpərvər, Ərzəlü kəcrəvişü nakəsü namərdsiyər, Mötəbərdir bizə yüz sən dənidən fahişələr, Lənət etsin sana ol xaliqi-həyyü davər, Mübtəzil eyləmisən gör neçə min peyğəmbər. Ovliyadən kimi dövründə sən etdin dilşad, Şiri-həq qətlinə bərçid elədin min ifsad, Ali-Süfyanə müavin olub etdin imdad, Şamı təmir eləyib, Yəsribi qıldın bərbad, Kərbəla qissəsini eylədin aləmdə səmər. Padşahani-sələfdən kimə verdin aram, Nistü nabud elədin-qalmadı Huşəng ilə Sam; Fürsət olmadı ki, Cəmşid içə bir şövq ilə cam, Əklü şürb oldu o biçarə Kəyumərsə həram, Getdi zülmatə sənin məkrin ilə İskəndər. Dövri-vajuninə xatircəm olub hər əclaf Arsız öz həqq yolundan itirir zeyyini saf, Geçə hədyan danışıb, gündüz edir lafü kəzaf, Qəlbi-napakdə hərgiz ola bilməz insaf, Sahibi-minbərü mehrab olu………. kimi xər, Mən keçən zülmləri birbəbir etsəm inşa, Bəli, əlbəttə, əqəllən olu yüz min tüğra, Keçən əyyam keçibdir,-deyə, yazmaq bica, Şimdi bu Şişə ara yaxşı salıbsan ğövğa, Bir-birini qıracaqlar nücəba az çəkər. Pərilər məskəni bu Şişəni divə layiq Nə rəva eylədin, ey sənətə təşnə, şaiq, Tutalım qurbağalar divə olublar aşiq, Daim üryan gəzibən tanımayan arxalıq, Məsnədi-Mehdiyə calis olub övladi-Ğəzər. Namüradə nə səzadır bu qədər izzü cəmal, Əlliyə sinni yetib, zərrəcə yox onda kəmal, Surəti-bərzəxi təşbihi-himari-Dəccal, Bu nə təzvicdi sən eyləmisən ey həmmal, Mehri-rəxşəndə zühurunda dura şəbpərələr? Bir deyən yoxdu Murada, ürəyim oldu dü nim, Ey səfihü əzəlü əhməqü mərdudü ləim, Ruhra, söhbəti-nacins əzab əst əlim, Sən de həmsirrinə, qurbanın olum, Mirzə Müqim, "Bu tənakühdən a biçarə, sana varmı səmər?" De, qulaq asma mana, yaxşı qılıbsan tədbir, Rişxənd eyləyəçək atlıya piyadeyi-pir, Səni gördükdə cəmalinə kim olmazdı əsir, Yaxşı yığdın evinə aqilü nadanü əmir, Necə ki, günbəd ara cəm olur faxtələr. İstəyən dəmdə xudavəndi-qədimü biçun Hər kəsin eyləyə iqbalını aləmdə zəbun; Belə əfalə onu eyləyəcək rahnümun, Özün öz dəstin ilə yıxdın evini, məlun, Yeri, kir külxənə, tök başına kül şamü səhər. Qələt etdim, hanı ol səndə, bu böhtan oldu, Axırı şer demək olmadı, hədyan oldu, Şimdi ki, bu əməlin aləmə dastan oldu, Demə xanəm dağılıb qalmadı, talan oldu, Ehtiyat eylə, Əmirzadə səni kəmsiklər. Nurunun nur üzündə var idi görmədi, sən Eyləyən işləri ey ez-özünü taniməyən, Kari-dünyayə bir az ismət ilən çəkdi ihən, Qıldı üqba səfərin axırı bu xülqi-Həsən, Torpağı sanı sana lənət oxur cinnü bəşər. O nə övrad oxumaq idi, nə hikmət, nə üsul, O nə izhari-dəyanət eləmək naməqbul, Hiç qəsd ilə tədarük görən eylərmi üdul? Hərəmi-beyti-xudayə girə bilməz məful, O səbəb həcci-nisa tərkinə hekm etdi Ömər. Məkkədir mömin olan kimsənənin meraci, Zairi-xətmi-rüsul olmayan olmaz naci, Şahü bürnavü gədadır bu dərin möhtaci, Məkkəyə sən də gedib yaxşı qayıtdın Haci, Ğənim olsun sana Miyqatü Mina, Səngi-həcər, Görməyib bir belə iş hiç kəs allaha pənah, Eyləyə ömri-əzizin kişi dünyadə təbah, Malü dövlət səni, əlqissə, edibdir gümrah, Türk ara yaxşı məsəldir deyilibdir vallah: "Köpəyin qarnı tox olsa gecə ulduza hürər". Şükr-lillah, ürəfa sinfi olur azadə, Ehtiyacı ola bilməz sən edən imdadə, Bir binadır ki, qoyan qoydu bizim bərbadə, Bəli, yaxşı buyurub Arifi-heydərzadə: "Layiqi-möhreyi-xər olmayan aldı gövhər". Başına at təpib, içməmisən sən ki şərab, Çoxdu səndə, tutalım, simü zərü mülkü dəvab, Əqlin ər var isə yığ başına, ey xanəxərab, Evlənirsən, barı get anqırıban tayını tap, Nəsli-qatırçıya şahzadələr olmaz həmsər. Baba bəyin vəfatına Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım, Cahanda xatiri ğəmgin, dili pürdərd mən qaldım. Ənisü mehribanım Mehribanda vasili-rəhmət Olub, dari-fənadə zarü səhragərd mən qaldım. Mətai-can xirid etdi rəfiq kərm ikən bazar, Pozuldu rövnəq, ancaq qaldı ahi-sərd, mən qaldım. Xəyalat əhli-xaki-kimiya tək, napədid oldu, Tutub rahi-ədəm iksir-təban, kərd mən qaldım. Görüb dəhrin vəfasın, çəkdilər əl eyşi-aləmdən, Bu viran mülkdə, səd heyf, tənpərvərd mən qaldım. Həqiqət mənzilinə yetdilər mərdi-rəhi-aləm, Mənə bu ar yetməzmi, həmin namərd mən qaldım Edər seyri-külüstani-bəqa ağgünlülər hər yan, Qara gün içrə gülbərki-xəzan tək zərd mən qaldım. Vəzirü şah rüx tutdu piyadə xaneyi-fərzə, Səməndi-fil ləng oldu, dağıldı nərd, mən qaldım. Müsibət salının tarixi amma oldu "tarixim", Köçüb ustad, Zakir, bihünər şagird mən qaldım. Əmirzadeyi - məşuq və cavan aşiq Var idi bir lətif əmirzadə, Xanımanı nəzdik Şətti-Bəğdadə. Əhli-kərəm idi, sahib-nan idi, Öz boyuna sultan idi, xan idi, Sair səlatinin cahü cəlalı, Bunun həm talalı, həmi cəmalı. Gecə, gündüz göydə Müştəri, Zehrə Söylərdi övsafın mahlə mehrə. Şəklü şəmailin görsə afitab, Çəkərdi üzünə pərdeyi-səhab. Ləblərindən edən dəmdə nuşxənd Tökülürdü bəzmə rizə-rizə qənd. Ğəmzeyi-qəttalı, çeşmi-ğəzalı Salmışdı Bağdada yüz qilü qalı, Xüsusən işrətə meyli var idi, Elmi-musiqidən xəbərdar idi. Şairi-süxənvər, arifi-dövran, Saqiyi-gülcöhrə, mütribi-xoşxan; Hazır idi məclisində sübhü şam Ürəfa, zürəfa, nüdəma müdam Olmuş idi ayinəbənd otağı Bədihəgu şairlərin yatağı. O cümlədən bir cavani-biqərin Müqərrəbi-bəzmi-xas idi həmin. Cəzbeyi-eşq onu öylə səbükpa Etmiş idi, daim hər sübhü məsa Bivahimə Şətdən eyləyib übur, Yetişib vüsala dilşadü məsrur; Məclisi-yardə söhbət edərdi, Axşam necə gəlmiş idi, gedərdi. Sairi-yaranü həmdəmü həmrah Bu sirrdən mütləq deyildi agah. Güman edərlərdi, çəkib dərdi-sər, Bu da onlar kimi cisrdən keçər. Hamana bilirdi