Türkün Dili تورکون دیلی


 

Türkün Dili
Türkün dili tək sevgili istəkli dil olmaz
Özgə dile qatsan, bu əsil dil əsil olmaz
Öz şe'rini Farsa, Ərəbə qatmasa şair,
Şe'ri eşidənlər, oxuyanlar kəsil olmaz
Pşmiş kimi şe'rin də gərək dadı-duzu olsun
Kənd əhli bilərlər ki, doşabsız xəşil olmaz
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşhis verən olsa bu qəd"r zir-zibil olmaz
Şair ola bilməzs"n, anan doğmasa şair
Missən a balam, hər sarı köynək qızıl olmaz.
Azad qoy oğul eşqi tabiətdə bulünsün
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
Çox qisaa boy olsan olusan cin kimi şeytan
Çoxda uzun olmaki uzunda əqil olmaz
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz
İnsan odur, dutsun bu zəlil xalqın əlindən
Allahı sevərsən, belə insan zəlil olmaz
Hər çənd Sərabın südü cox, yağ-balı çoxdur
Baş ərsə də çatdırsa Sərab Ərdəbil olmaz
Millət qəmi olsa bu çocuklar çöpə dönməz
Ərbablarımızdan da qarınlar təbil olmaz
Məndən də nə zalım çixar oğlum, nə qisasçı
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz
Düz vaxtda dolar taxta-tabaq edviyə ilə
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz
Fars şairi cox sözləri bizdən aparmış
Sabir kimi bir süfrəli şair paxıl olmaz
Türkün məsəli, folkloru dünyada təkdir
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz
Azər qoşunu qeysəri-Rumu əsir etmiş
Kəsra sözüdür, bir belə tarix nağıl olmaz
Bu Şəhriyarın təb'i kimi çimməli çeşmə
Kövsər ola bilsə demirəm, Səlsəbil olmaz
تورکون دیلی
تورکون دیلی تک سئوگلی ایستکلی دیل اولماز
ئوزگه دیله قاتسان , بو اصیل دیل, اصیل اولماز
ئوز شعرینی فارسا- عربه قاتماسا شاعر
شعری اوخویانلار. ائشیدنلر کسیل اولماز
پیشمیش کیمی, شعرین ده گرگ داددوزی اولسون
کند اهلی بیلرلر کی دوشابسیز خشیل اولماز
سوزلرده جواهر کیمی دیر,اصلی بدلدن
تشخیص وئرن اولسا بو قده ر زیر- زیبیل اولماز
, شاعیر اولا بیلمزسن, آنان دوغماسا شاعیر
مس سن, آبالام هر سارای کوینک قیزیل اولماز
آزاد قوی اوغول عشقی طبیعتده بولونسون
داغ , داشدا دوغولموش ده لی جیران حمیل اولماز
چوخ قیسا بوی اولسان اولوسان جین کیمی شیطان
چوخ دا اوزون اولما که اوزوندا عقیل اولماز
اوتمز اوخوماز بولبولو سالسان قفس ایچره
داغ , داشدا دوغولموش ده لی جیران حمیل اولماز
اینسان اودی توتسون بو ذلیل خلقین الیندن
آلاهی سورسن , بئله اینسان ذلیل اولماز
, چوق داکی سرابون سویی واریاغ- بالی واردیر
باش عرشه ده چاتدیرسا , سراب اردبیل اولماز
میلت غمی اولسا , بو جوجوقلار چوپه دونمز
اربابلار یمیزدان قارینلار طبیل اولماز
مندن ده نه ظالم چیخار,اوغلوم, نه قصاص چی
بیر دفعه بونی قان کی ایپکدن قیزیل اولماز
دوز واختا دولار تاختا, طاباق ادویه ایله
اوندا کی ننه م سانجیلانارزنجفیل اولماز
فارس شاعری چوخ سوزلرینی بیزدن آپارمیش
"صابر" کیمی بیر سفره لی شاعیر, پخیل اولماز
تورکون مثلی فولکلوری دنیادا تک دیر
خان یورقانی, کند ایچره مثل دیر, میتیل اولماز
آذر قوشونی, قیصر رومی اسیر ائتمیش
کسری سوزودیر بیر بئله تاریخ ناغیل اولماز
بو «شهریار»ین طبعی کیمی چیممه لی چشمه
کوثر اولا بیلسه دئمیرم , سلسبیل اولماز