Tərtib edəni: Turan Cavid
Ön sözün müəllifi: Yaşar Qarayev
Redaktoru: Teymur Kərimli
Çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən,
zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz yaradıcılığı ilə, dərin hikmətli və
fəlsəfi poeziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intiba-
hına xidmət göstərmişdir. 1937-ci il repressiyalarının qurbanı olmuş böyük mütə-
fəkkirin, anadan olmasının 100 illiyi ilə bağlı hazırlıqların getdiyi dövrdə, Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə məzarının Sibirdə tapılıb nəşinin Azərbaycana gətiril-
məsi, təsadüfi deyil ki, bir çox dünya tarixçiləri tərəfindən ölkədəki müstəqillik
arzularının və milli-azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir.
Müqtədir sənətkarın yaradıcılığındakı romantik coşqunluq ilk öncə türk millətinin
sabahına olan sonsuz inamdan qidalanırdı.
Sənətkarın “Əsərləri”nin I cildinə “Keçmiş günlər” (Tiflis, 1913), “Bahar şəb-
nəmləri” (Bakı, 1917) şeirlər silsiləsi və “Azər” (1920-1937) poeması daxil edil-
mişdir. Bütün yaradıcılığı insanda, təbiətdə və dünyada gözəllik axtarışlarından ibarət
olan mütəfəkkir şair bu şeirlərində gözəlliyin pozulan qaydalarını nizama salmaqla
məşğuldur. Odur ki, söz sənətinin bu böyük rəssamını yalnız geniş fəlsəfi mənada
gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə axıracan başa düşmək olar.
Əsərlərin imlasına toxunulmamış, dil və üslubunun qorunulmasına çalışılmışdır.
Format | Size | |
---|---|---|
509.4 KB | Download |