əcibə karı, Bir xaliq, bir özü, bir də dildarı. Neçə müddət keçdi bu qərar ilə, Hüsni-xidmət ilə, etibar ilə. Bir gün əhli-hüzzar, xəvasü əvam, Be təriqi-sabiq cəm olub təmam, Eylədilər şirin ta vəqti-ğürub Hekayəti-nikü rəvayəti-xub. Dağılıb mənzilə gedən zamanı Biçarə müxatəb edib oğlanı Dedi: "ey müşfiqü mehribani-mən, Bir ayinə tutub hüsnünə bax sən. Görünür gözümə manəndeyi-mah, Dövri-zənəxində ləkkeyi-siyah. Bilməzəm ləkkədir, ey bərgüzidə, Ya əks salıbdır mərdümi-didə". Nimxənd eyləyib dedi: "ey cənab, Ehtiyat ilə get, - olursan ğərq ab!" Anlamadı hərgiz sayir əhbab O nə sual idi, bu necə cəvab. Səhərdən Bağdada düşdü avazə, Əfsus ki, filankəs gedib güdazə. Dün keçərkən olub ğərq abi-fəna, Tutuldu təziyə, başlandı əza. Xüsusən məşuqi-dəyanət-ayin, Giryanü dilbəstə, mükəddər, ğəmgin Yığılıb üstünə ğeyri-həmkarı, Tutdular küllühüm yəsi-dildarı. Möhnətə mübəddəl oldu eyş, işrət, Keçdi macəradən bir neçə müddət. Bir gün yenə bəzm olmuşdu münəvvər, Üz tutub aldılar oğlandan xəbər. Dedilər ki, ey sərsəfi-əncümən! Hərçənd müdrikü fəhməndəsən sən Və lakin rəsulü xətmi-ənbiya Cəbrəili-əmin gəlməyincə ta Sirri-kainatdan deməzdi xəbər, Sən nə cəhət ilə olub müztəhzər Buyurdun: ehtiyat eylə, axarsan; Səhər göyə çıxdı naləvü şiyvən. Əsəri-kəlamın verdi nəticə, Sirri-ayəndəni bilirsən necə? Dedi: nə rəsuləm, nə də danayəm, Fəhmü fərasətdə sizdən ədnayəm. Nəhayət, var munda bir əmri-nihan, Çünki belə düşdü, eyləyim bəyan, O biçarə mana olmuşdu pabənd, Sanırdınız keçir cisrdən hərçənd. Və lakin eşq olub elə səbükpər, Etmişdi, bilirdim, hər şamü səhər Eləməyib əsla əndişeyi-şətt, Yeriyə-yeriyə gəlirdi çün bət. O gün dedi zənəxində ləkkə var, Müşəxxəs eylədim aləm-aşikar; Dildadənin zövqü şövqi olub pəst, Bünyadi-eşqinə düşübdür şikəst. Bildim ki, olacaq ğərq fənayə, Gün ki, ğürub etdi, çəkilir sayə, Eşq əhlinin balü pəri eşqdir, Nikü bədi, xeyrü şəri eşqdir. Quş balü pərilə qalxar havayə, Pər olmasa batar, təki-dəryayə". Eşqdir, seyr etdi rəsuli-xaki Bir ani-vahiddə doqquz əflaki. Eşqdir, Məsihi-fəsihkəlam Ərşi-müəllani eylədi məqam. Odu, Əyyub içdi şərabi-səbur, Odu, kəlim oldu kamiyabi-Tur Odu, atəş oldu Xəlilə gülşən, Davudu yandırmaz tüfteyi-ahən. Zövrəqi-tufandır eşqi-məcazi, Gəl gör həqiqətin nədir ecazi. Hüseyn bəyi həcv Var özgə vilayətdə də tək-tək köpək oğlu, Hədsizdi bu viranədə, bişək, köpək oğlu. Hərçənd mana balta çalan çox idi, əmma Məcmudən əfzun bu it-əmcək köpək oğlu! Olmadı deyən bir muna kənd aşrı it ürməz, Bəsdir bu şərarət dəxi əl çək, köpək oğlu! Yüz düşmən ola bir kəsə, bir kəs yıxılanda Filcümlə gərəkdir ola sövkək, köpək oğlu! Qəhri-üməra atəşi-suzandı, nə layiq, Bərqəsd onu hərdəm üfürmək, köpək oğlu! Fikrin budu, atan yerişi yeriyəsən sən, Xüm cayini haşa tuta cürdək, kepək oğlu! Lazımdı o şəxsin vələdindən həzər etmək Kim, əbləğ ola cəmdəyi lək-lək köpək oğlu! Derlərdi anan zaniyədir, var idi şəkkim, Sən ki, beləsən, yoxdu dəxi şəkk, köpək oğlu! Məşhur məsəldir ki, bitər ot kökü üstə, Səgdən törəyən axır olur səg, köpək oğlu! Bu qədri sana xəlq dedi ağzını saxla, həqqən ol ……………………………….. Qəsdin çörəyin kəsmək idi munca əyalın, Kəssin səni ol kəsdiyin əppək, köpək oğlu! Keçməz belə dövran, sənin də bu səyaqın Bərbad olu çün dövləti-Bərmək, köpək oğlu! Bir kərrə düşübsən qazanılmış çörək üstə, Sanma özünü yoxsa ki, zirək, köpək oğlu! Bu bidəti nə ləzgi, nə şahi sevən eylər, Bu zülmü nə əfqanü nə özbək, köpək oğlu! Haşa ki, culi-ətləs ilə xər ola tusən, Müşküldü demək bədgühərə bək, köpək oğlu! Dişi-dişi pünhani nədi zərbə girişmək, Ey batini zən, zahiri erkək köpək oğlu! İt itdi, ürən vəqt tanır aşnanı, yadı, İrs oldu sizə yetənə ürmək, köpək oğlu! Bədxahlığı tərk eləmə, tənə edər xəlq, Şayistə deyil əsli itirmək, köpək oğlu! Knyaz nə kim, cövr eləsə əmri mütadır, Yox bizdə ona qüdrəti-dinmək, köpək oğlu! Sən kimi, yetən nakəsə, ol qadiri-sübhan Xəlq eyləməyib məndə əyilmək, köpək oğlu! Namərd ətəyindən kişi həngami-zərurət Tutmaqdan isə yaxşıdı ölmək, köpək oğlu! Şinel tapılan yer bizə bir vers yarım var, Hərgah desən yoxdu, gəl ölçək, köpək oğlu! Qan olmadı bir dəfə açıldı qoyun ardı, Daim keçininki olu çərmək, köpək oğlu! Min evlə neçin eyləmisən dəfi-məzərrət, Asandi əgər Behbudu gəzmək, köpək oğlu! Beş-altı gədəm var pərişan, oların da, Kəsb əhlidilər, şüğlü cüt əkmək, köpək oğlu! Poştlar dağıdıb, yol kəsəninki yalan oldu, Gərmək satanın yalanı gerçək, köpək oğlu! Varəm sizin ilə necə ki, var həyatım, Tab eylə bu gündən belə sən tək, köpək oğlu! Bağışla, damağım yox idi, müxtəsər oldu, Müşküldü bu dəm nəzmi yetirmək, köpək oğlu! Bir növ sana sikkə vurum həcv ilə, yüz gəz Suhan çəkələr eyləməyə həkk, köpək oğlu! Knyaz Xasay Usmiyev haqqında həcv (Rəhimbəy Uğurlubəyova) Rəhima, çövr edir hər dəm mana bir naqolay knyaz, Gəhi Tərxan, gəh Cəfərqulu, gahi Xasay knyaz. Olub knyaz yatağı bu dağılmış xeyli müddətdir, Fərarət olmarıq bir dəm geday knyaz, gəlay knyaz. O yaxsay, mən qarabaği, mənimlə yox sərü kari, Nə istər bilməzəm məndən genə xingəl-quşay knyaz. Dağıstan dağının knyazlarının ləzzətin gördüm, Qalıbdır bir həmin Əndi, Çeçen, bir Cüngətay knyaz. Səxavət umma ondan, harda görmüş vermək, almağı, Onunki bir odur içsin buzə, çalsın dalay knyaz. Gələndə bir üzü, bir cüt qulağı, saf quru ....... Xüsusən aləmi etmişdi yeksan püştü pay, knyaz. Yetim düyşək tapanda çünki bir iylər, iki dişlər, Düşüb əmlakın üstə iki əlli qarmalay, knyaz. Dedim ol mədəni-feyzə bulunsun canişin, yarəb, Bulundu, heyf kim, bixeyrü xayin, süstray knyaz. Hərarət çeşmi-kəmbinayə nöqsan olduğun bilmiş, Gələr payız Qarabağə, qaçar Əlbürsə yay, knyaz! Üç ay qış cövrü zülmünə, könül səbr eylə, səbr eylə, Papağın fırla ha gəldi, yaz olcaq ustupay, knyaz. Yetirdi həq sana bu dövləti birəncü bizəhmət, Tikər kor leyləyin həqqa, yuvasın ol xuday, knyaz, Qəzanın gərdişin gör kim, verib bu Şişə şəhrində Gəlib bir naqisü nadan yapa köşkü saray, knyaz. Belə knyazı həqq alsın əlimdən, mən tutum matəm, Vurub başimə hər ləhzə deyim: ey vay, vay, knyaz! Qolumuzdan tutan yox, qılçımızdan qaldıran çoxdur, Bizə qəht oldu bu aləmdə bir müşkül-güşay knyaz. Bir ayqır tay-bağırsaq olsa at ondan qulun tutmaz, Budur vəhmim-bizim düxtər gəzə daim subay, knyaz. Ləamət öylə qalibdir o bidinü dilazarə, ; Siyavuş qanıdı yanında bir fincan çay, knyaz. Əgər yoxdur bu illət səndə yüz lənət mana gəlsin, Sifatın zəmmini nəzm ilə yazdım cabəcay knyaz. Məhəmməd bəyə Əziza, mən sana bir cilqiyi-şahanə göndərdim, Əcayib töhfədir, mən həm əcəb oğlanə göndərdim. Bəyazi-çeşmi-məhbuban kimi şəffaf, seyqəlli, İçində mərdüməkvəş mən onun bir danə göndərdim. Və ya inki fərar olmuş ğulami-hind kuyindən Tutub saldım, qolu bağlı çəhi-zindanə göndərodm. Həqarət çeşmi ilə baxma cana, üstüxan sanma, Çıxardıb, nəqdi-canımdır, mən ol cananə göndərdim. Saluban getmədi, çün baz gəldi yaz ol şəhbaz, Bu bir tövqi-iradətdir, ona nişanə göndərdim. Tək indi şəhri-dildə tab qıl, ey ləşkəri-möhnət, Cəfavü cövrünü yazdım, bu gün sultanə göndərdim. Şikəstə Zakirin mən etmə sövqatın görüb biqədr, Xüturi-xatirinçün tapmadım bahanə, göndərdim. MƏHƏMMƏD BƏYƏ /*Ol -kərimi-karsazə sığınıb, Yazmış idin bir əfsanə, Məmməd bəy! Ağdamda yetişdi mənim dəstimə, Şərh eylədim bir-bir xanə, Məmməd bəy! Məqami-təslimdə qövmü qardaşın Bir əppək yeməzdi, olmasa xaşın; Canın çıxsın, indi böyüyüb başın, Salıbsan özünü qanə, Məmməd bəy! Gözəl otaqların qalıb natəmam, Ötən, keçən….. içinə müdam; Qan tökülür gözlərimdən sübhü şam Hər baxanda o viranə, Məmməd bəy! Ərməniyə basdın ərəq çaxırı, Çıxmadı bir yanə işin axırı. Məsəli-məşhurdur:….naxırı Ziyankar olsa bir danə, Məmməd bəy! Demə bədxahimdi mənim filanı, Əl çəkmə bu işdən, xeyrini tanı; ……………………saqqalının bir yanı, Tək sahib ol Zəngilanə Məmməd bəy! Məsələamuzun molla Zülfüqar, Qazi ilə çoxdan rəfaqətin var; Sənin kimi kafir olmasın düçar Heç bəndeyi-müsəlmanə, Məmməd bəy! Bacı və qardaşı eylədin məğbun, Ğönçə kimi təmam olub cigərxun, Gəleydi zəlzələ, afəti-taun Sən gəlincə Üçoğlanə, Məmməd bəy! Baş qırxmaqda yədi-beyzan var idi, Atbaş oğlu sana xidmətkar idi. Becan bəyin ülgücünü var, indi Götür, çəkil bir dükanə, Məmməd bəy! İlxı Xan qızının həqği-həlalı, Muradxan şahiddir, yox qiylü qalı; Özün qazanıbsan qoyunu, malı, Böyük bəy danışır canə, Məmməd bəy! Aləm bilir, tamam sənindir Cünun olma, nə könüldür, nə xatır; Böyük bəyə iki dəvə, bir qatır Niyə verdin, ey divanə Məmməd bəy? Hərçənd validən olub tündxu, Qarışır hər işə, edir cüstücu; Bəy evində gərək balişi-pərqu, Qoy daş üstə yatsın anə, Məmməd bəy! Kiçiyə nə gərək kənd-kəsək işi? Böyük ilən olur alış-verişi, Götürsün tulanı, gəmişsin quşi, Keyfə baxsın alişanə, Məmməd bəy! Qələt yazıb sizin ərzəni yazan, Tökülüb üstünə bir bölük xizan; Kisəbürlük elə, tək yekən qazan, Nə baxırsan ada, sanə Məmməd bəy! Bayram hər nə desə doğrudur sözü, Bu işlərdən tamam vaqifdir özü, Sənn istəməyən kor olsun gözü, Əcəb darıyıbsan kanə, Məmməd bəy!*/ MƏHƏMMƏD BƏYƏ /*Eşitdim naməyi-mehrü məhəbbət Yetişir daima Pəridən sana. Aşiqin məşuqi gərək çağ olsun, Nə hasil o quru dəridən sana?! Əzəl sevdin Fatma ilən Məryəmi, Onların dalınca Şahi-Sənəmi. Belə sevda xərab eylər adəmi, Özün bil, deyirəm bəridən sana. Biri piri-kamil, ikisi sadə, Oynaş olmaz üçdən, dörddən ziyadə. Tapşırıb …… Şirin Fərhadə, Bəlkə fürsət ola………sana. MƏHƏMMƏD BƏYƏ Nəzmi-şəkərbarın gəldi yetişdi, Ay Qasımın püştü pənahı Məmməd! Əcəb tanıyıbsan çərxi-bədkarı, Pir olasan görüm, vallahı, Məmməd! Onun kimi bir əcuzə hiyləgər, Tapılmaz, gəzəsən cəhanı yeksər; Bir dənizadəni tacvər eylər, Göz ucilə qılsa nigahı, Məmməd! Çün özü dişidir, sözü dişini, Sizdən yaxşı mən bilirəm işini, Nəzər salıb bir………. kişini İranın eylədi padşahı, Məmməd! Bəslədi Teymuri-Ləngi bir müddət, Geydirdi əyninə qəbayi-heşmət; Kor Səlimə verdi nə növ dövlət, Müşküldü eyləmək siyahı, Məmməd! Mədəni-xətadır, nəfindən əl çək, Ayaqlar hər yerdə fəqiri görcək; Yastıpapaq eylər kimini mən tək, Kimi başa qoyar külahı, Məmməd! Cahanə, bişübhə, gedəcək gələn, Bu yer deyil, bizə ayrıdır vətən; Başa yetib ömür, indi sən və mən Oruc tutaq gərək se mahı, Məmməd! Bəy ikən adımız olub mülkədar, Rəiyyət indidən bizə ... atar; Ellik ilə bu halətə nə ki, var Gərəkdir ki, çəkək yüz ahı, Məmməd! Bundan isə yeydir diyari-ğürbət, Al başını, dur get, əlbət, səd əlbət! Var isə məhrəmin, bir soruş xəlvət, Nə idi bu xəlqin günahı, Məmməd? Bu dövri-fanidə bulmadıq zayə, Ömru verdik əbəs-əbəs fənayə; Gəl Məşhədə gedək, ya Kərbəlayə, Budur kəlamımın kütahı, Məmməd! Mirzə Mehdiyə Dedim fuladını nərm eyləyəsən, Sən eylədin səngi-xarə, əzizim. İnşaallah olur ləhaf müsəlləm Belə keçsə varə-varə, əzizim, Asi rəyət bəyin yada salırmı, Ağa sözün…….. alırmı, Fuladi-bədgühər yumuşalırmı Ta düşməyə yalavlarə, əzizim. Birah əngər soyuq döyə dəmiri, Çıxmaz çəkişindən səsi-səmiri. Mühəssilin uzun olsun ömüri, Xub salıb onları darə, əzizim. Yetişən tək alıb qulluq da yekin, Bizim mülazimə göstərib…….. Eşşək ki, xamladı götürməz yükin, Gətiriblər bizi zarə, əzizim. Canə yetdim dərdü ğəmü möhnətdən, Qurtarmadım əndişədən, xiffətdən; Başımı götürüb bu vilayətdən Getməliyəm bir diyarə, əzizim. Mundan əvvəlkilər çalışıb Hərçənd Bir ev tikməyiblər ola dilpəsənd; Sarcalı xəlqini başdan xudavənd Yaradıbdır günüqarə, əzizim. Bizlər kimi bir-birinin bədxahı Tapılmaz, gəzəsən aləmi dahı. Onun üçün ğəzəb edib ilahi, Xayinik aşnaya, yarə, əzizim. Gözəl köhlənləri gecə sübhədən Minib çapıb, qulun tökdürür Həsən. Nəsihət eyləyib hərgiz deməzsən Çəkib onu bir kənarə, əzizim: Ey bihəya, həzər eylə xudadən, Usan təqəllübdən, cövrü cəfadən. Peşiman olursan bu macəradən, Yetirirlər sahibkarə, əzizim. Yenə tazə oğurlanıb bir yabım, Dəxi ziyanlığa qalmayıb tabım; Budur sizə əvvəl-axır cavabım: Bu işə eyləyin çarə, əzizim! Qarabaldır xəlqi oğru yatağı, Tapılmaz gəzəsən doğrusu, sağı Hamıdan bir kənar, o it uşağı Talan salıb aşikarə, əzizim. Fəqir-füqəranın qoyunu, malı Yarım saat deyil xətadən xali. Sakit etmişdiniz bu qiylü qalı, Yenə qarışıbdır arə, əzizim. Baxşıdan görmüşəm mehrü vəfalər, Bizdən yetir ona hədsiz dualər, Xeyrxahəm ona sübhü məsalər, Cahangirü cahandarə, əzizim. Hüseyn bəyi həcv Var mülki-Qarabağda çox dun kepək oğlu, Haşa kim, ola bir belə məlun köpək oğlu! Sən sənki-cəfabirlə mənim könlümü yıxdın, Yıxsın evini qadiri-biçun, köpək oğlu! Yox səndə məgər şərmü həya, bir kəsə eylər Bu zülmü nə həccacü nə Məmun köpək oğlu! Munca nədi kim, dinini dünyayə satırsan?! Yığdı o qədər neylədi Qarun köpək oğlu! Bir dərdə salıbsan ki, məni çarə tapılmaz, Hərgah gələ Loğmanü Fəlatun, köpək oğlu! Eşşəkdən at olmaz, çulunu eyləyəsən gər Ya tirməvü ya ətləsi-gülgun, köpək oğlu! Əfali-bədin qıldı Qarabağı müləvvəs, Pak etməz onu lücceyi-Ceyhun, köpək oğlu! Hərçənd müsəlmandı adın, yaxşıdı səndən Taətdə Mıkırdış ilə Ərtun, köpək oğlu! Kimdir o çörəksiz qapına şad gəlib, axşam Qayıtmaya dilxəstəvü məhzun, köpək oğlu! Üftadələrin dəstini tut ta nəfəsin var, Həmvarə dolanmaz belə gərdun, köpək oğlu! Hər kim tanıdı, tapdı səni, oldu peşiman, Bir mən deyiləm beylə cigərxun, köpək oğlu! Kimin evinə düşsə sənin məqdəmi-şumün, Yeydir ki, düşə zəlzələ, taun, köpək oğlu! Hər bəndini bir kəsdən alıb madərin, oldur Səndən görünür kari-digərgun, köpək oğlu!,,. Bir acı xiyarca mana iş görmədin əsla, Dursun gözünə yük-yük o qavun, köpək oğlu! Dörd yük sarı buğda keçən il vurdu qatırçın, Yolda üyünüb getdi sizə un, köpək oğlu! Dünya işi əql ilə deyil, talei-meymun Çəkmiş nə yerə gör səni, meymun köpək oğlu! Böyük bəyə Ey böyük bəy, bizə sən verdiyin təxt Mənim dişlərim tək ovraq olubdu Çürüyübdür payələri sərbəsər, Bir tutumdan hələ alçaq olubdu. Pozulubdu, daşlıbdı dörd yanı; Əgər göndərəsən usta Sehranı, Yəqin bil ki, yoxdur qurmaq imkanı Bir növ ilə gərdən-bucaq olubdu. Bir payəsin mıx çalmışam danaya, Birisi gəlmədi heç ovsanaya, Birin övrət paz yondurub hanaya, Birindən bir əcəb toxmat olubdu. Dağılıb iqlimi-İranə dönüb, Yıxılıb sərayi-viranə dönüb, Əyilib- qaməti-piranə dönüb, Tamam paçələri çoynaq olubdu. Neyləsin, işlənir müddətdən bəri, Qalmayıbdı hərgiz şənlik əsəri; Sındıqca yonulub döşəmələri, Ən uzunu iki barmaq olubdu. İp ilə baş-başa çatmalı deyil, Götürüb ocağa atmalı deyil, O qədər güdəlib-yatmalı deyil, Uşaq beşiyindən qıvraq olubdu. Lazımdı qocadan eyləmək həzər, Ölməyi övladır, bihudə gəzər, hər zaman uzansam böyrümü əzər, Sanasan ki, quru qaltaq olubdu. Natəvanəm birə mənə küc eylər, Heç bilməzəm yerdə yatan neceylər. Ta sübhədən qaşınmaqdan gecələr Var əndamım dırnaq-dırnaq olubdu. Rəncü təəb əsər etməz qalına, Axşamadən yük götürə dalına. Mən zərdü zəifəm, xoşa halına Hər kim ki, sənin tək topçaq olubdu. Bərabər gərəkdir uzunu, eni, Qorxuram təng ola, incidə məni, Çünki il yarımdır bizim keyvəni Yatmaqda mənimlə ortaq olubdu. Ey mədəni-səxa, ey kani-kərəm, Gərəkdir gözlüyə adəmi adəm; Bəxş eylə Zakirə bir təxti-möhkəm, Qoyma, xabgahım çardaq olubdu. BÖYÜK BƏYƏ I Böyük bəyin xanimanı abadan, Bizə bazi-kəmşikarı göndərmiş; Quyruğu yox, şəhpərinin üçü yox, Bir naqisi-dilazarı göndərmiş. Demə, deyir yalan filani mana, Lənət ol kimsəyə dediyin dana. Qanadı, quyruğu, peşkəşdi sana, Saf topaldı barmaqları, göndərmiş. Həvayi-seyddən enən zamanda, Möhnət tüyuruna minən zamanda, Boş əl ilə teyrə dönən zamanda Səkib, səkib bizə sarı göndərmiş. Bir il verib ol Məhəmməd darğaya, O da süvar olub qulan yorğaya; Qanıq edib sağsağana, qarğaya, Görüb ki, yamandır karı, göndərmiş. Turac çolpasına üz tutar tək-tək, Gözün yumar bozu, xoruzu görcək, Xanə-nüzul imiş lələ Qurban tək, Başdan edib ol yassarı, göndərmiş. Hər zaman ki, plov düşsə xaşıma, Zoğal axtasıdır qara, aşıma; Əlimdən çıxan tək qonar başıma, Bir sahibi-etibarı göndərmiş. Nə qədər aparıb ataram genə, Məndən əqdəm görrəm gəlibdir yenə. Bu növi quş olmaz məgər ki, mənə Bir bəladır göydən tarı göndərmiş?! İstər uzaq apar, istər yavuğa, Qayıt gəl, özünü vermə sovuğa; Axşam gələcəkdir kəndə tovuğa, Lazım deyil intizarı, göndərmiş. Xoş ünnək olaydı Fatimə kimi, Özgə illətinin yox idi ğəmi. Ələ gəlməz, çox incidir adəmi, Bədrəvişü dəvətvarı göndərmiş. Paçabəndi mal gönünün deşməsi, Şikarıdı keçi qılı eşməsi; Maşallah, boğazının keşməsi, Mühəyyadır hər bir karı, göndərmiş. Qumrovunun səsi bir növ ilə bəm, Çatı boyu olsa, eşitməz adəm, Alətü asbabı olaydı möhkəm, Tapaydıq itəndə barı, göndərmiş. Bəhləsini deməyin, avarədir, Mənim kürküm kimi parə-parədir. Gündə bir cücədən günüm qarədir; Canımıza alovları göndərmiş. Tapmadım cahanda bir yari-dəmsaz, Çox cəfasın çəkdim, vəfa gördüm az; Dost dosta göndərir bazi-dilnəvaz, O da mənə ahü zarı göndərmiş. Bunların işləri cümlə təltəldi, Təltəl işdən fayda yoxdur,-məsəldi. Özü yolda öldü, cələsi gəldi, Dadaşı da bir bimarı köndərmiş. Zakir, bundan artıq dəxi söz demə, Batırma oğlanı ğüssəyə, ğəmə. Belə ... adam verməz adəmə; Əlbəttə, bu imiş varı, göndərmiş. Şuşa mollaları haqqında Heyf, səd heyf, bu iş bulmadı əncam yenə. Üləma özlərini eylədi bədnam yenə. Şişəyə dəsti-qəza səngi-cəfa yağdırdı, Şişəvəş sındı bu gün rövnəqi-islam yenə. Var idi mədrəsəyə rəğbəti xəlqin, qovğa Düşdü nahaq yerə ortaya bu axşam yenə. O qədər keçmədi ki, sülh binası pozulub, Bir-birə şıllaq atar Şeyxəki-əyyam yenə. Duş həmkasəvü həmsöhbət idi, eylərlər Haliya bir-birinin küfrüni elam yenə. Neçə müddətdi kəsad olmuş idi, oldu rəvac Şəhrü bazardə latailü düşnam yenə. Görmədik biz buların dövrdə bir eydi-şərif, Oldu məsdud dəri-zikr bu bayram yenə. Zövqü şövq ilə səhərdən rəhi-məscid tutduq, Zarü məhzun qayıtdıq həmə nakam yenə. Misli-səyyadi-cəfapişə yerə danə səpib, Hərə bir növ qurar mürği-dilə dam yenə. Yekcəhətlik pozulub oldu qələm tək düzəban, Yazılır şamü səhər tənlə peyğam yenə. Bu nə saziş, bu nə islah, çıxıb mənbərdə, İki gün keçmədi düşdü işə eyham yenə. Bu sifətlə belə, biz naqisi gör, onlardan Kəsməzik hiç ölüncə təməi-xam yenə. Var bir qabilü kamil, ona da əhli-nifaq Ta dinib, derlər, olubdur kişi sərsam yenə. Xələti-xosrovi-dəhr eylədi əngüştnüma, Oldu ta Məmmədəli sahibi-ənan yenə Var ümidim edə knyaz bu pərxaşə bina, Tazədən əhli-vilayət tuta aram yenə. Sədaqətli dostlar haqqında Bir tısbağa, bir kəsəyən, bir qarğa Yoldaş olmuş idi bundan sabiqa. Pakizə məkanda tutuban vətən, Asibi-dəhrdən asudə, eymən. Övqat keçirirdi yazü yayü qış, Eyşü nuşə məşğul idi bitəşviş. Bir ahu şol yerə eyləyib güzar, Üç ikən həmdəmü həmrah oldu çar. Səhərdən dağılıb hərə bir yana, Günorta zamanı gəlib məkana, Başından keçəni eylərdi söhbət; Bu hal ilə dolandılar bir müddət. İttifaqən, bir gün gəlməyib ahu, Aldı yoldaşların canını qayğu. Qarğaya dedilər: "dur, aç pərü bal, Gətir biçarədən bizə bir əhval. Şayəd ki, fəqiri, xudanəkərdə, Damə salmış ola səyyad bir yerdə" Biməksü təvəqqöf ovcə qalxıb zağ, Dolanıb hər tərəf edərkən soraq, Gördü ki, heyvanı səyyadi-birəhm, Üqubəti-həqdən eyləməyib vəhm, Tutub, əl-ayağın barlayıb möhkəm, Atıb günə qarşı, özü gedib həm. Dami-təzvirini qurubdu genə, Şayəd özgə şikar sala çənginə. Ahuyi-pabəndə verib təsəlli, Qanadı on isə, eyləyib əlli. Gəlib həmrəhlərə gətirdi xəbər, Bir parə naləvü şiyvən etdilər. Təkəllümə gəlib dedi kəsəyən: "Onun əncamını yaxşı billəm mən. Məni qanadının üstünə götür, O yer ki, ahunu görübsən, yetir. Be-hövli-qüvveyi-xaliqi-zülmən, Bir ləhzədə bəndin parə qıllam mən". Bu tədbiri həmə eyləyib pəsənd, Oldular, filcümlə, dilşadü xürsənd. Kəsəyəni qarğa alıb dalına, Olan gücün verib pərü balına, Bir zaman yetirdi ahuya muşi, Qalmamışdı səbrü qərarü huşi. Zərbi-dəndan ilə kəsib kəməndin, Bir əndək qalmışdı dəf edə bəndin, Gördülər tısbağa üftanü xiyzan, Özünü yetirdi şol yerə nalan. Zəbani-təərrüz etdilər diraz, Söylədilər: "bu nə işdi, anlamaz?! Nə fikr ilə gəldin burayə, görək, Səndən bizə olacaqdı nə kömək? Məgər ki, gələndə səyyadi-pürfən Biz qaçaq, qalasan aralıqda sən! O da bizə ola əlahiddə dağ, Gərəkdi dübarə çalaq əl-ayağ". Dedi: "ey yarani-ba-istiqamət, Ayini-dostluqda deyil mürüvvət Aşinanın biri gəzə asudə, Şol birisi qala dami-qayğudə. Girəm ki, məsrəfim yoxdur bir karə, Necə dura billəm sizdən kənarə? Tanrı o yoldaşa eyləsin ğəzəb, Kim, dari-dünyada ola xüdtələb! Üç həmrəhi-sadiq tək olsun azad, Mənimki səhldir, hərçi bada-bad!" Göftügunu bunlar etməmiş təmam Gördülər ki, gəlir mərdi-bədəncam. Həmrəhi-çarümdən əl çəkib naçar, Ahu, siçan, qarğa etdilər fərar. Səyyad gəlib ol məqamə yetişdi Kim, ahunu pabənd edib getmişdi. Baxıb hər tərəfə etdi nəzarə, Görmədi be-ğeyr əz rismani-parə. Bir də bir tısbağa zarü sərgərdan, Yaşınmaq qəsdilə dolanır hər yan. Bəs ki, çox yüyürüb eniş-yoxuşa, Ov tapmayıb əli çıxmışdı boşa. Tısbağanı labüd torbaya saldı, Ağzını bağlayıb dalına aldı. Yornuq köpək kimi ovçu ahəstə Yol başladı, ixtiyarı güsəstə. Qarğa dövr eyləyib ovci-həvadə, Baxardı əməli-ibni-Ziyadə. Gətirdi həmrəhi-fərarə xəbər, Hali-binəvadən olub müstəhzər, Muşi-sahibi-huş tapıb bir tədbir, Dedi: "durmaq vəqti deyil, ey nəxcir! Sən eylə məkr ilə payını axsaq, Səyyadın önündə dolan bir səyaq. Fikr eyləsin asan tutaçaq səni, Xəyali-xam ilə atıb kisəni, O olsun şikarın tutmağa məşğul, Mən ollam torbanı yırtmağa məşğul. Ol zaman ki, qarğa eylədi səda, Bil ki, tısbağanı etmişəm rəha. Səbr eylə bir qədər ta ki, biz qaçaq, Sən də sıçrayıb gəl yenə qarışaq". Bu məkr ilə oldu dü məhbus azad, Qayıdıb gəldilər məsrurü dilşad. Bu məsəlin vardır ona nisbəti: Bir kəsin bir kəsə ola ülfəti, Gərək zar olanda, o da zar ola, Həmişə dostundan xəbərdar ola. Nəinki dost qala dami-bəladə, O gəzə arxayın dəştü səhradə. Həm dəxi həqarət gözilə, zinhar, Baxıb bir adəmə eyləmə inkar. Hər meşəyə güman aparma boşdur, Xudbinlik kişiyə nə kari-xoşdur, Yazıbdır Sədiyi-şirinkəlam, Əmləhüş-şüəra, arifi-əyyam:, "hər bişə güman məbər ki, xalist, Şayəd ki, pələng xüfte başəd" Mirzə Fətəliyə Gözüm yolda qaldı, könül intizar, Gəlmədi cavabi-namələr səndən. Bir aydan artıqdır gedib uşaqlar, Yetişmədi bizə bir xəbər səndən. Aşina, müsahib, yarü həmsayə Lazımdır yetişə ğövrə, hərayə; Kitabətin dəyər mülki-dünyayə, Nə hacət istəmək simü zər səndən? Tək yaradıb səni vahidi-yekta, Əxlaqına, ətvarına mərhəba! Neyləmisən Molla Səfi, Bəybaba Məmnundu, əzizim, bu qədər səndən? O vilanın yoxdu bu yer tək pisi, Təqəllübü, hərzəkarı, xəbisi; Yaxşı gördüm tamam əhli-Tiflisi, Razıyam nəhayət biştər səndən. Olan dəmdə mana mənzil Şadno Hər tərəfə eylər idim təkü do. İvano-bəy, Kolyubakin, İliqo Çalışırdı, əlhəq, bərabər səndən. Həsən bəyə söylə əmri-məlumi, "Qəziyyə məlumdur deyəndə rumi". Sərəfraz eylərsən yüz bəxti şumi, Zahir olsa əgər bu hünər səndən. Tutub damənini sən tək əmirin, Təvəqqöün eylər iki əsirin; Qarabağ mülkündə bir mərdi-pirin Təmənnası budur, taci-sər, səndən! Qoyma ki, ğürbətdə gedələr zayə, Sayə salmaq təqazadır hümayə: Laçın balasıdı gəmiş sonayə, Seyd etmək olardan, balü pər səndən. Salıbdır bəlaya dəbənganali, Dağılıb əmlakı, dövlətü mali; Sakit eyləməyə bu qilü qali İstər o xoştəbi-süxənvər səndən. Tutuşub mənimlə çərxi-bədəfal, İt……girsin ha beylə iqbal; Bizim üstümüzdə, ey nikuxisal, Eşitdim incinib Yekəpər səndən. Baş verən zamanda bu əmri -əbəs, Gərək ona sən deyəydin: "ey tərəs, Sən bir ağacsan ki, ömründə heç kəs Nə sayə görübdür, nə səmər səndən. Çoxların qılıbsan çörəyə möhtac, Axtarır, tapılmaz dərdinə əlac; Fironü hamanü Zöhhakü həccac Ola bilməz, ola sitəmkər səndən. Bidətin yandırıb qövmü əshabi, Müşküldü gətirmək bu zülmə tabi. Düşüb Cəbrəilli, Maralyan, Babi, Horadiz, Qoyucaq dərbədər səndən. Zülmü sitəminlə aləm dolubdur, Əhli-beytin rəngi-ruyi solubdur, Neçə rövşən xanimanlar olubdur, Şəbi-yelda kimi tirətər səndən. Böyük oğlun kəzər payi-piyadə, Şol biri də tələf oldu aradə; Xah gəda, xah büzürgzadə, O kimdi çəkməyə yüz zərər səndən? Sikkə olmaz övladının cibində, Rizqləri yırtıq çuval dibində; Can verdi madərin özgə evində, Nə düxtər yarıyıb, nə pesər səndən. Ömri-təvilinə budur ki, dəlil, İstəməz üzünü görə Əzrail; Bundan sonra hələ yaşarsan yüz il, Vəchi budur, əcəl yan gəzər səndən. Üləmayə dersən föhşü latayil, Təriqi-islama deyilsən qayil; Bu hal ilə yenə çox əqli zayil Gəlib eşiyinə zad istər səndən. Təsəllütün yetsə şeyxül-islamə, Anı bizdən betər salırsan damə; Əbəs yerə düşmə xəyali-xamə, Nifrət eylər, billah, kim görər, səndən. Mən səni tanırdım, işlərin qandı, Yüz deyələr, elə haman-hamandı; Elə bilsin padişahi-zamandı, Hər kim iraq ola, müxtəsər, səndən. Təqəllübdə, təfəttündə- ustadsan, Doğru sözün yoxdu, kizbə mötadsan; Qatili-imamsan, İbni-Ziyadsan, Lazımdır eyləmək əlhəzər səndən. Vəsfi-sifatından danışdım xeyli, Eşitsin hər kimin var isə meyli; Elə yalqız Zakir deyil gileyli, Azürdədir aləm sərasər səndən". İsmayılbəy Qutqaşınlı Bu əhldən mehribanlıq görmədim, Məgər bizə ola o yandan mədəd. Qutqaşın tərlanı, Şəki şəhbazı, Sakini-biladi-Şirvandan mədəd. Qarabağ əşxası yeksər yağıdır, Əvvəldən axıra zülm ocağıdır; Bir gecədə canavarlar dağıdır Olmasa kəlləyə çobandan mədəd. Nücəbalər qədrin bilir nücəba, Əxlaqına, ətvarına mərhəba! Daş-daş üstə durmaz aləmdə əsla Dəyməsə insana insandan mədəd. Fəzayi-möhnətdə qalmışam möhtac, Uşaqlarım olub vətəndən ixrac; Təbibi-haziqsən, eylə bir əlac, Yoxdur mana özgə dərmandan mədəd. Yığılsa bir yerə yüz alinəsəb, Danışığın mənat, sözün müntəxəb; Aləm bilir bivasitə, bisəbəb Müşküldür arizə divandan mədəd. Həzrəti İsmail olsun dəlilin, Yetiş imdadına piri-əlilin; Necə fərzəndinə ol dəm Xəlilin Cəbrail gətirdi qurbandan mədəd. Əsasi-qiyamət olanda bərpa, Kimdir ğövrə yetən ondan masiva; Sərdəftəri-rəsul, Xətmi-Ənbiya Tənzili-ayeyi-Qurandan mədəd. Çərxi-fələk salmış məni bu halə, Malü mülküm tamam getdi zəvalə; Qaidədir şərməndeyi-əyalə Yetişir sahibi-ehsandan mədəd. Gəlməyib mütləqa ruyi-zəminə Tab edən mənim tək qəza ğəminə; Zövrəqi-əltafın dili-həzinə, Gümanım var, verə tufandan mədəd. Namərd ətəyindən tutasan yüz il, Etibarım yoxdur həll ola müşkül; Olsa, olacaqdır dərdinə, ey dil! Xələfi-Nəsrullah Sultandan mədəd. Zakirəm həmişə sən tək sərvərə, Xoş göstərsin səni xaliq nəzərə; Eyb etməz alişan üməralərə İstəmək duayi-pirandan mədəd. İsmayılbəy Qutqaşınlı 2 Səni aləmdə, ey arami-can, hər kim zəlil istər Anı zillətdə bu ğəmdar könlüm ayü il istər. Şərabi-cami-bəzmi-iltifatın nuş edən bir gəz Nə Kövsər arizu eylər, nə abi-Səlsəbil istər. Deyil asan qürbi-padişahi-əsrə yol bulmaq, Sifati-nikü ətvari-xoşü xülqi-cəmil istər. Məni qovğayi-şəhri-bəhri-Baku təlxkam etməz, Nədən kim, aşiqi-şeyda olan kəs qalü qil istər. Kamalə yetmək olmaz, bisəyahət, haliya könlüm Təmaşayi-biladi-Misrü seyri-rudi Nil istər. Mənə derlər ki, sən "peyğəmbərəm" derdin,-nə işdir Deməzlər mərdi-mömin möhnətə əcri-cəzil istər. Cəfayi-dəhrdən azürdəlik eyni həmaqətdir, Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər. Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən Gələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər. Məni-pirü süxəndanın nədir cürmü, xudavənda! Üqubətdə o bişərmü cəfakarü mühil istər. Tapılmaz böylə bir bədhal zalim hiç millətdə, Yığılsa bir yerə Əndi, Qumuq, Axtı, Rotil istər. Məsəldir ki, xəta bir beylə adəmdən iraq olmaz. Bu bir əmri-müşəxxəsdir, nə vəhyi-Cəbrəil istər. Qarabağ içrə ar gün görmədim, mən tirəbəxt oldum... Anınçın xatirim ol qövmi-birəhmi qətil istər. Şəriri-biqərəz olmaq təqazayi-təbiətdir, İnanma bir kəsi xoşnud aləmdə bəxil istər. Bizim mədümləri, zinhar, pənd ofsari bənd etməz, Oların, naqeyi-qalmıq kimi, burnu qəzil istər, Edər yadi-gülüstani-vətən ğürbətdə dil mürğü. Qəfəs qeydindən azad olmağa daim dəlil istər. Nəhayət şərhi-hal etmək yetən namərdə müşküldür,. Sənin tək bir əmiri-pakzadü baədil istər. Təvəkkül əhliyəm mütləq, yapışmam xarü xaşakə, Füsürdə cismim olsun saliha ğərq abi-seyl istər. Səxavət, ya vəsatət zat iləndir, mərdi-biəslə, Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər, Nihali-məqsədi sərsəbz olub əflakə yetməzmi O kəslər ki, rizayi-xatiri-piri-əlil istər? Süxən meydanı, qibləm, təng idi, söz müxtəsər keçdi Sənin övsafını nəzm etməyə bəhri-təvil istər. Yetən tək şəhrə hacı bəndəyə bir təxt bəxş etdi, Bilir ki, bazdəsti olsa hər qanda tüfil istər. O yerdən azimi-Tiflis çoxdur, yaz ki, Mirzayə Filani, bir döpü pərvərdə səndən zəncəbil istər. Əgərçi var Dağıstani kürkü Zakirin, əmma Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər. Deyildi sabiqən əhli-təvəqqö, şimdi Bakudə Əlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər. Dağılmış xanimanı, incimin əxzü sualından,. Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər. Mirzə Fətəliyə Nə xabi-qəflətdi, divanə könül, Aç gözünü, süni-xudayə bir bax! Sana ki, qalmayıb ğəmi aləmin, Seyri-bağə, zövqü səfayə bir bax! Qıl tamaşa nov-ərusi-baharə, Qənimətdi beş gün ömri-dübarə; Səhni-çəmənlərdə qümri, həzarə Nə xoş verib səda-sədayə, bir bax! Gərdişi-dövranın, ey xanəxərab, Aparır möhnətin gərdişi-şərab; İçməsən də içmə özün meyi-nab, Eyşü nuşi-bayü gədayə bir bax! Yasəmənin ətri çöküb jaləyə, Gəlir gülüstandan buyi-ğaliyə; Gahi bənövşəyə, gahi laləyə, Gahi də nərgisi-şəhlayə bir bax! Sərvü sənubərin afəti-xəzan Soyub libasını qoymuşdu üryan; Gəlib tərəhhümə sərvəri-cahan, Verdiyi xələti-zibayə bir bax! Əgərçi xəstəsən, bir dur əyağə, Ahəstə-ahəstə güzər qıl bağə; Qəh-qəhi-minayə, rəqsi-üşşaqə, Cəh-cəhi-bülbüli-şeydayə bir bax! Seyrə çıxıb dəstə-dəstə gözəllər, Çiçək dərib tər buxağa düzəllər, Qaqqıldaşa-qaqqıldaşa gəzəllər, Canlar alan sövtü nəvayə bir bax! Şəqayiq, qərənfil, süsən, nəstərən Zəbani-hal,ilə oxur müstəhsən; Həvayi-kuhsar, səfayi-çəmən Tən edər cənnətül-məvayə, bir bax! Necə oldu Cəmşid, Firidun, Kavus, Söhrabi-namvər, Fəramərzü Tus, Əsasi-İskəndər, gənci-Dəqyanus Tamam getdi badi-fənayə, bir bax! Bu dari-dünyanın yox etimadı, Sənin də rehlətin bugün fərdadı; Sal yadına nəqli-Şirin-Fərhadı. Sərgüzəşti-Məcnun-Leylayə bir bax! Mənim tək deyilsən, əzizim, sənin Kür kənarı, yol üstüdür məskənin; Ləzzətini apar gəlib-gedənin, Nazənini-fərdi-əlayə bir bax! Hallavarın bu səmtinin gözəli, Bazar günü gəlisayə çox gəli; Laçın tumaqəli, tərlan cilvəli, Səri tər cıqqalı sonayə bir bax! Duyuq düşsə əgər verməzlər rüxsət, Unutma gah-gah tapanda fürsət Molla Əhmədi də Axunddan xəlvət, Al yanına, mələksimayə bir bax! Əracif göftüku eşitmişəm mən, Biləm necəliyin olmadı gələn; Deyirlər hamamda bir fahişə zən Biədəb söz deyib Mollayə, bir bax! Fisqü ficur həddən aşıb Şişədə, Erməyi, dişisi yaman peşədə. Mənəm qalan həmin bu əndişədə, Zəmanə dolanıb, qovğayə bir bax! Sürahi solunda, badə sağında, Məzə qabağında, mey dodağında, Çeşmə kənarında, çay qırağında Əmmameyi-seyyid, mollayə bir bax! Vaiz bizə söylər şəri-Müstəfa; Həramə mürtəkib olmayın əsla! Özü lüm-lüm udur batində, əmma Zahirdə dediyi mənayə bir bax! Kimdi baxan peyğəmbərə, imamə, Bu dağılmış düşən deyil nizamə! Orucluqda şürbi-meyi-gülfamə, Mahi-məhərrəmdə zinayə bir bax! Səhra mərdümünü şəhr əhli görcək, Yalvarıb, yapışıb oturdur çömmək; Beş arşında sürüşdürür on çərək, Tacirə seyr eylə, sövdayə bir bax! Baqqal tərəziyə qoyar imanın, Əsəl qiymətinə satar ayranın, Qudurmuş it kimi tutar hər yanın, Deyən yoxdur Ali-Əbayə bir bax! Pinəçilər bafta taxar boynuna, İmperial tökər vərəq oynuna, Qovurmaçı saat qoyub qoynuna, İddiayi-əla, ədnayə bir bax! Həramilər kimi yol üstə yatar, Tamojnada növkər olub mal tutar, Dünbək çalar, şərab içər... atar, Feli-bəyzadeyi-tərsayə bir bax! Dolanır bazarı darğa, kvartal, Döyülür sifətlər, yolunur saqqal; Gecə get cibinə beş-on manat sal, Gündüz gəlib nırxi-bahayə bir bad! Həddən aşıb bu viladə şərarət, Hər kim hər iş görə-puluna minnət. Mu qədəri yoxdur ədlü ədalət, Və lakin şöhrəti-biycayə bir bax! Böyüklərin işi deyil deməli, Dənidən betərdir feli, əməli; Beylə görməmişdik mundan əzəli, İndi karü bari-rüsvayə bir bax! Xanzadələr şişə taxır rəyəti, Özlərinin deyil qızı, övrəti; Orda….. , harda düşsə fürsəti, Kiçiyi seyr eylə, ağayə bir bax! Palajenya nəqli ta olub möhkəm, Gərək bəy azalda zülmün dəmadəm; Dəxi də artırır bu əhli-sitəm …………………….. zurnayə bir bax! Piranəsərlikdə mən oldum rüsva, Düzəlmədi işlər,cana yetdim ta; Gör nə oyun tutdu, əzizim Mirza, Zakirə, təqdiri-qəzayə bir bax! Həyasız dərviş və ismətli qadın Əyyami-sabiqdə bir dərvişi-pir, Götürüb təbərzin, kəşkül, şahnəfir. Şeydullah əzmilə düşüb dərbədər, Gəzərkən, bir evdə pakizə düxtər Gördü ki, əyləşib vahidü yekta, Mükəddərü məyus, ğəmə mübtəla. Təbərzinin döyüb yerə, dedi: "dur! Məddahi-Əlinin payını gətür!" Biçarə çiyninə qoyub başını, Abi-niysan kimi tökdü yaşını. Tərəhhümə gəlib dedi qələndər, "Yox isə siminiz, zəriniz əyər, Qənaət eylərəm düyüdən, yağdan, Nə var isə əsirgəmə qonağdan!" Qız dedi: "ey mövla, qəsəm xudayə, Nə düyüyə güman gəlir, nə yağə". Hər iki mətləbdən əl çəkib talib, Düyü, yağ sarıdan əngi boşalıb, Dedi: "onlar yoxdu, barı un olsun, Ver, tökək torbanın başına dolsun". Ərz eylədi düxtər: "bəhəqqi-xalıq, Un tapılmaz bu xanədə urvalıq". Labüd qalıb dərviş dedi: "bir çörək Bari gətir, yeyib, himmət var deyək". Dedi: "iki gündür naharsızam mən, İnanmırsan əgər o təknə, o sən". Xəbər aldı: "anan gedib nə yanə?". Dedi: "yas yeri var, varıbdı anə". Dedi: "təəccübəm əvamünnasə, Aləm gərək gələ bu evə yasə; Qonum, qonşu yeksər verib baş-başa, Gecə, gündüz sizin üçün ağlaşa. Nə yağı var, nə düyüsü, nə unu, Kim görüb aləmdə habelə günü?! Bilməzəm nə üçün o qəhbə, biar, Gedib biganələr evində ağlar. Ölüm yekdir belə zindəganlıqdan, Qaçmaq olmaz məşiyyəti-xalıqdan" Təkəllümə gəlib düxtəri-aqil, Dedi: "ey sinni pir, əməli cahil! Qapı-qapı töküb abi-ruyunu, İfratə yetirib göftüguyunu, Gahi dəm urarsan şahi-nəfirə, Eylərsən aləmin əhvalın tirə. Qaraçılar kimi it basa-basa, Dərdi-sər yetirib mərdə, ünasa, Verməyənə qaş-qabağın tökərsən, Kiminin üstünə çomaq çəkərsən. Qoyubsuz adınız hərçəndi dərviş, Dərviş ona derlər ola nikəndiş. Qənaət eyləyə bir əlcə nanə, Göz tikə qisməti-ruzirəsənə. Nə ki, düşə dər-dər yasavullar tək, Kimidən un ala, kimidən əppək, Elə nanü nəmək dursun göznüzə, Biarsınız, yığılmazsız öznüzə. Həram olmasaydı dəryuzə əgər, Mübah buyursaydı əshabə sərvər, Bəs nə üçün Səlman, Bazəri-bəğdad Dəymədi ağzına bəğeyri-üç zad; Nani-xüşki-cövin, sirkəvü piyaz. Çox yetirdi xaliq, onlar yedi az. Onunçun buyurub cənabi-Əli Sinfi-qələndəri hərcayi, dəli. Oruc tutmaz, namaz qılmaz, üz yumaz, Qapıdan cantayı dolmamış durmaz. Bu hal ilə qəhbə dersən anamı, Tapılmazsız evdə bayram axşamı. Özgə ümmidinə qalır zəniniz, Övrətiniz bilməz təşxisü təmyiz. Yava iş dalınca daim gedərsiz, Demək olar sizə kim, bipədərsiz. Ol kəsin ki, xəmirəsi pak ola Mümkün deyil gedə bu tövr yola" Əvvəl deyən bilsə sonki nə deyir, Dodağın tərpətməz, it ... yeyir. Dərvişi bağladı, həqqilə düxtər, Biçizlik yamandır, amma dərbədər Düşüb gəzmək ondan daha yamandır, Həmi dinə, həmi cana ziyandır. Bəndeyi-xudada gərək qənaət, Küfr nemətlərin zatına lənət! Həcv Nuşirəvanu hatəmü Qaiuni dəhrdə, Hərçənd qoydu nami-niku ta dəmi-əbəd. Ali-Xəlilə cudü səxadə nə nisbəti, Əfsus, yoxdu kimsədə təşxisi-nikü bəd. Ol biri bağladı dəri-zülmü itabü qəhr, Bunlar yetirdi xəlqə "inayət" füzun zi həd, Pişü pəsin ünasü zükurə qılıbdı vəqf, Qalxar, çökər cəmii-xəlayiq rəsəd-rəsəd. El və elatdə buların xani-vəslinə Kimdir batırmayan səri-əngüşt bir əhəd?! Daimtələbdi xah zimistanü xah yaz, Mərdü zənində yox buların çəmxəmi-ləgəd. Həmsayədir biri bizə, zinhar görməyib Ömründə hiç failinin köksü dəsti-rədd. Gəlməz şümarə kim, yazım əhvalını təmam, Öz başının tükü sanıdır fisqinə ədəd. Mən böylə zati sərzənişi-ammə nə eyləyim, Məcmui-qəhbədir dişisi, erkəgi ləvənd. Fərxəndə bəxti var, kimin . . . . səxti var. Ol muş odur ki, nisfi-Qarabağ mö'təməd. Yaran, nə növi silsilədir hiç gözləməz, Namusü nəng, ismü rəhü rəsm əbavü cəd. Yeksər ləimü müşrikü ədnapərəstü dun, Yeksər səfihü naqisü divanəvü həpənd. Cümlə fəqiri-zalimü həm zalimi-fəqir, Cümlə xürusi-dəstidilər makiyanpəsənd. Çöldə, bayırda rubəhi-aciz kimi zəbun, Evdə, eşikdə hər biri bir şirü divü dəd. Çoxlar demişdi həcv, dəxi mən də baxmayıb Yazdım bu babdə neçə əfradi-guşzəd. Qılsın nəsibi-gürgi-əcəl kusfəndvar Ha böylə nəsli-bədəməli qadiri-səməd. Rüsvayi-aləm etdi bizi, Zakira, görüm Olsun təmami tezlik ilə sakini-ləhəd. Mirze Feteliye Piranəsərlikdə çərxi-kəcrəftar Eylədi vətəndən dərbədər məni, Neyləmişəm, bilməm, dövri-zalimə,. İncidir düşəndə bu qədər məni. Qarabağ mülkündə mən bəxti siyah Bir ağ gün görmədim, allaha pənah. Saldı bəlalərə bicürmü günah Bir neçə müfsidü töxmi-xər məni. Mən bir piri-tənha, zülm bihesab, Müşküldür gətirmək bu möhnətə tab.. Yaman deyə-deyə eylədi xərab Hamıdan ziyadə üç nəfər məni. Biri fasiq, facir, hədsiz zinakar, Biri əyri-üyrü, xeyli nahəmvar, Biri danışanda baş-ayaq atar, Bir neçə it tutdu bixəbər məni. Adəm idim, əbəs yerə zay oldum, Vilayət içində rusivay oldum, Oğrulara, quldurlara tay oldum, Sanırdı xəlayiq peyəmbər məni. Devlətlidən dövlət, kordan məzərrət, Harda bihəya var zatına lənət! Süxənçin sözilə etdi aqibət Pəsərimdən cüda, bipədər məni. Dövləti-alidə ağarıb saqqal, Bir xilafım yoxdur, bu mən, o jurnal, Bir zaman gördüm ki, yazıbdı filhal, Qüttaüt-təriqə bərabər məni. Yetmişində zurna çalmaq eyrənən Gərək axirətdə çala, ... verən. Az qalıb həştadı tamam edim mən, Sən indi yazırsan əhli-şər məni. Yetmək olmaz hərcayinin sirrinə, Yalanı yeridir gərçək yerinə; Lənət oxur…………..pirinə Diyari-ğürbətdə kim görər məni. Kim ki, vilayətdə simü zəri var, Yüz adam öldürə, həbsdən çıxar; Yegənsiz danışmaq nə yanə çatar, Bihörmət eylədi simü zər məni. Dərdbilməzə dərdi-dili açınca, Ruzigarın cəfasından qaçınca, Namərd körpüsündən rahət keçincə, Razıyam apara o sellər məni. Kişi yoxdu, baxma çula-çuxaya, Adam gərək dağa-daşa toxuya; "Getmə, getmə"-deyib, qoydu yuxuya, Axırda itirdi Yekəpər məni. Dalınca deyiləm bir şüğlü karın, Bilmənəm dövrünü leylü nəharın; Həvəsi-vüsalın, zövqi-didarın Qoymaz yuxu yatam ta səhər məni. Rahi-müsibətdə keçmişəm candan, Müxənnəsdir qorxan bir qaşıq qandan; Ehtiyatım yoxdur paşadan, xandan, Analar doğubdur şiri-nər məni. Olmuşam Bakıda sakin, fərağət, Zövqi-təmaşası misali-cənnət. Ziyadə dərdi-sər dəxi nə hacət, Fəramuş eyləmə, müxtəsər, məni.